Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1575/2021 30.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi və vəkili X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment » tələbinə dair iddiası və Cavabdehnnun İddiaçı qarşı nikahın pozulması və uşağın himayədə saxlanılması» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müə y y ə n etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hər ay 24 sentyabr 2006-cı il təvəllüdlü övladı X1 və 04 avqust 2013-cü il təvəllüdlü övladı X3 yetkinlik yaşına çatana kimi saxlaılması üçün 175 manat alimentin və 3 illik müddətdə ödənilməyən alimentin tutulub ona ödənilməsi haqqında çıxarılmasını xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X7 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə aralarında bağlanmış 01 fevral 2014-cü ildə Şəki şəhər İHB-nın Turan qəsəbə İƏD-si üzrə nümayəndəliyində bağlanmış 04 nömrə ilə qeydə alınmış nikahın pozulması və birgə nikadan doğulmuş 24 sentyabr 2006-cı il təvəllüdlü X2 Cavabdeh himayəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə ərizə təqdim edərək X3 yetkinlik yaşına çatana kimi hər ay 200 manat miqdarında aliment tutulub ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı iddia tələbində qaldığını bildirərək izahatında göstərmişdir ki, Cavabdeh ilə 2005-ci ildə qeyri rəsmi ailə qurmuşlar. Nikahlarını 01 fevral 2014-cü il tarixdə rəsmiləşdirmişlər. Birgə nikah münasibətlərindən 24 sentyabr 2006-cı il təvəllüdlü X4 və 04 avqust 2013-cü il təvəllüdlü X6 adlı iki nəfər uşaqları olmuşdur. Əvvəllər mehriban yaşasalarda son zamanlar ailə münasibətləri pozulmuşdur. Onlar 2017-ci ildən bəri ayrı yaşayırlar. Cavabdeh onları burada qoyub Rusiyaya getmişdir. Həmin vaxtdan övladları ilə birlikdə valideyinlərinin himayəsində yaşayır. Cavabdeh onları atıb getdiyi vaxtdan bu günə qədər onlarla maraqlanmamış heç bir maddi yardım göstərməmişdir. Övladlarına tək baışna baxmaqda çətinlik çəkir. Cavabdehin maddi imkanı yaxşıdır. Fərdi əməklə məşğuldur. Özünün isə maddi imkanı çətindir. Heç bir yerdə işləmir başqa gəliri yoxdur. Ona görə də X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 200 manat məbləğində aliment tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili X7 məhkəmə iclasında ilkin iddia tələbini qəbul edərək və verdiyi qarşılıqlı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, tərəflərin birgə nikahından doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün alimentin tutulması hissəsində 200 mana müəyyən edilməsinə etiraz etmir. Qarşılıqlı iddianın isə tam təmin edilməsini Cavabdeh ilə İddiaçı arasında 1 fevral 2014-cü ildə Şəki şəhər İHB-nın Turan qəsəbə İƏD-si üzrə nümayəndələyində bağlanmış 04 nömrəli nikahın pozulmasını və 24 sentyabr 2006-cı il təvəllüdlü X2 atası Cavabdeh himayəsində saxlanması barədə qətnamə çıxarılmasını xahiş edir. İşə əlavə olunmuş nikahın bağlanması haqqında şəhadətnamənin notariat qaydada təsdiqlənmiş surətindən görünür ki, tərəflərin nikahı 01 fevral 2014-cü ildə Şəki şəhər İHBnın Turan qəsəbə İƏD-si üzrə nümayəndələyində 04 nömrə ilə qeydiyyata alınmışdır. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin notariat qaydasında təstiq edilmiş surətindən görünür ki, tərəflərin nikahından 04.08.2013-cü ildə Hüseyn və 24 sentyabr 2006-cı il təvəllüdlü Nərminə adlı uşaqları doğulmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materialları ilə tanış olaraq hesab edir ki, ilk iddia və qarşılıqlı iddia təmin olunmalıdır. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinə görə ərarvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə nikah məhkəmə qaydasında pozulur. Ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkün olduğu müəyyən edildiyindən məhkəmə hesab edir ki, tərəflərin arasında olan nikah pozulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.1-ci maddəsində yazılmışdır ki, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilər. Həmin Məcəllənin 22.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcədə bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Birgə nikahdan doğulmuş 04.08.2013-ci il təvəllüdlü X3 İddiaçı və 24.09.2006-cı il təvəllüdlü Cavabdeh adlı uşağın atanın Cavabdeh yanında qalmaları müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində də göstərilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin müəyyən olunmuş miqdarının dəyişdirildiyi hər bir halda, alimentin miqdarı Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimum haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2021-ci ildə uşaqlar üçün yaşayış minimumu 175 manat müəyyən olunmuşdur. Məhkəmə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, tərəflər arasında ailə münasibətləri pozulmuş onlar faktiki olaraq ayrılmışlar. Tərəflər ayrıldıqdan sonra birgə nikahdan doğulmuş uşaqlar ilkin iddiaçı və cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh yanında yaşayırlar. Cavabdeh uşağın saxlanmasına kömək göstərmir. Ona görə də iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nikahın pozulması tələbində, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh isə nikahın pozulması tələbində haqlıdır. Ona görə də iddia təmin edilməli, tərəflər arasında nikah pozulmalı, Cavabdeh 04.08.2013-cü il təvəllüdlü Hseyn adlı uşaq yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən 200 manat miqdarında aliment tutulub İddiaçı verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) 23 iyul 2021-ci il tarixdə aliment tutulması ilə bağlı məhkəməyə müraciət etdiyinə görə qətnamədə alimentin iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) məhkəməyə müraciət etdiyi vaxtdan tutulub ödənilməsi göstərilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9–cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1–ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019–cu il tarixli Qərarında müvafiq icra hakimiyyəti orqanına və məhkəmələrə tövsiyə olunmuşdur ki, nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9–cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədə müvafiqliyi izah edilsin. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9–cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Odur ki, məhkəmə hesab edir ki, tərəflərə nikah pozulduqdan 3 il müddətində birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü tələbi ilə bağlı iddia qaldırmaq hüquqlarının olması izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən alimentə dair hissədə qətnamə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan, 23 iyul 2021-ci ildən tutulmalıdır. Tərəflər əmlakın bölünməsi barədə tələb irəli sürməmişlər. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət e t d i: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair ilkin iddiası təmin olunsun. Cavabdeh 04.08.2013-cü il təvəllüdlü Cavabdeh yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən 200 manat miqdarında aliment tutulub İddiaçı verilsin. Cavabdeh İddiaçı qarşı olan qarşılıqlı iddiası təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında olan, 01 fevral 2014-cü ildə Şəki şəhər İHB-nın Turan qəsəbə İƏD-si üzrə nümayəndələyində bağlanmış 04 saylı nikah qeydi pozulsun. Boşanmadan sonra birgə nikahdan doğulmuş 04.08.2013-cü il təvəllüdlü Cavabdeh İddiaçı və 24.09.2006-cı il təvəllüdlü X2 atası Cavabdeh yanında qalmaları müəyyən edilsin. İddianın alimentə dair hissəsi dərhal icra edilsin. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan, 23 iyul 2021-ci il tarixdən tutulsun. Tərəflərə nikah pozulduqdan 3 il müddətində birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü tələbi ilə bağlı iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-1575/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1575/2021
30.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver