Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Mingəçevir şəhəri İş № 2(051)-2062/2021 07.10.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Kərimova Məhburə Kərim qızı, kreditor "xxxx" MMC-nin Borclu qarşı borcun ödənilməsi ilə bağlı məhkəmə əmrinin verilməsi barədə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Kreditor "xxxx" MMC Borclu qarşı 673.08 manat məbləğində borcun və 20 manat məbləğində dövlət rusumun, cəmi 693.08 manat məbləğində pul vəsaitinin alınaraq "xxxx" MMC-nin hesabına ödənilməsi barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Məhkəmə əmrinin verilməsi barədə ərizəsindən və ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, kreditor "xxxx" MMC Borclu arasında bağlanmış 11.11.2020-ci il tarixli ******* №li alqı-satqı müqaviləsinə əsasən borcluya 898.08 manat məbləğində “Samsung” markalı paltar yuyan maşın satılmışdır. Həmin avadanlığa görə borclu 184 manat ilkin ödəniş etmiş, qalan 673.08 manatı 12 ay müddətinə hər ay 74.84 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu qismən ödəniş etdikdən sonra ödəniş etməmiş, borcu yaranmışdır. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tələb üzrə məhkəmə əmri verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, xidmətlər göstərməli və sair hərəkətləri yerinə yetirməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 276.2.2-ci maddəsində məhkəmə əmri verilməsinin konkret əsasları sırasında həm də tələbin sadə yazılı əqdə əsaslandığı hallar da göstərilmişdir. Tələb sadə yazılı formada bağlanmış əqdə əsaslandığından həmin üzrə məhkəmə əmrinin verilməsi mümkündür. Ərizəyə əlavə olunmuş sənədlərlə kreditor "xxxx" MMC-nin tələbinin aşkar olduğu və həmin tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən hesab edirəm ki, "xxxx" MMC məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 20 manat məbləğində pul vəsaiti də borcludan kreditorun xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq Ə M R E T D İ M: xx.xx.1966-cı ildə Şəki rayonu Kiçik Dəhnə kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu 673.08 (altı yüz yetmiş üç manat səkkiz qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 20 (iyirmi) manat, cəmi 693.08 (altı yüz doxsan üç manat səkkiz qəpik) manat məbləğində pul vəsaiti alınaraq kreditor "xxxx" MMC-ə ödənilsin. Borclu məhkəmə əmrini aldığı vaxtdan 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. HAKİM MƏHBURƏ KƏRİMOVA
Məhkəmə qərarları › İş №2(051)-2062/2021
Mingəçevir Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №2(051)-2062/2021
07.10.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver