Məhkəmə qərarları › İş №2(051)-1532/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1532/2024

24.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1532/2024 24.09.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Əliyeva Əminə Malik qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü Aysu, xx.xx.2009-cu il təvəllüdlü Zəhra və xx.xx.2014-cü il təvəllüdlü Ömər adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 200 manat olmaqla, cəmi 600 manat məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh onun keçmiş kürəkənidir. X2 5 il öncə avtomobil qəzası nəticəsində dünyasını dəyişmişdir. Onların birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü Aysu, xx.xx.2009-cu il təvəllüdlü Zəhra xx.xx.2014-cü il təvəllüdlü Ömər adlı uşaqları olmuşdur. Qızı dünyasını dəyişdikdən sonra, xx.xx.2020-ci il tarixdən hər üç nəvəsinə Mingəçevir şəhər İcra Hakimiyyətinin qərarı ilə qəyyum təyin edilmişdir. Həmin vaxtdan nəvələrinə o, baxır. Hazırda maddi çətinlik çəkir. Həyat yoldaşı ciddi ürək xəstəsidir. Nəvəsi Zəhra isə ikinci qrup əlildir. Cavabdeh Bakı şəhərində taxta sexlərindən birində işləyir. Onun verdiyi maddi kömək uşaqların tələbatını ödəmir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, əvvəl işlədiyi yerdən 2022-ci ildən çıxmışdır. Hazırda tikinti bazarında işləyir, aylıq əmək haqqı 345 manat təşkil edir, lakin onun kartına köçürülən əmək haqqı məbləği 315 manat təşkil edir. O, uşaqlarına hər zaman baxmışdır. Bu ilin may ayına kimi o, uşaqlarının hər təminatını ödəmişdir. Uşaqlarının indiyə kimi əziyyətini özü çəkmişdir. Hər uşağa o, 100 manat olmaqla 300 manat ödəyə bilər. Onun anası və qardaşı xəstədir. Onlara da o, özü baxır. İzahatında qeyd olunanların nəzərə alınmasını xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 06 noyabr 2019-cu ildə vəfat etmişdir. İşdə olan arayışdan görünür ki, Məmişov X3 şəhəri Ş.İ.Xətai küçəsi ev 6, mənzil 14 ünvanda yaşayır. İşdə olan Mingəçevir şəhər İcra Hakmiyyətinin 18 avqust 2020-ci il tarixli sərəncamından görünür ki, İddiaçı nəvələri xx.xx.2008-ci il təvəllüdlü X8, xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X9 üzərində qəyyum təyin edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X7, 06 sentyabr 2008-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X9, Cavabdeh ilə X1 birgə nikahından doğulmuşdur. Elektron informasiya sistemindən əldə edilmiş sorğuya əsasən cavabdeh "xxxx" MMC-də çalışır və aylıq əmək haqqı məbləği 345 manatdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin müƏliəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında göstərmişdir ki, “1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.” Məhkəmə, uşağın mənafeyini nəzərə alaraq, qanunvericiliyin qeyd edilən müddəalarına əsasən hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iddiaçının tələb etdiyi məbləğdə aliment ödənilməsi üçün cavabdehin kifayət qədər gəlirə malik olmasını müəyyən edən hər hansı mötəbər sübutu iddiaçı məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd olunan halı, yəni cavabdehin hazırkı maddi vəziyyətini və aylıq əmək haqqısının məbləğini nəzərə alaraq belə qənaətə gəlir ki, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X8, xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X9 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 (bir yüz otuz) manat olmaqla, cəmi 390 manat sabit pul məbləğində aliment tutularaq, xx.xx.2008-ci il təvəllüdlü X8, xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X5 üzərində Mingəçevir şəhər İcra Hakmiyyətinin 18 avqust 2020-ci il tarixli sərəncamı ilə qəyyum təyin edilmiş İddiaçı verilməlidir. İddia qalan hissə də təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2–ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 233.4–cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən qiymətləndirilən iddia ərizəsinə görə dövlət rüsumunun dərəcəsi iddia qiyməti 1000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddianın qiyməti 7200 manat olduğundan iddiaçının ödəməkdən azad edildiyi 92 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq məhkəmə, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2009-cu il təvəllüdlü X7, 06 sentyabr 2008-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X9 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 130 manat (bir yüz otuz manat) manat, cəmi 390 (üç yüz doxsan) manat sabit pul məbləğində aliment Cavabdeh tutulub İddiaçı verilsin. Cavabdeh 92 (doxsan iki) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Məhkəmənin hakimi Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar