Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1529/2020 28.09.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, iddiaçı: İddiaçı Cavabdeh qarşı «alimentin təyin olunması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh xx xxxxxx 2015-ci il təvəllüdlü Raul, xx xxxxxx 2017-ci il təvəllüdlü Ranar, xx xxxxxxx 2019-cu il təvəllüdlü Aylin adlı uşaqlarının saxlanması üçün ərizə verilən tarixdən başlamaqla aylıq hər cürə qazancının ½ hissəsində və xx xxxxxxx 2019-cu il təvəllüdlü Aylin adlı qızının 3 yaşa çatana qədər saxlanması üçün 150 manat sabit pul məbləğində alimentin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında göstərmişdir ki, o, Cavabdehla xx.xx.2015-ci ildə nikahlarını qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikah münasibətlərindən xx.xx.2015-ci il təvəllüdlü Raul, xx.xx.2017-ci il təvəllüdlü Ranar və xx.xx.2019-cu il təvəllüdlü Aylin adlı uşaqları anadan olmuşdur. Cavabdehla aralarındakı nikah pozulmamışdır. Belə ki, o cavabdehlə ailə qurduqdan sonra onun yaşadığı Bakı şəhəri 7ci mikrorayon ev 2b, mənzil 56-ya gəlin köçmüşdür. İlk vaxtlar mehriban yaşasalar da sonradan ailədaxili münaqişələri artmağa başlamışdır. Cavabdeh ali təhsilli olmaqla Gömrük komitəsində məsul vəzifədə çalışır. Aylıq nəvacibi 2000 manatdan artıqdır. əmək haqqına əlavələr də alır. Ancaq həmin qazancını pis vərdişlərə xərclədiyindən onlar həmişə ehtiyac içində olublar. Hətta ona toy hədiyyəsi alınmış qızıllarını da borcları üçün lombarda qoyub pul götürmüşdür. Qızı Aylin doğulduqdan sonra o uşaqlarla Mingəçevir şəhərinə gəlmişdir. Novruz bayramına qədər cavabdeh onlarla maraqlanmamışdır. Bayramdan bir neçə gün sonra isə onlarla maraqlanmamış, evə qayıtmaqlarına imkan verməmişdir. Ona məxsus bütün əşyalar Bakı şəhərindədir. Uşaqları azyaşlı olduğundan o işləyə bilmir. Artıq qızı Aylin 10 aylıqdır. Özü və uşaqları anasının öhdəsində qalıb. Uşaqların həm geyim, həm dava-dərmanını da anası təmin edir. Cavabdeh isə keçən bu müddət ərzində bir dəfə də olsun uşaqları ilə maraqlanmamış, ona maddi köməklik göstərməmişdir. Uşaqların gündəlik tələbatı 50-60 manatdan artıq vəsait təşkil edir. O isə işləmədiyi üçün bunu təmin edə bilmir. Ona görə də, Cavabdeh xx xxxxxx 2015-ci il təvəllüdlü Raul, xx xxxxxx 2017-ci il təvəllüdlü Ranar, xx xxxxxxx 2019-cu il təvəllüdlü Aylin adlı uşaqlarının saxlanması üçün ərizə verilən tarixdən başlamaqla aylıq hər cürə qazancının ½ hissəsində və xx xxxxxxx 2019-cu il təvəllüdlü Aylin adlı qızının 3 yaşa çatana qədər saxlanması üçün 150 manat sabit pul məbləğində alimentin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Belə ki, işə əlavə olunan doğum haqqında şəhadətnamələrdən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2017-ci il təvəllüdlü X3, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X2 adlı uşaqları anadan olmuşdur. İşə əlavə olunan nikah bağlanması haqqında şəhadətnamədən görünür ki, tərəflərin nikahı xx.xx.2015-ci ildə 298 nömrəli akt ilə bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsində qeydə alınmışdır. İşə əlavə olunmuş Mingəçevir şəhər 7 saylı MİS-nin xx.xx.2020-ci il tarixli 328 saylı arayışından görünür ki, Sadıqova X1 şəhəri A.Məmmədov küçəsi 4/1, mənzil 52 ünvanında yaşayır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlər üçün analoji vəzifə Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə də müəyyən olunmuşdur. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsas kimi istinad etdiyi halları sübut etməlidir. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə əsasən, sabit pul məbləğinin miqdarı tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq hüquqları haqqında» qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimum haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2020-ci ildə uşaqlar üçün yaşayış minimumu 170 manat müəyyən olunmuşdur. Məhkəmə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçı uşaqların yetkinlik yaşına çatana kimi aliment tələbində də haqlıdır. Ona görə də Cavabdeh Ranar, Raul və Aylin adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay qazancının (başqa gəlirinin) ½ hissəsi miqdarında aliment alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı alimentin məhkəməyə müraciət olunduğu vaxtdan tutulması barədə tələb irəli sürməmişdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2020-ci il tarixdə aliment tutulması ilə bağlı məhkəməyə müraciət etdiyinə görə qətnamədə alimentin iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan tutulub ödənilməsi göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3 və 119.2-ci maddələrinə əsasən cavabdehdən 30 manat məbləğində dövlət rüsumu alınıb dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nın 234.2.1-ci maddəsinə əsasən aliment alınması haqqında qətnamə dərhal icra olunur. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X2 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay qazancının (və başqa gəlirlərinin) ½ hissəsi miqdarında aliment tutulub İddiaçı verilsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu alınıb dövlət büdcəsinə keçirilsin. Alimentin tutulmasına xx xxxxxx 2020-ci ildən başlansın. Alimentin ödənilməsi dərhal icra olunsun. İddia tələbi qalan hissədə təmin edilməsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1529/2020
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1529/2020
28.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver