Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-173/2022 29.03.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi, vəkil X6 iddianı müdafiə edərək izahatında bildirdi ki, iddiaçıya məxsus “Mersedes Benz 220” markalı **-ZJ-*** dövlət nömrəli nişanlı avtomaşını X7 idarə edərkən 06 dekabr 2020-ci il tarixdə saat 13:15 radələrində Bakı şəhəri Salyan yolu, Salyan şossesindən Lökbatan dairəsi istiqamətində hərəkətdə olarkən “Green City” istirahət mərkəzinə yaxınlaşanda Lökbatan dairəsi tərəfdən yolun digər hərəkət hissəsində hərəkətdə olan, Cavabdeh idarə etdiyi “DAF Trusks TE95XF” markalı 01BŞ214 dövlət nömrə nişanlı avtomobil geriyə dönmək üçün yol ayrıcına, yəni dairəyə daxil olmuşdur. Cavabdeh iddiaçıya məxsus “Mersedes Benz E220” markalı avtomobilin sağ tərəfdən hərəkətini nəzərə almadan idarə etdiyi avtomobillə hərəkətə başlamış, bu zaman X7 idarə etdiyi “ Mersedes “ markalı avtomobilin cavabdehin idarə etdiyi avtomoillə toqquşmamaq üçün idarə etdiyi avtomobili “Green City” istirahət mərkəzinə tərəf istiqamətləndirərək həmin şirkətin daş hasarına vurmuşdur. Hadisə zamanı iddiaçıya məxsus avtomobildə olan sürücü X7 və sərnişin X8 az ağır dərəcəli xəsarət almışlar. Həmçinin, hadisə nəticəsində iddiaçıya məxsus “Mersedes Benz E 220” markalı ** ZJ *** dövlət nömrə nişanlı avtomobilə zərər dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar X7 və Cavabdeh barəsində Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Tərəflər arasında barışıq olması səbəbindən başlanmış cinayət işi üzrə 29.03.2022-ci il tarixli qərarla icraata xitam verilmişdir. Eyni zamanda X7 barəsində Azərbaycan Respublikası İXM-nin 328.3-cü, Cavabdeh barəsində İXM-nin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Cavabdeh İXM-nin 327.2-ci maddəsinə əsasən 60 manat cərimə olunmuşdur. Hadisə nəticəsində iddiaçıya məxsus “Mersedes Benz E 220” markalı avtomobilə dəymiş zərərin ümumi məbləği 32000 manat müəyyən edilmişdir. Bildirir ki, cavabdehin idarə etdiyi “DAF Trusks TE95XF” yük markalı avtomobil “Atəşgah” sığorta şirkətində icbari sığorta olunmuşdur. Hadisə nəticəsində iki təqsirkar şəxs müəyyən olunduğundan 4718 manat sığorta ödənişinin 50 faizi 05.08.2021-ci il tarixdə “Azər Türk” Bank vasitəsi ilə iddiaçıya ödənilmişdir. Hadisə nəticəsində iddiaçıya vurulmuş 32000 manat zərərdən 2359 manat sığorta şirkəti tərəfindən ödənilməsi nəzərə alınsa, hazırda hər iki şəxsin birlikdə 29641 manat maddi zərər üzrə borcları olduğu müəyyən olunur. Hesab edir ki, qeyd olunan 29641 manat maddi zərərin yarısı, 14820.50 manat cavabdehdən alınıb iddiaçıya verilməlidir. Ona görə də iddianın təmin olunmasını, Cavabdeh dəymiş zərərə görə 14820.50 (on dörd min səkkiz yüz iyirmi manat əlli qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 134.46 manat pulun alınıb İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh ünvanına məhkəmə bildirişi göndərilmiş, lakin o, məhkəməyə gəlməmişdir. Məhkəmə hesab edir ki, MPM-nin 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olumalıdır. İşdə olan Bakı şəhəri Səbail rayon Polis idarəsinin istintaq şöbəsinin müstəntiqi, polis mayoru X3 “Sübutların qiymətləndirilməsi və cinayət işinin icraatına xitam verilməsi haqqında” 29 mart 2021-ci il tarixli qərarından görünür ki, X7 və Cavabdeh tərəfindən yol hərəkəti qaydaları pozulması nəticəsində zərərçəkmiş şəxs X1 az ağır xəsarət yetirilmiş, həmin hərəkətləri ilə Eyvaz Dadaşov və Cavabdeh Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişlər. İstintaq zamanı tərəflər barışdıqlarına görə cinayət işi üzrə icraata xitam verilmişdir. X5 barəsində Azərbaycan Respublikası İXM-nin 328.3-cü, Cavabdeh barəsində isə İXM-nin 327.2-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surətinin Səbail rayon Polis İdarəsinin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. İşdə olan Səbail rayon DYPŞ-nin TPY335612 №li 26.04.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXMnin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 60 manat cərimə olunmuşdur. İşdə olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/1293 №li 12 mart 2021-ci il tarixli rəyində göstərilir ki, “Mersedes Benz E 220” markalı **-ZJ-*** dövlət nömrə nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği salamat qalmış hissələr nəzərə alınmaqla 32000 manat müəyyən edilir. İşə əlavə edilmiş 20 avqust 2021-ci il tarixli 098205 №li sığorta aktında göstərilir ki, sığortalanmış “DAF” markalı 01BŞ214 dövlət nömrə nişanlı avtomobil 06.12.2020-ci il tarixdə “Mersedes” markalı ** ZJ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, maddi ziyanın ümumi məbləği 31230 manat, sığorta ödənişi mütənasib qaydada 4718 manat hesablandığından və hadisədə hər iki sürücü təqsirli olduğundan sığorta ödənişi 50 faiz, yəni 2359 manat təşkil edir. Məbləği alan şəxs İddiaçıdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, Cavabdeh “DAF Trusks” markalı 01BŞ214 dövlət qeydiyyat nişanlı avtomobili 06 dekabr 2020-ci il tarixdə idarə edərkən törətmiş yol-nəqliyyat hadisəsi zamanı İddiaçı məxsus “Mersedes Benz 220” markalı **-ZJ- *** dövlət nömrə nişanlı avtomaşına zərər vurmuşdur. İddiaçıya məxsus avtomobilə vurulmuş 32000 manat maddi zərərdən 2359 manat sığorta şirkəti tərəfindən ödənilmişdir. Avtomaşına zərərin iki nəfər- Cavabdeh və Eyvaz Dadaşov tərəfindən vurulması müəyyən edildiyinə görə iddiaçı 29641 manat məbləğində maddi zərərin yarısını-14820.50 manat pulun ödənilməsini cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, iddiaçıya vurduğu 14820.50 (on dörd min səkkiz yüz iyirmi manat əlli qəpik) maddi zərərin əvəzi cavabdehdən alınıb iddiaçıya verilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən dövlət rüsumu kimi ödənilmiş 134.46 (bir yüz otuz dörd manat qırx altı qəpik) cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia təmin olunsun. Avtomobilə vurulmuş zərərə görə 14820.50 (on dörd min səkkiz yüz iyirmi manat əlli qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 134.46 (bir yüz otuz dörd manat qırx altı qəpik) manat Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-173/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-173/2022
29.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver