Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-2092/2022 28.09.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlu, Məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı övladlarından aliment tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq Müəyyən etdim: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı övladlarından aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.6-cı maddəsində göstərilir ki, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Məcəllənin 149.2.4-1-ci maddəsinə əsasən Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumatlar əlavə edilməlidir. Həmin Məcəllənin 150.0.8-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilməlidir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər nəzərdən keçirildikdə müəyyən edildi ki, iddia ərizəsinin forma və məzmununa riayət edilməmiş, həmçinin mediasiya prosesində iştirakı təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Belə ki, hazırda qüvvədə olan qanunvericiliyin tələbinə əsasən ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunsa da, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı övladlarından aliment tələbinə dair iddia ərizəsində mediasiya prosesində iştiraka dair məlumatları göstərməmiş, həmçinin, iddia ərizəsinə mediasiya prosesində iştirakı təsdiq edən sənədi əlavə etməmişdir. Göründüyü kimi, iddia ərizəsi Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinin və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət edilmədən verildiyindən onun məhkəmə icraatı mümkün deyildir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1 və 152.1.6-1-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən İddiaçı ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmçinin, iddiaçıya izah olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq Qərara aldım: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı övladlarından aliment tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İzah olunsun ki, Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Mingəçevir şəhər məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: imza var Ələkbər Hüseynov Düzdür: Məhkəmənin hakimi: Ələkbər Hüseynov Mingəçevir şəhəri Xətai Küçəsi ev 20, mənzil 60 X9 Mingəçevir şəhər məhkəməsinin 28 fevral 2020-ci il tarixli, 2 (051)-691 saylı qərardadın surəti Sizə göndərilir. Qoşma: qərardadın surəti, ərizəniz və ona əlavə olunmuş sənədlər - cəmi “ ” vərəqədə. Mingəçevir şəhər məhkəməsinin hakimi: Ələkbər Hüseynov Mingəçevir şəhəri Xətai Küçəsi ev 20, mənzil 60 X9 Mingəçevir şəhər məhkəməsinin 28 fevral 2020-ci il tarixli, 2 (051)-691 saylı qərardadın surəti Sizə göndərilir. Qoşma: qərardadın surəti, ərizəniz və ona əlavə olunmuş sənədlər - cəmi “ ” vərəqədə. Mingəçevir şəhər məhkəməsinin hakimi: Ələkbər Hüseynov İş № 2 (051)-691/2020 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU 28 fevral 2020-ci il Mingəçevir şəhəri Mingəçevir şəhər məhkəməsi Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlu, Məhkəmə iclas katibi X5, İddiaçı X3 cavabdehlər X6, X1, X4 qarşı uşağın doğulmadan məhv edilməsinə görə vurulmuş mənəvi ziyanı tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxılır. İclas saat 15:00-da başlanır. Sədrlik edən məhkəmə iclasını açır və iddiaçı X3 cavabdehlər X6, X1, X4 qarşı uşağın doğulmadan məhv edilməsinə görə vurulmuş mənəvi ziyanı tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxılacağını elan edir. Sədrlik edən iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirir. Sədrlik edən müşavirə otağına gedir. Sədrlik edən müşavirə otağından qayıdır. Sədrlik edən Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin geri qaytarılması haqqında qərardadı oxuyub elan edir. Sədrlik edən məhkəmə iclasını saat 15:15-də bağlı elan edir. Protokol xx.xx.2020-ci il tarixdə tərtib edildi. Sədrlik edən: Katib: İş № 2(051)-691/2020 Dövlət rüsumunun qaytarılması haqqında Qərardad 04 iyun 2020-ci il Mingəçevir şəhəri Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlu, İddiaçı X3 cavabdehlər X6, X1, X4 qarşı uşağın doğulmadan məhv edilməsinə görə vurulmuş mənəvi ziyanı tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı X9 cavabdehlər X6, X1, X4 qarşı uşağın doğulmadan məhv edilməsinə görə vurulmuş mənəvi ziyanı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mingəçevir şəhər məhkəməsinin 28 fevral 2020-ci il tarixli qərardadına iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarıl. Bundan sonra X9 ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğdə pulun qaytarılmasını xahiş etmişdir. Aşağıdakılara əsasən hesab edirəm ki, dövlət rüsumu X7 qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 114, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: Ödənilmiş dövlət rüsumu olan 30 manat məbləğdə pul iddiaçı X7 qaytarılsın. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsinə şikayət verilə bilər. Mingəçevir şəhər məhkəməsinin hakimi: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-2092/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-2092/2022
28.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver