Məhkəmə qərarları › İş №2(051)-2100/2021

Mingəçevir Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №2(051)-2100/2021

13.10.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Mingəçevir şəhəri İş № 2(051)-2100/2021 13.10.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ S urət Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi ilə Kreditor "xxxx" MMC-in borclu X2 qarşı “məhkəmə əmrinin çıxarılmasına” dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə, müəyyən etdi: Kreditor "xxxx" MMC Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, borclu X3 "xxxx" MMC-in xeyrinə 1648 manat məbləğində əsas borcu və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, "xxxx" MMC borclu X3 arasında bağlanmış 13.02.2020-ci tarixli alqı-satqı müqaviləsinə əsasən Borcluya 9 ay müddətinə ümumi dəyəri 2398 manat məbləğində olan 2 ədəd “Samsung SM-A805” markalı mobil telefon nisyə satılmışdır. Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş "Ödəniş cədəvli”nin şərtlərinə borclu tərəfindən əməl edilməmiş, o, kreditin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada, icra etməmiş və nəticədə onun kreditor qarşısında öhdəliyi yaranmışdır. Borcluya dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o öhdəliyini yerinə yetirməmişdir. Nəticədə borclunun kreditora 1648 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci (borclunun icranı gecikdirməsi) maddəsinə əsasən öhdəliyin, onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin məcəllənin 442-ci (öhdəliyin icra edilməməsi) maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin məcəllənin 385-ci maddəsinə əsasən bir şəxs (borclu), başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. AR MPM-in 276.1-ci maddəsinə görə kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Məhkəmə AR MPM-in 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslandığından həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq məhkəmə, əmr etdi: xx.xx.1992-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Mingəçevir şəhəri, H.Əliyev prospekti, ev 76, mənzil 6 ünvanında qeydiyyatda olan və yaşayan X1 1648 (min altı yüz qırx səkkiz) manat əsas borc və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1668 (bir min altı yüz altmış səkkiz) manat məbləğində pul alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Borclu məhkəmə əmrini aldıqdan 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar