Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1560/2021 16.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı qızının iştirakı ilə İddiaçı qızının Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı qızı iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 16.04.2020-ci il təvəllüdlü Nigar adlı uşaqlarının saxlanması üçün hər ay 50 manat alimentin tutulub onun xeyrinə verilməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qızının məhkəmə iclasında iddia tələbinə uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, Cavabdeh ilə 01 fevral 2014-cü ildə rəsmi nikaha daxil olmaqla qurmuşlar. Birgə nikahlarından 25.12.2013-cü il təvəllüdlü Mədinə və 20.05.2015-ci il təvəllüdlü Asya adlı övladları olmuşdur. Cavabdehlə münasibətləri pozulduğundan Mingəçevir şəhər Məhkəməsinin 29.08.2019-cu il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuş, uşaqlar onun himayəsinə verilmiş və onların saxlanması üçün cəmi 100 manat məbləğində cavabdehdən alimentin tutulması qət edilmişdir. Cavabdehlə birgə yaşadıqları müddət ərzində mehriban olmuşlar. Sonra isə cavabdehin işləməməsi ucbatından münasibətləri pozulmuş və onlar ayrılmışlar. O, övladlarıyla birlikdə valideynlərinin himayəsində yaşayır, cavabdeh isə hal-hazırda öz atası evində yaşayır. İşləmir, övladlarına valideynlərinin köməyi ilə baxır, övladlarının saxlanmasında çətinlik çəkir, yəni onların tələbatını tam şəkildə ödəmək üçün cavabdeh könüllü olaraq heç bir yardım göstərmir. Cavabdehlə boşanadıqdan sonra hamilə olduğunu bilmiş və 16.04.2020-ci il tarixdə Nigar adlı övladları dünyaya gəlmişdir. Cavabdeh ara-bir uşaqların saxlanması üçün yardım göstərsə də onların tələbatını tam ödəyə bilmir. Ona görə də məhkəmədən Cavabdeh 16.04.2020-ci il təvəllüdlü Nigar adlı uşaqlarının saxlanması üçün hər ay 50 manat alimentin tutulub onun xeyrinə verilməsinə barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Belə ki, İşə əlavə olunmuş AZ-İV № 415790 saylı doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, 16.04.2020-ci il təvəllüdlü il təvəllüdlü X2 adlı uşağın atası kimi Cavabdeh və anası kimi isə İddiaçı qeyd olunmuşdur. İşə əlavə olunmuş Mingəçevir şəhər Məhkəməsinin 29.08.2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan, 01 fevral 2014-cü ildə Yevlax rayon, Tanrıqullar kəndi İ.Ə.D üzrə nümayəndəliyində bağlanmış 05 saylı nikah qeydinin pozulması, nikah pozulduqdan sonra 25.12.2013-cü il təvəllüdlü Mədinə və 20.05.2015-ci il təvəllüdlü Asya adlı uşaqların anaları İddiaçı yanında qalmasının müəyyən olunması və Yevlax rayonu, Tanrıqullar kəndində yaşayan Cavabdeh 25.12.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 50 (əlli) manat, 20 may 2015-ci il təvəllüdlü X5 ızının yetkinlik yaşına çatana kimi saxlanması üçün 50 (əlli) manat, cəmi 100 (bir yüz) manat miqdarında aliment hər ay tutulub ünvan 1 ünvanda yaşayan İddiaçı verilməsi qət edilmişdir. İşə əlavə olunmuş AZ-İ № 335758 saylı Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı qızı arasında olan nikahın ləğv olunması 04 fevral 2020-ci il tarixdə Mingəçevir şəhər Qeydiyyat şöbəsində 26 nömrə ilə qeyd edilmişdir. Məhkəmə təqdim olunmuş sənədləri araşdırıb, müqayisəli şəkildə qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə əsasən, sabit pul məbləğinin miqdarı tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq hüquqları haqqında» qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimum haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2021-ci ildə uşaqlar üçün yaşayış minimumu 175 manat müəyyən olunmuşdur. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, tərəflər faktiki olaraq ayrı yaşayırlar. Tərəflərin birgə nikahından olan 16.04.2020-ci il təvəllüdlü X2 adlı uşağın saxlanması üçün cavabdeh kömək göstərmir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı aliment tələbində haqlıdır. Məhkəmə tərəflərin yuxarıda müəyyən olunan maddi və ailə vəziyyətini, habelə hazırda uşaq üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün hər ay uşaq üçün 50 manat məbləğdə aliment müəyyən edilməsi məqsədə uyğun sayır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsas kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə də alimentin tutulmasına 17 iyul 2021-ci ildən başlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3 və 119.2-ci maddələrinə əsasən cavabdehdən 30 manat məbləğində dövlət rüsumu alınıb dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nın 234.2.1-ci maddəsinə əsasən aliment alınması haqqında qətnamə dərhal icra olunur. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qə t e t d i: Cavabdeh 16.04.2020-ci il təvəllüdlü X2 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay uşağa 50 (əlli) manat məbləğində aliment tutularaq İddiaçı qızına verilsin. Alimentin tutulmasına 17 iyul 2021-ci ildən başlansın. Alimentin ödənilməsi dərhal icra edilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1560/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1560/2021
16.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver