Məhkəmə qərarları › İş №2(051)-15/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-15/2023

04.07.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-15/2023 04.07.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi, İddiaçılar: İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 vəkili Vəkil Cavabdeh: Mingəçevir şəhər X13 hüquqi şəxsin nümayəndəsi X3 Üçüncü şəxs: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Mingəçevir Regional Ərazi Şöbəsinin nümayəndəsi X7 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 cavabdeh Mingəçevir şəhər Mərkəzi X1rşı əmək haqqı tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 cavabdeh "Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası" X25rşı əmək haqqı tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2020-ci il tarixdən başlamaqla, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X27 tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun əmək haqqının yenidən hesablanıb ödənilməsi, xx.xx.2020-ci il tarixdən isə aylıq vəzifə maaşlarının 4 misli miqdarında əlavənin ödənilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçıların vəkili X12 mülki işə məhkəmədə baxılan zaman iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 hər birinə 2020-ci ilin yanvar ayından 2020-ci ilin sentyabr ayı ərzində ödənilməmiş 5000 (beş min) manat vəsaitin cavabdehdən alınıb geri ödənilməsini, 01 mart 2020-ci il tarixdən isə aylıq vəzifə maaşlarının 4 misli miqdarında, İddiaçı1 8000 (səkkiz min) manat, İddiaçı2 8000 (səkkiz min) manat, İddiaçı3 8000 (səkkiz min) manat, İddiaçı4 8000 (səkkiz min) manat, İddiaçı5 8000 (səkkiz min) manat, İddiaçı6 8000 (səkkiz min) manat, İddiaçı7 15000 (on beş min) manat, İddiaçı8 8000 (səkkiz min) manat, İddiaçı9 8000 (səkkiz min) manat miqdarında əlavənin cavabdehdən alınıb ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı1 iştirak etdiyi məhkəmə iclası zamanı iddia tələbini müdafiə etmiş, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, o və digər iddiaçılar Mingəçevir şəhər X13 hüquqi şəxsin Təcili və X10 Stansiyasının tibbi işçiləridirlər. Belə ki, o, xx.xx.2017-ci ildən sürücü vəzifəsində işləyir və əmək haqqı vaxtamuzd olmaqla əmək fəaliyyəti ilə məşğul olur. Onunla əmək müqaviləsi bağlanmış və elektron informasiya sisteminə daxil edilmişdir. 07 yanvar 2020-ci il tarixdə cavabdehlə onun arasında əmək müqaviləsinə əlavə imzalanmış və müqavilənin 4.1-ci bəndinə əsasən işçinin tarif maaşı müəyyən olunmuş, əmək haqqına əlavə isə İcbari Tibbi Sığorta üzrə X15 Heyətinin 21 yanvar 2020-ci il tarixli 2 saylı qərarı ilə təsdiq edilmiş «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X27 tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası»na müvafiq olaraq təyin edilmişdir. Əmək müqaviləsinin ayrılmaz tərkib hissəsi hesab edilən bu əlavənin 07 yanvar 2020-ci il tarixində müvafiq dəyişikliklərin elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınmasından sonra qüvvəyə mindiyi nəzərdə tutulmuşdur. «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi X27 tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası» İcbari Tibbi Sığorta üzə X15 Heyətinin 21 yanvar 2020-ci il tarixli 2 saylı qərarı ilə təsdiq edilsə də, həmin qaydalara uyğun bağlanmış əmək müqaviləsinə əlavələr elektron informasiya sisteminə daxil edilməmiş, qaydalara uyğun əmək haqqının ödənilməsi təmin edilməmişdir. Halbuki, həmin Qaydanın 4-cü bəndinə əsasən səhiyyə işçisinin əmək haqqına tarif maaşında əlavə, əmək şəraitinə görə əlavə, həvəsləndirici əlavə və Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş həvəsləndirici əlavələr daxil edilmişdir. Qaydaların 17.4-cü bəndinə əsasən təcili və X10 stansiyalarının rəhbərlərinin, həkimlərinin, tibb işçilərinin və sürücülərin aylıq vəzifə maaşlarına həvəsləndirici əlavənin cədvəli müəyyən edilmişdir. Həmin əlavələrdə gecə növbəsi işləyən işçilərə əlavə əmək haqqının verilməsi də nəzərdə tutulmuşdur. Ancaq cavabdeh işəgötürən onun bu hüquqlarını təmin etməmiş və əmək haqqına qaydalarla nəzərdə tutulan əlavələrin verilməsini təmin etməmişdir. Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə və profilaktika tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 18 mart 2020-ci il tarixli Sərəncamında ona münasibətdə icra olunmamış və əmək haqqı artırılmamışdır. Sərəncama əsasən Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əmək haqlarına aylıq vəzifə (tarif) maaşının 3-5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilmişdir. Sərəncamın icrası Azərbaycan Respublikası Nazirlər Kabinetinə həvalə olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən «Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavənin müəyyən edilməsi barədə» 25 mart 2020-ci il tarixdə 112 saylı qərarı qəbul edilmişdir. Qərarın 1.2-ci bəndinə əsasən təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və X6 və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinəaylıq vəzifə (tarif) maaşının dörd misli məbləğində əmək haqlarına müddətli əlavənin məbləği müəyyən edilmişdir. 01 mart 2020-ci il tarixdən hazırki müddətə qədər ona həmin əlavə də verilməmişdir. Nazirlər Kabinetinin qeyd edilən qərarında tibb işçiləri nəzərdə tutulsa da, 21 yanvar 2020-ci il tarixdə qəbul edilmiş qaydalarda sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitinə görə əlavələrdə nəzərdə tutulmuşdur. Sürücülər sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitində xəstələrə xidmət göstəriblər. İşəgötürən isə onun hüquqlarını pozaraq Prezidentin Sərəncamına və Nazirlər Kabinetinin qərarına zidd olaraq cəmi bir briqadanı növbəliyə salınmasını göstərməklə xəstələrin sayını gizlətmiş və onun göstərmiş olduğu xidmətə görə əmək haqqı almağını əngəlləmişdir. Halbuki, pandemiyanın yüksək olduğu vaxtlarda heç kəs müraciət edənin hansı xəstəlikdən əziyyət çəkməsini bilmədən ona yardım göstərirdi. Həmçinin Sərəncamda və Nazirlər Kabinetinin qərarında konkret olaraq göstərilmişdir ki, yeni növ koronovirus infeksiyası ilə əlaqəli əmək şəraitinə görə təcili tibbi yardım xidməti göstərən tibb işçilərinin əmək haqlarına müddətli əlavə ödənilməsi nəzərdə tutulmuşdur. Bununla bağlı yuxarı instansiya orqanlara şikayətlər vermişdir. X17 isə işəgötürənin əməlində inzibati xəta müəyyən edərək protokol tərtib etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.1-ci maddəsinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 iştirak etdikləri məhkəmə iclası zamanı İddiaçı1 ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclası zamanı Cavabdeh Mingəçevir şəhər X13 Hüquqi Şəxsin nümayəndəsi X8 təmsil etdiyi hüquqi şəxsə qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası PHŞ-in (bundan sonra MŞMX) TTTYSnin bir qrup işçiləri Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək rəhbərlik tərəfindən Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli 1947 nömrəli sərəncamına əsasən Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 112 saylı qərarının düzgün tətbiq olunmadığı, əmək haqqlarının düzgün hesablanıb ödənilmədiyi barədə iddia qaldırmışlar. İddiaçılar bu məsələ ilə bağlı bir çox yuxarı dövlət qurumlarına müraciət etmiş, bir qrup işçi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbərinin, həmçinin MŞMX PHŞ qəbulunda olmuşlar. AR Prezidentinin 18 mart 2020-ci il tarixli 1947 saylı sərəncamının icrasını təmin etmək məqsədilə AR NK xx.xx.2020-ci il tarixli 112 saylı “Yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərarının 1.2-ci bəndinə əsasən təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibb Ekspertiza və X6 və Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun işçilərinə-aylıq vəzifə tarif maaşının 4 misli məbləğində, həmin qərarın 2-ci bəndində isə bu qərarın 1-ci hissəsində göstərilən müddətli əlavə iş vaxtına mütənasib olaraq, 2020-ci il martın 1-dən 2021-ci il iyunun 1-dək ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçıların iddia etdikləri hal əslində NK nin qərarının 2-ci bəndində izah olunur. Koronovirus infeksiyası ilə mübarizəyə cəlb olunmuş TTYS işçilərinin iş vaxtına mütənasib olaraq müddətli əlavələr mütəmadi qaydada hesablanmış və qanunvericiliyə uyğun olaraq məcburi tutulmalar tutulduqdan sonra ödənilmişdir. Həmçinin İddiaçılar 2020-ci ilin yanvar ayı üçün olan əmək haqqlarını təsdiqlənmiş qaydalara uyğun almışdır. Hazırki iş üzrə mübahisəsiz qəbul olunan faktlardan biri də iddiaçıların qanuni mənafeyinin pozulmasına səbəb olan hallar barədə ən geci 2020-ci ilin fevral ayında məlumatlarının olmasıdır. Ərizəyə əlavə edilmiş iddiaçıların əmək müfəttişliyinə ünvanladığı xx.xx.2020-ci il tarixli əmək müfəttişliyinə kollektiv şəkildə imzalanmış məktubdan bunun əyani şahidi olmaq olar. Həmçinin NK 25 mart 2020-ci il tarixli 112 saylı qərarın icrasına 2020-ci ilin mart ayından başlanmışdır. Halbuki, yol verilmiş hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək imkanı konkret bir müddətlə məhdudlaşdırıldığından, iddiaçılar tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddət ötürülmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsində “Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri” göstərilmişdir. Əmək Məcəlləsinin 296.4-cü maddəsində qeyd edilmişdir ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Mingəçevir şəhər X13 Hüquqi Şəxsin nümayəndəsi X19 iştirak etdiyi məhkəmə iclası zamanı təmsil etdiyi hüquqi şəxsə qarşı irəli sürülmüş iddianı qəbul etməmiş, əsasən digər nümayəndə X8 ilə eyni məzmunlu izahat vermiş və əlavə olaraq göstərmişdir ki, Mingəçevir şəhər X2 müdiri əvəzi vəzifəsində işləyir. Hər bir vəzifə üzrə tarif maaşı məbləğində əlavə 2020-ci ilin yanvar ayından verilir. Həmin əlavələr xx.xx.2020-ci il tarixdən İcbari Tibbi Sığorta Agentliyinin 2 nömrəli qərarı əsasında təyin edilib. Əlavələr xx.xx.2020-ci il tarixdən verilir. İcbari Sığortanın xx.xx.2020-ci il tarixli 2 saylı qərarı ilə yalnız həkimlərə 200 manat həvəsləndirici pilot layihə müddətində verilmişdir. Hesab edir ki, iddiaçıların tələbləri əsaslı deyildir. Odur ki, məhkəmədən iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Mingəçevir Regional Ərazi Şöbəsinin nümayəndəsi X14 məhkəmə iclası zamanı izahatında göstərdi ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının işçilərinə əmək müqaviləsində nəzərdə tutulmuş məbləğdən az əmək haqqı hesablanıb ödənilməsi işçilərin əmək hüquqlarını pozmuşdur. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin əməyin ödənilməsi və onun dərəcələrinin müəyyən edilməsi ilə bağlı 156-cı maddəsinin 1-ci hissəsində əmək haqqının əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilməsi təsbit edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 178-ci maddəsinin 1-ci hissəsində işəgötürənin maliyyə vəziyyətindən asılı olmayaraq, işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqının bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borclu olduğu və işçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürənin qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməsi nəzərdə tutulmuşdur. Təqdim olunan sənədlərə baxış zamanı məlum oldu ki, işəgötürən 01 yanvar 2020-ci il tarixdən işçilərə əmək müqaviləsi üzrə razılaşdırılan əmək haqqının ödənilməsini təmin etmir. «Mingəçevir şəhər Mərkəzi Xəstəxanası» X27 xx.xx.2020-ci il tarixli 46/Kol-36/20 nömrəli məktubunda koronovirus (COVİD-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlərlə əlaqədar olaraq Təcili və X10 şöbəsinin hər növbə üçün ayrılmış təcili tibbi yardım briqadası ilə işləyən tibb işçilərinin əmək haqlarına əlavənin tam olaraq ödənildiyi bildirilmişdir. «Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası» X27 xx.xx.2020-ci il tarixi 491 nömrəli məktubu ilə qoşma halında təqdim etdiyi sənədlərdən məlum oldu ki, tərəflərin razılığı ilə işçilərin əmək müqaviləsinə xx.xx.2020-ci il tarixli 4 nömrəli əlavə ilə dəyişikliklər edilmişdir. Sözügedən xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əlavənin 1-ci bəndində işçinin əmək haqqına əlavə həmin tarixdə təsdiq edilməmiş və yalnız 14 təqvim günündən sonra İcbari Tibbi Sığorta üzrə X15 heyətinin xx.xx.2020-ci il tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş «Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi» X27 tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun müəyyən edilməsi nəzərdə tutulmuşdur. Həmin əmək müqaviləsinə əlavənin 3-cü bəndində isə bu əlavənin müvafiq dəyişikliklərin elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınmasından sonra qüvvəyə minməsi qeyd edilmişdir. Lakin, işçilərin əmək müqaviləsinin dəyişdirilməsi ilə bağlı əmək müqaviləsi bildirişləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək müqaviləsi bildirişi” alt sistemində 13-18 avqust 2020-ci il tarixlərdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə görə əmək müqaviləsinin bağlanması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Beləliklə, “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası» X27 direktoru TTTNSnın işçilərinin əmək haqlarının hesablanması və ödənilməsində qanun pozuntularına yol verərək inzibati xəta törətmişdir. Ona görə də Mingəçevir regional ərazi şöbəsinin xx.xx.2020-ci il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərarı ilə “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası" X27 direktoru Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. Hesab edir ki, iddia tələbi əmək haqqının yenidən hesablanması hissəsində qismən əsaslıdır. Bununla belə məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Üçüncü şəxs qismində cəlb edilmiş İcbari Tibbi Sığorta üzrə X20 Hüquqi Şəxsin nümayəndəsi X22 iştirak etdiyi məhkəmə iclası zamanı iddia tələbini qəbul etməmiş və göstərmişdir ki, «Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavənin müəyyən edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 nömrəli Qərarına müvafiq olaraq təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və X6 və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə cəlb olunduqları iş vaxtına mütənasib olaraq aylıq vəzifə (tarif) maaşının 4 misli miqdarında müddətli əlavələrin ödənilməsi nəzərdə tutulmuşdur. Mingəçevir ŞMX tərəfindən Agentliyə təqdim edilmiş məlumata görə hər növbə ərzində bir təcili yardım briqadasının ayrılmasının səbəbi Mingəçevir şəhərində yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxma sayının aşağı səviyyədə (mart ayında 2, aprel ayında 11, may ayında 21 nəfərdə yoluxma halı) olmasıdır. Yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxma sayının az olması, həmçinin digər xəstəliklərlə bağlı gündəlik çağrışların sayının 100-120 arası olması və gün ərzində 6 briqadanın növbəyə çıxması nəzərə alınaraq, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə gündəlik bir briqadanın cəlb edilməsi yetərli hesab edilmişdir. Mingəçevir ŞMX tərəfindən yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən əməkdaşlar üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən cəlb olunduqları iş vaxtına mütənasib olaraq müddətli əlavənin ödənişi mütəmadi qaydada həyata keçirilmişdir. Eyni zamanda tibb müəssisələrinin əməkdaşları yeni növ koronavirus (COVİD-19) infeksiya ilə mübarizə tədbirlərinə zərurətlə əlaqədar növbəlik qaydasında cəlb edilmişlər. Belə ki, həmin tədbirlərə cəlb olunan tibb işçilərinin sayı infeksiyaya yoluxmuş xəstə sayında olan artıbazalmadan asılı olaraq tənzimlənmişdir. Tibb müəssisələrinin rəhbərliyi tərəfindən xəstə sayı və ya xəstəlik şübhəsi olanlar üçün təcili yardım üzrə çağırış sayı çox olduqda daha çox tibb işçisinin əksinə xəstə sayı və ya xəstəlik şübhəsi olanlar üçün təcili yardım üzrə çağırış sayı az olduqda isə daha az tibb işçisinin yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilməsi təmin edilmişdir. Hesab edir ki, iddiaçıların hüquqları qanunda nəzərdə tutulmuş qaydada təmin edilmişdir. Ona görə də iddia tələbi əsassızdır. Odur ki, məhkəmədən iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 və üçüncü şəxs qismində cəlb edilmiş İcbari Tibbi Sığorta üzrə X20 Hüquqi Şəxsin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Bununla belə cavabdeh Mingəçevir şəhər X13 Hüquqi Şəxsin nümayəndəsi X8 isə məhkəmə iclasında ərizə verərək iddiaçıların iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçıların və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş ƏƏSMN yanında DƏMX Mingəçevir regional ərazi şöbəsinin xx.xx.2020-ci il tarixli **********5 saylı məktubdan görünür ki, Mingəçevir şəhər X13 Hüquqi Şəxsin direktoru əmək haqlarının hesablanması və ödənilməsində qanun pozuntularına yol verdiyinə görə Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək barəsində xx.xx.2020-ci il tarixli, MN ******* saylı Qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Mingəçevir regional ərazi şöbəsinin xx.xx.2020-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Mingəçevir şəhər X13 Hüquqi Şəxsin direktoru X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(051)-431/2020 nömrəli qərarından görünür ki, Mingəçevir şəhər X13 Hüquqi Şəxsin direktoru X4 şikayəti təmin edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli tarixli 3(107)-258/2020 nömrəli qərarından görünür ki, Mingəçevir şəhər X13 Hüquqi Şəxsin direktoru X4 şikayəti təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(051)-431/2020 nömrəli qərarı ləğv edilmiş, müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad etmə ilə əlaqədar olaraq X4 barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Mingəçevir regional ərazi şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul edilmiş ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İş materiallarına əlavə edilmiş “Koronavirus (COVİD-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlərə tibb işçilərinin cəlb edilməsi haqqında” əmrlərin surətlərindən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak etmişdirlər. İş materiallarına əlavə edilmiş iddiaçılarla bağlanmış əmək müqavilələrinə olan xx.xx.2020-ci il tarixli əlavələrin 1-ci bəndindən görünür ki, işçilərlə bağlanmış əmək müqaviləsinin 4.1-ci bəndinə edilmiş dəyişikliyə əsasən işçilərin taarif maaşı müəyyən edilmiş və əmək haqqına əlavənin isə İcbari Tibbi Sığorta üzrə X15 heyətinin xx.xx.2020-ci il tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş «Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi» X27 tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na müvafiq olaraq ödənilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən müəyyən edilmiş “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizədə tibbi profilaktik tədbirləri həyata keçirən işçilərin əhatə dairəsinin əks olunduğu məlumatların 1.2-ci hissəsindən görünür ki, təcili tibbi yardım xidmətinin və X11 sürücüləri tibbi profilaktik tədbirlərə cəlb edilmişdirlər. İş materiallarına əlavə edilmiş Mingəçevir Şəhər X13 hüquqi şəxsin koronovirus pandemiyasına qarşı həyata keçirilən tədbirlərə tibb işçilərinin cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli 341.1 saylı əmrindən görünür ki, əmrə əlavə edilən siyahıda göstərilən tibb işçiləri Koronavirus (COVİD-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlərə cəlb edilmiş, TTTYS-nin gündəlik işə cəlb olunmuş briqadalarından yalnız biri (1 nəfər həkim, 1 nəfər tibb bacısı və sürücü) Koronavirus (COVİD-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlərdə iştirak etmişdir. İş materiallarına əlavə edilmiş Mingəçevir Şəhər X13 hüquqi şəxsin koronovirus pandemiyasına qarşı həyata keçirilən tədbirlərə tibb işçilərinin cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli 341.2 saylı əmrindən görünür ki, koronovirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədi ilə yoluxma sayının artımını nəzərə alıb əlavə briqadalara ehtiyac olduğu təqdirdə əlavə briqadaların yaradılmasının təmin edilməsi əmr edilmişdir. İş materiallarına əlavə edilmiş İcbari Tibbi Sığorta üzrə X15 heyətinin xx.xx.2020-ci il tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş «Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi» X27 tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasının 4-cü hissəsinə əsasən səhiyyə işçisinin əmək haqqına-tutduğu vəzifədən, stajdan və xidməti fəaliyyətinin qiymətləndirilməsindən asılı olaraq müəyyən edilən vəzifə maaşı, əmək şəraitinə görə ödənilən əlavələr, həvəsləndirici əlavələr və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş digər ödənişlər daxildir. Həmin Qaydanın 17.4-cü bəndindən görünür ki, təcili və X10 stansiyalarının (bölmələrinin) rəhbərlərinin, həkimlərinin, dispetçerlərinin, orta və kiçik tibb heyəti işçilərinin və sürücülərinin, qan və onun konpenentləri, habelə sümük iliyini tədarük və emal edən və dondurulmuş halda saxlanılması ilə məşğul olan müəsissələrin (şöbə və bölmələrin) işçilərinin aylıq vəzifə (tarif) maaşlarına əməyin ödənilmə dərəcələrinə uyğun olaraq vəzifə maaşı qədər əlavənin verilməsi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixdə sistemə daxil edilmiş əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, İddiaçı1 aylıq əmək haqqının məbləği 588 manatdan 294 manata, İddiaçı2 aylıq əmək haqqının məbləği 588 manatdan 294 manata, İddiaçı3 aylıq əmək haqqının məbləği 588 manatdan 294 manata, İddiaçı4 aylıq əmək haqqının məbləği 588 manatdan 294 manata, İddiaçı5 aylıq əmək haqqının məbləği 588 manatdan 294 manata, İddiaçı6 aylıq əmək haqqının məbləği 588 manatdan 294 manata, İddiaçı7 aylıq əmək haqqının məbləği 880 manatdan 440 manata, İddiaçı8 aylıq əmək haqqının məbləği 588 manatdan 294 manata, İddiaçı9 aylıq əmək haqqının məbləği 588 manatdan 294 manata endirilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 may 2023-cü il tarixli 9/2903 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə və iş materiallarında olan sənədlərə əsasən iddiaçıların hər birinə ayrı-ayrılıqda hesablanmalı olan əlavə məbləğ xx.xx.2020-ci il tarixli “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X27 tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına əsasən “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” X27 işçilərin aylıq əmək haqqı tariflərində yaranmış müsbət fərq aşağıdakı kimi müəyyən edilmişdir: İddiaçı7 - 176 manat İddiaçı3 - 118 manat İddiaçı1 – 118 manat İddiaçı4 –118 manat İddiaçı8 – 118 manat İddiaçı6 – 118 manat İddiaçı2 – 118 manat İddiaçı9 – 118 manat İddiaçı5 – 118 manat Təqdim edilmiş iş materiallarında olan əmək haqqı cədvəllərində hesablanmış əmək haqqına nisbətdə olan əmək haqqından tutulmalar düzgün hesablanmışdır. İş materiallarında olan, cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş ərizədə iddiaçıların cavabdehə qarşı “əmək haqqı tələbinə dair” iddia ərizəsi üzrə iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Ərizədə buna əsas kimi iddiaçıların qanuni mənafelərinin pozulmasından 2020ci ilin fevral ayında məlumatlı olmaları və həmin müddətdən 1 il keçdikdən sonra məhkəməyə müraciət edilməsi göstərilmişdir. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və iş materiallarına əlavə edilmiş sənədlərin məhkəmə iclasında tədqiqi nəticəsində müəyyən etdi ki, cavabdeh Mingəçevir şəhər X13 Hüquqi Şəxsin direktorunun “Koronavirus (COVİD-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlərə tibb işçilərinin cəlb edilməsi haqqında” əmrləri əsasında iddiaçılar xx.xx.2020-ci il tarixdən yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilmişlər. Belə ki, Mingəçevir şəhərində yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxma sayı aşağı səviyyədə (mart ayında 2, aprel ayında 11, may ayında 21 nəfərdə yoluxma halı) olduğundan, həmçinin digər xəstəliklərlə bağlı gündəlik çağırışların sayının 100-120 arası olması və gün ərzində 6 briqadanın növbəyə çıxması nəzərə alınaraq, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə gündəlik, bir nəfər həkim, bir nəfər tibb bacısı və sürücü olmaqla cəmi 3 nəfər tərkibdən ibarət bir briqada cəlb edilmişdir. Həmin briqadaya iddiaçılar növbəlik əsasında cəlb edildiklərindən, onlara müddətli əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il martın 1dən hesablanıb ödənilmişdir. Məhkəmə, həmçinin müəyyən etdi ki, iddiaçılar İddiaçı1 aylıq əmək haqqının məbləği 588 manatdan 294 manata, İddiaçı2 aylıq əmək haqqının məbləği 588 manatdan 294 manata, İddiaçı3 aylıq əmək haqqının məbləği 588 manatdan 294 manata, İddiaçı4 aylıq əmək haqqının məbləği 588 manatdan 294 manata, İddiaçı5 aylıq əmək haqqının məbləği 588 manatdan 294 manata, İddiaçı6 aylıq əmək haqqının məbləği 588 manatdan 294 manata, İddiaçı7 aylıq əmək haqqının məbləği 880 manatdan 440 manata, İddiaçı8 aylıq əmək haqqının məbləği 588 manatdan 294 manata, İddiaçı9 aylıq əmək haqqının məbləği 588 manatdan 294 manata endirilməsinə dair əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişləri xx.xx.2020-ci il tarixdə sistemə daxil edilməsinə və həmin tarixdə qüvvəyə minməsinə baxmayaraq, cavabdeh Mingəçevir şəhər X13 Hüquqi Şəxs tərəfindən iddiaçıların əmək haqları 2020-ci ilin yanvar ayından həmin dəyişiklər nəzərə alınmaqla hesablanmış və ödənilmişdir. Ona görə də cavabdeh X27 direktorunun barəsində X17 Xidməti Mingəçevir regional ərazi şöbəsi tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, lakin sonradan Şəki Apelyasiya Məhkəməsi qərarı ilə müddətin keçməsinə görə inzibati məsuliyyətdən azad etmə ilə əlaqədar olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Mingəçevir regional ərazi şöbəsinin inzibati xəta haqqında iş üzrə qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bununla belə cavabdeh X27 direktorunun əməlində inzibati xəta tərkibinin olması öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, iddiaçılarla cavabdeh arasında yaranmış fərdi əmək mübahisəsinin düzgün həll edilməsi üçün ilk növbədə mübahisənin predmetinin nədən ibarət olması müəyyən edilməlidir. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, iddiaçılarla cavabdeh arasında yaranmış fərdi əmək mübahisəsinin predmeti əmək normalarının, əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi, həmçinin işçinin əmək funksiyasının həcminin müəyyən edilməsi ilə bağlı olduğundan, mübahisə əmək qanunvericiliyinin normaları və digər əlaqəli normativ hüquqi aktlar əsasında həll edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəllənin 147-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək normaları-hasilat normaları, vaxt normaları, xidmət normaları və işçilərin say normaları işçilər üçün texnikanın, texnologiyanın əldə edilmiş səviyyəsinə uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 147-ci maddəsinin 4-cü hissəsinə hasilat normaları elə müəyyən edilməlidir ki, tam iş vaxtı ərzində işçi əmək funksiyasını yerinə yetirmək imkanına malik olsun və onun əmək haqqının məbləği qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmasın. Həmin Məcəllənin 288-ci maddəsinə əsasən əmək normalarının, əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi, həmçinin işçinin əmək funksiyasının həcminin müəyyən edilməsinin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli bu Məcəllə ilə nizama salınır. Məhkəmə ilk növbədə, cavabdeh tərəfin iddia tələbinin, xx.xx.2020-ci il tarixdən başlayaraq, İcbari Tibbi Sığorta üzrə X24 heyətinin 2 nömrəli qərarı ilə təsdiq edilmiş «Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi» X27 tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq əmək haqqının yenidən hesablanıb ödənilməsi hissəsinə münasibətdə iddia müddətinin tətbiq edilməsinə dair ərizəsi ilə bağlı qeyd edir ki, iddia tələbinin birinci hissəsi - 2020-ci ilin yanvar ayından 2020-ci ilin sentyabr ayınadək əmək müqaviləsi üzrə müsbət artımın (əlavənin) hesablanıb verilməsinə aid olan hissəsi qismən - ekspert rəyində göstərilən məbləğlərdə əsaslı olsa da, 2020-ci ilin yanvar ayından 2020-ci ilin iyun ayının 16-na qədər olan müddət üçün əmək müqaviləsi üzrə müsbət artımın (əlavənin) hesablanıb verilməsi hissəsində iddiaçılar qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Ona görə də cavabdehin iddia müddətinin tətbiq olunması barədə ərizəsi nəzərə alınmalı, həmin hissədə iddia müddəti tətbiq olunmalıdır. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, iddiaçılar hər bir aya münasibətdə əmək haqlarının verilməsində pozuntu olduğunu həmin ayın əmək haqqını əldə edərkən bilmişlər. Lakin iddiaçılar tərəfindən hazırki iddia tələbi ilə məhkəməyə 16 iyun 2021-ci il tarixdə müraciət edilmişdir. 2020-ci ilin iyun ayının 16-dan 2020-ci ilin avqustun 24-nədək olan müddət ərzində aldıqları əmək haqlarında hüquqlarının pozulduğunu bildikləri vaxtdan hazırki iddia tələbi verilənədək keçən 1 il müddətin içərisinə düşdüyündən həmin ayların əmək haqlarında müsbət artımın (əlavənin) hesablanıb verilməsi hissəsinə iddia müddəti tətbiq oluna bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Ona görə də məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə iddia tələbinin 2020-ci ilin yanvar ayından 2020-ci ilin iyun ayının 16-na qədər olan müddət üçün əmək müqaviləsi üzrə müsbət artımın (əlavənin) hesablanıb verilməsi hissəsində iddiaçılar qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyünə görə iddia müddəti tətbiq edilməli, 2020-ci ilin iyun ayının 16-dan 2020-ci ilin avqustun 24-nədək olan müddət ərzində aldıqları əmək haqlarında hüquqlarının pozulduğunu bildikləri vaxtdan hazırki iddia tələbi verilənədək keçən 1 il müddətin içərisinə düşdüyündən, həmin ayların əmək haqlarında müsbət artımın (əlavənin) hesablanıb verilməsi hissəsinə iddia müddəti tətbiq edilməməlidir. Məhkəmə iddia tələbinin əmək haqqının 2020-ci ilin yanvar ayından xx.xx.2020-ci il tarixədək İcbari Tibbi Sığorta üzrə X15 heyətinin xx.xx.2020-ci il tarixli, 2 nömrəli qərarı ilə təsdiq edilmiş «Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi» X27 tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydaları” ilə müəyyən edilmiş qaydada hesablanaraq iddiaçılara ödənilməsinin cavabdehə həvalə edilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. Belə ki, məhkəmə iclası zamanı müəyyən edildi ki, iddiaçılarla cavabdeh Publik Hüquqi şəxs arasında 2020-ci ilin yanvar ayı ərzində bağlanmış əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişləri xx.xx.2020-ci il tarixdə sistemə daxil edilməsinə və həmin tarixdə qüvvəyə minməsinə baxmayaraq, cavabdeh Mingəçevir şəhər X13 Hüquqi Şəxs tərəfindən iddiaçıların əmək haqları 2020-ci ilin yanvar ayından həmin dəyişiklər nəzərə alınmaqla hesablanmış və ödənilmişdir. Ona görə də cavabdeh X27 direktorunun barəsində X17 Xidməti Mingəçevir regional ərazi şöbəsi tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, lakin sonradan Şəki Apelyasiya Məhkəməsinin qərarı ilə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə onun inzibati məsuliyyətdən azad edilməsi ilə əlaqədar olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Mingəçevir regional ərazi şöbəsinin inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilmişdir. Bununla belə işəgötürənin əməlində inzibati xəta tərkibi olmuşdur. Göründüyü kimi cavabdeh tərəfindən qanunsuz olaraq iddiaçıların əməkhaqlarının “Tibbi Ərazi bölmələrini İdarəetmə Birliyi X27 tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi qaydası”na uyğun hesablanması və ödənilməsi məhz xx.xx.2020-ci il tarixdən etibarən təmin edilmişdir. Ona görə də məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, iddiaçılarla bağlanmış əmək müqavilələrinə əlavələr xx.xx.2020-ci il tarixdən qüvvəyə mindiyindən, iddiaçıların əmək haqqı məbləğlərinin əvvəlki qaydada hesablanması, yeni qaydalara münasibətdə iddiaçıların xeyrinə müsbət fərqin yaranması ilə nəticələnir. Bu da işçilərin pozulmuş əmək hüquqlarının bərpa edilməsini ehtiva edir. Ona görə də, işəgötürən tərəfindən yol verilmiş pozuntu aradan qaldırılmalı və iddiaçılara həmin vaxt qüvvədə olan əmək müqaviləsində müəyyən edilmiş məbləğdə əmək haqqı hesablanmalıdır. Məhkəmə öz mövqeyini onunla əsaslandırır ki, iddiaçılar İddiaçı1 aylıq əmək haqqının məbləği 588 manatdan 294 manata, İddiaçı2 aylıq əmək haqqının məbləği 588 manatdan 294 manata, İddiaçı3 aylıq əmək haqqının məbləği 588 manatdan 294 manata, İddiaçı4 aylıq əmək haqqının məbləği 588 manatdan 294 manata, İddiaçı5 aylıq əmək haqqının məbləği 588 manatdan 294 manata, İddiaçı6 aylıq əmək haqqının məbləği 588 manatdan 294 manata, İddiaçı7 aylıq əmək haqqının məbləği 880 manatdan 440 manata, İddiaçı8 aylıq əmək haqqının məbləği 588 manatdan 294 manata, İddiaçı9 aylıq əmək haqqının məbləği 588 manatdan 294 manata endirilməsinə dair əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişləri xx.xx.2020-ci il tarixdə sistemə daxil edildiyindən və həmin tarixdə qüvvəyə mindiyindən, iddiaçıların əmək haqqı məbləğləri məhz həmin tarixədək qüvvədə olan və əmək müqaviləsində müəyyən edilmiş tarif (vəzifə) maaşı əsasında hesablanmalıdır. Azərbaycan respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 156-cı maddəsinə 1-ci hissəsinə əsasən əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. Məhkəmə iddia tələbinin 01 mart 2020-ci il tarixdən aylıq vəzifə maaşlarının 4 misli miqdarında iddiaçılara müddətli əlavənin verilməsi hissəsini ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslı deyildir. İddia tələbinin ümumi hüquqi əsasını təşkil edən Əmək Məcəlləsinin 157-ci maddəsinə görə əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına əlavə ödənc müəyyən edilə bilər. Hazırki iddia tələbinin ikinci hissəsində iddiaçılar onların yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak etdiklərinə görə əmək haqqına əlavələrin ödənilməsini tələb edirlər. Bu cür əlavələr Azərbaycan Respublikası Prezidentinin «Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında» 18 mart 2020-ci il tarixli, 1947 №-li Sərəncamı ilə müəyyən edilmişdir (qərarın 46-cı paraqrafı). Eyni zamanda həmin Sərəncamın icrası ilə əlaqədar qəbul edilmiş Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 №-li Qərarı ilə, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin məbləği müəyyən edilmişdir (qərarın 47-ci paraqrafı). Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Sərəncamının 1-ci hissəsində qeyd olunur ki, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3–5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilməsi göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Qərarının 1.2-ci bəndində qeyd edilmişdir ki, təcili tibbi yardım xidməti göstərən tibb işçilərinin, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində müəyyən edilmişdir. Həmin qərarın 2-ci hissəsində göstərilir ki, bu Qərarın 1-ci hissəsində göstərilən müddətli əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il martın 1-dən 2021-ci il avqustun 1dək olan müddət üçün ödənilir. Məhkəmə, həmçinin qeyd edir ki, cavabdeh Mingəçevir şəhər X13 Hüquqi Şəxsin direktorunun “Koronavirus (COVİD-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlərə tibb işçilərinin cəlb edilməsi haqqında” əmrləri əsasında iddiaçılar xx.xx.2020-ci il tarixdən yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilmişlər. Mingəçevir ŞMX X27 direktorunun müvafiq əmrləri əsasında (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə hər növbə ərzində bir təcili yardım briqadasının ayrılması müəyyən edilmişdir. Belə ki, Mingəçevir şəhərində yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxma sayı aşağı səviyyədə (mart ayında 2, aprel ayında 11, may ayında 21 nəfərdə yoluxma halı) olduğundan, həmçinin digər xəstəliklərlə bağlı gündəlik çağırışların sayının 100-120 arası olması və gün ərzində 6 briqadanın növbəyə çıxması nəzərə alınaraq, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə gündəlik, bir nəfər həkim, bir nəfər tibb bacısı və sürücü olmaqla cəmi 3 nəfər tərkibdən ibarət bir briqada cəlb edilmişdir. Həmin briqadaya iddiaçılar növbəlik əsasında cəlb edildiklərindən, onlara Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Qərarının 2-ci hissəsində göstərilən qaydada müddətli əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il martın 1-dən hesablanıb ödənilmişdir. Belə olan halda məhkəmə, cavabdeh Mingəçevir şəhər X13 Hüquqi Şəxsin direktorunun qeyd edilən əmrlərini Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Qərarına uyğun hesab edərək, cavabdehlərin yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində növbəlik əsasında iştirak etdiklərini təsdiq edən sənəd kimi qəbul edir və nəzərə alır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Mingəçevir ŞMX X27 direktorunun müvafiq əmrləri əsasında iddiaçıların hər növbə ərzində bir təcili yardım briqadasının tərkibində yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilmədikləri müddətlərdə qeyd edilən müddətli əlavə iş vaxtına mütənasib olmadığı üçün verilməmişdir. Bu halda isə iddiaçıların əmək hüquqları işəgötürən tərəfindən pozulmamışdır. Məhkəmə, iddiaçıların növbədə olduqları, lakin həmin növbə üzrə yaradılmış (COVİD-19) infeksiyası ilə mübarizəyə cəlb edilən təcili yardım briqadasının tərkibində olmadıqları vaxtlarda da yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak etdikləri ilə bağlı bildirdiklərini işin həqiqi hallarına uyğun hesab etmir. Belə ki, iddiaçıların COVİD-19 infeksiyası ilə mübarizəyə cəlb edilən təcili yardım briqadasının tərkibinə daxil olmadıqları halda, koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində birbaşa iştirak etmələri, məhkəmə iclasında öz təsdiqini tapmamış, həmçinin iddiaçılar həmin hallara dair məhkəməyə mötəbər mənbədən əldə edilmiş sübut təqdim etməmişlər. İş materiallarından isə görünür ki, Covid-19 virusuna qarşı mübarizə tədbirləri çərçivəsində iddiaçılara ödənilməli olan əmək haqqına müddətli əlavələr cavabdeh publik hüquqi şəxs tərəfindən onların iş saatlarına mütənasib olaraq hesablanıb ödənilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən 16 iyun 2020-ci il tarixdən 24 avqust 2020-ci il tarixədək müddətə daxil olan hər ay üçün ödənilmiş əmək haqqlarında müsbət fərq olaraq iddiaçılar İddiaçı7 176 manat, İddiaçı3 118 manat, İddiaçı1 118 manat, İddiaçı4 118 manat, İddiaçı8 118 manat, İddiaçı6 118 manat, İddiaçı2 118 manat, İddiaçı9 118 manat və İddiaçı5 118 manat ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi məhkəmə xərclərinin ödənilməsi ilə bağlı qeyd edir ki, ekspertiza tədqiqatlarının dəyəri olaraq 250 manat məbləğində pul cavabdeh Mingəçevir şəhər X13 Hüquqi Şəxsindən tutularaq dövlət büdcəsinin hesabına keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM–in 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. 16 iyun 2020-ci il tarixdən 24 avqust 2020-ci il tarixədək müddətə daxil olan hər ay üçün ödənilmiş əmək haqqlarında müsbət fərq olaraq, həmin vaxt qüvvədə olan əmək müqaviləsinə əsasən, iddiaçılar İddiaçı7 176 manat, İddiaçı3 118 manat, İddiaçı1 118 manat, İddiaçı4 118 manat, İddiaçı8 118 manat, İddiaçı6 118 manat, İddiaçı2 118 manat, İddiaçı9 118 manat və İddiaçı5 118 manat ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatlarının dəyəri olaraq 250 manat məbləğində məhkəmə xərci cavabdeh Mingəçevir şəhər X13 Hüquqi Şəxsindən tutularaq dövlət büdcəsi hesabına keçirilsin. (AZ34CTRE********************; Az.MEM, VÖEN**********, X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ01360 1**********3944 SWİFT BİK CTREAZ 22). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar