Məhkəmə qərarları › İş №2(051)-1899/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1899/2023

12.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1899/2023 12.09.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 20 mart 2022-ci ildə anadan olmuş övladları X4 yetkinlik yaşına çatanadək saxlanması üçün ərizə ilə məhkəməyə müraciət etdiyi vaxtdan hər ay 220 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi və ilkin mediasya sessiyasının keçirilməsi üçün ödədiyi 50 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2020-ci ildə faktiki ailə qurmuşdur və onun valideynləri ilə birgə yaşadığı Yevlax rayonu Rüstəmli kəndinə gəlin köçmüşəm, nikahları rəsmiləşdirilməyib. Birgə yaşayışlarından xx.xx.2022-ci il təvəllüdlü Amir adlı bir oğulları anadan olub. Mingəçevir regional “ASAN xidmət” X2 tərəfindən Cavabdeh oğlu Amirin atası hesab edilməsinə dair atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 2022-ci ilin aprel ayının 18 günündə 43 № ilə qeyd edilmişdir. İlk vaxtlar mehriban yaşasalar da, sonradan cavabdehin anası Vüsalə Orucovanın təqsiri üzündən aralarında narazılıqlar yaranmışdır. 2023-cü ilin may ayının axırlarından isə faktiki olaraq ayrı yaşayırlar və ər-arvad münasibətləri yoxdur. Cavabdeh həmin vaxtdan uşağın saxlanmasında iştirak etmir və lazımi maddi köməklik göstərmir. Ona görə də məhkəmədən Cavabdeh 20 mart 2022-ci ildə anadan olmuş övladları X4 yetkinlik yaşına çatanadək saxlanması üçün ərizə ilə məhkəməyə müraciət etdiyi vaxtdan hər ay 220 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi və ilkin mediasya sessiyasının keçirilməsi üçün ödədiyi 50 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə verilmiş iddia ərizəsinə etirazdan görünür ki, İddiaçı ona qarşı aliment tələbi ilə bağlı Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir. Bununla bağlı bildirir ki, İddiaçı ilə ailə olmuşdur. Birgə nikahlarından 20 mart 2022-ci il təvəllüdlü Amir adlı bir övladları dünyaya gəlmişdir. Uşağa baxmaqdan boyun qaçırmır. Lakin cavabdeh tələb etdiyi miqdarda aliment ödəməyə maddi imkanı yoxdur. Hazırda işsizdir və hər hansı gəlir yeri yoxdur. Qohumlarının maddi köməyi ilə yaşayır. Uşağını atmır, onun saxlanılması üçün hər ay 100 manat aliment ödəməyə maddi imkanı var. Ona görə də məhkəmədən İddiaçı ona qarşı aliment tələbi ilə bağlı iddia qismən təmin edilməsini və uşağın saxlanılması üçün 100 manat alimentin müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Bununla belə İddiaçı vəkili X3 ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Belə ki, işə əlavə olunmuş AZ-İ seriyalı 435828№-li atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 20 mart 2022-ci ildə İddiaçı doğulmuş X1 atası hesab edilmişdir. İşə əlavə olunmuş AZ-İV seriyalı 728732 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il təvəllüdlü X4 atası Cavabdeh anası isə İddiaçıdır. İşə əlavə olunmuş Mingəçevir 1 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli MŞM/MT031/2023-00736 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 12:00-da ünvan 1 ünvanında keçirilmiş ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmiş, İddiaçı iştirak etmiş və İMS xərcinin məbləği olan 50 manatı ödəmişdir. Məhkəmə təqdim olunmuş sənədləri araşdırıb, müqayisəli şəkildə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlər üçün analoji vəzifə Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə də müəyyən olunmuşdur. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə əsasən, sabit pul məbləğinin miqdarı tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq hüquqları haqqında» qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimum haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən olunmuşdur. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, tərəflər faktiki olaraq ayrı yaşayırlar. Tərəflərin birgə faktiki nikahından olan xx.xx.2022-ci il təvəllüdlü X6 uşağın saxlanması üçün cavabdeh kömək göstərmir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı aliment tələbində haqlıdır. Lakin tələb olunan məbləğdə aliment ödənilməsi üçün cavabdehin kifayət qədər qazancı olması sübut olunmadı. Məhkəmə tərəflərin yuxarıda müəyyən olunan maddi və ailə vəziyyətini, habelə hazırda uşaq üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün hər ay uşaq üçün 190 manat məbləğdə aliment müəyyən edilməsi məqsədə uyğun sayır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsas kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə də alimentin tutulmasına xx.xx.2023-cü ildən başlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3 və 119.2-ci maddələrinə əsasən cavabdehdən 42,8 manat məbləğində dövlət rüsumu alınıb dövlət büdcəsinə keçirilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddiaçının ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödədiyi 50 manat pul Cavabdeh tutulub İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nın 234.2.1-ci maddəsinə əsasən aliment alınması haqqında qətnamə dərhal icra olunur. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X6 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay uşağa 190 (bir yüz doxsan) manat məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulmasına xx.xx.2023-cü ildən başlansın. Cavabdeh 42,8 (qırx iki manat səksən qəpik) manat dövlət rüsumu tutulub dövlət büdcəsinə ödənilsin. İddiaçının ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödədiyi 50 (əlli) manat pul Cavabdeh tutulub İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar