Məhkəmə qərarları › İş №2(051)-151/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-151/2025

31.01.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-151/2025 31.01.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanov Xanım Bəxtiyar qızının katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: “Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin” nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinə qarşı ödənilməmiş əmək haqqının birdəfəlik ödənilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinə qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdeh Mingəçevir şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsindən ona ödənilməmiş 2214.33 manat əmək haqqının birdəfəlik alınıb ona verilməsi və dövlət rüsumu kimi ödənilmiş 45 manat məbləğdə pulun alınıb ona ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, İddiaçı xx xxxxxx 1968-ci ildə Kəlbəcər rayonun Qalaboynu kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1991-ci ildən başlamışdır. O, xx.xx.1999-cu ildən xx.xx.2023-cü il tarixədək Mingəçevir şəhərində yerləşən Mənzil İstismar Sahələrində müxtəlif vəzifələrdə işləmişdir. İşəgötürənlə onun arasında olan əmək müqaviləsinə 11 noyabr 2023-cü il tarixdə xitam verilmişdir. Cavabdeh tərəfindən işlədiyi dövrlər üzrə ona ödənilməmiş 3879.33 manat məbləğdə əmək haqqı borcu yaranmışdır. Həmin borcdan xx.xx.2023-cü il tarixdə ona 1665 manat məbləğdə əmək haqqı ödənilmiş, yerdə qalan 2214.33 manat ödənilməmiş əmək haqqı isə ona ödənilməmişdir. Bununla bağlı o dəfələrlə cavabdehə müraciət etsə də, cavabdeh ona olan 2214.33 manat məbləğdə əmək haqqı borcunu ödəməkdən imtina edir. O pozulmuş hüquqlarını başqa qaydada bərpa edə bilmir. Ona görə də əlacsız qalıb məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, iddia müddətinin keçməsi ilə razı deyil. Onun fikrincə müdddət ötməmişdir. Ona görə də məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi ərizəsini belə əsaslandırmışdır ki, İddiaçı cavabdehə qarşı 2014-2021-ci il tarixə ödənilməyən 2214.33 manat əmək haqqının ödənilməsinə dair tələbi məhkəmənin icraatındadır. İddiaçının tələbi əsassızdır və bu səbəbdən rədd edilməlidir. Belə ki, iddia tələbinin ikinci hissəsinə münasibətdə Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin xx.xx.2023-cü il tarixli əmri ilə iddiaçı işdən azad edilmiş və 11 ay 11 gün üçün son haqq-hesab tam ödənilmişdir. Əmək Məcəlləsinin 296.4-cü maddəsində qeyd edilir ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1(bir) il ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı 2014-2021- ci illər üçün əmək haqqının ödənilməsi ilə bağlı 2022-ci ilin sonunadək məhkəməyə müraciət etmədiyindən iddia müddəti üzürsüz səbəbdən buraxılmışdır. Bununla yanaşı eyni tələblə bağlı Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin digər işçiləri məhkməməyə müraciət etmiş və iddiaçı həmin dövrdə pulu tələb etməkdən imtina etmişdir. Göründüyü kimi, iddiaçı pul tələbi ilə bağlı Əmək Məcəlləsinin 296.4-cü maddəsində nəzərdə tutulan 1(bir) illik iddia müddəti buraxılmış və bu səbəbdən tələbi əsassız və qanunsuzdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmədən xahiş edir ki, iddia müddətini tətbiq edərək iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin nümayəndəsi X7 məhkəmə iclası zamanı verdiyi izahatında ərizəyə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, iddia müddətini tətbiq edərək iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Əvvəlki Məhkəmə iclaslarında iştirak etmiş İddiaçı etibarnamə üzrə nümayəndəsi X5 məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, iddiaçı onun atasıdır. Əməkhaqqı müxtəlif dövrlərdə əksik verilmişdir. İlk dəfə əmək haqqı tələbi ilə bağlı müraciətləri 2023-cü ildə olmuşdur. Lakin məhkəməyə ilk müraciətləri indi etdikləri müraciətdir. Onu qeyd etmək istəyir ki, onlar əmək haqqı az veriləndə bilirdilər. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi müddətin ötməsi səbəbilə rədd edilməlidir. Belə ki, işdə olan AZ-T seriyalı, 272277 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Ziyəddin Tufan oğlunun oğludur. İşdə olan İddiaçı məxsus xx.xx.1997-ci il tarixli əmək kitabçasından görünür ki, Əzizov X2 şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsində xx.xx.1999-cu ildə işə götürülmüş və onunla işəgötürən arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli ərizəsi nəzərə alınmaqla idarənin 60 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. İşdə olan İddiaçı tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, xx.xx.2023-cü il tarixdən işdən azad edilməsini xahiş etmişdir. İşdə olan Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi tərəfindən 18 noyabr 2024-cü il tarixli arayışdan görünür ki, qalıq məbləğ cəmi 2214.33 manat hesablanmışdır. Qalıq pulların hesablandığı illər 2014, 2015, 2018, 2020, 2021-ci illərdir. İşdə olan Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi üzrə xx.xx.2023-cü il tarixli 60 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən görünür ki, İddiaçı ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli ərizəsi nəzərə alınmaqla idarənin 60 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. İşdə olan əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli 60 nömrəli əmrdən görünür ki, İddiaçı ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli ərizəsi nəzərə alınmaqla idarənin 60 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xx.xx.2023cü il tarixdən xitam verilmişdir. İşçinin xx.xx.1999-cu il tarixdən xx.xx.2023-cü il tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabının qanunvericliyə uyğun şəkildə hesablanıb ödənilməsi MT və Aİ-nin mühasibatlıq şöbəsinə təqvil verilməsi və işçinin əmək kitabçasında lazımi qeydlər aparılaraq özünə təhvil verilməsi əmr edilmişdir. X9 Xitam verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli, xxxxxxx0001X0 №-li əmək müqaviləsinin bildirişindən görünür ki, İddiaçı ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli ərizəsi nəzərə alınmaqla idarənin 60 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Mərkəzi Aran regional şöbəsi tərəfindən verilmiş 30 aprel 2024-cü il tarixli, 3-17-5/2-ə-25019/2024 saylı İddiaçı cavab məktubundan görünür ki, İddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2024-cü il tarixədək MİS-lərdə müxtəlif vəzifələrdə işlədiyi, işlədiyi dövrdə bütün iş illərinə görə əmək məzuniyyətindən istifadə etdiyi, sonuncu dəfə xx.xx.2023-cü il tarixli 23 nömrəli əmrlə xx.xx.2022-xx.xx.2023-cü iş ilinə görə əmək məzuniyyətində olduğu qeyd edilmişdir. Bundan əlavə məktubda idarənin ona keçmiş dövrlərdən 3879.33 manat ödənilməmiş əmək haqqı borcunun yarandığı, həmin borcdan xx.xx.2023-cü il tarixdə 1665.00 manat "xxxx" ASC-nin Mingəçevir şəhər filialında olan ******************** nömrəli bank hesabına köçürüldüyü, idarənin ona 2214.33 manat əmək haqqı borcu qaldığı, idarənin bank hesabında maliyyə vəsaiti qalmaması səbəbindən həmin məbləğin tam ödənilməsinin mümkün olmadığı, maliyyə vəsaiti yarandığı təqdirdə həmin borcun tam ödəniləcəyi bildirmişdir. Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin xx.xx.2024-cü tarixli 101 nömrəli məktubuna qoşma halında əlavə etdiyi sənədlərdən məlum olur ki, onunla işəgötürən arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli ərizəsi nəzərə alınmaqla idarənin 60 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. İşdə olan Mingəçevir 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, MŞM/MT031/2024-00529 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Mingəçevir Şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi iştirak etmədiyindən ilkin mediasiya sessiyası keçirilə bilməmişdir. Cavabdeh Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin nümayəndəsi tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə əsasən iddiaçının tələbi, 2014-2021-ci illər tarixlərdə ödənilməyən əmək haqqı olduğundan əsassızdır. İddiaçı tərəf məhkəmə iclası zamanı verdiyi izahatında etiraf etmişdir ki, həmin dövrlərdə pulunu əksik almışdır. Buna baxmayaraq iddiaçı həmin dövrdə əmək haqqını tələb hüququnu əldə etmiş, lakin məsələni mübahisələndirib məhkəməyə müraciət etməmişdir. Göründüyü kimi iddiaçı pul tələbi ilə bağlı AR ƏM–nin 296.4-cü maddəsində nəzərdə tutulan iddia müddətini buraxmışdır. Cavabdeh məhkəmədən iddia müddətini tətbiq edərək iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və iş materiallarına əlavə edilmiş sənədlərin məhkəmə iclasında tədqiqi nəticəsində müəyyən etdi ki, İddiaçı xx.xx.1999-cu il tarixdən hazırkı iş üzrə cavabdeh Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsində müxtəlif vəzifələrdə çalışmışdır. Onunla işəgötürən arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli ərizəsi nəzərə alınmaqla idarənin 60 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xx.xx.2023cü il tarixdən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verildikdən sonra İddiaçı “Mənzil Təsərrüfatı və Abadlaşdırma idarəsində” çalışdığı müddətdə işdən çıxmamışdan əvvəlki tarixlərdə əmək haqqını bəzi tarixlərdə əksik aldığını bildirmişdir. Hazırda iddiaçı Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsində işlədiyi 2014-2021-ci il tarixlərində ödənilməyən əmək haqqına görə cəmi 2214.33 manatın ona ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, mübahisənin düzgü həll edilməsi üçün ilk növbədə tərəflər arasında mövcud olmuş hüquq münasibətlərinin xarakteri müəyyən olunmalıdır. İşin müəyyən edilmiş hallarında görünür ki, iddiaçı cavabdeh Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi ilə yaranmış mübahisənin həll edilməsini əmək mübahisəsi kimi təqdim etmiş, buradan aydın görünür ki, işdə olan sənədlərə əsasən iddiaçı ilə cavabdeh arasında əmək hüququ ilə tənzimlənən əmək münasibətləri yaranmışdır. İddiaçı ilə cavabdeh arasında əmək müqaviləsi bağlanmışdır. Ona görə də məhkəmə hesab edir ki, mübahisənin həlli zamanı əmək qanunvericiliyinin normaları tətbiq edilməlidir. Məhkəmə araşdırması zamanı işdə olan sənədlərin təhlili ilə müəyyən edilmişdir ki, iddiaçı Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsində çalışdığı müddətdə vəzifəsinə uyğun hər il üçün müəyyən edilmiş ştat cədvəlinə uyğun olaraq əmək haqqı müəyyən olunsa da, 2014-2021-ci illər ərzində müvafiq əmək haqqı məbləği ona tam qaydada ödənilmədiyindən hazırda iddiaçı ona əksik ödənilən əmək haqına görə cəmi 2214.33 manat pulu tələb etmişdir. Məhkəmə, iddia müddətinin tətbiqi ilə bağlı cavabdehin nümayəndəsi tərəfindən verilmiş ərizəyə qiymət verərək hesab edir ki, ərizə əsaslıdır. İddiaçının 2014-2021-ci illər ərzində əmək haqına görə ona ödənilməyən qalıq pulun tələb edilməsi qanunla müəyyən edilmiş müddəti ötürməklə verdiyindən iddia əsassızdır. İddiaçı 2014-2021-ci illər üzrə vaxtında hər hansı iddia tələbi irəli sürməmişdir. Məhkəmə araşdırması zamanı isə müəyyən edilmişdir ki, iddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixində müraciət edərək, bir illik iddia müddətini ötürmüşdür. İddiaçı tərəfindən bütün istinad etdiyi dövrü əhatə edən tələb etmə müddəti ötürüldüyündən, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin-ci bəndinə əsasən Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 172-ci maddəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Həmin Məcəllənin 288-ci maddəsinə əsasən Əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli Əmək Məcəlləsi ilə tənzimlənir. Həmin Məcəllənin 296-cı maddəsinə əsasən (3-cü bənd). Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin Məcəllənin 296-cı maddəsinə əsasən (4-cü bənd). Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Həmin Məcəllənin 297-ci maddəsində göstərilir ki, fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. Göründüyü kimi iddiaçı həmin dövrdə əmək haqqını tələb hüququnu əldə etmiş, lakin məsələni mübahisələndirib məhkəməyə müraciət etməmişdir. Beləliklə. iddiaçı 2014-2021ci illər üzrə ödənilməyən əmək haqqı məbləğlərinə münasibətdə qanunla müəyyən edilmiş qaydada müraciət etmək müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən belə qənaətə gəlir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4–cü maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi rədd edilsin. İddiaçı cavabdeh Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinə qarşı ödənilməmiş 2214.33 manat əmək haqqının birdəfəlik alınıb ona verilməsi birdəfəlik ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar