Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1604/2023 31.07.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi və Ağayeva Aynurə Nizamim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment tələbinə» dair mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «aliment tələbinə» dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə iddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, o cavabdehlə xx.xx.2017cı il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X3 adlı uşaqları doğulmuşdur. Ailə qurduqdan sonra münasibətlər normal olmuşdur. Bir müddət keçdikdən sonra münasibətləri soyumuş və aralarında narazılıqlar olmuşdur. Uşaqlar onun himayəsindədir və cavabdeh uşaqlara baxmaqda ona köməklik göstərmir. Onun qazancı uşaqlara baxmaqda bəs etmir. Ona görə də iddiaçı məhkəmədən Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X5 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün 250 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddianın həcmini azaldılması barədə məhkəməyə ərizə təqdim edərək iddiaçı məhkəmədən cavabdehdən Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2020ci il təvəllüdlü X3 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər uşağa hər ay 220 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, iddiaya öz münasibətini bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını və mübahisənin mahiyyəti üzrə həll edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən əsaslıdır və aşağıdakılara əsasən qismən təmin edilməldidir. İş materiallarında olan AZ İİ № 168536 saylı xx.xx.2017-ci il tarixli nikah haqqıda şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh ararsında xx.xx.2017-ci il tarixdə Mİngəçevir şəhər Qeydiyyat şöbəsində nikah bağlanmış bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 71 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan AZ İİİ № 997516 saylı xx.xx.2017-ci il tarixli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2017-ci il təvəllüdlü X4 adlı övladları doğulmuşdur. İş materiallarında olan AZ İV № 446034 saylı xx.xx.2020-ci il tarixli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2020-ci il təvəllüdlü X3 adlı övladları doğulmuşdur. Beləliklə məhkəmədə müəyyən olundu ki, xx.xx.2017-cı il il il tarixdə tərəflər arasında rəsmi nikah bağlanmış və birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X3 adlı övladları doğulmuşdur. Ailə qurduqdan sonra tərəflərin münasibətlər normal olmuşdur. Bir müddət keçdikdən sonra münasibətləri soyumuş və aralarında narazılıqlar olmuşdur. Uşaqlar iddiaçının himayəsindədir və cavabdeh uşaqlara baxmaqda ona köməklik göstərmir. İddiaçının qazancı uşaqlara baxmaqda bəs etmir. Odur ki, məhkəmə hesab edir ki, birgə nikahdan doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmalıdır. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1–ci maddəsinə əsasən uşağın maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Bu zaman qanunvericilik sabit pul məbləğində alimentin miqdarının müəyyən edilməsini tərəflərin maddi və ailə vəziyyətindən, əmlak vəziyyətindən və diqqətəlayiq mənafelərdən asılı etmişdir. İş materiallarının əlaqəli təhlili məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, alimentin məbləğinin hər ay hər uşaq üçün 160 manat, cəmi 320 manat sabit pul məbləğində müəyyən edilməsi tərəflərin maddi və əmlak vəziyyətinə, xüsusən iddiaçının diqqətəlayiq mənafelərinə uyğundur. Belə ki, azyaşlı uşaqlar ananın himayəsində yaşayır, onun bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, iddiaçı tərəfindən ödənilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1–ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi ilə bağlı saziş yoxdursa, eləcə də aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri–müntəzəm, dəyişkən olarsa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2–ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023–ci il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşağın mənafelərini və iddiaçının himayəsində yaşamasını, habelə digər diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay hər uşaq üçün 160 manat, cəmi 320 manat sabit pul məbləğində alimentin alınması azyaşlı uşağın qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2–ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən əsaslıdı olduğundan qismən təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi 160 (bir yüz altmış) manat və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi 160 (bir yüz altmış) manat olmaqla, ayda cəmi 320 (üç yüz iyirmi) manat miqdarında aliment hər ay tutulub İddiaçı verilsin. İddianın alimentə dair hissəsi dərhal icra edilsin. Alimentin tutulmasına 05 iyun 2023-cü ildən başlansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1604/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1604/2023
31.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver