Məhkəmə qərarları › İş №2(051)-1954/2020

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1954/2020

24.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1954/2020 24.11.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Mirzəliyev Hüseyn Seyfullaoğlu, İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh qarşı “uşağın himayədə qalması” tələbinə dair iddia ərizəsinin icraata qəbul olunmasının mümkünlüyü məsələsinə baxaraq, müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, xx xxxxxxxx 2007-ci il tarixdə anadan olmuş X1 onun himayəsində qalması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizə ilə tanış olaraq hesab edirəm ki, aşağıdakılara əsasən ərizə geri qaytarılmalıdır. Belə ki, ərizə düzgün formada tərtib edilməmişdir. İddia ərizəsi mülki mühakimə icraatının başlanması üçün mühüm prosessual sənəd olduğuna görə onun forma və məzmunu qanunvericiliklə dəqiq müəyyən olunmuşdur. İddia ərizəsinin forma və məzmunu, irəli sürülən tələbə baxılması üçün zəruri olan məlumatları özündə əks etdirməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə müvafiq olaraq ərizənin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. Halbuki, Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinin tələbinə görə məhkəməyə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti təqdim olunur. Həmin Məcəllənin 150.0.5-ci maddəsində göstərilmişdir ki, ərizəyə iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlərin surətləri əlavə edilir. Bu Məcəllənin 149.2.5-ci maddəsi ərizəyə əlavə edilən sənədlərin siyahısınıərizənin tərkib hissəsi kimi müəyyən etmişdir. Göstərilən Məcəllənin 152.1.1-ci maddəsinə müvafiq olaraq ərizənin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə görəərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsində göstərilmişdir ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152.1, 152.1.1, 152.2-152.4, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım : İddiaçı Cavabdeh qarşı uşağın himayədə qalması tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsinə şikayət verilə bilər. HAKİM Hüseyn Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar