Məhkəmə qərarları › İş №2(051)-1897/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1897/2022

05.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1897/2022 05.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi, İddaçı: İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı Cavabdeh ilə birgə nikahdan dünyaya gələn xx.xx.2018-ci il təvəllüdlü X3 xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 200 manat omaqla cəmi 600 manat sabit pul məbləğində alimentin və xx.xx.2021-ci il təvəllüdlü X4 3 yaşına çatana kimi baxılması üçün hər ay 100 manat olmaqla 200 manat pulun cavabdehdən tutularaq ona ödəniməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh ilə xx.xx.2018-ci ildə rəsmi nikah bağlamaqla ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X3, xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X4 dünyaya gəlmişdir. Əvəllər ailə münasibətləri yaxşı olmuş sonradan münasibətləri pozulmağa başlamışdır. Cavabdeh nə övladları ilə nədə onunla maraqlanmamış. Cavabdeh tez-tez Rusiyaya gedib gəlir. Buna baxmayaraq o, ailəsinə heç bir maddi yaredım göstərmir. Özü isə uşaqlar körpə olduğu üçün işləmir. Buna görə də maddi ehtiyaclarını ödəyə bilmir. Odur ki, Cavabdeh qarşı Cavabdeh ilə birgə nikahdan dünyaya gələn xx.xx.2018-ci il təvəllüdlü X3 xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 200 manat omaqla cəmi 600 manat sabit pul məbləğində alimentin və xx.xx.2021-ci il təvəllüdlü X4 3 yaşına çatana kimi baxılması üçün hər ay 100 manat olmaqla 200 manat pulun cavabdehdən tutularaq ona ödəniməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İşdə olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, X5 xx.xx.2020-ci ildə, X3 xx.xx.2018-ci ildə və X4 isə xx.xx.2021-ci ildə doğulmuşlar. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər xx.xx.2018-ci ildə rəsmi nikah qeyd etdirməkləailə qurmuşlar. Birgə nikahdan X5 xx.xx.2020-ci ildə, X3 xx.xx.2018ci ildə və X4 isə xx.xx.2021-ci ildə doğulmuşlar. Tərəflər aralarında olan narazılığa görə faktiki olaraq ayrılmışlar və ayrıldıqdan sonra azyaşlı uşaqlar iddiaçının yanında qalmışdır. Belə ki, məhkəmə iclası zamanı müəyyən edildi ki, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər xx.xx.2018-ci ildə rəsmi nikah qeyd etdirməkləailə qurmuşlar. Birgə nikahdan X5 xx.xx.2020-ci ildə, X3 xx.xx.2018-ci ildə və X4 isə xx.xx.2021-ci ildə doğulmuşlar. Tərəflər aralarında olan narazılığa görə faktiki olaraq ayrılmışlar və ayrıldıqdan sonra azyaşlı uşaqlar iddiaçının yanında qalmışdır. İddiaçı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 200 manat olmaqla aliment tələb etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı aliment tələbində haqlıdır. Bundan əlavə iddiaçı birgə nikahdan olan uşaqların 3 yaşına çatanadək baxılmasına dair aliment ödənilməsi barədə də iddia qaldırmışdır. İş materiallarının əlaqəli təhlili məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, tərəflərin birgə nikahından doğulmuş Kənan və Mələk adlı uşaqların doğulduğu gündən 3 il müddət keçməmişdir. Belə olan halda isə iddiaçının birgə nikahdan doğulmuş Kənan və Mələk adlı uşaqların 3 yaşına çatanadək baxılması üçün cavabdehdən aliment tələb etmək hüququ vardır. Məhkəmə, tələbin uşaq üç yaşına çatanadək iddiaçı üçün hər ay hər uşağa 100 manat, cəmi 200 manat sabit pul məbləğində aliment tutulması ilə bağlı qeyd edir ki, tərəflər arasında ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində uşağa baxılması ilə bağlı iddiaçıya alimentin ödənilməsi barədə saziş olmadığından, hazırda uşaqlar iddiaçının yanında olduğundan, iddiaçı Onur adlı azyaşlı uşağın 3 yaşına çatanadək baxılmasına görə özü üçün aliment tələb etmək hüququna malikdir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1–ci maddəsinə əsasən uşaqların maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Bu zaman qanunvericilik sabit pul məbləğində alimentin miqdarının müəyyən edilməsini tərəflərin maddi və ailə vəziyyətindən, əmlak vəziyyətindən və diqqətəlayiq mənafelərdən asılı etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1–ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi ilə bağlı saziş yoxdursa, eləcə də aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri–müntəzəm, dəyişkən olarsa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2–ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşağın üstün mənafelərini və iddiaçının yanında yaşamasnı, uşağın saxlanması üçün alimentin alınması barədə tərəflər arasında barışıq sazişinin olmamasını, nəzərər alaraq heab edir ki, iddiaçıaliment tələbində haqlıdır. Lakin iddiaçının cavabdehdən hər ay hər uşağa 200 manat olmaqla cəmi 600 manat məbləğində aliment müəyyən edilməsi üçün cavabdehin kifayət qədər gəlirı malik olması sübuta yetirlməmişdir. Ona gör də məhkəmə hesab edir ki, cavabdehdən hər ay hər uşağa 120 manat olmala cəmi 360 manat məbləğində aliment tutulması məqsədə müvafiqdir. Bundan əlavə məhkəmə iddiaçının uşaqların 3 yaşına kimi saxlanması üçün aliment tələbinə dair hissəsinədə hüquqi qiymət verəkək belə nəticəyə gəlir ki, uşaqların üç yaşına çatanadək baxılmasına dair tərəflər arasında saziş olmamasını, habelə digər diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki, Kənan və Mələk adlı uşaqların 3 yaşına çatanadək baxılması üçün cavabdehdən hər ay hər uşağa 40 (qırx) manat, cəmi 80 manat məbləğində vəsaitin alınması azyaşlı uşaqların qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Belə ki, uşaqlar ananın yanında yaşadığından, həmçinin azyaşlı olduğundan, onların ana qayğısına və nəvazişinə daha çox ehtiyacı olduğundan, iddiaçı uşaqla daha çox vaxt keçirməlidir. Bu hal isə iddiaçının kifayət qədər sərbəst işləməsinə və qazanc əldə etməsinə məhdudiyyətlər yaradır. Bu hal isə iddiaçının maddi cəhətdən özünü tam şəkildə təmin etməsinə imkan vermir. Ona görə də iddiaçının uşağa baxılması ilə bağlı yaranmış maddi ehtiyacı, zəruri vəsaitə malik olan cavabdeh (ər) tərəfindən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2–ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət edildiyindən aliment həmin tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 216–220, 235 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixdən başlayaraq, xx.xx.2018-ci il tarixdə doğulmuş X3, xx.xx.2020ci il tarixdə doğulmuş X5 və xx.xx.2021-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa 120 (bir yüz iyirmi) manat, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment və xx.xx.2022-ci il tarixdən başlayaraq, xx.xx.2020-ci il tarixdə doğulmuş X5 və xx.xx.2021-ci il tarixdə doğulmuş X4 adlı uşaqlar 3 yaşına çatanadək ana üçün hər ay 40 (qırx) manat, cəmi 80 (səksən) manat sabit pul məbləğində aliment vəsaiti Cavabdeh alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Hüseynov Ələkbər

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar