Məhkəmə qərarları › İş №2(051)-217/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-217/2022

07.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-217/2022 07.01.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakı ilə, iddiaçı: İddiaçı Cavabdeh qarşı «sabit pul məbləğində aliment» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 02 aprel 2016-cı il təvəllüdlü X2 və 22 dekabr 2017-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa sabit pul məbləğində 200 manat məbləğdə alimentinin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında izahatında göstərmişdir ki, iddiaçı Cavabdehla 09 yanvar 2016-cı ildə Mingəçevir şəhər Qeydiyyat Şöbəsində rəsmləşdirilməklə ailə qurmuşlar. Birgə evlilikdən tərəflərin 2 uşaqları olmuşdur. 02 aprel 2016-cı il təvəllüdlü X4 və 22 dekabr 2017-ci il təvəllüdlü X5. Mingəçevir şəhər məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli 2019-cu il tarixli, 2(051)- 2049/19 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh ilə İddiaçı arasındakı nikah pozulmuş və birgə nikahdan doğulmuş 02 aprel 2016-cı il təvəllüdlü X4 və 22 dekabr 2017-ci il X5 ataları Cavabdeh yanında qalması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 fevral 2021-ci il tarixli, 2(107)- 98/21 saylı qətnaməsi ilə verdiyi apellyasiya şikayəti qismən təmin olunmuş, Mingəçevir şəhər məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli 2(051)- 2049/2019 saylı qətnaməsi qismən birgə nikahdan doğulmuş 02 aprel 2016-cı il təvəllüdlü X2 və 22 dekabr 2017-ci il təvəllüdlü X3 ataları Cavabdeh yanında qalmaları müəyyən edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək iddiaçı Cavabdeh Muradova(əliyeva) Rəvanə İlyas qızna qarşı iddiasının 02 aprel 2016-cı il təvəllüdlü X2 və 22 dekabr 2017-ci il təvəllüdlü X3 onun yanında qalmalarına dair hissəsi təmin edilməmiş, tərəflərin birgə nikahdan doğulmuş 02 aprel 2016-cı il təvəllüdlü X2 və 22 dekabr 2017-ci il təvəllüdlü X3 İddiaçı yanımda qalmaları müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 iyun 2021-ci il tarixli qətnaməsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 fevral 2021-ci il tarixli, 2(107)- 98/21 saylı qətnaməsi dəyişdirilmiş, qətnaməyə 02 aprel 2016-cı il təvəllüdlü X2 və 22 dekabr 2017-ci il təvəllüdlü X3 Cavabdeh alınaraq İddiaçı verilməsi barədə dəyişiklik əlavə edilmişdir. Qətnamə 06 sentyabr 2021-ci il tarixdə icra olunmuş və hazırda uşaqlar İddiaçı yanandadırlar. Hazırki müddətə qədər uşaqların doğum haqqında şəhadətnamələrini ona vermədiyindən həmin sənədlərin əldə edilməsi ilə bağlı çətinliyi olmuşdur. Hazırki müddətə qədər borclu uşağın saxlanması üçün aliment ödəmir və İddiaçı uşaqlara baxmaqda çətinlik çəkir. Ona görə də, Cavabdeh 02 aprel 2016-cı il təvəllüdlü X2 və 22 dekabr 2017ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa sabit pul məbləğində 200 manat məbləğdə alimentinin tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahatında göstərmişdir ki, iddiaçı ilə 09 yanvar 2016-cı ildə Mingəçevir şəhər Qeydiyyat Şöbəsində rəsmləşdirilməklə ailə qurmuşlar. Birgə evlilikdən tərəflərin 2 uşaqları olmuşdur. 02 aprel 2016-cı il təvəllüdlü X4 və 22 dekabr 2017-ci il təvəllüdlü X5 adlı uşaqları olmuşdur. Hər ay 110 manat pensiya alır. Özü hazırda heç bir yerdə işləmir. Hal-hazırda krayədə yaşayır. İddiaçının tələb etdiyi miqdarda aliment ödəməyə maddi imkanı yoxdur. Hər ay hər uşağa 50 manat aliment ödəyə bilər. Ona görə də izahatında qeyd olunanların nəzərə alınmasını xahiş dir. İşə əlavə olunan doğum haqqında arayışdan görünür ki, tərəflərin 02.04.2016-cı il təvəllüdlü X4 və 22.12.2017-ci il təvəllüdlü X6 adlı uşaqları olmuşdur. İşə əlavə olunmuş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh Muradova Rəvanə İlyas qızı ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2019-cu ilin noyabr ayının 13 günündə 169 № ilə qeyd edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)4273/2021 saylı 22.06.2021-ci il tarixli qərarından görünür ki, iddiaçı Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, cavabdeh Muradova Rəvanə İlyas qızının kassasiya şikayəti təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-98/2021 nömrəli 22 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmiş, qətnaməyə 02 aprel 2016-cı il təvəllüdlü X4 və 22 dekabr 2017-ci il təvəllüdlü X3 Cavabdeh alınaraq anaları Muradova(Əliyeva) Rəvanə İlyas qızına verilməsi barədə dəyişikliklər əlaə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlər üçün analoji vəzifə Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə də müəyyən olunmuşdur. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsas kimi istinad etdiyi halları sübut etməlidir. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə əsasən, sabit pul məbləğinin miqdarı tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq hüquqları haqqında» qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Məhkəmə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçı uşağın yetkinlik yaşına çatana kimi aliment tələbində də haqlıdır. Lakin iddiaçının tələb etdiyi miqdarda aliment tutulması üçün cavabdehin kifayət qədər gəlirə malik olması sübuta yetirilmədi. Ona görə də Cavabdeh Məhəmməd və Zəhra adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 120 manat, cəmi 240 manat miqdarında aliment alınıb İddiaçı qızına verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı alimentin məhkəməyə müraciət olunduğu vaxtdan tutulması barədə tələb irəli sürməmişdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, iddiaçı 18.11.2021-ci il tarixdə aliment tutulması ilə bağlı məhkəməyə müraciət etdiyinə görə qətnamədə alimentin iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan tutulub ödənilməsi göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3 və 119.2-ci maddələrinə əsasən cavabdehdən 30 manat məbləğində dövlət rüsumu alınıb dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nın 234.2.1-ci maddəsinə əsasən aliment alınması haqqında qətnamə dərhal icra olunur. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 02.04.2016-cı il təvəllüdlü X4 və 22.12.2017-ci il təvəllüdlü X6 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 120 manat, cəmi 240 manat məbləğində aliment tutulub İddiaçı verilsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu alınıb dövlət büdcəsinə keçirilsin. Alimentin tutulmasına 18.11.2021-ci ildən başlansın. Alimentin ödənilməsi dərhal icra olunsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar