Məhkəmə qərarları › İş №2(051)-2298/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2298/2025

25.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2298/2025 25.02.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(051)-375/2025 saylı qərardadı ilə xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,92 misli həddində sabit pul məbləğində müəyyən olunmuş aliment məbləğinin indeksasiyası azaldılaraq, minimum əmək haqqının 0,64 misli həddində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Bu rəsmi nikahdan xx.xx.2011-ci il təvəllüdlü X4 dünyaya gəlmişdir. Mingəçevir Şəhər Məhkəməsinin qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Boşanmadan sonra Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-625/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü X2 cavabdehin himayəsində qalması və yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 120 manat olmaqla sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Cavabdehin ərizəsi üzrə Mingəçevir Şəhər Məhkəməsinin 8(051)- 375/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün müyyən olunmuş minumum əmək haqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,48 misli həddində indeksasiya edilməsi və xx.xx.2025-ci il tarixdən başlayaraq borclu olan ondan sabit pul məbləğində aliment alınıb tələbkar Cavabdeh verilməsi qət edilmişdir. Ərizəçi Cavabdeh şikayət verərək Mingəçevir Şəhər Məhkəməsinin 8(051)-375/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsi və yeni qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh şikayəti onunla əsaslandırmışdır ki, məhkəməyə həmin məhkəmənin 2(051 )-625/2019 saylı qətnaməsi üzrə alimentin indeksasiya olunması tələbi ilə müraciət edərək ərizə tələbi təmin olunsa da texniki bir neçə səhvə yol verilərək onun alimentinin indeksasiya səhv hesablanmışdır. Mingəçevir Şəhər Məhkəməsinin 8(051)-375/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilmiş və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün əvəllər Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-625/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təyin edilmiş 120 manat məbləğində alimentin miqdarı, həmin təqvim ili üzrə müəyyən edilmiş minimum əmək haqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,92 misli həddində indeksasiya edilməsi və 28.08,2025-ci il tarixdən İddiaçı alınıb tələbkar Cavabdeh verilməsi qət edilmişdir. Lakin maddi vəziyyəti yaxşı deyil. Bu aliment miqdarını ödəməyə imkanı yoxdur. Özü heç bir yerdə işləmir və əlavə qazanc yeri yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi X5 məhkəmə iclasında izahatında bildirdi ki, indeksasiya edilmiş aliment məbləğinin 0,64 misli həddinə azaldılmasına etirazı yoxdur. İş materialları : Mingəçevir regional “Asan xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş 3- 16-5/8-69-1269/2025 saylı, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.2011-ci il tarixində Mingəçevir şəhərində doğulmuş X3 atası - İddiaçı, anası - Abdullayeva (Əhmədova) Aygün İntiqam qızıdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(051)-375/2019 saylı qərardadından görünür ki, xx.xx.2011-ci il təvəllüdlü Yusif adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-625/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təyin olunmuş 120 manat məbləğində aliment miqdarı, həmin təqvim ili üzrə müəyyən edilmiş mininmum əmək haqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,92 misli həddində indeksasiya edilməsi və xx.xx.2025-ci il tarixdən başlayaraq borclu İddiaçı sabit pul məbləğində aliment alınıb tələbkar Cavabdeh verilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli, ******* №li yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Mediasiya Şurası” Mingəçevir 1 saylı Mediasiya təşkilatının xx.xx.2025-ci il tarixli MŞM/MT031/2025-00527 nömrəli “İlkin Mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmiş, lakin Cavabdeh iştirak etməmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən çıxarılmış xx.xx.2026-ci il tarixli arayışdan görünür ki, İddiaçı X10 Məşğulluq filialında işsiz statusunda qeydiyyatdadır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2026-cı il tarixli Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Cavabdeh xx.xx.2011-ci il tarixdən müddətsiz olaraq üçüncü dərəcəli əlildir. İşin faktiki halı : İddiaçı Cavabdeh ilə rəsmi nikaha girməklə ailə qurmuşlar. Rəsmi nikahdan xx.xx.2011-ci il təvəllüdlü Yusif adlı uşaqları doğulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(051)-375/2025 saylı qərardadı ilə aliment indeksasiya olunaraq iddiaçıdan hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,92 misli həddində tutulması qərara alınmışdır. İddiaçı işləmir, X10 Məşğulluq filialında işsiz statusunda qeydiyyatdadır. İddiaçı cavabdehə ödədiyi alimentin 0,64 misli həddinə azaldılmasını xahiş edir. Cavabdehin nümayəndəsi alimentin indeksasiyasının 0,64 misli həddinə azaldılmasına etiraz etməmişdir. Tətbiq edilən hüquq : Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016cı il tarixli Qərarı Bənd 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bənd 13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa görə 2025-ci ildə uşaqlar üçün yaşayış minimumu 246 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin mövqeyi: Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-625/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü Yusif adlı uşağın yetkinlik yaşına çatanadək atadan (hazırki iddia üzrə iddiaçıdan) 120 manat aliment alınaraq anaya (hazırki iddia üzrə cavabdehə) ödənilməsi qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə alimentin indeksasiya tələbi ilə bağlı ərizə təmin edilərək xx.xx.2011ci il təvəllüdlü Yusif adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-625/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təyin edilmiş 120 manat məbləğində alimentin miqdarı, həmin təqvim ili üzrə minimum əmək haqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,92 misli həddində indeksasiya edilməsi və xx.xx.2025ci il tarixdən başlayaraq borclu İddiaçı sabit pul məbləğində aliment alınıb tələbkar Cavabdeh verilməsi qərara alınmışdır. İddiaçı işsizdir, X10 Məşğulluq filialında işsiz statusunda qeydiyyatdadır. Həmçinin, Cavabdeh nümayəndəsi İddiaçı tutulan alimentin 0,64 misli həddinə azaldılmasına etiraz etmədiyini bildirmişdir. Uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını, uşağın ananın himayəsində olmasını, onun qayğısının çəkilməsinin ananın üzərinə düşməsini, uşağın 15 yaşı olmasını, 2025-ci il üçün yaşayış minimum məbləğinin ölkə üzrə uşaqlara görə 246 manat müəyyən olunmasını, uşağın xərclərinin ölkə üzrə uşaqlara görə müəyyən olunmuş yaşayış minimumundan yüksək olmasını, iddiaçının işsiz olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment azaldılaraq hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində sabit pul məbləğində indeksasiya olunmalıdır. Beləliklə iddia təmin edilməli, İddiaçı Cavabdeh xeyrinə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(051)-375/2025 saylı qərardadı ilə tutulan alimentin indeksasiyası dəyişdirilməli, xx.xx.2011-ci il təvəllüdlü Yusif adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilməlidir. Dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(051)-375/2025 saylı qərardadı ilə indeksasiya edilmiş alimentin miqdarı dəyişdirilsin. xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində sabit pul məbləğində aliment İddiaçı tutularaq Cavabdeh ödənilsin. Dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar