Məhkəmə qərarları › İş №2(051)-185/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-185/2025

10.02.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-185/2025 10.02.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanov Xanım Bəxtiyar qızının katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı cavabdeh «Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası» X12rşı (3-cü şəxs Azərbaycan Republikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Mingəçevir Regional Ərazi Şöbəsi) əmək haqqı tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh «Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası» X12rşı (3-cü şəxs Azərbaycan Republikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Mingəçevir Regional Ərazi Şöbəsi) iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, İcbari Tibbi Sığorta üzrə X6 şəhər X8 hüquqi şəxsin üzərinə onların əmək haqqısının 21 yanvar 2020-ci il tarixdən başlamaqdan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16n tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun əmək haqqının yenidən hesablanıb ödənilməsinin həvalə edilməsini, 01 mart 2020-ci il tarixdən isə aylıq vəzifə maaşının 4 qat misli miqdarında əlavənin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Mingəçevir Şəhər X8 hüquqi şəxsin Təcili və X7 Stansiyasında 1998-ci ildən sürücü vəzifəsində əmək haqqı vaxtamuzd olmaqla əmək fəaliyyəti ilə məşğuldur. Onunla əmək müqaviləsi bağlanmış və elektron informasiya sisteminə daxil edilmişdir. 07 yanvar 2020-ci il tarixdə cavabdehlə onların hər biri ilə ayrılıqda əmək müqaviləsinə əlavə imzalanmış və müqavilənin 4.1-ci bəndinə əsasən işçinin tarif maaşı müəyyən olunmuş, əmək haqqına əlavə isə İcbari Tibbi Sığorta üzrə X9 Heyətinin 21 yanvar 2020-ci il tarixli 2 saylı qərarı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16n tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına müvafiq olaraq təyin edilmişdir. Əmək müqaviləsinin ayrılmaz tərkib hissəsi hesab edilən bu əlavə 07 yanvar 2020-ci il tarixində müvafiq dəyişikliklərin elektron informasiya sistemində elektron qaydada alınmasından sonra qüvvəyə mindiyi nəzərdə tutulmuşdur. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16n tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası” İcbari Tibbi Sığorta üzrə X9 Heyətinin 21 yanvar 2020-ci il tarixli 2 saylı qərarı ilə təsdiq edilsə də, həmin qaydalara uyğun bağlanmış əmək müqaviləsinə əlavələr elektron informasiya sisteminə daxil edilməmiş, qaydalara uyğun əmək haqqının ödənilməsi təmin edilməmişdir. Halbu ki, həmin Qaydanın 4-cü bəndinə əsasən səhiyyə işçisinin əmək haqqına tarif maaşından əlavə, əmək şəraitinə əlavə, həvəsləndirici əlavə və Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş həvəsləndirici əlavələr daxil edilmişdir. Qaydaların 17.4-cü bəndinə əsasən və X7 stansiyalarının rəhbərlərinin, həkimlərinin, tibb işçilərinin və sürücülərin aylıq vəzifə maaşlarına həvəsləndirici əlavənin cədvəli müəyyən edilmişdir. Qeyd edir ki, həmin əlavələrdə gecə növbəsi işləyən işçilərə əlavə əmək haqqının verilməsi də nəzərdə tutulmuşdur. Ancaq cavabdeh işəgötürən onun bu hüquqlarını təmin etməmiş əmək haqqına qaydalarla nəzərdə tutulan əlavələrin verilməsini təmin etməmişdir. Yeni növ koronovirus (COVİD-19) infeksiyası ilə mübarizə və profilaktika tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 18 mart 2020-ci il tarixli Sərəncamında onlara münasibətdə icra olunmamış və əmək haqqı arıtırılmamışdır. 01 mart 2020-ci ildən hazırki müddətə qədər ona həmin əlavə də verilməmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh «Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası» X16 etirazını belə əsaslandırmışdır ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası PHŞ (bundan sonra MŞMX) TTTYS-nin sürücü vəzifəsində çalışmış, yaş həddinə görə əmək müqaviləsinə xx.xx.2022ci il tarixdə 647 saylı əmrlə xitam verilmiş Ələsgərov X2 Şəhər Məhkəməsinə müraciət edərək Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası tərəfindən Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli 1947 nömrəli sərəncamına əsasən Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 112 saylı qərarının düzgün tətbiq olunmadığını, əmək haqlarının düzgün hesablanıb ödənilmədiyi barədə iddia qaldırmışlar. 21 yanvar 2020-ci il tarixdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev tərəfindən TƏBİB PHŞ-in tabeliyində tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi qaydası 2 saylı qərarla təsdiqlənmişdir. Həmin qaydalara əsasən səhiyyə işlərinin əmək haqları hesablanıb ödənilmişdir. Səhiyyə Nazirliyinin xx.xx.2020-ci il tarixli elektron məktubuna əsasən MŞMX COVİD-19-la mübarizə üçün TTY briqadaları ayrılmış, həmin tədbirlərə cəlb olunan tibb işçilərinin saylı infeksiyaya yoluxmuş xəstə sayında olan artımazalmadan asılı olaraq tənzimlənmişdir. Koronovirus infeksiyası ilə mürazəyə cəlb olunmuş TTYS işçilərinin iş vaxtına mütənasib olaraq müddətli əlavələr mütəmadi qaydada hesablanmış və qanunvericiliyə uyğun olaraq məcburi tutulmalar tutulduqdan sonra ödənilmişdir. Həmçinin müddətli əlavənin ödənilməsi qaydası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi səhifəsində izahlı şəkildə dərc olunmuşdur. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Həmçinin cavabdeh «Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası» X16 iddia müddətinin tətbiq edilməsinə dair ərizəsini belə əsaslandırmışdır ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının PHŞ TTTYS şöbəsinin sürücüsü olmuş İddiaçı ilə Mingəçevir Şəhər Məhkəməsinə “Əmək haqqı tələbinə” dair iddia qaldırmışdır. İddiaçı X3 ilə 1998-ci ildə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası arasında bağlanmış əmək müqaviləsinə əsasən sürücü vəzifəsinə təyin olunmuşdur. xx.xx.2022-ci il tarixli, 647 saylı əmrlə çalışmanın yaş həddinə çatdığı üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin e bəndinə əsasən xitam verilmişdir. İddiaçı iddia ərizəsində 2020-ci ildə aid dövrü mübahisələndirmişdir. Bildirir ki, yol verilmiş hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək imkanı konkret bir müddətlə məhdudlaşdırıldığından iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddət ötürülmüşdür. Qeyd edir ki, əmək münasibətlərində iddia müddətinin keçməsi faktı iddianın rədd edilməsi üçün ciddi əsasdır. Odur ki, məhkəmədən iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq «Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası» X13 nümayəndəsi və 3-cü şəxs Azərbaycan Republikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Mingəçevir Regional Ərazi Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Əvvəlki Məhkəmə iclaslarında iştirak etmiş cavabdeh «Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası» X13 nümayəndəsi Nümayəndə Firudin qızı məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, iddia müddətini tətbiq edərək iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Əvvəlki Məhkəmə iclaslarında iştirak etmiş 3-cü şəxs Azərbaycan Republikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Mingəçevir Regional Ərazi Şöbəsinin nümayəndəsi X1 məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, bu tip iddialar əvvəllərdə olmuşdur. Həmin iddialara baxılmış və son nəticədə həmin iddialar rədd edilmişdir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, işdə olan «Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası» X16 tərəfindən verilmiş 22 avqust 2024-cü il tarixli Arayışdan görünür ki, İddiaçı xx.xx.1998-ci il tarixdən xx.xx.2022-ci il tarixədək «Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası» X13 TTTY şöbəsinin TTTYS bölməsində sürücü vəzifəsində işləyib. İşdə olan «Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası» X16 tərəfindən verilmiş 647 №li, 19 sentyabr 2022-ci il tarixli “işdən azad edilməsi barədə” əmrin surətindən görünür ki, Ələsgərov X2 ŞMX. PHŞ-in TTTY şöbəsinin TTTTYS bölməsinin sürücüsü ilə bağlanmış 1316 nömrəli Əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-in 70-ci maddəsinin “e” bəndinə əsasən çalışmanın yaş həddinə çatdığına görə xx.xx.2022-ci il tarixindən xitam verilmişdir. İşdə olan Mingəçevir 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, MŞM/MT031/2024-00468 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, «Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası» X16 iştirak etmədiyindən ilkin mediasiya sessiyası keçirilə bilməmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə 4 saylı əlavədən görünür ki, işçinin tarif maaşı 294 manatdır, əmək haqqına əlavə isə İcbari Tibbi Sığorta üzrə X10 heyətinin 21 yanvar 2020-ci il tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16n tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na müvafiq olaraq təyin edilir. Cavabdeh «Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası» X13 nümayəndəsi tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə əsasən iddiaçının tələbi ödənilməyən əmək haqqı olduğundan əsassızdır. Belə ki, iddiaçının işinə xx.xx.2022-ci ildə xitam verilmişdir. İddiaçı tərəf məhkəmə iclası zamanı verdiyi izahatında etiraf etmişdir ki, işlədiyi dövrdə ona edilməli olan əlavə ödənişlər edilməmişdir. Buna baxmayaraq iddiaçı həmin dövrdə əmək haqqını tələb hüququnu əldə etmiş, lakin məsələni mübahisələndirib məhkəməyə müraciət etməmişdir. Göründüyü kimi iddiaçı pul tələbi ilə bağlı AR ƏM–nin 296.4-cü maddəsində nəzərdə tutulan iddia müddətini buraxmışdır. Cavabdeh məhkəmədən iddia müddətini tətbiq edərək iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və iş materiallarına əlavə edilmiş sənədlərin məhkəmə iclasında tədqiqi nəticəsində müəyyən etdi ki, İddiaçı xx.xx.1998-ci il tarixdən hazırkı iş üzrə cavabdeh «Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası» X14 sürücü vəzifəsində çalışmışdır. Onunla işəgötürən arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-in 70-ci maddəsinin “e” bəndinə əsasən çalışmanın yaş həddinə çatdığına görə xx.xx.2022-ci il tarixindən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verildikdən sonra İddiaçı «Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası» X14 çalışdığı müddətdə işdən çıxmamışdan əvvəlki tarixlərdə xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə 4 saylı əlavəyə əsasən müəyyən edilmiş əmək haqqına edilən əlavələrin hesablanıb ona ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, mübahisənin düzgün həll edilməsi üçün ilk növbədə tərəflər arasında mövcud olmuş hüquq münasibətlərinin xarakteri müəyyən olunmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında əmək hüququ ilə tənzimlənən əmək münasibətləri yaranmışdır. İddiaçı ilə cavabdeh arasında əmək müqaviləsi bağlanmışdır. Ona görə də məhkəmə hesab edir ki, mübahisənin həlli zamanı əmək qanunvericiliyinin normaları tətbiq edilməlidir. Məhkəmə, iddia müddətinin tətbiqi ilə bağlı cavabdehin nümayəndəsi tərəfindən verilmiş ərizəyə qiymət verərək hesab edir ki, ərizə əsaslıdır. Belə ki, iddiaçı tərəfindənəmək haqqına edilən əlavələrin ona ödənilməsinə dair iddia ərizəsi qanunla müəyyən edilmiş müddəti ötürməklə verilyindən iddia əsassızdır. İddiaçı xx.xx.2022-ci ildə işgötürən tərəfindən işdən azad edilmiş və vaxtında hər hansı iddia tələbi irəli sürməmişdir. Məhkəmə araşdırması zamanı isə müəyyən edilmişdir ki, iddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixində müraciət edərək, bir illik iddia müddətini ötürmüşdür. İddiaçı tərəfindən bütün istinad etdiyi dövrü əhatə edən tələb etmə müddəti ötürüldüyündən, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin-ci bəndinə əsasən Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 172-ci maddəsinə əsasən Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Həmin Məcəllənin 288-ci maddəsinə əsasən Əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli Əmək Məcəlləsi ilə tənzimlənir. Həmin Məcəllənin 296-cı maddəsinə əsasən (3-cü bənd). Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin Məcəllənin 296-cı maddəsinə əsasən (4-cü bənd). Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Həmin Məcəllənin 297-ci maddəsində göstərilir ki, fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. Yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli sərəncamının yeni növ koronovirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Konstitutsiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alındı:

1. Yeni növ koronovirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əmək haqqılarına aylıq vəzifə (tarif) maaşının 3-5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilmiş; Azərbaycan Respublikası Nazirlər Kabineti ; 1.1 bəndinə əsasən bu sərəncamın 1 -ci hissəsi ilə müəyyən edilən müddətli əlavənin şamil olunacağı tibb işçilərinin əhatə dairəsini, əlavənin ödənilmə müddətini və işin xüsusiyyətindən asılı olaraq miqdarını müəyyən edilməsi; 1.2 bəndinə əsasən yeni növ koronovirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinin və könüllülərin əməyinin ödənilməsi şərtlərinin müəyyən edilməsi; 1.3 bəndinə əsasən, bu sərəncamdan irəli gələn digər məsələlərin həll edilməsidir. AR Prezdentinin 2020-ci il 18 mart tarixli 1947 saylı sərəncamının icrasını təmin etmək məqsədilə AR NK xx.xx.2020-ci il tarixli 112 saylı “Yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərarın 1.2 bəndinə əsasən təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibb Ekspertiza və X5 və Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun işçilərinə-aylıq vəzifə tarif maaşının 4 misli məbləğində; həmin qərarın 2 ci bəndində isə bu qərarın 1 ci hissəsində göstərilən müddətli əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il martın 1-dən 2021-ci il iyunun 1- dək ödənilməsi nəzərdə tutulmuşdur. (müddət xəstəliyin davam etməsinə əsasən uzadılır). AR Prezidentinin xx.xx.2020-ci il tarixli fərmanının və NK xx.xx.2020-ci il tarixli qərarının icrasını təmin etmək məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 21 aprel 2020-ci il 01/163 saylı “Azərbaycan Respublikasında koronovirus (Covid-19) infeksiyasına qarşı mübarizə ilə bağlı tibb işçilərinin və könüllülərin əməyin ödənilməsi haqqında” əmr verilmiş, həmin əmrin 2-bəndində - Tibb müəssisələrinin rəhbərlərinə tapşırılsın ki, bu əmrin 1 -ci hissəsində nəzərdə tutulan işçilərin, koronovirusla mübarizə tədbirlərinə cəlb edilən təcili yardım xidməti göstərən tibb işçilərinin, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinin, pasiyentlərə stasionar tibbi xidmət göstərən tibb işçilərinin əmr ilə təsdiq edilmiş siyahılarını (hesablanmış müddətli əlavənin məbləğləri göstərilməklə) təsdiqedici sənədlərlə birlikdə 2020 ci ilin mart, aprel, may ayları üzrə hər növbəti ayın 20-dən gec olmayaraq Agentliyə təqdim edilməsini təmin etsinlər. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası PHŞ nizamnaməsinin 5.6.13 bəndində “Azərbaycan Respublikasında İcbari Tibbi Sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında ” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 saylı Fərmanın 3.7 bəndinə uyğun olaraq Agentlik tərəfindən müəyyən edilmiş qaydada işçilərin vəzifə maaşlarına əlavələrin, maddi yardımın və mükafatların verilməsini təmin edir. Göründüyü kimi iddiaçı qanunla müəyyən edilmiş qaydada müraciət etmək müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən belə qənaətə gəlir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4–cü maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi rədd edilsin. İddiaçı cavabdeh «Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası» X12rşı İcbari Tibbi Sığorta üzrə X6 şəhər X8 hüquqi şəxsin üzərinə onların əmək haqqısının 21 yanvar 2020ci il tarixdən başlamaqdan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16n tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun əmək haqqının yenidən hesablanıb ödənilməsinin həvalə edilməsini, 01 mart 2020-ci il tarixdən isə aylıq vəzifə maaşının 4 qat misli miqdarında əlavənin ona ödənilməsinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar