Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1567/2025 26.09.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Qurbanova Xanım Bəxtiyar qızının katibliyi ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh X2 və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdeh 23 may 2015-ci il tarixdə doğulmuş Ümid, xx.xx.2008-ci il tarixdə doğulmuş Nuray adlı uşaqİarın saxlanması üçün ərizə verilən vaxtdan hər ay hər uşağa sabit pul məbləğində 250 manat, uşağın xəstəliyi ilə əlaqədar hər ay 100 manat alimentin, 2025-ci ilin fevral ayından ödənilməmiş 5 ay üçün 1000 manat alimentin və ödənilmiş 60 manat mediasiya xərcinin iddiaçıya ödənilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh ilə 12 sentyabr 2007-ci il tarixdə nikah bağlamaqla evlənmişdir. Bu münasibətdən tərəflərin 23 may 2015ci il tarixdə Ümid, xx.xx.2008-ci il tarixdə Nuray adlı doğulmuşdur. Tərəflər arasındakı nikah 2022-ci il tarixdə məhkəmə qaydasında pozulmuşdur. 12 sentyabr 2022-ci il tarixdə boşanma ilə əlaqədar cavabdehlə onların arasında barışıq sazişi bağlanmış və cavabdeh ona hər uşağa görə 100 manat olmaqla 200 manat aliment ödəməsinə razılaşmışlar. 2025-ci ilin yanvar ayı da daxil olmaqla cavabdeh 20O manat alimenti ona ödəsə də, sonradan ödəməkdən imtina etmişdir. Hazırda alimentin artırılması ilə bağlı mövqe olduğundan iddiaçı alimentin artırılması tələbi verə bilmir. Barışıq sazişi isə faizlə müəyyən edilmədiyindən məhkəmə barışıq sazişini təsdiq edə bilməyəcəkdir. Nuray adlı uşağı isə xəstə olduğundan iddiaçının ona diqqət və qayğısı artıq olmalıdır. Belə ki, iddiaçı işləyir, aylıq 360 manat əmək haqqı alır. Bu məbləğlə uşaqlara baxmaq mümkün deyildir. Odur ki, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclası zamanı iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, iddiaçı özü işləyir, 360 manat əmək haqqı alır. Bu məbləğlə uşaqları saxlamaq mümkünsüzdür. 2022-ci il tarixdə tərəflər arasındakı nikah məhkəmə qaydasında pozulmuşdur. Hazırda barışıq sazişində qeyd edilən aliment məbləği ilə razı deyil. Ona görə də, məhkəmə qaydasında alimentlə bağlı tələb irəli sürmüşdür. Məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh X5 məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, 2022-ci ilin sentyabr ayından 2025-ci ilin yanvar ayına qədər münasibətləri normal olmuşdur. Lakin sonradan tərəflərin münasibətləri pozulmuş, iddiaçı onun uşaqlarla görüşünə icazə vermir. Odur ki, məhkəmədən iddianın rədd edilməsini barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X2 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, tərəflər üç il öncə boşanmış və mediasiya sessiyasında barışıq sazişi bağlamışlar. Belə ki, əmlak və aliment tələbi ilə bağlı tərəflər araasında razılıq əldə edilmişdir. Cavabdeh barışıq sazişində müəyyən edilən məbləğdən artıq ödəniş etmişdir. İddiaçı ilə cavabdeh arasında münasibətlərin kəskinləşməsinə səbəb barışıq sazişinin ev ilə bağlı hissəsinin təsdiq edilməməsidir. Tərəflər arasındakı barışıq sazişi təsdiq edilmədiyindən, belə bir iddianın qaldırılması əsassızdır. İlk öncə barışıq sazişi təsdiqi ilə əlaqədar məhkəməyə müraciət edilməli, bundan sonra artırılması tələbi məhkəmədə qaldırılmalıdır. Odur ki, izahatında göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iddia ərizəsini, iddiaçının nümayəndəsinin və cavabdehin və onun nümayəndəsinin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 23 may 2015-ci il tarixdə doğulmuş Ümid, xx.xx.2008-ci il tarixdə doğulmuş Nuray adlı uşaqların atası X5 və anası İddiaçıdır. İşdə olan xx.xx.2025-ci il tarixli, “Asan-Mingəçevir” tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat” haqqında arayışdan görünür ki, Məmmədova X3 şəhəri Nizami prospekti, ev 21, mənzil 21 ünvanda qeydiyyatdadır. İşdə olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə İddiaçı arasında bağlanmış nikah Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, xx.xx.2023-cü il tarixdə nikaha xitam verilmişdir. İşdə olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞM/MT031/2025-00172 saylı, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, tərəflər mübahisə predmetləri ilə razılaşmadıqları üçün mediasiya prosesi davam etdirilə bilməmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli barışıq sazişindən görünür ki, Tərəflər Saziş imzalandıqdan sonra 1 ay ərzində öhdəliklərini icra edəcəklərini bildirirlər. 2. Tərəflər sivil qaydada, qarşılıqlı razılıq əsasında nikahın pozulmasına etiraz etmirlər. 3. lİ tərəf (ata) uşaqİarın (X6 xx.xx.2008-ci il tarixdə doğulmuş və X7 xx.xx.2015-ci il tarixdə doğulmuş) İ tərəf (ana) ilə qalmasına etiraz etmir. 4. Tərəflər ayda cəmi 100 (bir yüz) manat, 2 uşağa görə (18 aydan sonra bu hissə mübahisələndirilə bilər) alimentin ödənilməsi üçün razılığa gəldilər və İİ tərəf hər ayın ilk ongünlüyündə İ tərəfin təqdim etdiyi bank hesabına sözügedən məbləği köçürməyi üzərinə götürür. 5. İİ tərəf birgə nikah dövründə tikilən AR-İ №105263 saylı Etibarnaməyə əsasən İ tərəfə verilən hüquqlar üzrə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqİarın X4 Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* N-İi MH seriyalı **********28 reyestr nömrəli ********** qeydiyyat nömrəli, xx.xx.2008-ci il tarixli çıxarışa əsasən Yevlax rayonu, Havarlı kəndində yerİeşən 0.06 ha torpaq sahəsinin 2.9 sot torpaq sahəsində olan 110 kv.m kürsülü, birmərtəbəli evdən heç bir pay tələb etmir və sözügedən əmlakİa bağlı bütün hüquqlarının İ tərəfə keçməsinə etiraz etmir. İşdə olan Mingəçevir şəhər Məhkəməsinin 16(051)-66/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən, ərizə qismən təmin edilmiş, 23 may 2015-ci il tarixdə doğulmuş Ümid, xx.xx.2008-ci il tarixdə doğulmuş Nuray adlı uşaqların saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə müvəqqəti olaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,47 misli olmaqla, iki uşaq üçün cəmi 0,94 misli həddində sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Qərardadın qüvvədə olma müddəti Mingəçevir Şəhər Məhkəməsinin icraatında olan 2(051)–1567/2025 saylı mülki iş üzrə yekun məhkəmə aktı çıxarılanadək müəyyən edilməsi nəzərdə tutulmuşdur. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1567/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı 2025-ci ilin fevral ayından ödənilməmiş 5 ay üçün 1000 manat aliment borcunun ödənilməsi tələbi üzrə icraata xitam verilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər 12 sentyabr 2007-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Tərəflərin birgə nikahlarından 23 may 2015-ci il tarixdə Ümid, xx.xx.2008-ci il tarixdə Nuray adlı uşaqları doğulmuşdur. Onların arasında olan nikah Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Bundan əlavə, xx.xx.2022-ci il tarixdə barışıq sazişi bağlansa da, hazırda iddiaçı sabit pul məbəğində aliment təyin edilməsinə dair iddia ərizəsi ilə Məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı barışıq sazişində nəzərdə tutulan hər ay hər uşağa görə 100 manat aliment məbləğinin ödənilməsi ilə artıq razı deyildir. Hesab edir ki, uşaqlar üçün olan yaşayış minimumu qalxdığından ona uyğun aliment təyin olunmalıdır. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəlləsinin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəlləsinin 78.1-ci və 78.2-ci maddələrinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında göstərmişdir ki, “1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.” “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumunun məbləği uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarixli 15 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 1.2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında 8.4-cü bəndə 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilərək göstərilmişdir ki, 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Həmin Qərara əsasən tərəflər sazişdə tutulan alimentin məbləğini konkret rəqəmlə ifadə etdikləri və bu məbləğin sonrakı indeksasiyasını nəzərdə tutmadıqları halda, məhkəmə tərəfindən bu sazişin təsdiqi zamanı həmin məbləğin minimum əmək haqqının mislinə çevrilməsi tərəflərin iradə ifadəsinə zidd olduğundan yolverilməzdir. Eyni mövqe, iddia icraatının gedişatında analoji barışıq sazişlərinin təsdiqi zamanı da nəzərə alınmalıdır. Bununla yanaşı, konkret rəqəmlə ifadə olunan alimentin tutulmasına dair qanuni qüvvəsini almış məhkəmə qətnamələrindən fərqli olaraq, bu məzmunda mediasiya sazişi daxil olmaqla, barışıq sazişlərinin təsdiq edilməsi barədə məhkəmə aktları (qətnamə, qərardad) üzrə müəyyən edilmiş alimentin indeksasiyası da buna dair barışıq sazişində müvafiq bəndin olmadığı halda istisna edilir. Bu zaman, tərəflərə Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş əsasların olduğu halda, alimentin miqdarının dəyişdirilməsinə dair yeni iddia tələbi ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Tərəflər belə bir tələblə məhkəməyə müraciət etdikləri halda isə, qəbul olunacaq qətnamədə müəyyən edilən alimentin məbləği minimum əmək haqqının misli ilə göstərilməlidir. Məhkəmə belə olan halda cavabdehin izahatına münasibətdə qeyd edir ki, müvafiq barışıq sazişi təsdiq edilsə də, barışıq sazişində alimentin indeksasiyası nəzərdə tutulmadığından həmin qətnamədə qeyd edilmiş aliment məbləğinin sonradan indeksasiyası mümkün olmayacağından iddiaçının alimentlə bağlı məhkəmədə iddia qaldırması əsaslıdır. Məhkəmə, tərəflərin ailə və maddi vəziyyətini, uşaqların mənafeyini, iddiaçının heç bir yerdə işləməməsini nəzərə alaraq, qanunvericiliyin qeyd edilən müddəalarına əsasən hesab edir ki, iddia ərizəsi sabit pul məbləği hissəsində qismən təmin edilməlidir. Belə ki, uşaq yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən ərizə verildiyi, yəni xx.xx.2025-ci il tarixdən başlayaraq, cavabdehdən hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, 2025-ci il üzrə minimum əmək haqqı məbləğinin 0,47 misli olmaqla, cəmi 0,94 misli həddində alimentin tutulması, uşağın qanuni mənafelərinə uyğun gəlir. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən cavabdehin daha artıq gəlirlərə malik olması barədə sübutlar təqdim edilməmişdir. Məhkəmə iddianın uşağın xəstəliyi ilə əlaqədar hər ay 100 manat alimentin tutulması hissəsilə bağlı qeyd edir ki, iddiaçı buna dair məhkəməyə hər hansı sübutlar təqdim etməmiş, sadəcə şifahi şəkildə uşağın xəstə olduğunu bildirmişdir. Cavabdeh isə bu halı etiraf etməmişdir. Belə olan halda iddia bu hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2–ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə mediasiya xərci ilə bağlı qeyd edir ki, mediasiya arayışında mediasiya xərci 50 manat göstərildiyindən həmin məbləğin 25 manat hissəsi cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 216–220, 235 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq, 23 may 2015-ci il tarixdə doğulmuş Ümid, xx.xx.2008-ci il tarixdə doğulmuş Nuray adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X1 İddiaçı xeyrinə (hər təqvim ili üzrə müəyyən edilmiş minimum əmək haqqına münasibətdə) sonrakı artımlar nəzərə alınmaqla, hər ay, hər uşaq üçün 0,47 misli, iki uşaq üçün 0,94 misli həddində sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Qətnamə dərhal icra edilsin. Ödənilmiş 50 manat mediasiya xərcinin 25 (iyirmi beş) manat hissəsi cavabdeh X1 tutulub İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 16(051)–66/2025 saylı qərardadı qüvvədən düşmüş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-1567/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1567/2025
26.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver