Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1756/2022 22.09.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi İmanlı Banu Pənah qızının katibliyi İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və vəkili Vəkil1 Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair ilkin iddiası, həmçinin Cavabdeh ilkin İddiaçı qarşı aliment tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair məhkəmədə iddia qaldıraraq, məhkəmədən yetkinlik yaşına çatmayan övladı xx.xx.2009-cu il təvəllüdlü xx.xx.2009-cu il təvəllüdlü Elgün adlı uşağın saxlanması üçün hər ay 200 manat məbləğində alimentin cavabdehdən tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin İddiaçı qarşı aliment tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək İddiaçı tutulan aliment məbləğinin 50%nin Elgün adlı uşağın bank hesabına köçürülməsi, iddianın verildiyi vaxtdan hesablanmaqla birgə nikahdan doğulmuş Gülgün adlı uşağın saxlanması üçün hər ay qazancının (başqa gəlirinin) ¼ hissəsi miqdarında alimentin və əlavə xərclərə görə 250 (iki yüz əlli) manat məbləğində pulun İddiaçı tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, əlavə xərclərə görə 250 (iki yüz əlli) manat hissəsində iddiadan imtina etmiş və həmin hissədə işə xitam verilməsini xahiş etmişdir. İddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) vəkili Vəkil1 xx.xx.2022-ci il tarixdə qarşılıqlı iddiaya qarşı etirazının məhkəməyə təqdim etmişdir. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) məhkəmə iclası zamanı ilkin iddia tələbini müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi, əsasən ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, iddiaçı cavabdehlə 24 dekabr 2003-cü il tarixdə ailə qurmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah qeydi pozulmuş, Gülgün adlı uşaq Cavabdeh və Elgün adlı uşaq isə onun yanında qalmışdır. Birgə nikahlarından doğulmuş hər iki-Gülgün və Elgün adlı uşaqların saxlanması üçün qarşılıqlı aliment tələbi irəli sürməmişlər. Ancaq o uşağa baxmaqda çətinlik çəkir. Belə ki Gülgün adlı uşaq rəsmi olaraq ananın himayəsində olmasına baxmayaraq onun gündəlik xərcləri də daxil olmaq təhsil haqqı xərcini də iddiaçı çəkir, özünün himayəsində olan Elgün adlı uşaq da hazırda skolioz xəstəsidir və müalicə alır. Hazırda övladı ilə birgə valideynləriylə yaşayır. Cavabdeh isə övladıyla maraqlanmır. Hesab edir ki, cavabdehdən (qarşılıqlı iddia üzrə iddiaçı) hər ay 200 manat məbləğində alimentin tutulub ona ödənilməsi əsaslıdır. Odur ki, məhkəmədən ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. İddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) vəkili Vəkil1 da məhkəmə iclası zamanı iddiaçının izahatına uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Həmçinin qarşılıqlı iddia üzrə cavabdehdən tutulacaq pulun bank hesabına köçürülməsinə etiraz etdi. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh məhkəmə iclası zamanı ilkin iddianı qəbul etmədi, qarşılıqlı iddia tələbini isə müdafiə etdi, əsasən qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, iddiaçı ilə aralarında bağlanmış nikah qeydinin pozulmasından sonra Gülgün adlı uşaq onunla yaşamışdır. Gülgün 2-ci kurs tələbəsidir və illik 1500 manat təhsil haqqı ödəyir. Həmçinin aylıq təxminən 400 manat maaş alır və bu məbləğ uşağın tələbatı üçün kifayət etmir. Hesab edir ki, ilkin iddia əsassızdır. Belə ki cavabdeh yetəri qədər maaş alır və Gülgün adlı uşağın tələbatının kiçik bir hissəsini qarşılayır. Qalan xərci isə özü çəkir. Ona görə də Elgün adlı uşaq üçün hər ay əlavə olaraq 200 manat aliment ödəməyə onun imkanı yoxdur. Ödəyəcəyinə dair məhkəmə aktı qəbul ediləcəyi təqdirdə isə həmin məbləğin uşağın bank hesabına istəyir. Odur ki, məhkəmədən ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh vəkili Vəkil2 məhkəmə iclası zamanı qarşılıqlı iddianı müdafiə etdi və cavabdehin izahatına uyğun izahat verdi. Məhkəmədən izahatında göstərilənlərə nəzərə alıb qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ilkin iddia qismən qismən təmin olunmalı, qarşılıqlı iddia isə təmin edilməlidir. Mingəçevir Şəhər Məhkəməsinin 2 (051)-1175/2022 saylı, 08 sentyabr 2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah qeydi pozulmuş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2004-cu il təvəllüdlü Gülgün ananın- Cavabdeh, xx.xx.2009-cu il təvəllüdlü Elgün atanın- İddiaçı yanında qalmaları müəyyən olunmuşdur. Belə ki, işdə olan Nikahın pozulması haqqında xx.xx.2021-ci il tarixli 130 saylı şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah qeydi pozulmuşdur. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2004-cu il tarixdə Gülgün adlı uşaqları doğulmuşdur. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2009-cu il tarixdə Elgün adlı uşaqları doğulmuşdur. İşdə olan Kapital Bank ASC-yə məxsus olan qəbdən görünür ki, X1 təhsil aldığı müəssisəyə 1500 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməli, yəni tərəflərin birgə nikahından doğulmuş Elgün adlı uşağın saxlanması üçün hər ay 140 manat məbləğində aliment tutulub İddiaçı verilməlidir. Məhkəmə alimentin həcminin təyini məsələsini bununla əsaslandırır ki, iddiaçı tərəfindən cavabdehin daha artıq gəlirə malik olmasını təsdiq edən hər-hansı sübut məhkəməyə təqdim olunmamışdır. Tərəflərin izahatı ilə müəyyən olunur ki, qəbul edilmiş qətnamə ilə birgə nikahdan doğulmuş, yetkinlik yaşına çatmamış uşaqlardan biri ayrıldıqdan sonra cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı), digəri isə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) yanında qalmışdır. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV-cü bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsaitin tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də 76-cı maddəyə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq hüquqları haqqında» qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi üzrə isə iddia təmin edilməlidir. Belə ki, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının qanunvericiliyə əsasən qazancın və (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutulmasına və tutulan aliment məbləğinin 50 %-dən çox olmayan hissəsinin bank hesabına köçürülməsini tələb etmək hüquq vardır. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli sorğuya cavabdan görünür ki, Alıyev X2 şəhər Mərkəzi Xəstəxanasında şöbə müdiri vəzifəsində işləyir. Vəzifə maaşı 1487 manatdır. ("xxxx" MMC-də isə texnik sistemlər/kompüterlər vəzifəsi üzrə 207 manat əmək haqqı alır). Bütün bunlara əsasən ilkin iddia üzrə iddiaçının qazancını nəzərə alaraq İddiaçı Cavabdeh xeyrinə qazancın (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutulmalı, iddiaçının hazırda maddi vəziyyətinin uşağın saxlanması üçün kifayət etməsi və gələcəkdə baş verə biləcək halları nəzərə alaraq belə hesab edir ki, yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü Elgün adlı uşağın saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulmuş 140 manat alimentin 50 % faizi bank hesabına köçürülməsi onun gələcəkdə təhsili və sair bu kimi məsələlər üçün məsrəflərinin qarşılanmasına kömək olacaqdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşaqların üstün mənafelərini və hər iki tərəfin himayəsində yaşamasını, habelə digər diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki, hər iki iddia üzrə iddia ərizəsi məhkəməyə daxil olduğu vaxtdan başlayaraq, cavabdehdən (qarşılıqlı iddia üzrə iddiaçı) hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində alimentin tutulması və tutulmuş alimentin 50 %-nin bank hesabına köçürülməsi azyaşlı uşağın qanuni mənafelərinə uyğun gəlir, habelə iddiaçını (qarşılıqlı iddia üzrə cavabdeh) əlverişsiz vəziyyətə salmır, həmçinin ilkin iddia üzrə hər ay iddiaçının qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin ilkin iddia üzrə cavabdehin xeyrinə tutulması xx.xx.2004-cü il təvəllüdlü Gülgünün saxlanması üçün əsaslıdır. Ona görə də məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə əsaslı təmin edilməlidir Azərbaycan Respublikası MPM-nın 234.2.1-ci maddəsinə əsasən aliment alınması haqqında qətnamə dərhal icra olunur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İlkin iddia qismən təmin edilsin. İlkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı yanında qalan xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 140 (yüz qırx) manat sabit pul məbləğində aliment cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tutulub iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı verilsin. İlkin iddia tələbi üzrə alimentin tutulmasına 29 iyul 2022-ci il tarixdən başlnılsın. İddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. İlkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh yanında qalan xx.xx.2004-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün İddiaçı hər ay qazancın (başqa gəlirlərinin) ¼ dörddə bir hissəsi miqdarda aliment iddiaçıdan (qarşılıqlı iddia üzrə cavabdeh) tutulub cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh verilsin. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı xeyrinə tutulan 140 manat sabit pul məbləğində alimentin 50 % məbləği xx.xx.2009-cu il təvəllüdlü X4 adına çılmış bank hesabına köçürülsün. Qarşılıqlı iddia tələbi üzrə alimentin tutulmasına 08 avqust 2022-ci il tarixdən başlanılsın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-1756/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1756/2022
22.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver