Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1612/2021 18.11.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdeh X4 iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı alqı-satqı müqaviləsinin ləğvi, müqavilə üzrə vəsaitin, vurulmuş zərərin ödənilməsi tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh X5 qarşı torpağa dair alqı-satqı müqaviləsinin ləğvi, alqı-satqı müqaviləsi üzrə ödənilmiş 11000 manat pulun qaytarılması və vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək izahatında bildirdi ki, İddiaçı maklerlər Xəzər Məmmədov və Elgiz Mustafayev adlı şəxslər vasitəsi ilə cavabdeh X4 Mingəçevir şəhər mərkəzində “Univermaq” deyilən yerə yaxın ərazidə 495 kvm torpaq sahəsinin 18000 manata satmasını bilib həmin torpaq sahəsini almağa razılaşmışdır. Nərgiz Alıyeva torpaq sahəsini ona göstərmiş, həmin torpaq sahəsini X.Əliyev küçəsində yerləşdiyini bildirmişdir. İddiaçı aralarında alqı-satqı müqaviləsi bağlanana qədər cavabdehə 7000 manat, notariat kontorunda müqavilə bağlanan zaman isə 11000 manat pul vermişdir. Aralarında alqı-satqı müqaviləsi bağlanmış, sonra iddiaçı torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən Çıxarış almışdır. Tikinti işlərinə başlamaq istədikdə Mingəçevir şəhər İcra Hakimiyyətinin memarlıq şöbəsinin işçiləri tikinti işlərinin dayandırılmasını tələb edərək bildirmişlər ki, həmin ərazi Mingəçevir şəhər İcra Hakimiyyətinn balasındadır. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət edərkən məlum olmuşdur ki, cavabdehin ona satdığı torpaq sahəsi şəhərin Az.DRES adlanan ərazisində yerləşir. Sonra iddiaçı cavabdehlə arasında bağlanmış alqı-satqı müqaviləsinin etibasızlığı barədə məhkəməyə müraciət etmiş, kasasiya qaydasında 09 fevral 2021-ci ildə işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hesab etmişdir ki, göstərilən dəlillər əqdin etibarsızlığı deyil, ləğv edilməsi üçün əsasdır. İddiaçı torpağın dəyərini tam ödəsə də cavabdeh torpağı ona təhvil verməmişdir. Cavabdeh təhvil vermədiyi əmlak üzrə əsassız varlanmışdır. Alqı-satqı müqaviləsi bağlanarkən müqavilədə 11000 manat göstərilsə də, iddiaçı ilkin olaraq 7000 manat pul da ödəmişdir. Bundan əlavə maklerlərə də 1000 manat pul vermiş, beləliklə cəmi 19.000 manat pul ödəmişdir. İddianın təmin olunmasını, İddiaçı ilə cavcabdeh Alıyeva Nərgiz Zahid qızı arasında 495 kvm torpaq sahəsinin 11.000 manata satılması barədə 03 avqust 2018-ci il tarixli alqı-saqı müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə ödənilmiş 11000 manat, 15000 manat vurulmuş zərərin cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh X7 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, o, Mingəçevir şəhərində qeydiyyatda olsa da Bakı şəhərində yaşayır. Əlində olan pulun lazımsız yerə dağılmaması, gələcəkdə olan ehtiyacları üçün bütöv şəkildə saxlamaq məqsədilə həmin pulu Mingəçevir şəhərində torpaq sahəsi almaq qərarına gəldi. Fehruz adlı br nəfərin təcili, aşağı qiymətə torpaq sahəsi satması barədə eşitdi. O, özündə olan həmin pulla torpaqa sahəsini alqısatqı müqaviləsi bağlamaqla almışdır. Sonra pula ehtiyacı yarandığına görə torpaq sahəsini satmaq qərarına gəlmişdir. O, torpağın sənədlərini maklerlərə vermişdir ki, alıcı olan kimi ona məlumat versinlər, gəlib torpağın alqı-satqısını rəsmiləşdirsin. 2018-ci ilin avqust ayında makler torpağın alıcısı olması, sənədləşdirməni aparmaq üçün Mingəçevir şəhəri “Asan xidmət” ofisinə gəlməli olmasını bildirdi. O, 2018-ci ilin avqust ayının 3-də Mingəçevir şəhəri “Asan xidmət” ofisinə gəldi. İddiaçı həmin gün “ASAN xidmət” ofisinə görmüşdür. Torpaq sahəsinin alqı-satqısını bağlamamışdan əvvəl iddiaçıdan torpaq sahəsini görməyini, xoşuna gəlib-gəlməməsini soruşdu. İddiaçı ona cavab verdi ki, torpaq sahəsinə baxıb, sən müqaviləni imzala. O, alqı-satqı müqaviləsini imzalayıb, torpağın sənədlərini iddiaçıya vermişdir. İddiaçı bundan sonra torpağa mülkiyyət hüququnu təsdiq edən Çıxarış almışdır. Çıxarış alan zaman yəqin ki, iddiaçı torpaq sahəsinin yerləşdiyi ərazi barədə məlumat əldə edibdir. İddiaçı tələbində bildirir ki, cavabdeh alqı-satqı müqaviləsi ilə satmış olduğu torpaq sahəsini ona təhvil verməmişdir. Torpaq sahəsi hər hansı bir daşınar əşya deyil ki, götürüb iddiaçıya təhvil versin. O, torpağın sənədlərini alqı-satqı müqaviləsi bağlanan kimi iddiaçıya vermişdir. Bundan əlavə iddiaçı tələbində göstərir ki, guya müqavilə bağlanmamışdan əvvəl ona 7000 (yeddi min) manat pul vermişdir. Bu tələb də əsassızdır. Ona görə ki, qeyd etdiyi kimi o, iddiaçını bir dəfə, alqı-satqı müqaviləsi bağladıqları gün, “Asan xidmət” ofisində görmüşdü. Onun tərəfindən iddiaçıya heç bir zərər vurulmamışdır. Hesab edir ki, iddia əsassızdır, təmin olunmamasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. İşə əlavə olunmuş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhərində yerləşən, 0.0495 ha torpaq sahəsi X4 tam mülkiyyətindədir. İşdə olan X6 ilə İddiaçı arasında bağlanmış “Mingəçevir regional “ASAN xidmət” notariat kontorunda təsdiq edilmiş ******* AN-İ №-li 03 avqust 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsindən görünür ki, satıcı X1 şəhərində yerləşən, mülkiyyətində olan 0,0495 ha torpaq sahəsini alıcı Bayramova Nərminə Vaqif qızına 11000(on bir min) manata satmışdır. İşə əlavə olunmuş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət qeyestrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhərində yerləşən 0,0495 ha torpaq sahəsi 04.09.2018-ci ildən İddiaçı tam mülkiyyətindədir. İşə əlavə olunmuş Mingəçevir şəhər məhkəməsinin 2(051)-187/2020 №-li 04 mart 2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X5 qarşı aralarında 03 avqust 2018-ci ildə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız sayılması, müqavilə üzrə cavabdehə ödədiyi 18000 manat pulun ona qaytarılması barədə iddiası qismən təmin edilməsi, İddiaçı Vaqif qızı ilə X6 arasında bağlanmış 03 avqust 2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, 11000 manat məbləğində pul vəsaitinin cavabdeh Nərgiz Alıyevadan alınıb İddiaçı ödənilməsi qət edilmişdir. İşə əlavə edilmiş Şəki Apelyasiya Məhkəməsinin 2(107)-1335/2020 №-li 02 iyul 2020-ci il tarixli qətnaməsindən görünür ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-2020 №-li 04 mart 2020ci il tarixli qətnaməsi qismən, yəni tərəflər arasında Mingəçevir Regional “ASAN xidmət” notariat ofisində bağlanmış 03 avqust 2018-ci il tarixli AN-1 ******* №-li alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun hüquqi nəticələrinin ləğv edilməsi, alqı-satqı müqaviləsi əsasında ödənilmiş 11000 manat məbləğində pul vəsaitinin cavabdeh X2 alınıb İddiaçı ödənilməsi, qətnamənin eyni vaxtda icra olunması hissəsində ləğv olunması, həmin hissə üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin həmin hissədə rədd olunması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102) 480/2021 №-li 09 fevral 2021-ci il tarixli qərarından görünür ki, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1335/2020 №-li 02 iyul 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı tələbində aralarında bağlanmış 03 avqust 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdeh Nəgiz Alıyeva mülkiyyətində olan 495 kvm torpaq sahəsini ona satdığını, torpağın dəyərini tam şəkildə ödəsə də cavabdeh satdığı torpağı ona təhvil vermədiyini, ona görə də qeyd edilən müqavilənin ləğv olunmasını, müqavilə üzrə ödədiyi 11000 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülki Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Mülki Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 568.1-ci maddəsinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Tərəflər arasında bağlanmış, notariat kontorunda təsdiq edilmiş 03 avqust 2018-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müaviləsindən görünür ki, cavabdeh X1 şəhərində yerləşən, mülkiyyətində olan 0,0495 ha torpaq sahəsini İddiaçı 11000 manata satmışdır. İddiaçı torpağın dəyərini N.Alıyevaya tam şəkildə ödəsə də cavabdeh satdığı torpağı ona təhvil verməməsi barədə tələbini onunla əsaslandırır ki, cavabdeh satdığı torpaq şahəsini Mingəçevir şəhəri X.Əliyev küçəsində yerləşdiyini bildirmiş, torpaq sahəsini də ona göstərmişdir. Cavabdeh də iddiaçının izahatına etiraz edərək satdığı torpaq sahəsinin X.Əliyev küçəsində yerləşdiyini demədiyini, torpaq sahəsinin iddiaçıya göstərmədiyini bildirdi. Tərəflər arasında bağlanmış 03 avqust 2018-ci il tarixli alqı-satqı müqaviləsində isə iddiaçının cavabdehə satdığı torpaq sahəsinin Mingəçevir şəhəri X.Əliyev küçəsində yerləşdiyi göstətilməmişdir. İddiaçı isə alqı-satqı müqaviləsi bağlanan zaman torpaq sahəsinin X.Əliyev küçəsində yerləşməsinin göstərilməməsi səbəbinin aydınlaşdırılmasını və ya müqavilədə torpaq sahəsinin X.Əliyev küçəsində yerləşməsinin göstərilməsini tələb etmişdir. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Göründüyü kimi tərəflər, eləcə də iddiaçı alqı-satqı müqaviləsində göstərilənlərlə razılaşaraq müqaviləni imzalamışlar. Alqı-satqı müqaviləsi bağlandıqdan sonra cavabdeh müavilədə göstərilən torpaq sahəsinə dair sənədləri iddiaçıya verilmiş, bundan sonra da iddiaçı həmin müqavilə əsasında almış olduğu torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən Çıxarış almışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi tərəflər arasıda bağlanmış 03 avqust 2018-ci il tarixli alqı-satqı müqaviləsininn ləğv edilməsi, müqavilə üzrə ödənilmiş 11000 manat pulun cavabdehdən alınmasına dair hissədə təmin olunmamalıdır. İddiaçı tələbində, həmçinin, cavabdeh tərəfindən ona 15.000(on beş min) manat məbləğində zərər vurulmasını, həmin zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Lakin cavabdeh tərəfindən 15.000 manat məbləğində zərər vurulasını təsdiq edən hər hansı sübutu iddiaçı məhkəməyə təqdim etmədi. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin, təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddia əsassız olduğuna görə təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddiaçı cavabdeh X5 qarşı aralarında bağlanmış 03 avqust 2018-ci il tarixli AN-İ ******* №-li alqı-satqı müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə ödənilmiş 11.000 manat vəsaitin və vurulmuş zərərin əvəzi olan 15.000 manat pulun cavabdehdən alınıb ona verilməsi tələbi təmin olunmasın. Qətnamədən alınan gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-1612/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1612/2021
18.11.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver