Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1592/2021 31.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Gülnaz və Aytac adlı 2 nəfər uşaqların saxlanılması üçün hər ay cəmi 450 manat aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək hər uşaq üçün 225 manat aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh ilə nikahlarını 29 oktyabr 2011-ci ildə rəsmi qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahlarından 25 noyabr 2015-ci il təvəllüdlü Gülnaz və 05 fevral 2017-ci il təvəllüdlü Aytac adlı iki uşaqları olmuşdur. Özü işləmir və başqa qazanc gələn yeri də yoxdu. Uşaqlarına baxmaqda çətinlik çəkir. Uşaqların tələbtlarını tam ödəyə bilmir. Artıq Gülnaz adlı qızı 1-ci sinifə gedəcək. Onun məktəb ləvazımatlarını, geyim və qidasını təmin etmək üçün kifayət qədər pul lazımdır. Cavabdeh uşaqların saxlanması üçün heç bir kömək etmir. Cavabdeh qaynaqçı kimi müxtəlif yerlərdə fəaliyyət göstərir və aylıq gəliri yaxşıdır. Ona görə də cavabdehdən 25 noyabr 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 225 manat və 05 fevral 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 225 manat, hər ay cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində alimentin alınıb ona verilməsini xahiş edir. Cavabdeh iddianı qəbul etməyərək məhkəmə iclasında izahatında bildirdi ki, iddiaçı ilə nikahlarını 2011-ci ildə rəsmi qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahlarından 25 noyabr 2015ci il təvəllüdlü Gülnaz və 05 fevral 2017-ci il təvəllüdlü Aytac adlı iki uşaqları olmuşdur. İddiaçı onun ikinci evliliyidir. Birinci nikahdan da 2 nəfər uşaqları olmuşdur. Həmin uşaqlardan biri yetkinlik yaşına çatmışdır. İddiaçı və 4 nəfər uşaqları ilə birlikdə, bir mənzildə yaşayırlar. İddiaçı ilə ayrılmamışdır. Daimi iş yeri, yaxşı qazancı olmadığına görə iddiaçının maddi tələbini ödəyə bilmir. Ona görə də iddiaçı ona qarşı aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. O, ailəsinə, uşaqlarına baxmaqdan imtina etmir. Lakin tələb olunan qədər aliment ödəməyə maddi imkanı yoxdur. Cəmi 200 manat aliment ödəyə bilər. Məhkəmə tərəfləri dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşə əlavə edilmiş nikah hqqında şəhadətnamədən görünür ki, tərəflər arasında 29 oktyabr 2011-ci ildə Mingəçevr şəhər Qeydiyyat şöbəsndə 329 № ilə nikah qeydə alınmışdır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 25 noyabr 2015-ci il təvəllüdlü X3 və 05 fevral 2017-ci il təvəllüdlü X2 valideynləri Cavabdeh və İddiaçıdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası “Uşaq Hüquqları haqqında” Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəratində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Qanunun 19-cu maddəsinə görə uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Sadalanan qanunların mənasından göründüyü kimi uşaqlara qayğı göstərmək, onların maddi və mənəvi tələbatlarının təmin edilməsi valideynlərin əsas vəzifəsidir. Həmin vəzifəni yerinə yetirməyən valideyndən uşaqların saxlanması üçün vəsaitin tutulması məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə qaydasında isə aliment müəyyən edilərkən tərəflərin maddi vəziyyəti nəzərə alınmaqla bərabər, uşağın maddi təminatının səviyyəsinin maksimal saxlanması əsas tutulur. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, tərəflərin birgə nikahından iki nəfər uşaqları olmuşdur. Uşaqların saxlanmasında tərəflər razılığa gələ bilməmişlər. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı aliment tələbində haqlıdır. Lakin iddiaçının tələb etdiyi miqdarda aliment tutulması üçün cavabdehin maddi vəsaitə malik olması barədə sübut təqdim edilmədi. Odur ki, iddia qismən təmin edilməli, cavabdehdən hər ay hər uşağa 130(bir yüz otuz) manat, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment alınıb uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamə dərhal icra edilməlidir. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan, 28 iyul 2021-ci il tarixdən tutulmalı və qətnamə dərhal icra edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia qismən təmin olunsun. 25 noyabr 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 130 (bir yüz otuz) manat, 05 fevral 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 130 (bir yüz otuz) manat, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment hər ay Cavabdeh tutularaq, İddiaçı verilsin. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan, 28 iyul 2021-ci il tarixdən tutulsun və qətnamə dərhal icra edilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulub, dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-1592/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1592/2021
31.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver