Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1851/2024 03.12.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul və maddi ziyan tələbinə dair iddiası üzrə mülki işə qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul və maddi ziyan tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 5021,65 manat zamin kimi ödəmiş olduğu pulun və maddi ziyan kimi 1500 manat pulun, 86 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh birlikdə "xxxx" ASCdə işləyirlər. 03 aprel 2013-cü il tarixdə Cavabdeh MF-UN/91 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq "xxxx" ASC ilə aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən o, cavabdehin xahişi ilə zamin kimi kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh bir müddət kredit borcunu vaxtı-vaxtında ödəyirdi, sonra isə cavabdeh bank qarşısında olan öhdəliklərini yetərincə yerinə yetirmədi və bu səbəbdən faiz borcu artmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(051)-60/2017 saylı qətnaməsi ilə Cavabdeh və ondan müştərək qaydada cəmi 7107,14 manat məbləğdə borcun və iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 20 manat pulun "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Bundan sonra da cavabdeh kredit borcunu ödəməkdən qəsdən boyun qaçırmış, belə ki, ailəsi ilə birgə yaşadığı dövrdə 2022-ci ildə guya həyat yoldaşından ayrılmış və uşaqların saxlanması üçün aliment ödənişini əmək haqqısına yönəltmişdir. xx.xx.2021-ci il tarixdən başlayaraq, cavabdehin kredit borcu üzrə qətnamə əsasında aylıq əmək haqqından tutulmalar aparılmağa başlandı. Cavabdehdən dəfələrlə borcunun özü tərəfindən ödənilməsini tələb etsə də, bu günə kimi əhəmiyyət verməmişdir. Zamin kimi ondan 2021-ci ildən borc tutulan dövrdə oğlu Şİddiaçı Mingəçevir Dövlət Universitetində və sonra da magistraturada ödənişli təhsil alırdı. Zamin kimi cavabdehin əvəzindən hər ay əmək haqqından tutulmalar aparıldıqca övladının təhsil haqqını ödəməkdə çətinlik çəkirdi, çünki ailədə yeganə qazanc gətirən şəxs olmuş və məcburiyyət qarşısında qalıb borc pul tapmaq üçün nə qədər əziyyət çəkib, stress keçirmişdir. Cavabdehə zamin olduğu üçün heç bir bankdan kredit ala bilmirdi, əldən-ələ faizlə borc almaq məcburiyyətində qalmışdır ki, övladının illik 1200 manat olan təhsil haqqını ödəsin. Ona görə də mənəvi zərərə məruz qalmışdır. Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin göstərişinə əsasən onun əmək haqqından 7127,14 manat məbləğində borcu hər ay 50% həcmində tutub “AtaBank" ASC-nin hesabına və əsas borc bitdikdən sonra 249,44 manat icra ödənişini tutaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin depozit hesabına köçürülməsinin təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh bu günə kimi ödəmiş olduğu 4772.21 manat kredit müqaviləsi üzrə borcu və 249.44 manat icra ödənişini könüllü qaydada ödəməkdən imtina edir. Bu səbəbdən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada təkrar məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238–ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(051)- 60/2017 saylı qətnaməsindən görünür ki, Cavabdeh və İddiaçı müştərək qaydada 4507,70 manat məbləğdə əsas borc, 2509,44 manat məbləğdə faiz borcu olmaqla, cəmi 7107,14 manat məbləğdə borc alınıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməsi, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 20 manat pul cavabdehlərdən tutulub "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. İşdə olan Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən "xxxx" ASC-nə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(051)-60/2017 saylı icra sənədinə əsasən borclu İddiaçı əmək haqqından hər ay tutulub tələbkar "xxxx" ASC-nin hesabına ödənilməsi üçün 11389/3-8 saylı məktubla aidiyyəti üzrə icra edilməsi üçün göndərilmişdir. İcra sənədi tam şəkildə icra edildiyi üçün borclu İddiaçı əmək haqqından tutulmanın dayandırılması üçün aidiyyəti üzrə göstəriş verilməsi xahiş olunmuşdur. İşdə olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 03 aprel 2013-cü il tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 03 aprel 2013-cü il tarixli MF-UN/91 saylı kredit müqaviləsi üzrə borcalanın bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən "xxxx" ASC-nə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(051)-60/2017 saylı icra sənədinə əsasən borclular Cavabdeh və İddiaçı müştərək qaydada cəmi 7107,14 manat məbləğində kredit borcu və 20 manat dövlət rüsumu alınıb tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir. İddiaçı əmək haqqından 7127,14 manat məbləğində borcu hər ay 50% həcmində tutub “AtaBank" ASC-nin hesabına və əsas borc bitdikdən sonra 249,44 manat icra ödənişini tutaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin depozit hesabına köçürülməsinin təmin edilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş “Mərkəzi Aran” RETSİ tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubundan və xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, “Mərkəzi Aran” RETSİ-nin Hava və kabel xidmətinin aparıcı mühəndisi İddiaçı Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-60/2017 saylı qətnaməsinə əsasən əmək haqqından 4586.11 manat vəsait tutulmuşdur. Bundan əlavə qətnamə üzrə 41.10 manat vəsaiti işçi öz təşəbbüsü ilə ödəmişdir. İşdə olan ödəniş tapşırıqlarından görünür ki, xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2024-cü il tarixədək Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(051)- 60/2017 saylı qətnaməsinə əsasən İddiaçı əmək haqqından 4586.11 manat vəsait tutulmuşdur. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, xx.xx.1999-cu il tarixdə doğulmuş X1 atası İddiaçıdur. İş materiallarına X1 təhsil ödənişlərinə dair qəbzlər əlavə edilmişdir. Beləliklə, məhkəmə iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsi ilə kifayətlənərək müəyyən etdi ki, Cavabdeh ilə "xxxx" ASC arasında 03 aprel 2013-cü il tarixli MF-UN/91 saylı kredit müqaviləsi bağlanmış, həmçinin cavabdehin öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə iddiaçı ilə zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklər tam şəkildə ödənilmədiyindən, bank tərəfindən məhkəmə müraciət edilmiş və Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(051)-60/2017 saylı qətnaməsi ilə Cavabdeh və İddiaçı müştərək qaydada 4507,70 manat məbləğdə əsas borc, 2509,44 manat məbləğdə faiz borcu olmaqla, cəmi 7107,14 manat məbləğdə borcun və iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 20 manat pulun alınıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir. Qeyd edilən icra sənədi üzrə tutulmalar iddiaçının əmək haqqından həyata keçirilmişdir. Hazırda iddiaçı 4772.21 manat məbləğində pulun və 249.44 manat icra ödənişinin Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(051)-60/2017 saylı icra sənədi üzrə ödənildiyini və cavabdeh tərəfindən həmin pulun ona könüllü şəkildə ödənilmədiyini bildirirərək, həmin məbləğin cavabdehdən alınaraq ona verilməsini tələb edir. Həmçinin iddiaçı ondan borc tutulan dövrdə oğlu Şİddiaçı ödənişli təhsil aldığına, onun təhsil haqqını ödəməkdə çətinlik çəkdiyindən, heç bir bankdan kredit ala bilmədiyindən, faizlə borc almaq məcburiyyətində qaldığına, bu səbəbdən stress keçirdiyinə istinad edərək cavabdehdən maddi ziyanın əvəzi olaraq 1500 manat məbləğində pulun alınıb ona verilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də hazırkı mübahisə üzrə iddiaçının əmək haqqından tutulan və onun tərəfindən ödənilmiş cəmi 5021,65 manat məbləğində pulun məhz Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(051)-60/2017 saylı icra sənədi üzrə ödənilməsini, iddiaçıya maddi ziyana görə 1500 manat məbləğində zərər vurulmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri müqavilədən yaranan öhdəlik hüquq münasibətləri ilə bağlı mübahisədir. Ona görə də mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilədən əmələ gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən ümumi mülki hüquq normaları əsasında həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 475.1-ci maddəsinə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2–ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Məhkəmə işin müəyyən edilmiş hallarına tətbiq edilməli hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, cavabdehin banka olan kredit borcu iddiaçının əmək haqqından aparılan 4586.11 manat tutulmalar, icra ödənişi kimi ödədiyi 249.44 manat və xx.xx.2024-cü il tarixli mədaxil qəbzində göstərilən 41.10 manat hesabına ödənilmişdir. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçıya olan borcunu ödəməmiş və iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehə qarşı reqres qaydada tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Məhkəmə, həmçinin iddia tələbini maddi ziyan hissəsində də əsaslı hesab edir. Belə ki, işin müəyyən edilmiş hallarından da görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(051)-60/2017 saylı icra sənədi cavabdeh tərəfindən icra edilmədiyindən, icra sənədi üzrə borc iddiaçının əmək haqqına yönəldilmişdir. Həmin dövrdə iddiaçının oğlu Şİddiaçı ödənişli təhsil aldığından, iddiaçı onun təhsil haqqını ödəməkdə çətinlik çəkmiş, heç bir bankdan kredit ala bilmədiyindən, cavabdeh də həmin pulu ona könüllü şəkildə ödəmədiyindən, faizlə borc almaq məcburiyyətində qalmış, nəticədə iddiaçıya maddi ziyan dəymişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi maddi ziyan hissəsində də iddiaçının təqdim etdiyi sübutlar əsasında təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində deyilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1097.3–cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, məhkəmə işin müəyyən edilmiş hallarına əsaslanaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 5021.65 (beş min iyirmi bir manat, altmış beş qəpik) manat məbləğində pul, dəymiş maddi zərərə görə 1500 (bir min beş yüz) manat məbləğində pul alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 86 manat məbləğində pul vəsaiti də cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 241, 242, 244 və 253–cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 5021.65 (beş min iyirmi bir manat, altmış beş qəpik) manat məbləğində pul, dəymiş maddi zərərə görə 1500 (bir min beş yüz) manat məbləğində pul alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 86 (səksən altı) manat məbləğində pul alınıb İddiaçı verilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğvi haqqında Mingəçevir Şəhər Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1851/2024
Mingəçevir Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(051)-1851/2024
03.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver