Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1990/2025 25.02.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı nümayəndəsi X9, mütəxəssis X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əlavə xərc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “əlavə xərc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2025-ci il təvəllüdlü X1 müalicəsi üçün əlavə xərclərin hər ay 150 manat məbləğində tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2023-cü ildə rəsmi nikah qeyd etdirməklə ailə qurmuş, xx.xx.2025-ci il təvəllüdlü Elisa adlı övladları olmuşdur. Cavabdehlə münasibətləri pozulmuş və faktiki olaraq 6 aydır ki, ayrı yaşayırlar. Cavabdeh bu müddət ərzində övladı ilə maraqlanmamış və onun tələbatlarını ödəməkdə heç bir yardım göstərməmişdir. Qızı Elisa dünyaya gələndən xəstədir. «Mədəcikarası çəpərin qüsuru, arterial axacağın açıq qalması» diaqnozu ilə müalicə olunur, həmin xəstəlikdən əziyyət çəkir. Uşağın müalicələri bu günə kimi davam edir, lakin cavabdeh uşağın müalicəsi üçün heç bir yardım göstrəmir. Bu səbəbdən iddia ilə məhkəməyə müraciət etməli oldu. Qeyd olunanları nəzərə alaraq cavabdehdən onun xeyrinə uşağın müalicəsinin davam etdirilməsi üçün əlavə xərclərin tutulmasını istəyir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X13 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında mütəxəssis qismində iştirak edən X8 izahatında bildirdi ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında uşaq kardioloqu vəzifəsində çalışır. X1 vəziyyəti ilə bağlı xəstəxanada müayinələr aparılmış, “mədəcikarası çəpərin qüsuru, arterial axacağın açıq qalması” diaqnozu qoyulmuşdur. X6 “Mərkəzi Klinika”da əməliyyat olmuşdur. Bu kimi xərclər icbari sığorta ilə qarşılanır. Uşağın 2 və ya 3 yaşında yenidən əməliyyat olunması məsələsini kardiocərrah müəyyən edəcəkdir. 2-ci dəfə uşağın ürəyində olan qüsurla bağlı əməliyyata göndəriləcəyi halda icbari tibbi sığorta xərcləri qarşılayacaqdır. Həmin xərclər təxminən 8000-10000 arasında olur. Lakin bütün xərclər də icbari sığorta tərəfindən qarşılanmır. Belə ki, göndəriş əsasında uşağın əməliyyata aparıldığı hansısa klinikada sərfiyyat məsələləri ilə bağlı bəzi xərclər valideyndən də tələb edilə bilər. Böyük xərc icbari tibbi sığorta tərəfindən qarşılanır. Uşağa 2 il müddətinə İİ qrup əlillik dərəcəsi təyin edilmiş, anaya 120 manat olmaqla baxım pulu 250 manat uşağa cəmi 370 manat müavinat təyin edilmişdir. Uşaq xəstəliyi ilə bağlı daimi olaraq dərmanlar qəbul etməlidir. Verilən təqaüd xərcləri qarşılayır. Bu xəstəlikdə olan uşaqlar mütəmadi həkim nəzarətində olmalıdır. Həmin xəstəliklə bağlı kardiocərrah həkimlər mərkəzi xəstəxanaya yox, digər klinikalara gəlirlər. Əməliyyatdan sonra məhz həmin həkimlər uşağı müayinə edib, müalicə yazırlar. Həmin həkimlər mərkəzi xəstəxanaya yox, başqa klinikaya gəldiyindən valideyn tərəfindən həmin yoxlanış xərcləri çəkilir. Göstərilən xəstəliklə bağlı xəstəxana tərəfindən ödənişsiz dərmanlar verilmir. Yalnız uşağın vəziyyəti pisləşdikdə xəstəxanaya müraciət edən zaman orada ödənişsiz olaraq müalicəsi aparılır. Bu xəstəliklə bağlı 1 yaşına çatmamış uşaqlar riskli hesab olunduğundan və xəstəxanada bu sahədə ixtisaslaşmış həkim olmadığından bəzi hallarda xəstəxana tərəfindən xəstənin qəbulundan imtina edilməsi halları da ola bilər. MRT xərcləri icbari tibbi sığorta ilə qarşılanır. İş materialları : “Mediasiya Şurası” Mingəçevir 1 saylı Mediasiya təşkilatının xx.xx.2025-ci il tarixli MŞM/MT031/2025-00430 nömrəli “İlkin Mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh İMS-da iştirak etməmişdir. AZ-İİ 573512 №li xx.xx.2023-cü ildə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X10 xx.xx.2023-cü ildə Mingəçevir regional “Asan Xidmət” mərkəzində Qeydiyyat Şöbəsində rəsmi nikah bağlamış, nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 269 № ilə qeyd edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 17 fevral 2026-cı il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş X2 İddiaçı yanında saxlanması , uşağın saxlanması üçün hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0,5 misli həddində sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir. AZ-V 094314 №li xx.xx.2025-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2025-ci il tarixdə Mingəçevir şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. xx.xx.2025-ci il tarixli “Mərkəzi Klinika” tərəfindən verilmiş epikrizdən görünür ki, xx.xx.2025-ci il təvəllüdlü Elisa Abdullazadəyə “mədəcikarası çəpərin qüsuru, arterial axacağın açıq qalması” diaqnozu qoyulmuşdur. xx.xx.2025-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, X7 adlı uşağın həkim qəbulu və müayinəsi üçün 60 manat məbləğində pul ödənilmişdir. “Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 1084/KEŞ saylı ekspert rəyindən görünür ki, X7 xx.xx.2025-ci il tarixdə “Mərkəzi Klinika”ya daxil olmuşdur. Aparılmış müvafiq müayinələrdən sonra ona “Mədəciklərarası çəpərin qüsuru, arterial axacağın açıq qalması” diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza əsasən, ona “PA-Banding+PLA ləğvi” cərrahiyyə əməliyyatı icra edilmişdir. X4 xx.xx.2025-ci il tarixdə aparılmış ExoKQ-da onda “PDA-nın ləğvi+PA banding əməliyyatından sonraki vəziyyətin olduğu müəyyən edilmişdir. X3 “Mədəciklərarası çəpərin qüsuru, arterial axacağın açıq qalması” və keçirilmiş “PDA-nın ləğvi+PA banding əməliyyatından sonraki vəziyyət”lə əlaqədar onun həkim nəzarətində olmasına ehtiyacı vardır. Müalicəyə sərf olunacaq vəsaitin təyini məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid deyil. X3 “Mədəciklərarası çəpərin qüsuru, arterial axacağın açıq qalması” ilə əlaqədar icra edilmiş “PA-Banding+PLA ləğvi” cərrahiyyə əməliyyatından sonra təkrar cərrahiyyə əməliyyatı oluna bilər. Belə ki, “PA-Banding” uzun müddətli qalmaq üçün nəzərdə tutulmayıb. Əməliyyata sərf olunacaq vəsaitin təyini məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid deyil. İşin faktiki halı : İddiaçı Cavabdeh ilə xx.xx.2023-cü il tarixdə rəsmi nikah qeydi etdirməklə ailə həyatı qurmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 17 fevral 2026-cı il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş X2 İddiaçı yanında saxlanması , uşağın saxlanması üçün hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0,5 misli həddində sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Tərəflərin birgə nikahından doğulan uşaq «Mədəcikarası çəpərin qüsuru, arterial axacağın açıq qalması» diaqnozu ilə müalicə olunur, həmin xəstəlikdən əziyyət çəkir. Uşağın orqanizminin 61-80 faiz funksiyalarının pozulmasına görə əlilliyi müəyyən edilmiş və uşaq 370 manat müavinat alır. Uşaq əməliyyat olunmuşdur və hazırda da müalicəsi davam edir. İddiaçı uşağın müalicəsi üçün cavabdehdən əlavə xərc tələb edir. Cavabdeh uşağın müalicəsində iştirak etmir. Məhkəmə iclasında mütəxəssis iştirak etmiş, uşağın vəziyyəti və davam edəcək müalicəsi ilə bağlı çəkilən xərclərlə münasibət bildirmişdir. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3-ci maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Tibbi sığorta haqqında Azərbaycan Respublikasının Qanunu: 1-1.3. İcbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsi olmaqla, sığorta hadisəsi zamanı sığortaolunanlara icbari tibbi sığortanın maliyyə mənbələri hesabına və xidmətlər zərfi çərçivəsində sığortaolunanların tibbi yardım almasını, habelə onların dərman və tibb vasitələrindən istifadə etməsini təmin edir. “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 yanvar 2020-ci il tarixli 5 saylı qərarına əsasən: 3.1. Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər təcili və təxirəsalınmaz tibbi yardım, ilkin tibbi-sanitariya yardımı, ixtisaslaşdırılmış ambulator yardım, stasionar tibbi yardım növlərini əhatə edir. 3.2. Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tibbi xidmətlərin tarifləri bu Sənədin əlavəsinə uyğun olaraq müəyyən edilir. 2.6.422 35.53 Mədəcikarası çəpər defektinin protezlə bərpası, açıq texnika *1.*2.*3.**4.*5.*6 4000, 2.6.424 35.55 Mədəcikarası çəpər defektinin protezlə bərpası, qapalı texnika *1.*2.*3.**4.*5.*6 10500, 2.6.427 35.62 Mədəcikarası çəpər defektinin toxuma qrefti ilə bərpası *1.*2.*3.**4.*5.*6 4000, 2.6.693 48.81 Perirektal toxumanın kəsilməsi (Rektovaginal çəpərin kəsilməsi) *1.*2.*3.*4.*5.*6 300 2.7.1.9 İ23.1 Qulaqcıqlararası arakəsmənin qüsuru-kəskin miokard infarktının cari ağırlaşması kimi *2.*3.*4.*5.*6 936 2.7.1.10 İ23.2 Mədəciklərarası arakəsmənin qüsuru - kəskin miokard infarktının cari ağırlaşması kimi *2.*3.*4.*5.*6 936 tibbi xidmətlərin siyahısı və tibbi xidmətlərin tarifləri göstərilmişdir. Azərbaycan Respublikasının “Uşaq Hüquqları” haqqında Qanunu: Maddə 3. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəratində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. “Uşaq hüquqları haqqında” Konvensiya: Maddə 3. Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunu 9.1-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu 3.4. Mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəmədən əvvəl mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya bu Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olunması məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Məhkəmənin mövqeyi: İddiaçı Cavabdeh ilə xx.xx.2023-cü il tarixdə rəsmi nikah qeydi etdirməklə ailə həyatı qurmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 17 fevral 2026-cı il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş X2 İddiaçı yanında saxlanması, uşağın saxlanması üçün hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0,5 misli həddində sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Tərəflərin birgə nikahından doğulan uşaq «Mədəcikarası çəpərin qüsuru, arterial axacağın açıq qalması» diaqnozu ilə müalicə olunur, həmin xəstəlikdən əziyyət çəkir. Uşağın orqanizminin 61-80 faiz funksiyalarının pozulmasına görə əlilliyi müəyyən edilmiş və uşaq 370 manat müavinat alır. Uşaq əməliyyat olunmuşdur və hazırda da müalicəsi davam edir. İddiaçı uşağın müalicəsi üçün cavabdehdən əlavə xərc tələb edir. Cavabdeh uşağın müalicəsində iştirak etmir. Məhkəmə iclasında uşaq kardioloqu iştirak etmiş, uşağın vəziyyəti və davam edəcək müalicəsi ilə bağlı çəkilən xərclərlə münasibət bildirmişdir. Məhkəmə iclasında iştirak edən uşaq kardioloqunun izahatına görə uşağa hazırki vəziyyəti və müalicəsi ilə bağlı 370 manat pensiya təyin edilmiş və bu məbləğ də onun müalicəsinin böyük qismini əhatə edir. Bununla yanaşı iddiaçı uşağı müayinə və müalicə üçün digər klinikalarda ödənişli olan kardiocərrah qəbuluna aparır. Eyni zamanda o göstərmişdir ki, «Mədəcikarası çəpərin qüsuru, arterial axacağın açıq qalması» diaqnozu üzrə müayinə, müalicə, əməliyyat xərcləri icbari tibbi sığortanın xidmətlər zərfinə daxildir. Bununla belə bu xəstəlikdən əziyyət çəkən uşaqlar tez-tez xəstələnir, onların müalicəsi üçün dərman vasitələri lazım olur. Qeyd olunan və xəstəliyin müalicəsi üçün tələb olunan dərman vasitələri dövlət tərəfindən qarşılanmır. İş materialına əlavə edilmiş ödəniş qəbzləri həkim qəbulu və müayinəsi üçün 60 manat məbləğində pul ödənildiyi müəyyən olunur. Dövlət tərəfindən uşağa aylıq 370 manat müavinat təyin edilmişdir. Eyni zamanda uşağın əziyyət çəkdiyi «Mədəcikarası çəpərin qüsuru, arterial axacağın açıq qalması» diaqnozu üzrə müayinə, müalicə, əməliyyat xərcləri icbari tibbi sığortanın xidmətlər zərfinə daxildir, yəni göstərilən xərclər dövlət tərəfindən qarşılanır. Bununla yanaşı məhkəmə qətnaməsi ilə uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə mimumum əməkhaqqının 0,5 (2026-cı ilə görə 200 manat) misli həddində aliment tutulması qət edilmişdir. Beləliklə göstərilənlər nəzərə alınaraq iddia qismən təmin edilməli, xx.xx.2025-ci il təvəllüdlü X2 müalicəsi üçün Cavabdeh hər ay 60 manat sabit pul məbləğində əlavə xərc tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. İddia qismən təmin edildiyindən iddiaçının ödəməkdən azad edildiyi 50 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il təvəllüdlü X2 müalicəsi üçün Cavabdeh hər ay 60 (altmış) manat sabit pul məbləğində əlavə xərc tutularaq İddiaçı ödənilsin. İddianın təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumunun əvəzi 50 (əlli) manat Cavabdeh tutulub dövlət büdcəsinə keçirilsin İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №2(051)-1990/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1990/2025
25.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver