Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1949/2023 19.10.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair Mingəçevir şəhər Məhkəməsində iddia qaldıraraq, Mingəçevir şəhər məhkəməsinin xx.xx.2016-cı tarixli 2(105)-2902/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş, 24 oktyabr 2007-ci il təvəllüdlü X3 və 17 avqust 2009 -ci il təvəllüdlü X1 üçün, onun aylıq qazancının və başqa gəlirinin üçdə bir hissəsində tutulan alimentin miqdarını azaldaraq, hər bir uşaq üçün sabit pul məbləğində hər ay 220 manat alimentin tutulması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Mingəçevir şəhər məhkəməsinin 08 avqust 2016-cı tarixli 2(105)-2902/2-16 saylı qətnaməsinə əsasən ondan Cavabdeh xeyrinə, birgə nikahdan doğulmuş 24 oktyabr 2007-ci il təvəllüdlü X3 və 17 avqust 2009 -cu il təvəllüdlü X1 üçün onun aylıq qazancının və başqa gəlirinin üçdə bir (1/3 hissəsində) hər ay aliment tutulması barədə qərar verilmişdir. Məhkəmə tərəfindən təyin edilən alimenti hər ay vaxtı-vaxtında cavabdehə ödəmiş və bunu təstiq edən cavabdeh icra şöbəsinə ərizə vermişdir ki tərəfindən aliment borcu yoxdur. Məhkəmə tərəfindən qeyd olunan aliment miqdarı təyin olunan vaxt o, hərbi xidmətdə olmuş və yüksək maaş almış, həm də subay olmuşdur. ikinci Qarabağ müharibəsində iştirakı olmaqla o, Azərbaycan Respublıikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı döyüş meydanından yaralı çıxararkən düşmən tərəfindən atılan artileriya atəşi nəticəsində ” Partlayış travması , sol gözün alt qapağının bayır kənarınınb qəlpə yaralanması, ayaqlarının epidemiyası" diaqnozu hərbi xidmətə yararsız sayılaraq , təxris olunmuşdur. Hərbi xidmətə yararsız sayıldıqdan sonra ona hərbi tibbi komisssiyasının arayışına əsasən pensiya təyin edilmiş, lakin aldlğı pensiyanın əsas hissəsinin özünün müalicəsinə, dəva-dərmanlarına sərf edir. 07.03 2017-ci il tarixdə o, başqa qadınla - X7 ilə ikinci nikaha daxil olub ailə qurmuş, bu nikahdan iki uşağı anadan olmuşdur: xx.xx.2019-cü il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X2. Yeni ailə qurduğu üçün və aldığı pensiya məbləğinə faktiki olaraq iki ailəni saxlanması üçün yetərli olmadığı üçün , o, əmək qabiliyyətli olmadığı halda, məcbur olmuş ki əmək fəaliyyətini davam etsin. Belə ki , 2012-ci ildə Bərdə şəhər orta məktəbdə hərbi pedaqoq vəzifəsinə düzəlmiş və burada ştat cədvəli üzrə 470 manat əmək haqqı alır. Bundan əlavə, döyüş zaman aldığı travmanın müalicəsi üçün və digər problemlərin həlli üçün, o, "xxxx" ASC -ilə xx.xx.2023cu il tarixli 28170***-*******02L saylı kredit müqaviləsi bağlamış və tərtib edilmiş ödəniş cədvəlinə görə hər ay banka 734,52 manat kredit ödəyir. Hazırda kredit borcun qalıq məbləği 25 000 manat təşkil edir. İkinci dəfə evləndikdən sonra kirayada yaşamağa məcbur olmuş və hər ay 350 manat kirayə haqqı ödəyir. Bundan əlavə ikinci nikahdan 2 övladı anadan olmuşdur, ailə vəziyyətində ciddi dəyişiliklərin baş verməsi onun maddi vəziyyətində də ciddi təsir göstərmişdir. Onun ailə həyatı o qədər dəyişib ki o məhz göstərilən 220 manat məbləğdə, yəni sabit pul mıəbləğində aliment ödəyib maddi yardım göstərə bilər. Odur ki, Mingəçevir şəhər məhkəməsinin xx.xx.2016-cı tarixli 2(105)- 2902/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş, 24 oktyabr 2007-ci il təvəllüdlü X3 və 17 avqust 2009 -ci il təvəllüdlü X1 üçün, onun aylıq qazancının və başqa gəlirinin üçdə bir hissəsində tutulan alimentin miqdarını azaldaraq, hər bir uşaq üçün sabit pul məbləğində hər ay 220 manat alimentin tutulması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı bildirdi ki, iddia tələbi ilə razı deyil, iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan doğum haqqında arayışlardan görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahından 24 oktyabr 2007-ci il təvəllüdlü X8 və 17 avqust 2009 -cu il təvəllüdlü X9 adlı uşaqları doğulmuşdur. İşdə olan Mingəçevir şəhər məhkəməsinin xx.xx.2016-cı tarixli 2(105)-2902/2016 saylı qətnaməsindən görünür ki, 24 oktyabr 2007-ci il təvəllüdlü X3 və 17 avqust 2009 -ci il təvəllüdlü X1 üçün, onun aylıq qazancının və başqa gəlirinin üçdə bir hissəsində aliment alınıb Cavabdeh verilməsi qət edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, Ailə münasibətlərinin pozulması nəticəsində tərəflər ayrılmışlar, ayrıldıqdan sonra uşaqlar cavabdehin yanında qalmışdır. Mingəçevir şəhər məhkəməsinin 08 avqust 2016-cı tarixli 2(105)-2902/2-16 saylı qətnaməsinə əsasən ondan Cavabdeh xeyrinə, birgə nikahdan doğulmuş 24 oktyabr 2007-ci il təvəllüdlü X3 və 17 avqust 2009 -cu il təvəllüdlü X1 üçün iddiaçının aylıq qazancının və başqa gəlirinin üçdə bir (1/3 hissəsində) hər ay aliment tutulması barədə qərar verilmişdir. Məhkəmə işin yuxarıda göstərilən hallarına qiymət verərək hesab edir ki, iddiaçının tələbi əssassızdır. Ona görə də rədd olunmalıldır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1–ci maddəsinə əsasən uşağın maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Həmin Məcəllənin 78.2–ci maddəsinə görə isə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Qeyd olunmalıdır ki, azyaşlı uşaqların yaşayış səviyyəsi əvvəlki məhkəmə qətnaməsinə uyğun olaraq iddiaçının aylıq gəlirinin üzərində qurulmuşdur. Həmin məbləğin daha aşağı həddə salınması təsvir olunan qanun normasının da tələbləri ilə kəskin ziddiyyət təşkil edir, yəni uşaqların əvvəlki təminatının səviyyəsinin aşağı düşməsinə səbəb olur. Həmçinin, əvvəllər aliment işinə baxan məhkəmə, tərəflərin maddi və əmlak vəziyyətini nəzərə alaraq aliment təyin etmişdir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. Həmçinn məhkəmə qeyd edr ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78–ci maddəsinə tələbinə görə alimetin tutulması 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilməsinin sabit pul məbləğinə dəyişdirilməsi hüququ uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsə aid olmasını müəyyən edir. Belə ki, 78.1-ci maddəsinə əsasən Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Odur ki, məhkəmə qeyd olunanlar əsasında belə nəticəyə gəlir ki, əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı tərəflərin ailə, maddi və əmlak vəziyyətinə, eləcə də yuxarıda sadalanan qanunvericilik normalarının tələblərinə uyğundur. Alimentin miqdarının aşağı salınması üçün əsasların olduğu iş materialları ilə təsdiq olunmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasl MPM–in 216–220, 235 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1949/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1949/2023
19.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver