Məhkəmə qərarları › İş №2(051)-2141/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2141/2022

02.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2141/2022 02.12.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı nümayəndəsi,Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi : İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi,Vəkil iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı Cavabdeh ilə nikahlarını 27 aprel 2013-cü ildə rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından 17 aprel 2014-cü il təvvəlüdlü Xədicə və 11 iyul 2016-cı il təvəllüdlü Lətif adlı iki nəfər uşaqları olmuşdur. Nikahlarının ilk dövründə tərəflər arasında ailə münasibətləri normal olmuş, mehriban yaşamışlar. Lakin bir müddət sonra tərəflər arasında ailə münasibtləri pozulmuşdur. Buna səbəb xasiyyətlərinin uyğun gəlməməsidir. Mingəçevir şəhər məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli qətnaməsinə əsasən iddiaçıdan hər ay hər uşağa 200 manat, cəmi 400 manat aliment tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Həmin vaxt iddiaçı işləyirdi və əmək haqqı alırdı. Ona görə də müəyyən edilmiş alimenti ödəməyə maddi imkanı var idi. Hazırda iddiaçı heç bir yerdə işləmir. İddiaçının maddi vəziyyəti xeyli aşağı düşmüşdü, alimenti ödəyə bilmir. İddianın təmin olunmasını, Mingəçevir şəhər məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı azaldılaraq hər ay hər uşağa 150 manat, cəmi 300 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin onun etibarnamə üzrə nümayəndəsi X3 məhkəməyə ərizə göndərərək cavabdehin iştirakı olmadan işə baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə edilmiş Mingəçevir şəhər məhkəməsinin 2(051-2461/2018 saylı, 27 sentyabr 2018ci il tarixli qətnamənin surətindən görünür ki, İddiaçı 17 aprel 2014-cü il təvvəlüdlü Xədicə və 11 iyul 2016-cı il təvəllüdlü Lətif adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hə ay hər uşağa 200 manat cəmi 400 manat alimentin tutulub Cavabdeh verilməsi qət edilmişdir. İşə əlavə olunmuş nikah haqqında şəhadətnamədən görünür ki, tərəflərin nikahı 27 aprel 2013-cü ildə Mingəçevir şəhəri Nikah evində 128 №-ilə qeydiyyata alınmışdır. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 17 aprel 2014-cü il təvvəlüdlü X4 və 11 iyul 2016-cı il təvəllüdlü X2 atası İddiaçı, anası Cavabdehdır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsində göstərili ki, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Məhkəmə tərəfindən aliment müəyyən edildikdən sonra iddiaçının maddi vəziyyətində dəyişiklik olmasını, işləməməsini, müəyyən edilmiş alimenti ödəməyə maddi imkanı olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Mingəçevir şəhər məhkəməsinin 2(050)-2461/2018 №-li 27 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə 17 aprel 2014-cü il təvəllüdlü Xədicə və 11 iyul 2016-cı il təvəllüdlü Lətif adlı uşaqların saxlanması üçün hər uşağa müəyyən edilmiş 200 manat, cəmi 400 manat aliment azaldılaraq hər uşaq üçün 150 manat, cəmi 300 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin olunsun. Mingəçevir şəhər məhkəməsinin 2(051)-2461/2018 №-li 27 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment azaldılsın. 17 aprel 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 150(bir yüz əlli) manat , 11 iyul 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 150(bir yüz əlli) manat, cəmi 300(üç yüz) manat miqdarında aliment hər ay İddiaçı tutulub Cavabdeh verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar