Məhkəmə qərarları › İş №2(051)-1684/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1684/2020

04.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1684/2020 04.11.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əlavə xərc tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı əlavə xərc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh ilə qeyr-rəsmi münasibətlərindən xx xxxxxx 2020-ci ildə Günay adlı bir uşağı olmuşdur. Sonra onların münasibətləri pozulmuşdur. Cavabdeh uşağın saxlanmsına kömək etmədiyində görə o, atalığın müəyyən edilməsi və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin qərarı ilə Cavabdeh onun xx xxxxxx 2020-ci il təvəllüdlü Aygün adlı qızının atası olması müəyyən edilmiş, cavabdehdən uşağın saxlanması üçün hər ay 120 manat məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdiir. Lakin həmin qətnamə ilə təyin edilmiş 120 manat aliment uşağın tələbatını ödəmir. Belə ki, uşağı arasıra tibbi müainəyə aparmaq lazımdır. Lakin maddi imkanı olmadığına görə, uşağı tibbi müayinə ilə təmin edə bilmir. Uşağa süni qida, gündəlik pampers lazımdır. Kirayə mənzildə yaşayır. Ancaq müəyyən edilmiş alimentlə bunları həll etmək, qarşılamaq mümkün deyil. Ona görə də əlavə xərc tələbi barədə ərizə ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddianın təmin olunmasını, xx xxxxxx 2020-ci il təvəllüdlü qızı Günayın saxlanılması üçün üç yaşına çatana kimi uşağa əlavə xərclərdə iştirak etməsi ilə əlaqədar cavabdehdən hər ay 100(bir yüz) manat sabit məbləğdə pul tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, onunla iddiaçının qeyri-rəsmi münasibətlərindən xx xxxxxx 2020-ci ildə bir uşaqları olmuşdur. Sonra onların münasibətləri pozulmuşdur. Uşaq iddiaçı ilə birlkdə yaşayır. Məhkəmənin qərarı ilə uşağın saxlanması üçün hər ay 120 manat məbləğində aliment tutulub ona verilməlidir. O, müəyyən edilmiş həmin alimenti çətinliklə hər ay iddiaçıya ödəmişdir. Qeyd edilən məbləğdən artıq isə pul ödəməyə maddi imkanı yoxdur. Daimi iş yeri yoxdur. Son aylarda diz oynağındakı ağrılar, daha sonra isə bununla bağlı aparılmış əməliyyat səbəbindən o, fərdi əməklə də məşğul ola bilmir. Uşağın səhhətində isə hər hansı bir problem yoxdur. İddianın təmin olunmamasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. İşdə olan Mingəçevir şəhər məhkəməsinin 2(051)-894/2020 №-li xx xxxx 2020-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh xx xxxxxx 2020-ci il təvəllüdlü Kazımova Günay adlı uşağın atası olmasının müəyyən edilməsi, cavabdehdən xx xxxxxx 2020-ci il təvəllüdlü Günay adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 120 manat məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İşdə olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx xxxxxx 2020-ci ildə doğulmuş X2 atası hesab edillmişdir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 2020-ci il təvəvəllüdlü X1 atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.Hakim bütün hallarda prossesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, tərəflərin qeyri-rəsmi münasibətlərindən xx xxxxxx 2020-ci ildə Günay adlı bir uşaqları olmuşdur. Sonra münasibətləri pozulmuşdur. Uşaq iddiaçının yanında qalır. Məhkəmənin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə cavabdehin uşağın atası olmasının müəyyən edilməsi və cavabdehdən hər ay 120 manat məbləğində aliment alınıb iddiaçıya verilməsi qət edilmişdir. İddiaçı tələbində məhkəmənin qətnaməsi ilə müəyyən edilmiş alimentlə uşağın saxlanmasının mümkün olmadığını bildirərək, cavabdehdən uşaq 3 yaşına çatan kimi saxlanması, əlavə xərclərdə iştirak etməsi üçün hər ay 100 manat alınıb ona verilməsi bildirir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. İş materialları ilə müəyyən edildi ki, uşağın saxlanması üçün məhkəmə tərəfindən aliment müəyyən edilmişdir. Uşağın səhhətində hər hansı problem olması, bununla bağlı iddiaçı tərəfindən əlavə xərclər çəkməsi isə məhkəmə iclasında təsdiq olunmadı. Ailə Məcəlləsinin 85.1 və 85.1.1-ci maddələrinə əsasən hamiləlik dövründə və ümumi uşaqların doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. Məhkəmə iclasında, həmçinin, müəyyən edildi ki, tərəflər arasında rəsmi nikah qeydə alınmamışdır. Ona görə də tərəflərin bir-birini saxlamaq, eləcə də iddiaçının cavabdehdən aliment tələb etmək hüququ yaranmamışdır. Belə ki, Ailə Məcəlləsinin 9.4-cü maddəsinə əsasən ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olmadığına görə təmin olunmamalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı xx xxxxxx 2020-ci il təvəllüdlü qızı X1 3 yaşına çatana qədər əlavə xərclərdə iştirakı üçün cavabdehdən hər ay 100(bir yüz) manat sabit pul məbləğinin tutularaq ona verilməsi barədə iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar