Məhkəmə qərarları › İş №2(051)-1460/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1460/2023

18.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1460/2023 18.07.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi və Ağayeva Aynurə Nizamim qızının katibliyi, İddiaçı və Cavabdeh Miseib oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Miseib oğluna qarşı «aliment tələbinə» dair mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh Miseib oğluna qarşı «aliment tələbinə» dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə iddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, o cavabdehlə xx.xx.2007cı il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X3 adlı uşaqları doğulmuşdur. Rəsmi nikahlarda olsalar da ailəsinə və uşaqlarına çox soyuqdur. Cavabdeh Mingəçevir şəhər Yanğın söndürən İdarəsində işləsədə ailəsinə və uşaqlara baxmır, onların maddi tələbatını ödəmir. Özü heç yerdə işləmədiyi üçün uşaqlara təkbaşına saxlamaqda maddi cəhətdən çətinlik çəkir. Ona görə də iddiaçı məhkəmədən Cavabdeh Miseib oğlundan xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2009-cu iltəvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X3 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər uşağa hər ay 220 manat olmaqla cəmi 660 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh Miseib oğlu iddia tələbini qiçsmən qəbul edərək bildridi ki, hər uşağa 220 manat aliment həddən artıq çoxdur. Ona görədə məhkəmədən alimentin miqdarını bir aşağı miqdarda təyin edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən əsaslıdır və aşağıdakılara əsasən qismən təmin edilməldidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin «Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Məmmədova X1 şəhəri, X8 küçəsi, ev 16, mənzil 42 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZ İ № 309217 saylı xx.xx.2007-ci il tarixli nikah haqqıda şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh Miseib oğlu ararsında xx.xx.2007-ci il tarixdə Mİngəçevir VVADQ şöbəsində nikah bağlanmış bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 185 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan AZ İİ № 236193 saylı xx.xx.2007-ci il tarixli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2007-ci il təvəllüdlü X2 adlı övladları doğulmuşdur. İş materiallarında olan AZ İ № 934873 saylı xx.xx.2009-cu il tarixli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2009-cu il təvəllüdlü X4 adlı övladları doğulmuşdur. İş materiallarında olan AZ İV № 091257 saylı xx.xx.2018-cu il tarixli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2018-ci il təvəllüdlü X3 adlı övladları doğulmuşdur. Beləliklə məhkəmədə müəyyən olundu ki, tərəflər arasında xx.xx.2007-cı il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X3 adlı uşaqları doğulmuşdur. Rəsmi nikahlarda olsalar da ailəsinə və uşaqlarına çox soyuqdur. Cavabdeh Mingəçevir şəhər Yanğın söndürən İdarəsində işləsədə ailəsinə və uşaqlara baxmır, onların maddi tələbatını ödəmir. İddiaçı heç yerdə işləmədiyi üçün uşaqlara təkbaşına saxlamaqda maddi cəhətdən çətinlik çəkir. Odur ki, məhkəmə hesab edir ki, birgə nikahdan doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmalıdır. Valideynin uşaqların saxlanması üçün aliment ödənilməsi vəzifəsini müəyyən edən Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq hüquqları haqqında» qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, iddiaçı 22 may 2023-cü il tarixdə aliment tutulması ilə bağlı məhkəməyə müraciət etdiyinə görə qətnamədə alimentin iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan tutulub ödənilməsi göstərilməlidir. İş materillarını tədqiq edərək, yuxarıda sadalanlara əsasən məhkəmə belə hesab edir ki, xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X3 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay, hər uşağa görə 150 manat olmaqla, ayda cəmi 450 manat miqdarında alimentin tutulması məqsədə müvafiqdir. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən alimentə dair hissədə qətnamə dərhal icra olunmalıdır. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən əsaslıdı olduğundan qismən təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay Cavabdeh, xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X3 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Qətnamə dərhal icra edlsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar