Məhkəmə qərarları › İş №2(051)-1624/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1624/2023

19.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1624/2023 19.07.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi İddiaçı Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair məhkəmədə iddia qaldıraraq, Cavabdeh mediasiyaya müraciət etdiyi vaxtdan hesablanmaqla birgə nikahdan doğulmuş 21 iyun 2021-ci il təvəllüdlü Uğur və 04 sentyabr 2022-ci il təvəllüdlü Ömər adlı uşaqların saxlanması üçün hər ay hər uşağa 250 manat cəmi 500 manat məbləğində aliment və 21 iyun 2021-ci il təvəllüdlü Uğur və 04 sentyabr 2022-ci il təvəllüdlü Ömər adlı uşaqların üç yaşına çatana kimi əlavə olaraq hər ay hər uşağa 100 manat cəmi 200 manat məbləğində alimentin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə nikahlarını 21 may 2021-ci ildə Mingəçevir regional ASAN xidmət mərkəzində Qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. Onların birgə nikahlarından 21 iyun 2021-ci il təvəllüdlü Uğur və 04 sentyabr 2022-ci il təvəllüdlü Ömər adlı uşaqları olmuşdur. Nikahlarının ilk vaxtlarında ailə münasibətləri çox normal olmuşdur. Lakin sonradan münasibətləri pozulmağa başlamışdır. Onlar xeyli müddətdir faktiki olaraq ayrı yaşayırlar. Alimentlə əlaqədar mediasiya şurasında olmuşdur. Cavabdeh mediasiyada iştirak etməmişdir. O, uşaqlara tək baxmaqda çətinlik çəkir. Uşaq Cavabdeh Mingəçevir şəhər toxuluculuq kombinantında işləyir və aylıq qazancı 700-800 manat təşkil edir. Cavabdehin maddi imkanı yetərincə olmasına baxmayaraq uşaqlara baxmaqda ona köməklik göstəsmir. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinə uyğun izahat verərək onun təmin edilməsini xahiş edir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X2 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, iddianı qismən qəbul edir. Cavabdehin maddi imkanı zəifdir. Uşağına baxmaqdan imtina etmir. Hər ay hər uşağa 130 manat cəmi 260 manat və əlavə xərc olaraq hər ay hər uşağa 20 manat ödəyə bilər. Məhkəmə iddia ərizəsini, iddiaçının və cavabdehin nümayəndəsinin və vəkilinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşdə olan nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X3 21 may 2021-ci il tarixdə Mingəçevir şəhəri “ASAN” xidmət mərkəzində Qeydiyyat Şöbəsində 334 № ilə nikah bağlamışlar. Arvada Olamidze soyadı verilmişdir. İşdə olan Mingəçevir şəhəri “ASAN” xidmət mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışlardan görünür ki, xx.xx.2021-ci il tarixdə doğulmuş X4 və xx.xx.2022-ci il tarixdə doğulmuş X5 adlı uşaqların atası Cavabdehdur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin müdafiəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Bu Məcəllənin 44-45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, uşaqlar valideynlərinə və onların qohumlarına münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında göstərmişdir ki, “1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.” Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixdə doğulmuş X4 və xx.xx.2022-ci il tarixdə doğulmuş X5 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 140 manat, cəmi 280 sabit pul məbləğində aliment, həmçinin, uşaqların hər biri 3 yaşına çatana kimi saxlanması üçün 25 manat, cəmi 50 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən cavabdehin kifayət qədər gəlirə malik olmasını təsdiq edən hər-hansı sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq məhkəmə, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 216–220, 235 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixdən başlayaraq, xx.xx.2021-ci il tarixdə doğulmuş X4 və xx.xx.2022-ci il tarixdə doğulmuş X5 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 140 (bir yüz qırx) manat, cəmi 280 (iki yüz səksən) sabit pul məbləğində aliment, hər bir uşaq 3 yaşına çatana kimi 25 manat, cəmi 50 manat sabit pul məbləğində aliment Cavabdeh tutulub İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar