Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1469/2023 18.07.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı Elburuz qızının iştirakı ilə, iddiaçı: İddiaçı Elburuz qızının cavabdehlər X4 və X5 qarşı «aliment» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Elburuz qızı iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər X2 və X3 nəvələri xx.xx.2016-cı il təvəllüdlü X12 və xx.xx.2020-ci il təvəllüdlü X13 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə hər ay 250 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Elburuz qızı onunla əsaslandırmışdır ki, O, X11 ilə nikahlarını xx.xx.2014-cü il tarixdə Mingəçevir şəhər Qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. Onların birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X12 və xx.xx.2020-ci il təvəllüdlü X13 adlı uşaqları doğulmuşdur. X11 xx.xx.2020-ci ildə İkinci Qarabağ müharibəsində Şəhid olmuşdur. Baldızı Rusiya Federasiyasından gəldikdən sonra qaynatam və qaynanam məni uşaqlarımla birlikdə evdən çıxarmağa məcbur etdilər. Hal-hazırda kirayədə yaşayıram uşaqlarına baxmağa maddi cəhətdən baxmaqda çətinlik çəkir. Buna görədə alimentə ehtiyacı var. Odur ki, məhkəmədən cavabdehlər X2 və X3 nəvələri xx.xx.2016-cı il təvəllüdlü X12 və xx.xx.2020-ci il təvəllüdlü X13 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə hər ay 250 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər X4 və X5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, iddiaya öz münasibətini bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını və mübahisənin mahiyyəti üzrə həll edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçını, dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Elburuz qızı ilə X1 nikahları 04 mart 2014-cü il tarixdə Mingəçevir şəhər Qeydiyyat şöbəsində rəsmiləşdirmiş və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 65 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən müəyyn edllir ki, İddiaçı Elburuz qızı ilə X1 birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X12 və xx.xx.2020-ci il təvəllüdlü X13 adlı uşaqları doğulmuşdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X11 xx.xx.2020-ci ildə İkinci Qarabağ müharibəsində Hərbi əməliyyat zamanı döyüş meydanında Şəhid olmuşdur. İş materiallarında olan şəhid ailəsi üzvünün vəsiqəsinin surətindən görünür ki, iddiaçı Rüstəmzadə X7 üzvüdür və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtyazlardan istifadə etmək hüququ vardır. İş materiallarına əlavə edilmiş şəhid ailəsi üzvünün vəsiqəsinin surətindən görünür ki, cavabdehlər Şəhidin üzvüdür və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtyazlardan istifadə etmək hüququ vardır. Məhkəmə sorğusu əsasında iş materiallarına əlavə edilmiş elektron portaldan çıxarışdan müəyyən edilir ki, İddiaçı Elburuz qızı şəhid ailəsi olduğu üçün 600 manat məbləğində pensiya alır. Bərdə regional Mədəniyyət idarəsində artist-satirik işləyir və əmək haqqı 359 manat təşkil edir. Məhkəmə sorğusu əsasında iş materiallarına əlavə edilmiş elektron portaldan çıxarışdan müəyyən edilir ki, cavabdehlər X2 və X9 şəhid ailəsi olduğu üçün hər biri 600 manat məbləğində pensiya alır. Cavabdeh X8 2-ci qrup əlildir və 220 manat pensiya alır. Beləliklə məhkəmədə müəyyən epdildi ki, İddiaçı Elburuz qızı şəhid X11 ilə xx.xx.2014-cü il tarixdə Mingəçevir şəhər Qeydiyyat şöbəsində rəsmi nikaha girmişlər. Onların birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X12 və xx.xx.2020-ci il təvəllüdlü X13 adlı uşaqları doğulmuşdur. X11 xx.xx.2020-ci ildə İkinci Qarabağ müharibəsində Şəhid olmuşdur. Həmçinin məhkəmədə müəyyən edildi ki, ddiaçı və cavabdehlər Şəhidin ailə üzvüdür və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtyazlardan istifadə etmək hüququ vardır. Məhkəmə sorğusu əsasında alınmış elektron portaldan çıxarışlardan görünür ki, iddiaçı və cavbdehlər həmin imtiyazlardan istifadə edir və hər biriləri 600 manat məbləğində pensiya alır. İddiaçı Bərdə regional Mədəniyyət idarəsində artist-satirik işləyir və əmək haqqı 359 manat təşkil edir. Həmçinin müəyyən edildi ki, cavabdehlərdən X8 2-ci qrup əlildir 220 manat pensiya alır və cavabdehlərdən hər iksi əlavə vəsaitə və əmlaka malik deyillər. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübutetmə hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə uşaqların həqiqətəndə maddi yardıma ehtiyacı olması və cavabdehlərin zəruri vsaitə malik olmaları bu səbəbdən cavabdehlərdən tərəflərdən alimentin alınıb iddiaçıya verilməsini sübutetmə yükü iddiaçının, lakin həmin halın mövcudluğunu təkzib edildiyi halda, iddiaçı tərəfə qeyd olunan tələb üzrə alimentin ödənilməməsinin sübut etmə yükü isə cavabdeh tərəflərin üzərinə düşür. Məhkəmə qeyd edir ki, hal-hazır ki, mübahisə ailə münasibətlərindən irəli gəlir. Baba və nənənin nəvələrini saxlamaq vəzifəsi Ailə məcəlləsinin 89-cu maddəsi ilə tənzimlənir. Azərbaycan Respublikası Ailə məcəlləsinin 89-cu maddəsinn mənasına görə ilk növbədə baba və nənənin nəvələrini saxlamaq vəzifəsi yaranmasının əsas şərt nəvələri yardıma ehtiacı olması və nəvələrin saxlanılması üçün öz valideynlərindən maddi yardım ala bilməməsidir. İş materiallarından görünür ki, nəvələrin valideyni iddiaçı Rüstəmzadə X10 regional Mədəniyyət idarəsində artist-satirik işləyir və əmək haqqı 359 manat təşkil edir və uşaqların şəhid atalarına görə də Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtyazlardan istifadə edir və 600 manat pensiya alır. Buda ona əsas ver ki, uşaqlar valideynlərindən yardım alır. Həmçinin məhkəmə qeyd edir ki, baba və nənənin nəvələrini saxlamaq vəzifəsi tək ata xəti üzrə deyil ana xəti üzrədə ola bilər. İkinci şərt baba və nənənin əzruri vəsaitə malik olmasıdır. Bunu sübut etmək iddiaçının üzərinə düşür və iddiaçı cavabdehləri zəruri vəsaitə malik olmasını sübut edə bilmədi. Əksinə məhkəmdə müəyyən edildi ki, cavabdehlər zəruri vaəsaitə malik deyillər və ancaq şəhid valideynləri olduqları üçün 600 manat pensiya alırlar. Cavabdeh X8 isə əmək qabiliyyətli deyil və 2-ci qrup əlildir. Məhkəmə qanunvericiliyin tələlərindən çıxış edərək qeyd edir ki, aliment tələb olunan şəxsin gəlirləri qazancı elə həddə olmalıdır ki, onun və ailəsinin minimum dolanışığını təmin etsin və ondan aliment tutmaq mümkün olsun. Azərbaycan Respublikası Ailə məcəlləsinin 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Məhkəmə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçı tələbində haqlı deyildir. Belə ki, iddiaçı tələbini əsaslandırdığı hallara dair heç bir sübutu məhkəmə iclasında təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə bu normaların tələbindən çıxış edərək və iş materiallarının araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməmlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutar qətetdi: İddiaçı Elburuz qızının cavabdehlər X4 və X5 qarşı «aliment» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1469/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1469/2023
18.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver