Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1476/2022 14.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı və nümayəndəsi (vəkili) Vəkil Cavabdeh: Cavabdeh Üçüncü şəxs: Mingəçevir şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Orqanının nüməyəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı uşaq tələbinə dair iddia ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı uşaqların yanında qalması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehlə birgə nikahlarından xx.xx.2009-cu il tarixdə doğulmuş Arif, xx.xx.2011-ci il tarixdə doğulmuş Aylin və xx.xx.2014-cü il tarixdə doğulmuş Əsma adlı uşaqların onun yanında qalması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin məhkəmədə baxılmağa hazırlanması yekunlaşanadək iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, o, cavabdehlə birgə nikahdan doğulmuş uşaqların onun yanında qalması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin iddia ərizəsi verildikdən sonra cavabdeh uşaqlara təsir edərək özü ilə aparmışdır. Hazırda uşaqlar cavabdehin yanındadırlar. Odur ki, xx.xx.2009-cu il tarixdə doğulmuş Arif , xx.xx.2011-ci il tarixdə doğulmuş Aylin və xx.xx.2014-cü il tarixdə doğulmuş Əsma adlı uşaqların Cavabdeh alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, Cavabdeh ilə 28 yanvar 2008-ci il tarixdə Ağdam rayonu, Norvuzlu İHB-nin Novuzlu ərazi nümayəndəliyində rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahlarından 22 oktyabr 2009-cu il tarixdə X7, 14 noyabr 2011-ci il tarixdə X4 və 10 iyul 2014-cü il tarixdə X8 adlı üç uşaqları doğulmuşdur. Cavabdehlə ailə qurduqdan sonra xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən aralarında narazılıq yaranmış və münasibətləri pozulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-906/2021 saylı 24 avqust 2021-ci il tarixli qətnaməsinə əsasən aralarındakı nikah pozulmuş və nikah pozulduqdan sonra Arif, Aylin və Əsma adlı uşaqların Cavabdeh yanında qalmaları müəyyən edilmiş və həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşaq üçün 110 manat olmaqla, cəmi 330 manat sabit pul məbləğində alimentin ondan alınıb Cavabdeh verilməsi qət edilmişdir. Bundan sonra da hər üç uşaq onun yanında qalmışlar. Həmin müddət ərzində də uşaqlara özü qulluq etmiş və bütün təminatlarını qarşılamışdır. Bununla belə həmin vaxtlar uşaqlar anaları ilə görüşmüş və onunla heç bir problemləri olmamışdır. Buna baxmayaraq, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-906/2021 saylı 24 avqust 2021-ci il tarixli qətnaməsinə əsasən uşaqların analarının yanında qalmaları və alimentin tutulması müəyyən olunduğu üçün aliment borcu yaranmışdır. O hər zaman uşaqlara anaları ilə görüşməyi və onun yanında da qalmalarını təklif etsə də, özləri onu seçmiş və onun yanında qalmaq istəmişlər. Lakin sonradan, yəni işə məhkəmdə baxılan vaxt cavabdeh uşaqları görmək adı ilə aparmış və geri qaytarmamışdır. Hazırda uşaqlar cavabdehin yanındadır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. İddiaçının nümayəndəsi (vəkili) məhkəmə iclası zamanı iddiaçı ilə eyniməzmunlu izahat verərək onun göstərdiyi halları təsdiq etdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və bildirdi ki, iddiaçı ilə ayrıldıqdan sonra uşaqlar onun yanında qalmışlar. İddiaçı aliment ödəməkdən boyun qaçırmaq üçün uşaqların onun yanında qaldığını bildirir, lakin uşaqlar heç vaxt iddiaçının yanında qalmamışlar. Uşaqlar daim onun yanında qalmışlar. Hazırda da uşaqlar onun yanındadır. Bununla belə o, uşaqların iddiaçı ilə görüşməsinə etiraz etmir. Odur ki, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Üçüncü şəxs Mingəçevir şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Orqanının nüməyəndəsi X5 izahatında göstərdi ki, məhkəmənin qərardadı qəyyumluq və himayəçilik orqanına daxil olduqdan sonra hər iki tərəfin yaşayış yerini, həyat şəraitini müayinə etmiş, belə qərara gəlmişlər ki, xx.xx.2009-cu il tarixdə doğulmuş Arif , xx.xx.2011-ci il tarixdə doğulmuş Aylin və xx.xx.2014-cü il tarixdə doğulmuş Əsma adlı uşaqların Cavabdeh yanında qalmaları daha məqsədə uyğundur. Belə rəyə gələrkən uşaqların bir-birinə bağlılığını, gündəlik həyat tərzlərini, təhsillərini, yaşlarını və qidalanmalarını nəzərə almışlar, əsasən uşaqların mənafelərini diqqətdə saxlamışlar. Hazırda isə həmin azyaşlı uşaqlar anaları tərəfindən döyüldüklərini və lazımı qayğı-qulluq göstərilmədiyini bildirmişlər, həmçinin Qəyyumluq və Himayəçilik komissiyasındakı izahatları anaları tərəfindən edilmiş psixi təzyiqlərin təsiri altında vermişlər. Belə olan halda isə həmin uşaqların Cavabdeh alınıb ataları İddiaçı verilmələrinə etiraz etmir. Məhkəmə iclası zamanı psixoloq X1 iştirakı ilə dindirilmiş xx.xx.2009-cu il tarixdə doğulmuş Arif adlı uşaq göstərdi ki, anası hər gün işə gedən zaman evləri təmizləməyi onlara tapşırmış, onlar isə bunu etmədikdə evə gələn zaman onları döymüşdür. Bu səbəbdən də o, bacıları ilə birlikdə qaçıb atasının yanına getmişlər. Sonra isə anası ilə görüşdükləri zaman anası onları zorla aparıb onunla birlikdə yaşamağa məcbur etmişdir. Həmçinin anası onun yanında qalmaqlarına etiraz edəcəkləri təqdirdə bunun onlar üçün heç də yaxşı olmayacağı ilə hədələyərək onlara psixi təsir göstərmişdir. Elə buna görə də qəyyumluq və himayəçilik komissiyasında verdikləri izahatları anaları tərəfindən edilmiş psixi təzyiqlərin təsiri altında verdiklərindən məcbur qalıb anaları ilə yaşamaq istədiklərini bildirmişlər. Hazırda anasının yanında olsa da, onunla qalmaq istəmir. O, atasının yanına getmək istəyir. Məhkəmə iclası zamanı psixoloq X1 iştirakı ilə dindirilmiş xx.xx.2011-ci il tarixdə doğulmuş Aylin və xx.xx.2014-cü il tarixdə doğulmuş Əsma adlı uşaqlar da Arif adlı uşaqla eyniməzmunlu izahat verərək onun göstərdiyi halları təsdiq etdilər və ataları İddiaçı yanına getmək istədiklərini bildirdilər. Məhkəmə tərəflərin izahatlarını, Arif, Aylin və Əsma adlı uşaqların izahatını, işdə olan və qəyyumluq və himayəçilik orqanının rəyinə əlavə edilmiş sənədləri, həmçinin işin məhkəmə tərəfindən müəyyən olunmuş həqiqi hallarına qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan Mingəçevir Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli 2(051)-906/2021 nömrəli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixdə Ağdam rayonu, İHB-nin Novruzlu ərazi nümayəndəliyində bağlanmış, 03 nömrə ilə qeydə alınmış nikahın pozulması və nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş xx.xx.2009-cu il tarixdə doğulmuş Arif , xx.xx.2011-ci il tarixdə doğulmuş Aylin və xx.xx.2014-cü il tarixdə doğulmuş Əsma adlı uşaqların Cavabdeh yanında qalması müəyyən edilmiş və həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 110 manat olmaqla, cəmi 330 manat məbləğində alimentin İddiaçı alınıb Cavabdeh verilməsi qət edilmişdir. İşdə olan Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli arayışlardan görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2009-cu il tarixdə Arif, xx.xx.2011-ci il tarixdə Aylin və xx.xx.2014-cü il tarixdə Əsma adlı uşaqları doğulmuşdur. İşdə olan nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan rəsmi nikah qeydinə xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. İşdə olan Mingəçevir şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli 125 saylı rəyindən və həmin rəyə əlavə olunmuş sənədlərdən görünür ki, komissiya tərəflərin hər birinin həyat və yaşayış şəraitini müayinə etmiş, nəticədə belə qərara gəlmişdir ki, xx.xx.2009-cu il tarixdə doğulmuş Arif , xx.xx.2011-ci il tarixdə doğulmuş Aylin və xx.xx.2014-cü il tarixdə doğulmuş Əsma adlı uşaqların anaları Cavabdeh yanında qalmaları daha məqsədə müvafiqdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh xx.xx.2008-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmiş, onların birgə nikahlarından xx.xx.2009-cu il tarixdə Arif, xx.xx.2011-ci il tarixdə Aylin və xx.xx.2014-cü il tarixdə Əsma adlı uşaqları doğulmuşdur. Tərəflər ailə daxili narazılıqlara görə xx.xx.2021-ci il tarixdə rəsmi qaydada boşanmışlar və boşandıqdan sonra uşaqların cavabdehin yanında qalması müəyyən edilmişdır. Lakin sonradan uşaqlar öz istəkləri ilə atalarının, yəni iş üzrə iddiaçının yanına getmiş və onun yanında yaşamışlar. Ona görə də iddiaçı ilkin olaraq uşaqların onun yanında saxlanılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bu müddət ərzində cavabdeh tərəfindən uşaqlara təzyiq edilmiş və onlar cavabdehin yanına getmişlər. Hazırda xx.xx.2009-cu il tarixdə doğulmuş Arif, xx.xx.2011-ci il tarixdə doğulmuş Aylin və xx.xx.2014-cü il tarixdə doğulmuş Əsma adlı uşaqlar cavabdehin yanında yaşasalar da, məhkəmə iclasında psixoloq X1 iştirakı ilə dindirilən zaman cavabdeh tərəfindən zorakılığa məruz qaldıqlarına görə cavabdehlə bir evdə yaşamaq istəmədiklərini bildirməklə, iddiaçının yanında qalmalarını istəmişlər. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək, həmçinin atanın (iddiaçının) azyaşlı uşaqların onun himayəsinə verilməsini istəməsini, onun şəxsən öz uşaqlarının qayğısına qalıb onları böyütmək, tərbiyə etmək arzusunda olmasını və bir ata, valideyn kimi qanunvericilikdə bu hüquqa malik olmasını nəzərə alaraq belə qənaətə gəlir ki, Arif adlı uşaq 13 yaşına, Aylin adlı uşaq 11 yaşına çatdığına görə ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə ayrı yaşayan valideynlərdən birini seçmək hüququna malikdirlər. Həmçinin Əsma adlı uşaq 8 yaşına çatdığından məhkəmə qərar qəbul edərkən həmin uşağın fikrini öyrənə və nəzərə ala bilər. Belə olan halda uşaqların fikirlərinin nəzərə alınması onların mənafeyinə uyğundur. Çünki uşaqlar barəsində görülən bütün tədbirlərdə uşaqların mənafeyi üstün tutulmalı, onların maraqlarının daha yaxşı təmin edilməsinə diqqət yetirilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, uşaqların məhkəmə qətnaməsi ilə ananın yanında qalmaları müəyyən edilsə də, sonradan uşaqlar öz istəkləri ilə zorakılığa məruz qaldıqlarına istinad edərək, ananın yanında qalmaq istəməmiş və atanın yanına getmişlər. Lakin sonradan uşaqlarla görüş zamanı cavabdeh onları iradələrinə zidd şəkildə öz yanına aparmışdır. Hazırda həmin uşaqlar məcburən ananın yanında qalırlar. Belə olan halda uşaqların ananın yanında qalmalarına dair məhkəmə qətnaməsindən asılı olmayaraq, hazırkı mübahisə uşaqların mənafeyinə uyğun həll edilməlidir. Uşaqların mənafeyi isə onu tələb edir ki, uşaqlar cavabdehdən (anadan) alınaraq iddiaçıya (ataya) verilsin. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5–ci maddəsində göstərilmişdir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.4–cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə bağlılığı, valideynlərin əxlaqi və digər keyfiyyətləri, uşğın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə alınmaqla həll edilir. Həmin Məcəllənin 60.1–ci maddəsində qeyd edilmişdir ki, valideynlik hüquqları uşaqların mənafeyi ziddinə həyata keçirilə bilməz. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 12–ci maddəsinin 5–ci hissəsində göstərilmişdir ki, uşaqlarla qəddar rəftar, onlara qarşı psixi zor tətbiq edilməsi, uşaqların hüquqlarının pozulması digər şəxslərlə bərabər, hətta uşağın valideyninə də qadağan edilmiş və bunun müxtəlif növ məsuliyyətə səbəb ola biləcəyi ifadə olunmuşdur. BMT Baş Məclisinin xx.xx.1959–cu il tarixli, 1386 nömrəli qətnaməsi ilə qəbul edilmiş “Uşaq hüquqları haqqında” Bəyannamənin 6–cı prinsipinə görə azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. Milli və beynəlxalq qanunvericilik aktlarının əlaqəli təhlili o nəticəyə gəlməyə əsas verir ki, uşağın valideynlərdən hansının yanında yaşamasını həll edərkən, məhkəmə ilk növbədə uşağın mənafelərini əsas götürməlidir. Uşağın mənafelərinin pozula biləcəyi yerdə valideynin hansı imkana malik olmasının və uşaq üçün hansı şərait yarada biləcəyinin heç bir əhəmiyyəti yoxdur. Hazırkı mübahisə üzrə cavabdehin uşaqlara qarşı zorakılıq hərəkətlərini etməsi, yəni onları döyməsi, uşaqların hüquqlarının kobud şəkildə pozulmasıdır, bu hal isə qanunla digər şəxslərlə bərabər, hətta uşağın valideyninə də qadağan edilmişdir. Belə ki, uşaqlar məhkəmə iclası zamanı anası tərəfindən dəfələrlə döyüldüklərini və onun yanında qalmaq istəmədikklərini bildirdikləri halda şiddətə məruz qalacaqları ilə hədələndiklərini bildirmişlər. Bu hallar da onu deməyə əsas verir ki, cavabdeh tərəfindən uşaqlara qarşı qeyd olunan qəddar rəftarın və psixi zorakılığın tətbiq edilməsi, uşaqların həyat və sağlamlığının təhlükədə olmasına, hətta hüquqlarının və qanuni mənafelərinin pozulmasına şərait yaratmaqla bərabər, ana ilə uşaqlar arasında mövcud olmuş emosional bağlılığın qopmasına və uşaqların atanın yanında qalmalarına üstünlük vermələrinə səbəb olmuşdur. Hazırkı vəziyyətdə ana və uşaqları bir–birindən ayırmasını şərtləndirən müstəsna şərait məcmu halında mövcuddur. Ona görə də uşaqların cavabdehdən alınıb iddiaçıya verilməsi, həm işin həqiqi hallarına həm də, uşaqların üstün mənafelərinə uyğundur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 51.4-cü maddəsinə əsasən uşağın valideynləri (onları əvəz edən şəxslər) tərəfindən sui-istifadə etmə hallarından müdafiə olunmaq hüququ vardır. Həmin Məcəllənin 51.5-ci maddəsinə əsasən uşağın hüquqları və qanuni mənafeləri pozulduqda, o cümlədən valideynləri (onlardan biri) uşağın təhsili, tərbiyəsi üzrə vəzifələrini yerinə yetirmədikdə və ya valideynlik hüquqlarından sui-istifadə etdikdə, uşaq öz hüquqlarını qorumaq üçün müvafiq icra hakimiyyəti orqanına, 14 yaşına çatdıqda isə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Bununla yanaşı, məhkəmə mübahisənin düzgün həlli edilməsi baxımından, Mingəçevir Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının rəyində göstərilən xüsusatlara da qiymət verilməsini zəruri hesab edir. Belə ki, Komissiyanın rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, komissiya tərəflərin hər birinin həyat və yaşayış şəraitini müayinə etmiş, nəticədə belə qərara gəlmişdir ki, xx.xx.2009-cu il tarixdə doğulmuş Arif, xx.xx.2011-ci il tarixdə doğulmuş Aylin və xx.xx.2014-cü il tarixdə doğulmuş Əsma adlı uşaqların anası Cavabdeh yanında qalması daha məqsədə müvafiqdir. Bununla belə Komissiya həmin nəticəyə gələrkən, uşaqların ananın yanından getmələrinə, hazırda onların iradələrinə zidd şəkildə və psixi təzyiqlərlə analarının yanında qalmağa məcbur edildiklərinə, ana ilə uşaqlar arasında emosional bağlılığın qopmasına səbəb olan halları araşdırmamış, həmçinin belə vəziyyətə uşaqların ananın yanında qalmalarını zəruri edən müstəsna halların nədən ibarət olmasını göstərməmiş və bu halların uşaqların üstün mənafeyinə uyğun olmasını kifayət qədər əsaslandırmamışdır. Komissiya yalnız hər iki tərəfin həyat şəraiti müayinə etmiş və formal mülahizələrlə azyaşlı uşaqların analarının yanında qalmalarının onların mənafelərinə uyğun olması qənaətinə gəlmişdir. Hansı ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasında azyaşlı uşaqlardan alınmış izahatlar anaları tərəfindən onlara edilmiş psixi təsirin nəticəsində yazılmışdır. Lakin Komissiya bu kimi halları araşdırmadan, yalnız cavabdehin dəlillərinə istinad etmiş, işin digər hallarına qiymət verməmişdir. Ona görə də məhkəmə komissiyanın gəldiyi nəticə ilə razılaşmır və onu sübut növü kimi qəbul etmir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2016–cı il 28 mart tarixli, 8–2/2016 №–li qərarına əlavə və dəyişikliklər edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 fevral 2020–ci il tarixli qərarının 7.1–ci bəndinə əlavə edilmiş abzasa əsasən “Məhkəmələrə izah edilmişdir ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52–ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud ”qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir.” “Uşaq hüquqlarına dair” BMT Konvensiyasının 3-cü maddəsinə görə də məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər Baxılan iş üzrə uşaqlar ananın yanında qalmaqdan təkidlə imtina edir, atanın yanında özlərini xoşbəxt hiss etdiklərini bildirirlər. Bu baxımdan, cavabdehin valideynlik hüquqları uşaqların mənafeyinə zidd, onların mənəvi inkişafına, fiziki və psixi sağlamlıqlarına xələl yetirəcək şəkildə həyata keçirilə bilməz. Məhkəmə, bu qənaətə gələrkən, yalnız uşaqların bildirdiklərini deyil, işin müəyyən olunmuş digər hallarını da əsas tutmuşdur. Belə ki, uşaqların öz iradələri ilə atasının yanına getmələri, bir müddət atalarının yanında yaşamaları, lakin sonradan iradələrinə zidd şəkildə analarının yanında yaşamalarına məcbur edilmələri və buna görə də psixi təzyiqlərə məruz qalmaları onu deməyə əsas verir ki, uşaqların ananın yanında qalmaları onların mənafeyinə ziddir. Belə olan halda uşaqların mənafeyi valideynlik hüququndan üstündür. Məhkəmə, həmçinin qeyd edir ki, uşaqları valideynlərindən ayırmaq, himayəyə və ya övladlığa vermək barədə qərarlar Avropa Məhkəməsinin “İnsan Hüquqları və Əsas azadlıqlarına dair Avropa Konvensiyası”nın 8-ci maddəsində nəzərdə tutulmuş ailə həyatına hörmət hüququ kontekstində araşdırdığı məsələlərdəndir və Məhkəmənin presedent hüququna görə bu məsələlərlə bağlı qərar çıxarılarkən uşağın maraqlarına birinci dərəcəli əhəmiyyət verilməklə yanaşı, onların rəyləri dinlənilməlidir (“Mustafa və X3rşı” iş). “K. A. Finlandiyaya qarşı” iş üzrə qərarında isə Avropa Məhkəməsi vurğulamışdır ki, “...ayrılıqdan sonra uzun müddət keçdikdə və uşaq himayəyə verildiyi ailədəki vəziyyətə alışdıqda, bu vəziyyətin yenidən dəyişməsi uşağın maraqlarına uyğun olmaya bilər və bu halda onun maraqları valideynlərinin maraqlarını üstələyə bilər”. Bununla yanaşı, məhkəmə tərəflərə izah edir ki, xx.xx.2009-cu il tarixdə doğulmuş Arif, xx.xx.2011-ci il tarixdə doğulmuş Aylin və xx.xx.2014-cü il tarixdə doğulmuş Əsma adlı uşaqların atanın himayəsinə verilmələri gələcəkdə eyni tərəflər arasında, eyni predmet barəsində yeni əsaslarla iddia qaldırılmasını istisna etmir. Belə ki, zaman keçdikcə uşaqların valideynlərin hansının yanında yaşamaları ilə bağlı vəziyyət dəyişə, habelə tərəflər uşaqları ilə ünsiyyət hüququndan istifadə edərək onların məhəbbətini qazana və uşaqlarının ona olan münasibətinin dəyişməsinə nail ola bilər. Bu cür yeni əsaslar yarandığı halda isə o, həmin əsaslara istinad edərək uşaqların onun himayəsinə verilməsi barədə tələblə məhkəməyə müraciət etmək hüququna malik olacaqdır. Məhkəmə xx.xx.2009-cu il tarixdə doğulmuş Arif, xx.xx.2011-ci il tarixdə doğulmuş Aylin və xx.xx.2014-cü il tarixdə doğulmuş Əsma adlı uşaqların mənafelərini, uşaqların yaşını, onların təhsilini, o cümlədən valideynlər barədə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını nəzərə alaraq hesab edir ki, həmin azyaşlı uşaqların Cavabdeh alınıb İddiaçı verilməsi onların maraqlarına və qanuni manafelərinə uyğun olduğundan, iddia təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2009-cu il tarixdə doğulmuş Arif, xx.xx.2011-ci il tarixdə doğulmuş Aylin və xx.xx.2014-cü il tarixdə doğulmuş Əsma adlı uşaqlar Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1476/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1476/2022
14.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver