Məhkəmə qərarları › İş №2(051)-1540/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1540/2020

09.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1540/2020 09.10.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X13, Ləğv etmə prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi X10-nin etibarnamə üzrə nümayəndəsi X6 və Cavabdeh2 nümayəndəsi icra məmuru X11 iştirakı ilə, İddiaçı: İddiaçı Cavabdehlər: Cavabdeh2, Ləğv etmə prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi X10 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Yevlax şəhər Ərazi İdarəsinə qarşı «ipoteka müqaviləsinə xitam verilməsi, ipotekanın dövlət qeydiyyatının ləğvi, sənədlərin qaytarılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək,Mingəçevir şəhəri Y.Mansurov küçəsi 11 saylı evin 7 saylı mənzili üzrə Cavabdeh1 ASC-nin Mingəçevir şəhər filialı ilə oun, yəni İddiaçı arasında Mingəçevir şəhəri 1 saylı Dövlət Notariat Kontorunda bağlanmış xx xxxx 2009-cu il tarixli ipoteka müqaviləsinə xitam verilməsi, həmin ipotekaya dair dövlət qeydiyyatının ləğv edilməsi, ipoteka üzərində dövlət qeydiyyatının ləğvinin Azərbaycan Respublikası ƏMDK- nm yanında DƏDRX-nin X15 həvalə edilməsi və ipotekaya qoyulmiş sənədlərin ona qaytarılmasının isə Cavabdeh2nə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Yevlax şəhər Ərazi İdarəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə onların iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi X13 iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin X19 tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli MH seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ ilə Mingəçevir şəhəri Y.Mansurov küçəsi 11 saylı əmlakı bu mənzildir. İddiaçının uzaqdan tanıdığı X1 fəaliyyəti ilə məşğul idi. Həmin şəxs iddiaçını və X7 adlı şəxsləri aldadaraq onların mülkiyyətimdə olan Mingəçevir şəhəri Y.Mansurov küçəsi 11 saylı evin 7 saylı mənzilini və X3 mülkiyyətində olan Mingəçevir şəhəri M.Maqomayev prospekti 77 saylı evin 44 saylı mənzilini “Cavabdeh1’’ ASC-dən kredit götürərək ipoteka ilə yüklü etmişdir. Belə ki, Cavabdeh1 ASC-nin Mingəçevir filialı ilə X12 arasında bağlanmış xx.xx.2009-cu il tarixli, MF-Ş/205K №-li “Kredit müqaviləsinə” əsasən T.H.Məmmədova 34000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kreditin təminatı kimi X4 (Mingəçevir şəhəri M.Maqomayev prospekti ev 77, mənzil 14) və İddiaçı qızma məxsus (Mingəeçvir şəhəri, Y.Muradov küçəsi ev 11, mənzil 7) 2 ədəd mənzil xx xxxx 2009- cu il tarixli “ipoteka müqaviləsi” nə əsasən ipoteka ilə yüklü edilmişdir. X2 müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirmədiyinə görə Cavabdeh1 ASC xx xxxx 2010-cu il tarixdə X8, X4 və İddiaçı qarşı kredit üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş əmlaklara yönədilməsi, əmlakların açıq hərracdan satılaraq Cavabdeh1ASC-yə olan borcun ödənilməsi və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-10/2012 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilmişdir. Daha sonra Mingəçevir şəhər Məhkəməsinin 2(051)-10/2012 saylı xx.xx.2012-ci il tarixli icra vərəqəsinə əsasən borclu X5 22062 manat əsas borc, 9133 manat faiz borcu cəmi 31195 manat kredit borcu və 20 manat dövlət rüsumu "Cavabdeh1” _ ASC-yə verilməli, pulun tutulması ipoteka ilə yüklü edilmiş mənzillərə yönəldilməli X3 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş 44000 manat qiymətləndirilmiş, Mingəçevir şəhər M.Maqomayev küçəsi 77 saylı evin 60,24 kv yaşayış sahəsindən ibarət olan 4 otaqlı 14 saylı mənzili və İddiaçı mülkiyyətində olan 24000 qiymətləndirilmiş, Mingəçevir şəhəri Y.Mansurov küçəsi 11 saylı evin 45,93 kv m yaşayış sahəsi olan 3 otaqlı 7 saylı mənzili açıq hərracdan satışa çıxarılmalı, satışdan əldə edilən vəsaitdən 31195 manat kredit borc və 20 manat dövlət rüsumu tutularaq tələbkara verilməli, mənzilin açıq hərracdan satışından kredit borcun ödənilməsindən sonra qalan hissəsi mənzillərin ayrılıqda dəyərləri nəzərə alınmaqla Ç.Q.Paşayevə və İddiaçı verilməsinə dair olan iş üzrə icra sənədi xx.xx.2012-ci il tarixdə X18 bölməsinin icraatına daxil olmuşdur. xx xxxxx 2012-ci il tarixdə X18 şöbəsinin icra məmuru Z.Rəfiyev tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, qərarın surəti müvafiq olaraq məhkəməyə, tələbkara məlumat üçün göndərilmiş, iş üzrə borcluya icra sənədinin könüllü icra etməsi üçün vaxt verilmişdir. Sonra iş üzrə borclular Ç.Q.Paşayevə və İddiaçı məxsus mənzillər hərrac vasitəsi ilə satılmalı olduğundan xx.xx.2012-ci il tarixdə hərracın təşkilatçısı olan Respublika Xammal və Əmtəə Birjası “xxxxx” MMC-yə göndərilmişdir. Hərrac keçirilməsinə baxmayaraq mənə, yəni İddiaçı və Ç.Paşayevə məxsus mənzillər satılmamışdır. Sonra ipoteka saxlayana ipotekanı alması təklif olunsa da həmin mənzil ipoteka saxlayan tərəfindən qəbul olunmadığına görə icra sənədi Azərbaycan Respublikası “İcra Haqqında” Qanunun 23.1.4-cü maddəsinə əsasən icra məmurunun xx xxxxxx 2013-cü il tarixli qərarı ilə icra olunmadan Mingəçevir şəhər Məhkəməsinə geri qaytarılmışdır. Hazırda iddiaçının tələbilə eyni məzmunlu digər cavabdeh olmuş X7 da Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmiş, onun iddiası təmin olunmamış, qətnamədən apelyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən şikayət təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin qətnaməsi ləğv edilmişdir. Eyni kreditin təminatı olmuş və eyni ipoteka müqaviləsi əsasında, xx xxxx 2009- cu il tarixli ipoteka müqaviləsi ləğv edilmiş, qətnamə qanuni qüvvəsini almış, X3 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Mingəçevir şəhər M.Maqomayev küçəsi 77 saylı evin 14 saylı mənzili yüklülükdən azad edilmiş, sənədləri özünə qaytarılmışdır. Ona görə də Mingəçevir şəhəri Y.Mansurov küçəsi 11 saylı evin 7 saylı mənzili üzrə Cavabdeh1 ASC-nin Mingəçevir şəhər filialı ilə iddiaçının, yəni İddiaçı arasında Mingəçevir şəhəri 1 saylı Dövlət Notariat Kontorunda bağlanmış xx xxxx 2009-cu il tarixli ipoteka müqaviləsinə xitam verilməsi, həmin ipotekaya dair dövlət qeydiyyatının ləğv edilməsi, ipoteka üzərində dövlət qeydiyyatının ləğvinin Azərbaycan Respublikası ƏMDK- nm yanında DƏDRX-nin X15 həvalə edilməsi və ipotekaya qoyulmiş sənədlərin ona qaytarılmasının isə Cavabdeh2nə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Ləğv etmə prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi X10-nin etibarnamə üzrə nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbi ilə razı olmadığını bildirərək verdiyi izahatında göstərmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2(051)-10/2012 nömrəli qətnamə əsasən, X5 22062 manat əsas, 9133 manat faiz borcu olmaqla, cəmi 31195 manat kredit borcu və 20 manat ödənilmiş dövlət rüsumunun tutulub iddiaçı Cavabdeh1 ASC-yə verilməsi, pulun tutulmasının ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsi, X9 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş, 44000 manat məbləğində qiymətləndirilmiş Mingəçevir şəhəri M.Maqomayev küçəsi 77 saylı evin 14 saylı mənzilinin və İddiaçı mülkiyyətində olan Mingəçevir şəhəri Y.Muradov küçəsi 11 saylı evin 7 saylı mənzilinin açıq hərracda satışa çıxarılması, satışdan əldə olunmuş vəsaitdən 31195 manat kredit borcunun və manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi, mənzillərin açıq hərracdan satışından kredit borcunun ödənilməsindən sonra qalan hissəsinin mənzillərin ayrılıqda dəyərləri nəzərə alınması Ç.Q.Paşayevə və İddiaçı verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. İcra prosesində mənzil bir neçə dəfə hərraca çıxsa da satılmamışdır. İddianın heç bir əsası yoxdur. Ona görə də iddianın rədd edilməsini xahiş edir. Cavabdeh2 nümayəndəsi icra məmuru X17 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2(051)- 10/2012 nömrəli qətnamə əsasən, X5 22062 manat əsas, 9133 manat faiz borcu olmaqla, cəmi 31195 manat kredit borcu və 20 manat ödənilmiş dövlət rüsumunun tutulub iddiaçı Cavabdeh1 ASC-yə verilməsi, pulun tutulmasının ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsi, X9 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş, 44000 manat məbləğində qiymətləndirilmiş Mingəçevir şəhəri M.Maqomayev küçəsi 77 saylı evin 14 saylı mənzilinin və İddiaçı mülkiyyətində olan Mingəçevir şəhəri Y.Muradov küçəsi 11 saylı evin 7 saylı mənzilinin açıq hərracda satışa çıxarılması, satışdan əldə olunmuş vəsaitdən 31195 manat kredit borcunun və manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi, mənzillərin açıq hərracdan satışından kredit borcunun ödənilməsindən sonra qalan hissəsinin mənzillərin ayrılıqda dəyərləri nəzərə alınması Ç.Q.Paşayevə və İddiaçı verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. İcra sənədi onun icraatında olmuş və icra tədbirləri görülmüşdür. İcra sənədi üzrə hərracın baş tutmamışdır. Cavabdeh1 ASC isə sözügedən mənzili almamışdır. Ona görə də icra sənədi “İcra haqqında” Qanunun 23.1.4-cü madəsinə əsasən icra olunmadan geri qaytarılmışdır. İşə əlavə olunmuş Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2(051)-10/2012 nömrəli qətnamə əsasən, X5 22062 manat əsas, 9133 manat faiz borcu olmaqla, cəmi 31195 manat kredit borcu və 20 manat ödənilmiş dövlət rüsumunun tutulub iddiaçı Cavabdeh1 ASC-yə verilməsi, pulun tutulmasının ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsi, X9 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş, 44000 manat məbləğində qiymətləndirilmiş Mingəçevir şəhəri M.Maqomayev küçəsi 77 saylı evin 14 saylı mənzilinin və İddiaçı mülkiyyətində olan Mingəçevir şəhəri Y.Muradov küçəsi 11 saylı evin 7 saylı mənzilinin açıq hərracda satışa çıxarılması, satışdan əldə olunmuş vəsaitdən 31195 manat kredit borcunun və manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi, mənzillərin açıq hərracdan satışından kredit borcunun ödənilməsindən sonra qalan hissəsinin mənzillərin ayrılıqda dəyərləri nəzərə alınması Ç.Q.Paşayevə və İddiaçı verilməsi qət edilmişdir. İşə əlavə olunmuş xx xxxxxx 2013-cü il tarixli icra sənədinin qaytarılması haqqında qərardan görünür ki, Mingəçevir şəhər məhkəməsinin 2-10 saylı, xx xxxxxx 2012-ci il tarixli icra vərəqəsi icra olunmadan geri, Mingəçevir şəhər məhkəməsinə qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.3-cü maddəsinin tələbinə görə, ipoteka müqaviləsində ipotekanın predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka verənə mənsub olduğu və ipoteka verənin bu hüququnu qeydə almış dövlət orqanı göstərilməlidir. Həmin Məcəllənin 309.1-ci maddəsinin tələbinə görə, daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Həmin Məcəllənin 309.2-ci maddəsinin tələbinə görə, ipotekanın dövlət qeydiyyatı qanunda nəzərdə tutulmuş qaydada aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar xx xxxxxx 2008-ci il tarixli Qərarında göstərildiyi kimi, öhdəlik münasibətləri tərəflərini intizamlandırmaq, onun yetərincə və vaxtında icra olunmasını təşviq etmək məqsədilə MM-də kreditorla müqayisədə borclu barəsində birbaşa və ya dolayı yüklülük yaradan və əlavə təminat vasitəsi kimi çıxış edən öhdəliklərin icrasının təmin edilməsi üsulları da müəyyənləşdirilmişdir. MM-in 460-cı maddəsinə əsasən girov (ipoteka) belə üsullardan biridir. Mülki Məcəllənin 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43 və 48-ci maddələrinə, habelə həmin maddələrin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən ipoteka predmetinə tutuma yönəldilməsi üzrə iki hərracın keçirilməsindən sonra üçüncü hərracın keçirilməsi yolverilməzdir. İkinci hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etməzsə ipotekaya xitam verilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh1 ASC-nin Mingəçevir filialı ilə X12 arasında bağlanmış xx.xx.2009-cu il tarixli, MF-Ş/205K №-li “Kredit müqaviləsinə ” əsasən T.H.Məmmədova 34000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kreditin təminatı kimi İddiaçı Y.Mansurov küçəsi 11 saylı evin 7 saylı mənzilini xx xxxx 2009-cu il tarixli “ipoteka müqaviləsi” nə əsasən ipoteka ilə yüklü edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2(051)-10/2012 nömrəli qətnamə əsasən, X5 22062 manat əsas, 9133 manat faiz borcu olmaqla, cəmi 31195 manat kredit borcu və 20 manat ödənilmiş dövlət rüsumunun tutulub iddiaçı Cavabdeh1 ASC-yə verilməsi, pulun tutulmasının ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsi, X9 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş, 44000 manat məbləğində qiymətləndirilmiş Mingəçevir şəhəri M.Maqomayev küçəsi 77 saylı evin 14 saylı mənzilinin və İddiaçı mülkiyyətində olan Mingəçevir şəhəri Y.Muradov küçəsi 11 saylı evin 7 saylı mənzilinin açıq hərracda satışa çıxarılması, satışdan əldə olunmuş vəsaitdən 31195 manat kredit borcunun və manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi, mənzillərin açıq hərracdan satışından kredit borcunun ödənilməsindən sonra qalan hissəsinin mənzillərin ayrılıqda dəyərləri nəzərə alınması Ç.Q.Paşayevə və İddiaçı verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra olunması üçün adiyyəti üzrə X18 bölməsinə göndərilmişdir. İcra işi açılmış və müxtəlif icra tədbirləri aparılmışdır. İcra sənədinin icra edilməsi məqsədi ilə ipoheka yüklü edilmiş Mingəçevir şəhəri Y.Muradov küçəsi 11 saylı evin 7 saylı mənzili satılması üçün hərrac mərkəzinə göndərilmişdir. “xxxxx” MMC tərəfindən 2 dəfə hərrac keçirilmiş, lakin mənzil hərracda satılmamışdır. “xxxxx” MMC tərəfindən X18 bölməsinə ünvanlanmış xx.xx.2012-ci il tarixli məktuba əsasən əmlak satılmadığından hərracın baş tutmaması bildirilimişdir. Sözügedən mənzil Cavabdeh1 ASC-tə təklif edilmiş bank isə sözügedən mənzili almamışdır. Ona görə də icra sənədi “İcra haqqında” Qanunun 23.1.4-cü madəsinə əsasən icra olunmadan geri qaytarılmışdır. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsindən və Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü tarixli qərarında müəyyən edilmiş hüquqi mövqedən görünür ki, ikinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki mhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Göründüyü kimi, ipoteka saxlayan (Cavabdeh1 ASC) hərraca çıxarılmış, lakin satılmamış əmlakları 2-ci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində əldə etmədiyindən, ipoteka qoyan İddiaçı mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsi və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi haqqında tələbi “İpoteka haqqında” Qanunun və Konstitusiya məhkəməsinin hüquqi mövqeyinə uyğundur. Məhkəmə iddia tələbinin ipoteka üzərində dövlət qeydiyyatının ləğvinin DƏDRX- X15 həvalə edilməsi və ipotekaya qoyulmuş əmlakın sənədlərinin Cavabdeh1 ASC-dən İddiaçı qaytarılmasının Cavabdeh2nə həvalə edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, inzibati orqanın üzərinə vəzifə qoyulması ilə bağlı iddialara mülki icaat qaydasında baxılması mülki prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə hesab edir ki, hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra iddiaçı qətnamənin surətini və edərək ipoteka üzərində dövlət qeydiyyatının ləğvi barədə ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Yevlax şəhər Ərazi İdarəsinə müraciət etməli, əgər inzibati orqan bundan imtina edərsə, onun üzərinə müvafiq vəzifə qoyulması ilə bağlı inzibati icraat qaydasında iddia qaldıra bilər. Eyni qaydada, hazırkı qətnamə ilə ipoteka müqaviləsinə xitam verildiyindən sənədlərin geri qaytarılması ilə bağlı Banka müraciət edilməli, əgər bundan imtina edilərsə müvafiq iddia qaldırılmalıdır. Odur ki, iddia tələbi həmin hissələrdə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia tələbi qismən təmin olunsun. Mingəçevir şəhəri Y.Muradov küçəsi 11 saylı evin 7 saylı mənzili üzrə "Cavabdeh1" ASC-in Mingəçevir şəhər filialı ilə İddiaçı arasında Mingəçevir şəhər 1 saylı Dövlət Notariat Kontorunda bağlanmış xx xxxx 2009-cu il tarixli ipoteka müqaviləsinə xitam verilsin və həmin ipotekaya dair dövlət qeydiyyatı ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüsynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar