Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-193/2023 27.01.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı, vəkili X4, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X7 iştirakı ilə, iddiaçı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X10 qarşı «aliment» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 pul məbləğində hər ay 200 manat alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə vəsadət təqdim edərək X7 cavabdeh kimi işə cəlb edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, O, cavabdehlərin anası X12 ilə 02 noyabar 1998-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahlarından 4 nəfər uşaqları olmuşdur. Cavabdehlə evləndikdən sonra ilk illərdə münasibətləri normal olmuşdur. Lakin sonradan xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən münasibətlər pozulmuş və nikah xx.xx.2021-ci il tarixdə Mingəçevir şəhər məhkəməsinin qətnaməsi əsasında pozulmuşdur. O, Qarabağ müharibəsi veteranıdır İİ qrup əlildir. Əmək fəaliyyəti məhduddur. Azərbaycan Respublikasının ailə məcəlləsinin 80ci maddəsinin tələblərinə görə əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar valideynlərin maddi yardıma ehtiyacı olduğu halda əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa qayğı göstərməyə borcludurlar. Bu barədə aralarında saziş olmadıqda məhkəmə tərəfindən sabit pul məbləğində aliment təyin edilir. Ailə məcəlləsinin 82.2-coi maddəsinə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar əmək qabiliyyəti olmayan valideynləri saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti və tərəflrdən diqqətə layiq digər maraqları nəzərə alınmaqla aliment sabit pul məbləğində müəyyən edilir. Bu gün cavabdehlər onu saxlamağa, ona aliment verməyə borcludurlar. O, sağlam vaxtında xx.xx.2001- ci il təvəllüdlü Cavabdeh1 və xx.xx.2003-cü il təvəllüdlü Cavabdeh2 böyütmüş və onların bütün maddi tələbatını ödəmişdir. O, müharibə veteranıdır. İİ qrup əlildir. Aldığı təqaüd onun aylıq dərman peraparatlarma bəs etmir. Cavabdehlər bu gün ona aliment ödəməyə borcludurlar. Ona görə də, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 pul məbləğində hər ay birindən 200 manat alimentin alnıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X5 iddiaçının izahatına uyğun izahat verərək iddianın təmin olunmasını xahiş edir. Cavabdeh X13 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, İddiaçının onlara qarşı qaldırdığı tələb əsassızdır. O, özü hazırda Mingəçevir şəhər tarix muzeyində kiçik elmi işçi kimi çalışır. Aylıq əmək haqqısı isə 320 manat təşkil edir. Himayəsində dörd uşaq vardır ki, onlardan iki yetkinlik yaşına çatmış, dgər ikisi də azyaşlıdırlar. Aldığı məvacib uşaqların maddi tələbatlarına zorla çatır ki, həmin məbləğin üstünə iddiaçıdan uşaqların xeyrinə təyi edilmiş alimenti də əlavə edərək onların maddi ehtiyacları üçün istifadə edir. İddiaçı 2-ci qrup əlil olmasına baxmayaraq işləmək üçün yetərincə imkanlara malikdir. Vergi ödəyicisi olmasada onun «kukuruz» sexi var və bir neçə nəfər şəxdə işçisi var, kifayət qədər gəlirə malikdir. Bu barədə o, məhkəməyə fotoşəkillər təqdim etmişdir. Bundan başqa iddiaçı məhkəmə qətnaməsi ilə bir mənzilə və iki ədəd yük avtomobilə paylı mülkiyyət hüququ əldə etmişdir. Sahibkarlıq fəaliyyəftində həmin avtomobillərlədən də istifadə edir. Həmçinin müharibə veteranı oluduğu üçün və 2 qrup əlil olmuduğu üçün dövlətdən müavinatlar alır. Odur ki, hesab edir ki, iddiaçının onlara qarşı tələbi əsassızıdr. Ona görə də iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, atası iddia edir ki, onun əmək qabiliyyəti yoxdur və maddi yardıma ehtiyaçı var. Bildirmək istəyir ki, atası hazırda fiziki cəhətdən yaxşı vəziyyətdədir. O ikinci qrup əlildir. Bildikləri qədər ikinci qrup əlil şəxslər hazırda aktiv fiziki əməklə məğuldurlar. Həçinin bldirdi ki, atası 2009-cu, 2011ci, 2016-cı illərdə Rüstəm Rüstəmov və Məlahət Heydərova adjlı şəxlərə qarşı məhkəmədə pul tələbinə dir iddialar qaldırımış və həmin şəxslərdən yəni, Rüstəm Rüstəmovdan 14 640 manat və Məlahət Heydərovadan isə 880 manat verdiyi borcu tələb etmiş və məhkəmə qətnamələri ilə həmin pullar atasına verilməsi qət edilmişdir. Bütün bunlar ona əsas verir ki, iddiaçının maddi ehtiyacı yoxdur və kifayət qədər əmlaklara və imkana malikdir. O özü isə hazırda heç bir yerdə işləmir aktiv əmək fəaliyyəti ilə məşğul deyildir. Məşğulluq xidmətində işsiz kimi qeydiyyatdadır. Heç bir maddi gəlirə də malik deyildir. İmkanı və gəliri olarsa iddiaçı hər bir halda atasıdır ona baxar. Odur ki, hesab edir ki, iddiaçının onlara qarşı tələbi əsassızdır. Ona görə də iddianın təmin edilməməsini xahiş edir. Digər Cavabdeh2 da məhkəmə iclasında digər cavabdehləırin izahatına uyğun izahat verərək əlavə olaraq bildirdi ki, o tələbədin və maddi imkanları olmadığı üçün təsilini dondurmuşdur. Heç bir maddi gəlirə də malik deyildir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçını, cavabdehləri və onların vəkillərini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan 220839 nömrəli vəsiqədən görünür ki, İddiaçı ikinci qrup əlildir. İşdə olan Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Mingəçevir şəhər Bölməsi tərəfindən verilmiş arayışdan görünür ki, X11 rayonundan məcburi köçkün kimi Mingəçevir şəhərində müvəqqəti qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş X3 Sistemindən çıxarışdan örünür ki, İddiaçı müharibə veteranı olduğu üçün 80 manat İİ qrup əlil olduğu üçün isə 277,89 manat müavinat alır. İşdə olan Mingəçevir şəhər Tarix Muzeyinin direktoru Nofər Məmmədəliyev tərəfindən verilmiş arayışdan görünür ki, X1 şəhər tarix muzeyində kiçik elmi işçi vəzifəsində işləyir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X3 Sistemi Məşğulluq Haqqında arayışdan görünür ki, Cavabdeh1 ixtisası üzrə işə düzəldilməsi barədə X22 müraciət etmiş və işsiz kimi qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Mingəçevir şəhər Məhkəməsinin 2xx.xx.2022-ci il tarixli 21(051)-803/2022 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı və X7 birgə nikah dövründə əldə etdikləri «X32» markalı, ** BH *** dövlət qeydiyyat nişanlı və «X32» markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillərə ½ hissəsi üzərində X7, ½ hissəsində isə X19 payları müəyyən edlmişdir. İş materiallarına əlavə edilmiş Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 21(051)-115/2023 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alımış Mingəçevir şəhəri M.P.Vaqif küçəsində istifadədə olan 0.1122 ha torpaq sahəsində yerləşən 19 nömrəli, 5 mərtəbəli binanın 3-cü girişndə, 1ci mərtəbəsində yerləşən 69.76 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 27 nömrəli mənzildən X7 payı ½ hissəsi müəyyən edilmiş və X26 həmin mənzilə köçürülməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(051)-575/2009 saylı qətnaməsinin surətindən görünür ki, Mingəçevir şəhəri A.Məmmədov küçəsi 4 saylı evin, 36 saylı mənzilində qeydiyyatda olan X14 800 (səkkiz yüz) manat alınıb İddiaçı verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(051)-1297/2011 saylı qətnaməsinin surətindən görünür ki, X8 12 640 (on iki min altı yüz qırx) manat alınıb İddiaçı verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2016-ci il tarixli 2(051)-269/2016 saylı qətnaməsinin surətindən görünür ki, X15 2000 (iki min) manat alınıb İddiaçı verilməsi qət edilmişdir. Beləliklə məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübutetmə hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə iddiaçının əmək qabiliyyətinə malik olmaması, həqiqətəndə maddi yardıma ehtiyacı olması bu səbəbdən cavabdeh tərəflərdən alimentin alınıb iddiaçıya verilməsini sübutetmə yükü iddiaçının, lakin həmin halın mövcudluğunu təkzib edildiyi halda, iddiaçı tərəfə qeyd olunan tələb üzrə alimentin ödənilməməsinin sübut etmə yükü isə cavabdeh tərəflərin üzərinə düşür. Məhkəmə qeyd ed ir ki, yetkinlik yaşına çatmış övladların valideynlərini saxlamaq vəzifəsi Ailə məcəlləsinin 82-ci maddəsi ilə tənzimlənir. Belə ki, Azərbaycan Respublikası Ailə məcəlləsinin 82.1-ci maddəsinə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Həmin Məcəllənini 82.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. Məhkəmə bu normanın tələbindən çıxış edərək ilk növbədə qeyd edir ki, Yetkinlik yaşına çatmış şəxslər valideyinlərinin saxlamaq vəzifəsi daşıyırlar ki, onlar əmək qabiliyyətli olsunlar. Həmçinin onların müəyyən qazancı olsun. İkinci növbədə isə valideyinlər maddi yardıma ehtiyacı olsun və əmək qabiliyyətli olmasınlar. İş materiallarından və tərəflərin məhkəmədə verdikləri izahatlarından da görünür ki, yetkinlik yaşına çatmış Cavabdeh1 əmək qabiliyyətli olmasına baxmayaraq işləmir və müəyyən qazanca malik deyildir. Həmçinin Cavabdeh1 ixtisası üzrə işə düzəldilməsi barədə Dövlət Məşğulluq Xidmətinə müraciət etmiş və işsiz kimi qeydiyyatdadır. Digər cavabdeh yetkinlik yaşına çatmış Cavabdeh2 isə əmək qabiliyyətli olsa da tələbədir və müəyyən qazanca malik deyildir. Maddi imkanları olmadığı üçün təsilini dondurmuşdur. Məhkəmədə işə cavabdeh qismində cəlb edilmiş X9 nisbətdə isə məhkəmə qeyd edir ki, nikah pozulduqdan sonra keçmiş ərin (arvadın) aliment almaq hüququ Ailə Məcəlləsinin 85-ci maddəsi ilə tənzimlənir. Həmin maddənin mənasından da görünür ki, nikah pozulduqdan sonra məhkəmə qaydasında zəruri vəsaitə malik olan keçmiş ərdən və ya arvaddan aliment tələb edilə bilər. Belə ki, Azərbaycan Respublikası Ailə məcəlləsinin 85-ci maddəsinə əsasən Aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər: hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad; 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ümumi uşağa qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad); nikah pozulana qədər və ya nikah pozulduğu gündən bir il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad); ər-arvad uzun müddət nikahda olmuşlarsa, nikah pozulduğu andan 5 il müddətindən gec olmayaraq pensiya yaşına çatan və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad). Alimentin miqdarı və nikah pozulduqdan sonra onun keçmiş ərə (arvada) ödənilməsi qaydası keçmiş ər-arvad arasındakı sazişlə müəyyən edilə bilər. Məhkəmə bu normanın tələbindən çıxış edərək qeyd edir ki, aliment tələb olunan şəxsin gəlirləri qazancı elə həddə olmalıdır ki, onun və ailəsinin minimum dolanışığını təmin etsin və keçmiş ərə bu gəlirdən aliment tutmaq mümkün olsun. İş materiallarından və tərəflərin izahatlarından da görünür ki, nikah pozulduqdan sonra iddiaçı ilə cavabdeh birgə nikahlarından olan dörd nəfər uşaq (onlardan ikisi yetkinlik yaşına çatmış ikisi isə azyaşlıdırlar) anaları X7 himayəsində qalmışlar. Günel Məmmədəliyevanın əmək haqqısı 320 manat təşkil edir və əlavə gəlirə və zərur vəsaitə malik deyildir. Maddi imkanları olmadığı üçün onların birgə nikahdan olan yetkinlk yaşına çatmış iş üzrə Cavabdeh2 təhsilini dayandırmışdır. Həmçinin məhkəmə qeyd edr ki, ərin (arvadın) əmək qabiliyyətini itirməsi o halda başqa tərəfdən tələb etməyə əsas verir ki onun maddi yardıma ehtiyacı olsun. Əlillik qrupu bu halda nəzərə alına bilməz. Məhkəmə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçı tələbində haqlı deyildir. Belə ki, iddiaçı tələbini əsaslandırdığı hallara dair heç bir sübutu məhkəmə iclasında təqdim edə bilməmişdir. Əksinə İddiaçınnun maddi yardıma ehtiyacı olması və əmək qabiliyyətli olmamasını araşdırarkən müəyyən olundu ki, İddiaçı kifayət qədər əmlaklara sahibdir və maddi ehtiyacı yoxdur. Belə ki, iş materiallarında olan sənədlərdən, məhkəmə qətnamələrindən və tərəflərin izahatlarından da görünür ki, İddiaçı müharibə veteranı olduğu üçün 80 manat İİ qrup əlil olduğu üçün isə 277,89 manat müavinat alır. Onun paylı mlkiyyətində «X32» markalı, ** BH *** dövlət qeydiyyat nişanlı və «X32» markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillər və Mingəçevir şəhərində M.P.Vaqif küçəsində yerləşən mənzili var. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı kifayət qədər zəruri vəsaitə malik olmuş müxtəlif vaxtlarda müxtəlif şəxslərə borc pul vermiş, həmçinin müxtəlif şəxslərə dövrüyyədə olan müxtəlif mallar satmış və gəlir əldə etmişdir. Həmin faktlar məhkəmənin qanuni qüvvəsinə almış qətnamələri ilə təsdiq olunur. Bütün bunlar əsas veriri ki, İddiaçı əmək qabiliyyətini itirməmiş və zərur əmlaklara və vəsaitə malik olmaqla maddi ehtiyacı yoxdur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə bu normaların tələbindən çıxış edərək və iş materiallarının araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməmlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutar qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X10 qarşı «övladlarından aliment aliment» tələbinə dair iddiası rədd edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-193/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-193/2023
27.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver