Məhkəmə qərarları › İş №2(051)-1472/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1472/2023

24.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1472/2023 24.05.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı «atalığa dair mübahisə açma, aliment borcunun silinməsi və aliment ödəməkdən azad edilməsi» tələbinə dair iddia ərizəsini məhkəmə iclasında nəzərdən keçirərək M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı «atalığa dair mübahisə açma, aliment borcunun silinməsi və aliment ödəməkdən azad edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 avqust 2021-ci il təvəllüdlü X1 ata qrafasına mübahisə açılması, onun 30 avqust 2021-ci il təvəllüdlü X1 atası olmadağının müəyyən edilməsi, onun Mingəçevir şəhər Məhkəməsnin 05 oktyabr 2022-ci il tarixli, 2(051)-1087/2022 saylı qətnaməsi üzrə yaranmış aliment borcunun ödənlməsindən və 30 avqust 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün təyin olunmuş 100 manat miqdarında aliment ödəməkdən azad olunmağı barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan bir neçə tələbi birləşdrərək iddia vermişdir. Belə ki, tələbgən də görünür ki, iddiaçı atalığa dair mübahisə açma, aliment borcunun silinməsi və aliment ödəməkdən azad edilməsi tələblərini birləşdirmişdir. Məhkəmə qeyd edir ki, hər bir tələbin özünün əsasları və tənzimlənmə normaları var və bir-biri ilə fərqləndir, bir-birinə aid olmayan tələblərdir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «atalığa dair mübahisə açma, aliment borcunun silinməsi və aliment ödəməkdən azad edilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, bir-biri ilə əlaqədar olmayan bir neçə tələbi birləşdrərək verildiyi üçün iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İddiaçı qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malik olması da izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı «atalığa dair mübahisə açma, aliment borcunun silinməsi və aliment ödəməkdən azad edilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, bir-biri ilə əlaqədar olmayan bir neçə tələbi birləşdrərək verildiyi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malik olması da izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Məhkəmənin hakimi Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar