Məhkəmə qərarları › İş №2(051)-1636/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1636/2021

02.09.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1636/2021 02.09.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Nəzirov Elzamin Çingiz oğlunun katibliyi, İddiaçı: İddiaçı1 və İddiaçı2 etibarnamə üzrə nümayəndəsi və vəkili, İddiaçı3 və İddiaçı4 vəkili – Konsensus Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “bağışlanma müqaviləsinin ləğv edilməsi” tələbinə dair mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək, onlar, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 paylı mülkiyyətlərində olan ünvan 1 olan 0.20 ha torpaq sahəsini, o cümlədən İddiaçı1 məxsus ünvan 1 yerləşən 83.02 kv/m olan fərdi yaşayış evinin Cavabdeh məxsus bağışlanması barədə 04.06.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən imtina etmələrini nəzərə alıb, ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 və İddiaçı2 etibarnamə üzrə nümayəndəsi və vəkili X3 məhkəmə iclası zamanı iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, onlar, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 paylı mülkiyyətlərində olan ünvan 1 olan 0.20 ha torpaq sahəsini, o cümlədən İddiaçı1 məxsus ünvan 1 yerləşən 83.02 kv/m olan fərdi yaşayış evini ailə üzvləri olan evin tək oğlan övladı Cavabdeh evlidir. Hamısının bağışalama müqaviləsini imza etməkdə məqsədləri xəstə olan ailə başçısı İddiaçı1 Cavabdeh və onun arvadı tərəfindən gələcəkdə, qulluq edilməsi olmuşdur. Müqaviləni bağladıqdan sonra 15-20 gün keçmiş Cavabdeh və onun arvadı, xəstə ailə başçısı İddiaçı1 qulluq etmək əvəzinə evdən çıxarmağa cəhd göstərdilər. Müqavilədən kənar razılaşmalarına əməl etmədikləri üçün, bağışlamadan imtina edirlər, onlara məxsus ünvan 1 olan 0.20 ha torpaq sahəsini, o cümlədən İddiaçı1 məxsus ünvan 1 yerləşən 83.02 kv/m olan fərdi yaşayış evinin Cavabdeh bağışlanmasından imtina edirlər və 04.06.2021-ci il tarixdə bağlanmış bağışlama müqaviləsinin ləğv edilməsini istəyirlər. Bağışlama müqaviləsinin ləğvi ilə bağlı Maraqlı şəxs Ofisində olmuşlar onlara ancaq məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Hazırda Cavabdeh mübhisə edilən evdə yaşamır, ailəsi ilə birlikdə Bakı şəhərinə getmiş orada kirayədə yaşayır. Xəstə ailə başçısı İddiaçı1 insult keçirmiş, vəziyyəti heç də qənaətbəxş deyil. Belə vəziyyətdə olan ataya baxmayan oğula nə ev, nə də torpaq düşmür. Ona görə də məhkəmədən onlar, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 paylı mülkiyyətlərində olan ünvan 1 olan 0.20 ha torpaq sahəsini, o cümlədən İddiaçı1 məxsus ünvan 1 yerləşən 83.02 kv/m olan fərdi yaşayış evinin Cavabdeh məxsus bağışlanması barədə 04.06.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən imtina etmələrini nəzərə alıb, ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçılar İddiaçı3 və İddiaçı4 və Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Bununla belə Cavabdeh məhkəməyə ərizə təqdim edərək, 02.09.2021-ci il tarixində saat 10:15-ə təyin olunmuş məhkəmə baxışı iclasını onun iştirakı olmadan keçirilməsini yekun məhkəmə qərarı çıxarılmasını xahiş edir. Məhkəmə iddiaçıların etibarnamə üzrə nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, iddia tələbi əsaslıdır. İşə əlavə olunmuş Cavabdeh tərəfindən göndərilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, iddia tələbini qəbul edir. İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ilə onun arasında bağlanmış ünvan 1 olan 0.20 ha torpaq sahəsinin və ünvan 1 yerləşən 83.02 kv/m olan fərdi yaşayış evinin ona bağışlanması barədə 04.06.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsinə etiraz etmir. İşə əlavə olunmuş 04 iyun 2021-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinin sürətindən görünür ki, İddiaçı1 özünün tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 83.02 kv/m olan fərdi yaşayış evini oğlu Cavabdeh hədiyyə vermiş, İddiaçı1 2/6 hissədə paylı mülkiyyətində olan, İddiaçı2 2/6 hissədə paylı mülkiyyətində olan, İddiaçı4 1/6 hissədə paylı mülkiyyətində olan və İddiaçı3 1/6 hissədə paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.2 ha olan torpaq sahəsini Cavabdeh hədiyyə vermişlər. İşə əlavə olunmuş DƏDRX-ın Çıxarış barədə məlumatından görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 83.02 kv/m olan fərdi yaşayış evi İddiaçı1 tam mülkiyyətindədir. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.2 ha olan torpaq sahəsi İddiaçı1 2/6 hissədə, İddiaçı2 2/6 hissədə, İddiaçı4 1/6 hissədə və İddiaçı3 1/6 hissədə paylı mülkiyyətindədir. Cari sənəd 04.06.2021-ci il tarixdə saat 01:30:50-də Mingəçevir regional Maraqlı şəxs ofisi, X2 tərəfindən çap edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Məhkəmə tədqiqi zaman müəyyən edildi ki, iddiaçılardan İddiaçı1 Cavabdeh atasıdır. İddiaçılar mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən mənzili və torpaq sahəsini 04 iyun 2021-ci il tarixli bağışlanma müqaviləsi əsasında oğlu olan cavabdehə bağışlamışlar. Sonra cavabdehin atasına-iddiaçıya münasibəti dəyişmiş, o, ailə hüquq münasibətlərindən irəli gələn vəzifələri yerinə yetirməmiş, iddiaçı ilə kobud rəftar etmiş, onunla maraqlanmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinin İİ hissəsinə əsasən yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.1-ci maddəsinə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh bir -birlərini saxlamaq vəzifəsi daşıyan şəxslərin kateqoriyasına daxildir. Lakin Cavabdeh atası olan iddiaçıya münasibətdə ailə hüquq münasibətlərindən irəli gələn vəzifələri kobudcasına pozmuşdur. Hal-hazırda isə iddianı etiraf edir. Həmçinin bağışlanma müqaviləsinin ləğv edilməsinə etiraz etmir.Məhkəmə cavabdehin etirafını digər üçüncü şəxslərin hüquq və vəzifələrini pozmadığı üçün qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosesual 106.3-cü maddəsinə əsasən Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Məcəlləsinin 673.1.2-ci maddəsinə əsasən hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Odur ki, məhkəmə bu normaların tələbindən çıxış edərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalı və İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 paylı mülkiyyətlərində olan ünvan 1 olan 0.20 ha torpaq sahəsini, o cümlədən İddiaçı1 məxsus ünvan 1 yerləşən 83.02 kv/m olan fərdi yaşayış evinin Cavabdeh məxsus bağışlanması barədə 04.06.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ləğv edilməlidir. Göstərilənlərə görə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 238-253-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia tələbi təmin olunsun. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 paylı mülkiyyətlərində olan ünvan 1 olan 0.20 ha torpaq sahəsini, o cümlədən İddiaçı1 məxsus ünvan 1 yerləşən 83.02 kv/m olan fərdi yaşayış evinin Cavabdeh məxsus bağışlanması barədə 04.06.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar