Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-176/2023 14.07.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı, Mingəçevir şəhər İcra Hakimiyyətinin nümayəndəsi- pedaqoq X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «uşağın iddiaçının yanında qalması və aliment borcunun silinməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından olan 30 iyul 2014-cü il təvəllüdlü ümumi uşaqları – X6 onun yanında qalmasını və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6031/2016 saylı, 07 oktyabr 2016-cı il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən yığılıb toplanmış aliment borcunun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icalasında İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, bildirir ki, o, İddiaçı, cavabdeh X8 ilə 12 sentyabr 2014-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Onların birgə nikahlarından bir övladları var: 30 iyul 2014-cü il təvəllüdlü X10. Cavabdehlə ailə münasibətləri bir müddət normal olsa da, sonradan ailənin gələcəyinin qorunması mümkün olmamışdır. O ailənin dolanışığı üçün Almaniya Respublikasına gedərək, orada fəhləlik edərək ailəsinə pul göndərmişdir. Bu zaman arvadı ona məlumat vermədən, birtərəfli qaydada Binəqədi Rayon Məhkəməsinə müraciət edərək onunla olan nikahlarına xitam verilməsinə nail olmuşdur. Nikahlarına rəsmi qaydada Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 2(001)-6031/2016 saylı, 07 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə xitam verilmiş, azyaşlı uşaqları ananın himayəsində saxlanılmaqla, uşağın saxlanması üçün cavabdehdən 117 manat aliment tutulması qət edilmişdir. O o zaman Almaniya Respublikasında olduğu zaman uşağın saxlanması üçün aliment yığılaraq toplanmışdır. Lakin, uşaq qətnamə ilə ananın yanında qalması müəyyən edilsə də, o Bakı şəhərinə gələnədək uşaq bir müddət onun anasının yanında qalmışdır. İndi də, uşaq onun yanında qalmaqda davam edir. O da bir ata kimi uşağın saxlanması üçün işləyərək anasına pul göndərmişdir. Anası da öz növbəsində uşağa baxmışdır. Hətta uşaq Bakı şəhərində 251 saylı tam orta məktəbə hazırlığa getmişdir. Anası da gəlib arada uşağı görürdü. Lakin, cavabdeh sonuncu dəfə uşağı görmək adı ilə gələrək onu aparmış və ona geri qaytarmaqdan imtina etmişdir. Bundan sonra cavabdeh, uşağın saxlanması üçün yığılmış aliment pulunu ondan tələb etməyə başlamışdır. O Azərbaycan Respublikasına qayıtdıqdan sonra Binəqədi rayon İcra şöbəsində icra vərəqinə əsasən barəsində yığılıb qalmış aliment pulunun olmasını bilmişdir. Sonradan cavabdeh yığılıb toplanmış aliment pulunu tələb etməsi üçün uşağı ondan gizlətməyə başlamış, ona uşağın yeri barədə məlumat vermədən qaçıb gizlətmişdir. Onun uşaqla olan ünsiyyəti tamam itmişdir. Cavabdehin bu cür hərəkətlərinə görə o uşağına həsrət qalmışdı, cavabdeh uşağı ondan daim gizlədirdi. Uşağının taleyi, gələcək həyatı bir ata kimi onu daim maraqlandırır, narahat edir. Uşaq daim onun anasının nəzarətində olmuş onların mühitində tərbiyə alan bir uşaqdır. Oğlu Uğur onun yanında qalmağa daim can atsa da, cavabdeh buna imkan vermir, hər vasitə ilə mane olur. Uşağının böyüməsində, təhsilində, tərbiyyəsində, normal inkişafında işrtirak etmək onun hüququdur, həm də vəzifəsidir. Onu da qeyd etməlidir ki, cavabdeh bu illər ərzində uşağına qayğı göstərməmiş, onun təhsili, tərbiyyəsi ilə məşğul olmamışdır. Sonuncu dəfə ona Mingəçevir Şəhər Polis Şöbəsindən zəng daxil olmuş, ona, Cavabdeh narkotik vasitələrinin istifadəçisi kimi saxlanılması, azyaşlı uşağın nəzarətsiz qalması barədə məlumat verilmişdir. Bundan sonra o gecə ilə Mingəçevir şəhərinə gedərək uşağını polis şöbəsindən cavabdehin razılığı ilə götürüb Bakı şəhərinə gətirmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 3(051)-136/2022 saylı, 11 mart 2022-ci il tarixli qərarına əsasən Qurbanova X7 Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinərək 150 manat cərimə edilmişdir. Uşağın onun anasının himayəsində olması barədə Binəqədi Rayon Məhkəməsinin 3(001)-1881/2021 saylı, 29 aprel 2021-ci il tarixli qərarında öz əksini tapmışdır. Hətta uşaq məhkəmə prosesi zamanı dindirilsə, o, onun ərizədə göstərdiyi halları təsdiq edəcəkdir. Onun uşağını Bakı şəhərinə gətirib burada onu yuyundurarkən uşağın bədənində yanıq izlərinin olması, belində yanıqdan əmələ gələn ləkələri aşkar etdi... Çünki, keçmiş arvadının kiminləsə yaşamağı ona məlum deyildir. O, sonradan güya ərə getdiyi adamın təsiri nəticəsində narkotik vasitələrindən istifadə etmişdir. Azyaşlı oğlu həmin mühitdə yaşaya bilməz, uşağın gələcəyi belə anada qalmaqla təhlükə doğurur. Beləliklə də, hesab edir ki, azyaşlı oğlu onun yanında qalmalı, bu illər ərzində Binəqədi Rayon Məhkəməsinin 2(001)-6031/2016 saylı, 07 oktyabr 2016-cı il tarixli icra vərəqəsinə əsasən yığılıb toplanmış aliment borcu silinməlidir. Ona görə də məhkəmədən Cavabdeh ilə birgə nikahlarından olan 30 iyul 2014-cü il təvəllüdlü ümumi uşaqları – X6 onun yanında qalmasını və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6031/2016 saylı, 07 oktyabr 2016-cı il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən yığılıb toplanmış aliment borcunun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı Mingəçevir şəhər İcra Hakimiyyətinin nümayəndəsi- pedaqoq X1 iştirakı ilə dindirilmiş X10 izahatında göstərmişdir ki, Atasını istəyir. Onun yanında qalmaq istəyir. Ona həmişə nənəsi və atası baxmışdır. Anasının yanında demək olar ki, heç qalmamışdır. İşdə olan Mingəçevir şəhər məhkəməsinin 3(051)-136/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan AA seriyalı, 142321 №-li məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı məcburi köçkündür. İşdə olan Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(001)- 6031/2016 saylı qətnaməsindən görünür ki, iddiaçı X3 cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşaqların ananın yanında saxlanması və aliment tələbinə dair” iddiası təmin edilmişdir. İddiaçı X9 ilə cavabdeh İddiaçı arasında xx.xx.2014-cü il tarixdə bağlanmış, 2457 saylı qeydlə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından olan xx.xx.2014-cü il təvəllüdlü X10 anası X3 himayəsində saxlanılması, cavabdeh İddiaçı tərəflərin birgə nikahından olan övladları xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 117 (yüz on yeddi) manat sabit pul şəklində aliment tutularaq iddiaçı X4 ödənilməsi, alimentin tutulması, iddiaçının məhkəməyə müraciət etdiyi tarixdən, yəni 20 aprel 2016-cı il tarixdən hesablanması qət edilmişdir. İşdə olan AZ-T seriyalı, 177457 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X10 adlı uşağın atası İddiaçı anası isə Salmanova Minadır. İşdə olan AZ-İ seriyalı, 382716 №-li nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və Salmanova Mina arasında olan nikah xx.xx.2016-cı il tarixdə pozulmuşdur. İşdə olan Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş X2 Edilməməsi barədə xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, uşağın atanın yanında olmasının müəyyən edilməsi, aliment borcunun silinməsi mübahisəsi üzrə prosesdə X9 iştirak etməmişdir. Məhkəmə tərəflərin təqdim etdiyi sənədlərin və məhkəmə iclasında verilən izahatları təhlili əsasında işin müəyyən olunmuş hallarına, tərəflər arasında olan münasibətlərə tətbiq olunmalı hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaq hüquqları haqqında Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Həmin Məcəllənin 29.2-ci maddəsinə görə analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Məhkəmə hesab edir ki, Cavabdeh narkotik vasitə aludəçisi olduğundundan uşağın cavabdehin himayəsindən alınıb iddiaçının himayəsinə verilməsi daha məqsədə müvafiqdir. Həmçinin məhkəmə iddiaçının aliment borcunun silinməsi tələbini də əsaslı hesab edir. Belə ki, aliment uşağa baxılması üçün hazırkı iş üzrə iddiaçıdan alınıb cavabdehə verilməli idi. Lakin hazırki işin faktiki halları onu deməyə əsas verir ki, uşaq bu müddət ərzində iddiaçı X5 himayəsində olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, aliment borcu da silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia tələbi təmin edilsin. 30 iyul 2014-cü il təvəllüdlü X10 anası Cavabdeh alınaraq atası İddiaçı himayəsinə verilsin. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 2(001)-6031/2016 saylı, 07 oktyabr 2016-cı il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən yığılıb toplanmış aliment borcu silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-176/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-176/2023
14.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver