Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1753/2022 19.09.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment borcunun silinməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı aliment borcunun silinməsi tələbinə dair iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə müraciət edərək Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021–cı il tarixli 2(051)-837/2021 saylı qətnaməsi ilə təyin edilmiş hər uşaq üçün hər ay 120 manat olmaqla, cəmi 240 manat alimentə görə yaranmış 2400 manat borcunun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021–cı il tarixli 2(051)–837/2021 saylı qətnaməsi əsasında cavabdehlə arasında bağlanmış rəsmi nikah qeydinin pozulması, xx.xx.2013-cü il təvəllüdlü Eşqin və xx.xx.2014-ci il təvəllüdlü Duyğu adlı uşaqların Cavabdeh yanında qalmaları və həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün ondan hər uşaq üçün hər ay 120 manat olmaqla, cəmi 240 manat miqdarından alimentin alınıb Cavabdeh verilməsi qət edilmişdir. Lakin cavabdehlə ayrıldıqdan sonra onlar yenə də birgə yaşamış və cavabdeh də buna razılıq vermişdir. Birgə yaşadığı dövrdə onların tələbatlarını tam ödəməklə bərabər, icra məmuru vasitəsilə yığılmış borcun 1000 manatını tam ödəmişdir. Həmçinin ayrı-ayrı vaxtlarda cavabdehin özünə 700 manat əlavə pul ödəmişdir. Hesab edir ki, cavabdehlə birgə yaşadığı dövrdə onların bütün xərclərini ödədiyinə görə həmin dövrə olan aliment borcunu ödəməkdən azad olunmalıdır. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021–cı il tarixli 2(051)–837/2021 saylı qətnaməsi əsasında yaranmış aliment borcunun ödənilməsindən azad olunması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı iddianın qismən qəbul etdi və göstərdi ki, iddiaçı ona 200 manat vermiş, daha sonra isə icra məmuru vasitəsilə 1000 manat ödəniş etməsinə baxmayaraq, birgə yaşadığı dövrdə hər hansı ödəniş etməmişdir. Belə olan halda hesab edir ki, borcun bir qismi məhkəmə tərəfindən silinməli və qalan hissəsi ona ödənilməliidr. Odur ki, izahatında göstərilənləri nəzərə alıb qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021–cı il tarixli 2(051)– 837/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış rəsmi nikah qeydinin pozulması, xx.xx.2013-cü il təvəllüdlü Eşqin və xx.xx.2014-ci il təvəllüdlü Duyğu adlı uşaqların Cavabdeh yanında qalmaları və həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı üçün hər ay 120 manat olmaqla, cəmi 240 manat miqdarından alimentin alınıb Cavabdeh verilməsi qət edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, iddiaçı icra məmuru vasitəsilə Cavabdeh 1000 manat və birbaşa cavabdehin özünə 200 manat məbləğində ödəniş etmişdir. Cavabdeh iddiaçı tərəfindən ödənilən hər iki ödənişi təsdiq edir, ancaq iddiaçının birgə yaşadığı dövr ərzində cavabdehə maddi dəstək olmadığını bildirir. Məhkəmə hesab edir ki, ilə bununla bağlı hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Ona görə də, məhkəmə iddianın cəmi 1200 manat, yəni 1000 manat icra məmuru vasitəsilə ödənilmiş və 200 manat cavabdehin özünə ödənilmiş hissəsində silinməsini əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Odur ki, məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı tərəfindən icra məmuru vasitəsilə Cavabdeh ödədiyi 1000 manat və cavabdehə birbaşa ödənilmiş 200 manat olmaqla, cəmi 1200 manat məbləğin ödənilməsi cavabdeh tərəfindən etiraf olunmaqla sübut olunduğundan aliment borcu həmin hissədə silinməlidir. İddiaçı tərəfindən boşandıqdan sonrakı birgəyaşayış dövründə ailənin saxlanması üçün çəkilmiş xərcləri təsdiq edən hər hansı sübut olmadığı üçün aliment borcunun silinməsi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 106.1–ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə tərəflərin izahatını və işdə olan digər sübutları nəzərə alaraq hesab edir ki, aliment borcunun cavabdehə ödənilmiş 1200 manat hissəsinin silinməsi əsaslı, ədalətli və qanunidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 216–220, 235 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh ödənilmiş cəmi 1200 (bir min iki yüz) manat məbləğində aliment borcu silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-1753/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1753/2022
19.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver