Məhkəmə qərarları › İş №2(051)-1930/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1930/2025

13.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1930/2025 13.02.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, İddiaçı Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı “əlavə xərc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “əlavə xərclərin tutulması” tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh birgə nikahdan doğulmuş 19 avqust 2020-ci il təvəllüdü Onur adlı uşağın əlavə xərclərinə görə 1908,73 manat məbləğində pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə nikahlarını 05 dekabr 2019-cu ildə X6 xidmət mərkəzində Qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. Onların birgə nikahdan 19 avqust 2020-ci il təvəllüdü Onur adlı uşağı olmuşdur. Nikahlarının ilk dövrlərində ailə münasibətləri normal olmuş, onlar mehriban yaşamışlar. Lakin bir müddət sonra cavabdehlə münasibətləri pozuldu. Onlar məhkəmə qaydasında boşanmışlar. Uşaq yetkinlik yaşına çatana kimi cavabdehin qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimetin tutulub onaə verilməsi qət edilmişdir. Cavabdeh nəinki uşaqla maraqlanmır hətda uşağın saxlanması və maddi təminatını ödəməmək üçün təyin olunmuş alimetdən başqa heç bir köməklik etmir. Lakin qətnamə ilə müəyyən olunmuş aliment xəstə olan uşağın müalicə və müayinə xərci belə etmir. Onur adlı uşağı xəstədir “3-cü dərəcə adenoid hiperplaziyası” diaqnozu ilə xəstədir və xx.xx.2025-ci il tarixdə ETN ilə xəstə "xxxx"da “Adenoidektomiya” əməliyyatı icra olunmuşdur. Cavabdeh uşağın xəstəliyinə bu vaxta kimi heç bir kömək etməmiş və uşaqla maraqlanmamışdır. Bütün müalicə, müayinə və əməliyyat xərcləri onun tərəfiindən ödənilmişdir. 19 avqust 2020-ci il təvəllüdü Onur adlı uşağın əməliyyatına 1400 manat pul ödənilmişdir. Bundan əlavə digər müayinə və dərmanlarına 508,73 manat pul verilmişdir. Uşağın dəfələrlə Bakı şəhərinə aparılıb gətirilmə xərcləri və orda qalma xərcləri 1000 manatdan çox bir məbləği əhatə edir. Bundan əlavə cavabdeh Sərhəd Qoşunlarında işləyir və aylıq əmək haqqı 1000 manatdan daha çoxdur. Əlavə qazanclarıda olmaqla kənddə təsərrüfatı var. Lakin sözügedən təsərüfata aid sənədləri onun əldə etməyi qeyri mümkündür. Ona görə də Cavabdeh birgə nikahdan doğulmuş 19 avqust 2020-ci il təvəllüdü Onur adlı uşağın əlavə xərclərinə görə 1908,73 manat məbləğində pulun tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, Oğlu 1000 manat əmək haqqı alır. 250 manat məbləğində aliment ödəyir. Hazırda yenidən ailə qurmuşdur və qız övladı var. Özü hərbçidir. Hərbçi ailələri və uşaqlarına tibbi yardım Hərbi Hospitalda ödənişsiz göstərilir. Uşağın xəstəliyi barədə atasına məlumat versəydi, atası aparıb ödənişsiz onu müalicə etdirərdi. Oğlu kredit götürərək onu əməliyyat etdirmişdir. Aylıq 450 manat kredit ödəyir. Əmək haqqından ona qalan 300 manat puldur. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş 4 saylı MİS tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 367 saylı arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanda yaşayır. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2020-ci il tarixdə Cavabdeh ilə İddiaçı birgə nikahından doğulmuşdur. İşə əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah qeydi xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. İşə əlavə edilmiş Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(051)- 1911/2021 saylı qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə X6 Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsində bağlanmış və 801 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydinin pozulması, boşanmadan sonra tərəflərin birgə nikahından xx.xx.2020-ci il tarixdə doğulmuş Onur adlı uşağın İddiaçı yanında qalması müəyyən edilmişdir. İşə əlavə edilmiş Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)- 1106/2023 saylı qətnaməsinə əsasən hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2020-ci il təvəllüdlü Onur adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh aylıq qazancının və başqa gəlirlərinin 1/4 miqdarında aliment hər ay tutulub İddiaçı verilməsi qət edilmişdir. İşə əlavə olunmuş xx.xx.2025-ci il tarixli qeydiyyat vərəqəsindən görünür ki, pasient X1 həkim müayinəsi üçün Uniklinikya 70 AZN ödəniş edilmişdir. İşə əlavə olunmuş xx.xx.2025-ci il tarixli ödəniş vərəqəsindən görünür ki, xəstə X1, Otorinolarinqoloqun qəbulu üçün Uniklinikya 100 AZN ödəniş edilmişdir. İşə əlavə olunmuş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Regional Hospital MMC-yə xx.xx.2025-ci il tarixdə saat 10:31-də **6024 kart hesabından 143 AZN ödəniş edilmişdir. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli X7 tərəfindən Abdullazadə Onurun “Timpanometriya” testi zamanı nəticə olaraq hər iki tərəfdə A tip timponoqram qeydə alınmışdır. İşə əlavə edilmiş "xxxx" tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli epikrizdən görünür ki, X2 aparılan müayinələr nəticəsində “3-cü dərəcə adenoid hiperplaziyası” diaqnozu qoyulmuşdur. xx.xx.2025-ci il tarixdə ETN ilə xəstədə “Adenoidektomiya” əməliyyatı icra olunmuş, əməliyyat zamanı və əməliyyatdan sonra ağırlaşma qeydə alınmamışdır. İşə əlavə edilmiş Unikliika tərəfindən edilmiş Rentgeneoloji müayinə protokolundan görünür ki, xəstə Abdullazadə Onurun müayinəsi zamanı döş qəfəsi orqanlarının Rqrammasında Traxeya yerini dəyişməyib Ağ ciyər şəkli güclənib hər iki kök qalınlaşıb. Ağa ciyərdə patoloji kölgəlik izlənmir. İşə əlavə edilmiş xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünü ki, "xxxx" MMC-ə 61,95 manat yekun məbləğ ödənilmişdir. İşə əlavə edilmiş xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünü ki, "xxxx" QSC-ə 24,01 manat yekun məbləğ ödənilmişdir. İşə əlavə edilmiş xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünü ki, "xxxx" MMC-ə 47,79 manat yekun məbləğ ödənilmişdir. İşə əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli sorğuya cavab məktubundan görünür ki, X2 2025-ci il tarixdə "xxxx" MMC-də həkim qəbulunda olmuş və ona ödənişli tibbi xidmət göstərilmiş, lakin müəssisədə aparılmış proqram təminatının yenilənməsi səbəbindən ödəniş qəbzlərinin bərpası və təqdim edilməsi texniki baxımdan mümkün olmamış, təqdim olunan məlumatlar isə müəssisənin mövcud uçot və tibbi qeydiyyat sənədləri əsasında verilmiş və əlavə edilmiş göstərilmiş tibbi xidmətlərə dair uçot məlumatına əsasən analizin dəyəri ümumilikdə 213 manat təşkil etmişdir. İşə əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-cı il tarixli sorğuya cavab məktubundan görünür ki, xx.xx.2020- ci il təvəllüdlü X3 xx.xx.2025-ci il tarixdə “Unikal-A MMC” də əməliyyat öncəsi paketdən keçmiş, 70 AZN ödəniş etmişdir (əməliyyat paketinə). Xəstə xx.xx.2025-ci il tarixdə “Unikal-A MMC-də “3-cü dərəcə adenoid hiperplaziyası" diaqnozu ilə “Adenoidektomiya” cərrahi əməliyyatı icra olunmuşdur. Əməliyyatın icrasına görə pasient tərəfindən 280 AZN “Unikal-A MMC" yə ödəniş edilmişdir. (Məktuba əlavə olunmuş xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli qeydiyyat vərəqələri) Beləliklə, məhkəmədə müəyyən olundu ki, tərəflər 2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, onların birgə nikahından xx.xx.2020-ci il tarixdə Onur adlı uşaqları doğulmuşdur. Ailə münasibətləri pozulmuş və Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(051)-1911/2021 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə X6 Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsində bağlanmış və 801 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydinin pozulması, boşanmadan sonra tərəflərin birgə nikahından xx.xx.2020-ci il tarixdə doğulmuş Onur adlı uşağın İddiaçı yanında qalması müəyyən edilmişdir. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-1106/2023 saylı qətnaməsinə əsasən hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2020-ci il təvəllüdlü Onur adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh aylıq qazancının və başqa gəlirlərinin 1/4 miqdarında aliment hər ay tutulub İddiaçı verilməsi qət edilmişdir. İddiaçı iddia ərizəsi ilə müraciət edərək göstərmişdir ki, qətnamə ilə müəyyən olunmuş aliment xəstə olan uşağın müalicə və müayinə xərci belə etmir. Belə ki, Onur adlı uşağı “3-cü dərəcə adenoid hiperplaziyası” diaqnozu ilə xəstədir və xx.xx.2025-ci il tarixdə ETN ilə xəstə "xxxx"da “Adenoidektomiya” əməliyyatı icra olunmuş üzərində cərrahi əməliyyat aparılmışdır. Cavabdeh uşağın xəstəliyinə bu vaxta kimi heç bir kömək etməmiş və uşaqla maraqlanmamışdır. Bütün müalicə, müayinə və əməliyyat xərcləri onun tərəfindən ödənilmişdir. 19 avqust 2020-ci il təvəllüdü Onur adlı uşağın əməliyyatına 1400 manat pul ödənilmişdir. Bundan əlavə digər müayinə və dərmanlarına 508,73 manat pul verilmişdir. Uşağın dəfələrlə Bakı şəhərinə aparılıb gətirilmə xərcləri və orda qalma xərcləri 1000 manatdan çox bir məbləği əhatə edir. Hesab edir ki, uşağın xəstəliyi ilə əlaqədar olaraq ödədiyi 1908,73 manat məbləğində pul cavabdehdən alınıb ona verilməlidir. O səbəbdən də məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi qarşı tərəfin iddiasına etiraz edərək bildirdi ki, oğlu 1000 manat əmək haqqı alır. 250 manat məbləğində aliment ödəyir. Hazırda yenidən ailə qurmuşdur və qız övladı var. Özü hərbçidir. Hərbçi ailələri və uşaqlarına tibbi yardım Hərbi Hospitalda ödənişsiz göstərilir. Uşağın xəstəliyi barədə atasına məlumat versəydi, atası aparıb ödənişsiz onu müalicə etdirərdi. Oğlu kredit götürərək onu əməliyyat etdirmişdir. Aylıq 450 manat kredit ödəyir. Əmək haqqından ona qalan 300 manat puldur. Ona görə də iddia tələbinin rədd edilməsini xahiş etmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddə 34-cü, İV bəndi: Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.1-ci maddəsinə əsasən,18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.3-ci maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Məhkəmə cavabdehin əlavə xərclərə cəlb edilməsi ilə bağlı iddia tələbini qismən əsaslı hesab edərkən öz qənaətini onunla əsaslandırır ki, iddiaçının cavabdehlə birgə nikahlarından olan Onur adlı uşağı xəstədir. Ona “3-cü dərəcə adenoid hiperplaziyası” diaqnozu qoyulmuşdur. Bu müddətə qədər iddiaçı uşağını müxtəlif vaxtlarda həkim müayinələrinə aparmış, onun müayinələri üçün müəyyən məbləğlərdə ödəniş etmişdir. İddiaçının Onur adlı uşağı xx.xx.2025-ci il tarixdə “3-cü dərəcə adenoid hiperplaziyası" diaqnozu ilə “Adenoidektomiya” cərrahi əməliyyatı icra olunmuşdur. Əməliyyat icra olunarkən bütün müayinə və əməliyyat xərcləri iddiaçı tərəfindən ödənilmişdir. Hazırda cavabdehin uşağın xəstəliyi və əməliyyatı zamanı çəkilmiş xərclərə cəlb edilməsi zərurət yaranmışdır. Lakin iddiaçının iddia ərizəsində tələb etdiyi məbləğdə cavabdehin əlavə xərclərə cəlb edilməsi üçün məhkəməyə kifayət qədər mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı oğlunun sırf əməliyyatına 1400 manat xərclədiyini iddia etsə də, buna dair sübutları məhkəməyə təqdim etməmişdir, məhz buna əsasən məhkəmə həmin tibb müəssisələrinə sorğu ünvanlamış və bu hallar məhkəmənin sorğusuna əsasən tibb müəssisələri tərəfindən təqdim edilmiş cavab məktubları ilə çəkilən müayinə, əməliyyat və digər xərcləri barədə rəsmi məlumatı əldə etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə tərəfindən verilmiş sorğulara cavab məktublarından görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X3 xx.xx.2025-ci il tarixdə “Unikal-A MMC” də əməliyyat öncəsi paketdən keçmiş, 70 AZN ödəniş etmişdir (əməliyyat paketinə). Xəstə xx.xx.2025-ci il tarixdə “Unikal-A MMC-də “3-cü dərəcə adenoid hiperplaziyası" diaqnozu ilə “Adenoidektomiya” cərrahi əməliyyatı icra olunmuşdur. Əməliyyatın icrasına görə pasient tərəfindən 280 AZN “Unikal-A MMC" yə ödəniş edilmişdir. Bundan əlavə "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli məktubdan görünür ki, X2 2025-ci il tarixdə "xxxx" MMC-də həkim qəbulunda olmuş ona ödənişli tibbi xidmət göstərilmiş, müəssisənin mövcud uçot və tibbi qeydiyyat sənədləri əsasında verilmiş tibbi xidmətlərə dair uçot məlumatına əsasən analizin dəyəri ümumilikdə 213 manat təşkil etmişdir. Həmin tibb müəssisəsi xəstənin həkim qəbulunda olması ilə bağlı texniki səbəblərdən qəbzlər təqdim edilmədiyindən, iddiaçı tərəfindən təqdim edilmiş və işə əlavə olunmuş xx.xx.2025-ci il tarixli mobil tətbiq vasitəsi ilə ödənilmiş qəbzi sübut qismində qəbul edərək müəyyən edir ki, Regional Hospital MMC-yə xx.xx.2025-ci il tarixdə saat 10:31-də **6024 kart hesabından 143 AZN ödəniş edilmişdir. Ümumilikdə, Onur adlı uşaq üçün tibbi xidmətlər zamanı çəkilmiş xərcin ümumi dəyəri 706 (70+280+213+143) manat olduğu müəyyən edilmişdir. Həmçinin məhkəmə onu da qeyd edir ki, məhkəməyə çoxsaylı qəbzlər təqdim edilsə də, həmin qəbzlər möhürlə təsdiq edilməmiş, qəbzlərin məzmunundan ödənişin kim tərəfindən edilməsi və ödənişin əsaslarını müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən məhkəmə həmin xərcləri hesablayarkən yalnız "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-cı il tarixli sorğuya cavab məktubu, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli sorğuya cavab məktubunda qeyd edilmiş məbləğləri və xx.xx.2025-ci il tarixli mobil tətbiq vasitəsi ilə "xxxx" MMC-yə 143 manatın ödənilməsinə dair qəbzi (xx.xx.2025-ci il tarixində verilmiş analizlə eyni gündə ödəniş olduğu üçün və sorğuya cavab məktubuna əsasən müəssisədə aparılmış proqram təminatının yenilənməsi səbəbindən ödəniş qəbzlərinin bərpası və təqdim edilməsi texniki baxımdan mümkün olmadığından sözügedən qəbzi sübut qismində qəbul edir) əsas götürərək çəkilmiş xərcin 706 manat məbləğdə müəyyən olunmasına dair qənaətə gəlir. Lakin məhkəmə hesab edir ki, uşağı saxlamağın hər iki valideynin vəzifəsi olsa da, müəyyən edilmiş xərc bütövlükdə cavabdehdən tutulub iddiaçıya verilməlidir. Belə ki, uşağın xəstəliyi ilə əlaqədar müalicə müəssisəsinə aparılıb-gətirilməsi üçün nəqliyyat xərcləri müəyyən vəsait tələb edir ki, bu sübuta ehtiyacı olmayan hal olmaqla yanaşı yalnız iddiaçı tərəfindən çəkilmişdir. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2015-ci tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər – digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Ailə Məcəlləsinin 81.1-ci maddəsində qeyd olunan “göstərilən kənar xidmət”, “və digər hallarda” müddəaları bir-birindən fərqlənir. Belə ki, “və digər hallarda” müddəası maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmət ilə bağlı olduğu halda, “göstərilən kənar xidmət” müddəası isə birbaşa tibbi xidməti deyil, həmin şəxslərə göstərilmiş və ya gələcəkdə göstərilməsi nəzərdə tutulan əlavə xidmətlərə görə (maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladın müalicə müəssisəsinə aparılıb-gətirilməsi üçün nəqliyyat xərcləri, kənar şəxslərin köməyinə ehtiyacı olan şəxslərə qulluq göstərilməsi ilə əlaqədar xidmətçiyə ödənilən xərclər və s.) çəkilən xərclərdir. Məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Valideynlərin verməli olduğu əlavə xərclərin miqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin əlavə xərclərə cəlb edilməsi ilə bağlı bu xərclərin miqdarı tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, həmçinin iş materiallarında olan sübutlar nəzərə alınmaqla 706 manat məbləğində müəyyən edilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı Cavabdeh qarşı “əlavə xərc” tələbinə dair iddiası üzrə Cavabdeh birgə nikahdan doğulmuş 19 avqust 2020-ci il təvəllüdü Onur adlı uşağın əlavə xərclərinə görə 706 (yeddi yüz altı) manat məbləğində pul alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar