Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1890/2023 17.08.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, 25 iyun 2006-cı il təvəllüdlü qızı Aygün və 24 dekabr 2008-ci il təvəllüdlü oğlu Teymurun yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, hər uşağa 220 manat olmaqla, cəmi 440 manat məbləğində alimentin və 50 manat mediasiya xərcinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh izahat verərək bildirdi ki, yaşayış yeri üzrə Xocavənd rayonu, Muğanlı Ərazi Dairəsi, Muğanlı kəndində qeydiyyatda olmasına baxmayaraq, məcburi köçkün kimi hazırda Ağcəbədi rayonu 556 saylı qəsəbə, bina 8, mənzil 46 ünvanda məskunlaşıb yaşayır. Ona görə də Mingəçevir şəhər məhkəməsində keçirilən məhkəmə iclaslarında iştirak edə bilmir. Odur ki, məhkəmədən izahatında göstərilən halları nəzərə alaraq, işin ərazi aidiyyəti üzrə Xocavənd rayon məhkəməsinə göndərilməsini xahiş edir. İddiaçı izahatında bildirdi ki, Cavabdeh yaşayış yeri üzrə Xocavənd rayonu, Muğanlı Ərazi Dairəsi, Muğanlı kəndində qeydiyyatda olmasına baxmayaraq, hazırda Mingəçevir şəhərində qardaşının yanında yaşayır. Özü də yaşayış yeri üzrə Xocavənd rayonu, Muğanlı kəndində qeydiyyatda olduğuna görə işin ərazi aidiyyəti üzrə Xocavənd rayon məhkəməsinə göndərilməsinə etiraz etmir. İşə əlavə olunmuş İddiaçı məxsus AZE seriyalı, 15761973 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əliyeva X2 rayonu Muğanlı kəndində qeydiyyatdadır. İşə əlavə olunmuş Dövlət qaçqınkomun Mingəçevir, Zərdab və Ucar rayonları üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 347 №li arayışından görünür ki, Xocavənd rayonunda qeydiyyatda olan Əliyeva X1 şəhəri Y.Muradov küçəsi, ev 60, mənzil 2 ünvanda qeydiyyatsız yaşayır. Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, cavabdeh Əliyev X3 rayonunun Muğanlı kəndində yaşayış yeri üzrə qeydiyyatda olduğundan, hazırki mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Xocavənd Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 32, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair 2(051)-1890/2023 saylı mülki iş aidiyyəti üzrə Xocavənd Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildiyi andan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. HAKİM Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1890/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1890/2023
17.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver