Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1672/2021 14.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiçı İddiaçı Hüseyn oğlu, vəkili Vəkil, cavadehlər Cavabdeh1 ASC-nin nümayəndəsi X3, Cavabdeh2 nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə, Cavabdeh2nə və Daşınmaz Əmlak Dövlət Reyestr Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı ipotekaya xitam verilməsi tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə, Cavabdeh2nə və Daşınmaz Əmlak Dövlət Reyestr Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı ipotekaya xitam verilməsi tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-14/2011 saylı 18.04.2011-ci il tarixli qətnaməsi ilə onunla "xxxx" İKB ASC-nin Yevlax filialı arasında bağlanmış 17.09.2009-cu il tarixli KBB NEV nömrə YEV 012F saylı kredit müqaviləsi üzrə yaranmış 134440 manat əsas kredit borcu, 55708 manat faiz borcu və 4000 manat dəbbə pulu, cəmi 191148 manat borcun, dövlət rüsumu kimi ödənilmiş 20 manat pulun ondan alınıb iddiaçı "xxxx" İKB ASC-yə ödənilməsi, ödənişin 17.09.09-cu il tarixli KBB № YEV 0121-2 saylı ipotka müqaviləsi ilə yüklü edilmiş, Mingəçevir şəhəri Günəş küçəsində 0.12 ha torpaq sahəsində yerləşən iki mərtəbəli, 7 otaqlı, 1 A №li fərdi yaşayış evinə və 17.09.09-cu il tarixli KBB MYE0121-2 saylı ipoteka müqaviləsi ilə yüklü edilmiş Mingəçevir şəhəri Gəncə şosessində olan 0.03 ha torpaq sahəsində yerləşən 7 №li bir mərtəbəli, qeyri-yaşayış binası olan daşınmaz əmlaklara yönəldilərək açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına onun "xxxx"İKB ASC-nin Yevlax filialına olan cəmi 194148 manat borcun ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş, Cavabdeh2 sifarişi ilə hər iki ipoteka predmetləri hərraca çıxarılmışdır. Mingəçevir şəhəri Gəncə şosessində olan qeyri-yaşayış binası "xxxx" MMC Hərrac Mərkəzinin 01/3934 saylı 23.12.2013cu il tarixli, 01 №li bildirişlə 14.01.2014-cü il tarixdə açıq həraca çıxarılaraq ilkin 95000 manat, Mingəeçvir şəhəri Günəş küçəsində 0.12 ha torpaq sahəsində yerləşən 1 A №li fərdi yaşayış evi 01/54 sayl 13.01.2014-cü il tarixli 01/2 №li bildirişlə 21.01.2014-cü il tarixdə açıq hərraca çıxarlımış, ilkin satış qiyməti 120000 manat müəyyən edilmişdir. Hər iki ipoteka predmeti üzrə iki dəfə hərrac keçirilmiş və hərraclar baş tutmadığından ipoteka predmetlərinin alınması banka təklif edilmişdir. "xxxx" İKB ASC ipoteka predmetlərinin alınmasına dair hərrac təşkilatının təklifini qəbul etməmişdir. Həmçinin, onu da bildirir ki, o, banka olan borcunu tam ödəmişdir, banka borcu qalmamışdır. Ona görə də iddianın təmin olunmasını, Mingəçevir şəhər Günəş küçəsində 0.12 ha torpaq sahəsində yerləşən 1 A №li fərdi yaşayış evinin ipotekaya qoyulmasına dair 17.09.09 tarixli KBB YEV 0121-2 saylı ipoteka müqaviləsinə və Mingəçevir şəhəri Gəncə şosessində 0.03 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının ipotekaya qoyulmasına dair 17.09.09-cu il tarixli KBBM YEV 0121-2 saylı ipoteka müqaviləsinə xitam verilməsi, ipoteka predmetinin ipoteka yüklülüyündən azad edilməsini, ipotekaya qoyulmuş sənədlərinin ona qaytrılması barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçının vəkili X2 məhkəmə iclasında iddianı əsaslı hesab edərək, “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 43.8-ci maddəsinə əsasən ipotekaya xitam verilməsinin qanuni olduğunu bildirərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Cavabdeh1 ASC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-14/2011 №li 18.04.2011-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı cəmi 194148 manat alınıb iddiaçı "xxxx" İKB ASC-yə verilməsi, tutmanın ipoteka müqaviləsi ilə ipoteka qoyulmuş cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsinə və fərdi evə yönəldilməsi, həmin ipoteka predmetlərin açıq hərracda satılaraq satışdan əldə edilmiş vəsait hesabına kredit borcun ödənilməsi qət edilmişdir. Qətnamə icra yönəldikdən sora cavabdeh kredit borcunu ödəmədiyinə görə ipoteka predmetləri açıq hərraca çıxarılmışdır. Sonra ipoteka predmetlərinin qiymətləndirilməsi ilə bağlı məhkəmə qaydasında mübahisəyə baxılmışdır. Daha sonra ipoteka predmetləri yenə hərraca çıxarılmışdır. Lakin hərracın nəticələri barədə banka məlumat verilməmiş, ipoteka predmetinin alınması barədəə banka təklif olunmamışdır. Əgər bank hərracın nəticələri ilə bağlı məlumatlandırılsa idi, ipoteka predmetləri banka təklif olunsaydı, bank da öz münasibətlərini bildirərdi. Bu günə qədər cavabdeh banka olan kredit borcundan cəmi 5100 manat ödəmişdir ki, bu da cavabdehin banka olan 191148 manat kredit borcunun heç cüzi hissəsini də təşkil etmir. Bundan əlavə əgər iddiaçıda ipoteka predmetlərinin 2014-cü ilin yanvar ayında 2 dəfə hərraca çıxarılması, hərracların baş tutmaması barədə rəsmi məlumat vardırsa bu müddətə qədər hansı səbəbə görə iddiaçı qanunvericiliyin tələblərinə əsaslanaraq ipotekaya xitam verilməsi barədə məhkəməyə müraciət etməmiş, 7 ildən çox müddət keçikdən sonra hər hansı bir sübut təqdim etmədən məhkəməyə müraciət etmişdir. Ona görə də, həmçinin, hesab edir ki, iddia müddəti keçmişdir. İddia əsasız olduğuna, iddia müddəti keçdiyinə görə iddianın təmin olunmaması barədə qətnamə çıxrılmasını xahiş edir. Mingəeçvir şəhər icra və probasiya şöbəsinin nümayəndəsi X5 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-14/2011 №li 18.04.2011-ci il tarixli qətnaməsinin icrası ilə bağlı icra sənədləri əvvəl başqa icra məmurunun icraatnda olmuş, sonra icra işi ona verilmişdir. Onu bildirir ki, borclu İddiaçı Hüseyn oğlu məhkəmə qətnaməsi ilə müəyyən edilmiş ümumilikdə 194148 manat kredit borcundan bu vaxta kimi cəmi 5100 manat ödəmişdir. İcra sənədlərindən görünür ki, qətnamə üzrə icra vərəqəsi 06.07.2011-ci ildə Mingəeçvir şəhər icra şöbəsinə daxil olmuş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, həmin qərarın surəti tərəflərə göndərilmiş, həmçinin, tələbin könüllü qaydada ödənilməsi üçün borcluya bildiriş göndərilmişdir. İpoteka predmetlərinin hərraca çıxarılması üçün 12.11.2011-ci il tarixdə "xxxx" MMC –yə sifariş verilmişdir. İpoteka ilə yüklü edilmiş əmlaklar hərraclarlda satılmamış, hərrac baş tutumadığındən müvafiq sənədlər 19.12.2012-ci il tarixli "xxxx" MMC tərəfindən şöbəyə qaytarılmışdı. Bankın 29.03.2013-cü il tarixli 305 №li ərizəsinə əsasən icra sənədi “İcra haqqında” qanunun 23.1.1-ci maddəsinə əsasən 05.04.2013-cü il tarixdə məhkəməyə göndərilmişdir. 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2(32)-479/2013 №li 11.03.20132-cü il tarixli qətnaməsi ilə "xxxx" KB ASC –nin iddiası təmin olunaraq ipoteka predmetlərinin qiymətləndirilməsi barədə 31.10.2011-ci il tarixli rəylərin ləğv edilməsi, həmin əmlakların yenidən qiymətləndirilməsi, keçirilmiş hərracların etibarsız hesab edilməsi qət edilmiş, bu barədə 11.06.2013-cü il tarixdə şöbəyə məlumat daxil olmuşdur. Onu da bildirir ki, ipoteka ilə yüklü edilmiş əmlakların qiymətləndirilməsi üçün 26.07.2011-ci il tarixli "xxxx" MMC-yə sifariş verilmişdir. 31.10.2011-ci il tarixli rəylərə əsasən əsasən yaşayaış evi 122000 manat, qeyri- yaşayış binası isə 103000 manat qiymətləndirilmişdir. İpoteka predmetlərinin qiymətləndirilməsi barədə 31.10.2011-ci il tarixli rəylər ləğv edildikdən, keçirilmiş hərracların nəticələri etibarsız hesab edildikdən sonra bankın müraciəti əsasında icra sənədi yenidən icraya yönəldilmişdir. İpoteka predmetlərinin satılması üçün "xxxx" MMC-yə 14.12.2013-cü ildə yenidən sifariş verilmişdir. 14.01.2014-cü il və 21.01.2014-cü il tarixlərdə hərraclar keçirilmiş, lakin əmlaklar satılmamışdr. Sonra ipoteka predmetlərinin banka təklif olunub- olunmaması barədə icra şöbəsinə məlumat verilməmiş, ya da sənədlər "xxxx" MMC tərəfindən şöbəyə qaytarılmamışdır. Bank 11.06.2014-cü il tarixli məktubla müraciət edərək yüklü edilmiş əmlakların yenidən qiymətlədirilməsinin xahiş etmişdir. Əmlaklarln yenidən qiymətləndirilməsi üçün yenidən "xxxx" MMC-yə müraciət olunmuş, 15.10.2015-ci il tarixli rəylərlə yaşayış evi 90000 manat, qeyri-yaşayış binası isə 80000 qiymətləndirilmişdir. İpoteka ilə yüklü edilmiş daşınmaz əmlakların satılması üçün 15.11.2013-cü il tarixdə "xxxx" MMC-yə verilmiş sifarişlərin nəticələri barədə "xxxx" MMC-yə sorğu gönərilmiş , lakin hazıradək sorğuya cavab verilməmişdir. Kredit borcu borclu tərəfindən ödənilmədiyinə, ipoteka predmetlərinin hərraclarının nəticəsi barədə bu vaxta kimi icra şöbəsinə hər hansı bir məlumat daxil olmadığına görə hesab edir ki, iddia əsassızdır və iddianın təmin olunmamasın xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Daşınmaz Əmlak Dövlət Reyestr Xidmətinin 17 saylı Ərazi İdarəsinə məlumat verilmiş, lakin onun nümayəndəsinin məhkəmə iclasında iştirak təmin olunmamışdır. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümükündür. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesdab edir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materialları ilə müəyyən edildi ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-14/2011 №li 18.04.2011-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" İKB ASC-nin arasında 17.09.2009-cu il tarixdə bağlanılmış kredit müqaviləsinə xitam veilməsi, kredit müqaviləsi üzrə yaranmış 134440 manat əsas kredit borc, 55708 manat faiz borc, 4000 manat dəbbə pulu, cəmi 194148 manat kredit borc, ödənilmiş 20 manat dövlət rüsumunu İddiaçı alınıb iddiaçıya ödənilməsi, kredit borcun ipotekaya qoyulmuş mülkiyyətində olan Mingəeçvir şəhəri Günəş küçəsində 0.12 ha torpaq sahəsində yerləşən 1 A№li fərdi yaşayış evinə, Mingəçevir şəhəri Gəncə şosessində olan 0.03 ha torpaq sahəsində yeləşən 7№li, bir mərtəbəli, qeyri-yaşayış binası olan daşınmaz əmlaklara yönəldilərək açıq hərracda satılması, satışdan əldə ediləcək vəsait hesabına cavabdeh İddiaçı "xxxx" İKB ASC –yə olan cəmi 194148 manat borcu ödənilməsi qət edilmişdir. Qətamə qanuni qüvvəyə minmiş, icra olunması üçün icra şöbəsinə göndərilmiş, Mingəçevir şəhər icra şöbəsinin icra məmuru “İcraata başlamaq haqqında” qərar qəbul etmiş, tələbin könüllü olunması təklif edilmişdir. "xxxx" MMC-nin 31.10.2011-ci il tarixli Əmlakın qiymətləndirilməsi barədə ekspert rəyinə əsasən Hüseynov Nəriman Hüseyn oğluna məxsus Mingəçevir şəhəri Gəncə şösessində yeləşən 7 №li qeyri yaşayış sahəsi 103000 manat, Mingəçevir şəhəri Günəş küçəsində yerləşən 1 A №li fərdi yaşayış evi 122000 manat qiymətləndirilmişdir. Cavabdeh2 3631 №li 10.12.2011-ci il tarixli məktubu ilə əmlakın açıq hərracda satılması üçün sənədlər "xxxx" MMC-yə göndərilmişdir. "xxxx" MMC-nin "xxxx" İK Bankına göndərdiyi 05.03.2012-ci il tarixli 01/747 və 01/748 №li təklifflərdən görünür ki, hərraclar baş tutmamış, ipoteka predmetlərinin alınması banka təklif edilmişdir. "xxxx" MMC-nin Mingəçevir şəhəri İcra şöbəsinə göndərdiyi 01/3674 №li 19.12.2012-ci il tarixli məktubundan görünür ki, icra müddəti bitdiyinə görə sənədlər geri qaytarlmışdır. "xxxx" İKB ASC-nin 29 mart 2013-cü il tarixdə Mingəçevir şəhər icra şöbəsinə göndərdiyi ərizədə borclu İddiaçı Hüseyn oğlunun icra sənədini “İcra haqqında” Qanunun 23.1.-ci maddəsinə əsasən geri qaytarılması xahiş olunur. 02 saylı Bakı İstehsalat-İqtisadi Məhkəməsinin 2iq(82)-479/2013 №-li 11 mart 2013-cü il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" İKB ASC-nin iddia ərizəsi təmin edilmiş, cavabdeh İddiaçı məxsus olan Mingəçevir şəhəri Gəncə şossesində 0,03 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, 7 №-li qeyri-yaşayış binasının 103000 manat, Günəş küçəsində yerləşən 1 A№-l fərdi yaşayış evinin 122000 qiymətləndirilməsinə dair "xxxx" MMC-nin 31.10.2011-ci il tarixli 428, 429 saylı “Əmlakın qiymətlndirilməsinin nəticələri hesabat”ının ləğv edilməsi, ipoteka predmetinin yenidən qiymətləndirilməsi, cavabdeh İddiaçı Hüseyn oğluna məxsus Mingəçevir şəhəri Günəş küçəsində yerləşən 1A saylı fərdi yaşayış evi üzrə və Mingəçevir şəhəri Gəncə şossesində 0,03 torpaq sahəsində yerləşən 7 №-li, bir mərtəbəli qeyri-yaşayış binası üzrə keçirilmiş hərracların etibarsız hesab olunması qət edilmişdir. Mingəçevir şəhər İcra şöbəsinin 2724 №-li 12 aprel 2013-cü il tarixli məktubu ilə icra vərəqəsi “İcra haqqında” Qanunun 23.1.4-cü maddəsinə əsasən icra olunmadan geri qaytarılmışdır. Mingəçevir şəhər icra şöbəsinin icra məmurunun 27 may 2013-cü il tarixli qərarı ilə qiymətləndirici dəvət olunmuş, "xxxx" MMC-nin 30.09.2013-cü il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabata görə İddiaçı Hüsxeyn oğluna məxsus Mingəçevir şəhəri Günəş küçəsində yerləşən 1A fərdi yaşayış evi 120000 manat dəyərində qiymətləndirilmişdir. "xxxx" İKB ASC-nin Mingəçevir şəhər məhkəməsinə 03 oktyabr 203-cü il tarixdə göndərdiyi ərizədə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2iq(82)-479/2013 №-li 11 mart 2013-cü il tarixli məhkəmə qətnaməsi ilə ilkin qiymətləndirmə və hərracın nəticələrinin ləğv olunması qət edildiyinə görə 2(051)- 14/2011 saylı 18.04.2011-ci il tarixli qətnaməsinin yenidən icraya yönədilməsi xahiş olunmuşdur. Mingəçevir şəhər məhkəməsinin 15.11.2013-cü il tarixli məktubu ilə məhkəmənin 18 aprel 2011-ci il tarixli qətnaməsi üzrə icra vərəqəsi icra olunması üçün Mingəçevir şəhər icra şöbəsinə göndərilmişdir. Mingəçevir şəhər icra şöbəsinin 8543 №-li 15.11.2013-cü il tarixli məktubu ilə Mingəçevir şəhər məhkəməsinin 2(051)-14 №-li 18 aprel 2011-ci il tarixli icra sənədi üzrə borcluya məxsus Mingəçevir şəhəri Günəş küçəsində 0,12 ha torpaq sahəsində yerləşən ilkin qiyməti 120000 manat olan 1A №-li fərdi evin, Mingəçevir şəhəri Gəncə şossesində 0,03 ha torpaq sahəsndə yerləşən ilkin qiyməti 95000 manat olan bir mərtəbəli 7 №-li qeyri-yaşayış binasının hərracın keçirilməsi barədə "xxxx" MMC-yə sifariş verilmişdir. "xxxx" MMC tərəfindən Mingəçevir şəhər icra şöbəsinə, "xxxx" İKB ASC-yə və İddiaçı göndərilmiş 01 №li 14 dekabr 2013-cü il tarixli açıq hərracın keçirilməsinə dair bildirişlərdən görünür ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-14/2011 saylı 18.04.2011-ci il tarixli icra vərəqəsi üzrə, ipoteka qoyulmuş İddiaçı mülkiyyətində olan Mingəçevir şəhəri Gəncə şosessində yerləşən qeyri-yaşayış sahəsinin və Mingəçevir şəhəri Günəş küçəsində yerləşən 1 A saylı fərdi yaşayış evinin hərracının keçirilməsi 14.01.2014-cü ildə saat 10:00- 13:00 və 14:00-17:00-da Bakı şəhəri N.Nərimanov küçəsi 7 "xxxx" ünvanda keçirilməlidir. Külək MMC-nin 11.01.2014-cü il tarixli açıq hərrac keçirilməsinə dair bildirişdən görünür ki, İddiaçı mülkiyyətində olan, ipoteka qoyulmuş Mingəçevir şəhəri Günəş küçəsində yeləşən 1 a saylı fərdi yaşayış evi üzrə açıq hərrac 21.01.2014-cü il tarixdə saat 10:00 -13:00 və 14:00-17:00-də ünvan 2 ünvanda keçirməsi nəzərdə tutulmuşduir. Lakin hərracların nəticələri iş materialları ilə müəyyən edilmir. Mingəçevir şəhər icra bölməsi qeyd edilən əmlakların yenidən qiymətləndirilməsi üçün qiymətləndirici dəvət etmiş "xxxx" MMC-nin 15.10.2015-ci il tarixli əmlkın qiymətləndirilməsi barədə hesabatda X1 məxsus Mingəçevir şəhər Günəş küçəsində yerləşən 1 A №li fərdi yaşayış evinin qiyməti 90000 manat, Mingəçevir şəhəri Gəncə şosesində yerləşən qeyri-yaşayış sahəsinin qiyməti 80000 manat qiymətləndirilmişdir. İddiaçı tələbində kredit borcunun təminatı olaraq mülkiyyətində olan fərdi yaşayış evinin və qeyri yaşayış binasının ipoteka qoyduğunu, hər iki ipoteka üzrə iki dəfə hərrac keçirildiyini, hərraclar baş tutmadığına görə ipoteka predmetinin alınmasının banka təklif edildiyini , lakin bank “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə görə 30 təqvim hünü ərzində əldə etmədiyinə görə ipotekaya xitam verilməsini göstərmişdir. “İpoteka haqqnda” Azərbaycan Respublikası Qanunun 43.1-ci naddəsinə görə əsasən hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirillməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün internet saytında məlumat dərc etdirir. Həmin Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış edlan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirdi ki, ipotekaya predmetlərinin hərraclarının, eləcə də də təkrar hərracın baş tutmaması barədə qanunvericiliyinin tələbinə uyğun olaraq elan edilməmiş, yaxud təkrar hərrac baş tutmaması səbəbindən ipoteka predmetlərinin alnması banka təklif olunmamışdr. Əgər belə bir təklif olsaydı və yaxud təkrar hərracın baş tutmaması barədə məlumatı olsaydı, bank öz münasibətini bildirərdi. Cavabdeh2 nümayəndəsi də iddia tələbinə eyni məzmunlu etirazını bildirərək ipoteka predmetlərinin hərracının nəticələri barədə bu vaxta kimi hərrac təşkilatı tərəfindən məlumat verilmədiyini və yaxud sənədlərini geri qaytarılmadığını bildirdi. İş materialları ilə, eləcə də məhkəməyə təqdim edilmiş icra sənədləri ilə sözügedən ipoteka predmetlərinin təkrar hərracının baş tutumasının elan edilməsi və ya hərracın baş tutmamasına görə sifariş sənədlərinin geri qaytarılması müəyyən olunmadı. İddiaçı da sübut kimi yalnız İddiaçı mülkiyyətində olan Mingəçevir şəhəri Gəncə şosessində yerləşən qeyri-yaşayış binasının 14.01.2014cü il tarixdə hərraca çıxarılmasına dair 14.12.2013-cü il tarixli 01 №li və 21.012014-cü il tarixdə hərraca çıxarılmasna dair 11.01.2014-cü il tarixli 01/2 №li bildirişləri təqdim etmişdir. Məhkəmə tərəfindən "xxxx" MMC–yə məktub göndərilərək sözüfgedən ipoteka predmetlərin hərraclarının keçirilməsinə dair sənədlərin məhkəməyə göndərilməsi bildirilmiş, "xxxx" MMC–nin 26.11.2021-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, İddiaçı məxsus əmlak üzrə keçirilmiş hərracların sənədlər toplusu yerləşdikləri ünvanın dəyişikliyi və uzun müddət keçməsi ilə əlaqədar məhkəməyə təqdim edilməsi mümükün olmamaışdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti incumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Mülki Prosessual Məcəlləsnin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosesual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçının mülkiyyətində olan, ipoteka qoyulmuş fərdi yaşayış evi və qeyri yaşayış binası üzrə keçirilmiş təkrar hərracların baş tutmamasının elan olunması sübut olunmadığına görə iddia təmi n olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 216-220, 360-cı maddəsinin rəhbər tutub, məhkəmə Qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə, Cavabdeh2nə və Daşınmaz Əmlak Dövlət Reyestr Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı Mingəeçvir şəhər Günəş küçəsində 0.12 ha torpaq sahəsində yerləşən 1 A №li fərdi yaşayış evi və Mingəçevir şəhəri Gəncə çosessində olan 0.03 ha torpaq sahəsidə yerləşən 7 №li bir mətəbəli qeyri-yaşayış binası üzrə ipotekaya xitam verilməsinə dair iddiası təmin olunmasın . Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-1672/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1672/2021
14.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver