Məhkəmə qərarları › İş №2(051)-1573/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1573/2020

02.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1573/2020 02.10.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin 50 faizinin uşağın adına açılacaq bank hesabına köçürülməsi tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi : İddiaçı Cavabdeh qarşı alimentin 50 faizinin uşağın adına açılacaq bank hesabına köçürülməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh ilə xx xxxxxx 2017-ci ildə ailə qurmuşdur. Birgə nikahlarından xx xxx 2018-ci il təvvəlüdlü Dəniz adlı bir nəfər uşaqları olmuşdur. İlk vaxtları ailə münasibətləri normal olmuş, mehriban yaşamışlar. Lakin bir müddət sonra münasibətləri pozulmuşdur. Cavabdeh ona qarşı aliment tələbi ilə məhkəməyə müraciət etmiş və Mingəçevir şəhər məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(051)-2758 №-li qətnaməsinə əsasən ondan uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 130 manat alimentin tutulub Cavabdeh verilməsi qət edilmişdir. Alimenti vaxtlı-vaxtında ödəyir. Alimentin ödənilməsi ilə bağlı heç vaxt problem olmamışdır. Halbiki həmin məbləğ Mingəçevir şəhəri üçün xeyli çoxdur. Ancaq o, övladının gələcəyini təmin etmək üçün çətinliklə də olsa həmin məbləği ödəyir. Lakin həmin məbləğ övladına xərclənmir. Cavabdeh həmin alimenti özünün ehtiyacları üçün xərcləyir. Ona görə də iddianın təmin olunmasını, xx xxx 2018-ci il təvəllüdlü Dəniz adlı uşağına ödədiyi 130 manat alimentin 50 faizinin uşağın adına açılacaq bank hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehməhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmişdir. Məhkəmə hesab edir ki, MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iddiaçını dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. İşə əlavə edilmiş Mingəçevir şəhər məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(051)- 2758/2018 №-li qətnamənin surətindən görünür ki, xx xxx 2018-ci il təvəllüdlü Dəniz adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı hər ay 130 manat miqdarında alimentin tutulub Cavabdehverilməsi qət edilmişdir. İşə əlavə edilmiş MKT İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 308 saylı arayışdan görünür ki, Abışov X2 şəhəri Gəncə şosesi 3-cü döngə, küçə 17 ünvanda yaşayır. İşdə olan doğum haqqında şəhadətnamənin surətində görünür ki, xx xxx 2018-ci il təvəllüdlü X1 valideynləri İddiaçı və Cavabdehdır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq hüquqları haqqında» Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İddiaçı uşağın saxlanması üçün məhkəmə qaydasında müəyyən edilmiş alimentin 50 faizinin uşağın adına açılacaq bank hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, tələbini isə alimentin cavabdeh tərəfindən uşağın deyil, öz ehtiyacları üçün xərclənməsi ilə əsaslandırmışdır. Lakin iddiaçı öz tələbini əsaslandıran hər hansı bir sübutu təqdim etmədi. İşə əlavə edilmiş məhkəmə qətnaməsinin surətindən görünür ki, aliment Dəniz adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı alınıb Cavabdeh verilməsi qət edilmişdir. Yuxarıda sadalanan normalardan göründüyü kimi hər bir uşağın normal şəraitdə yaşamaq, fiziki və mənəvi cəhətdən inkişaf etmək, minimum dolanacaq xərclərindən az olmayan maddi təminat alınaraq hüququ vardır. Məhkəmə hesab edir ki, uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün məhkəmə qaydasında iddiaçıdan tutulması müəyyən edilmiş 130 manat məbləğində alimentin 50 faizinin, yəni 75 manat məbləği heç bir zəruri əsas olmadan, uşağın adına açılacaq bank hesabına köçürülərsə, qalan 75 manat uşağın əvvəlki təminatının səviyyəsinin maksimal saxlanılması, normal şəraitdə yaşaması və inkişafı üçün yetərli deyil. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia əsassız olduğuna görə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı alimentin 50 faizinin uşağın adına açılacaq bank hesabına köçürülməsi tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar