Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2300/2025 19.01.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynli Tural Mirbahəddin oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi - Vəkil iştirakı ilə İddiaçı Cavabdeh Müzəffər qızına qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı Cavabdeh Müzəffər qızına qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, onun, yəni İddiaçı Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(051)-316/2025 saylı qərardadı ilə xx.xx.2013-cü il təvəllüdlü X4 adlı uşağının yetkinlik yaşına çatana kimi saxlanılması üçün təyin edilmiş alimentin miqdarının minimum əmək haqqının 1 misli həddində edilmiş indeksasiyanın aşağı salınaraq, 0.55 misli həddində sabit pul məbləğində alimentin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025ci il tarixli 8(051)-316/2025 saylı qərardadına əsasən az yaşlı uşağının yetkinlik yaşına çatana kimi saxlanılması üçün təyin edilmiş alimentin miqdarı minimum əmək haqqının 1 misli həddində indeksasiya edilmişdir. Lakin, o, bununla qəti olaraq razı deyil. Qeyd olunan qərar icraya yönəldilmiş, lakin aliment məbləği müəyyən edilərkən onun faktiki maliyyə və sosial vəziyyəti nəzərə alınmamışdır. Belə ki, səhhəti ilə əlaqədar iş qabiliyyəti olmadığına görə işləmir, iki dəfə ürək əməliyyatı olmuş, eləcə də sağ əlinin orta 3 barmağı zədələndiyinə görə işləmir. Bundan əlavə, yenidən ailə həyatı qurmuş və xx.xx.2022-ci il təvəllüdlü Tərlan adlı uşağı vardır. 400 manat məbləğində alimenti ödəməyə onun maddi imkanı yoxdur. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi, Vəkil məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Bununla belə, iddiaçı iki dəfə ürək əməliyyatı olmuş və yenidən ailə həyatı qurmuşdur. Belə ki, onun tələb olunan məbləği ödəmək üçün kifayət qədər vəsaiti yoxdur. Odur ki, izahatında göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Müzəffər qızına məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(051)-316/2025 saylı qərardadına əsasən, xx.xx.2013-cü il təvəllüdlü X4 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1 misli həddində indeksasiya edilməsi və xx.xx.2025-ci il tarixdən başlayaraq borclu İddiaçı sabit pul məbləğində aliment alınıb tələbkar Cavabdeh Müzəffər qızına verilməsi qərara alınmışdır. İşdə olan “Ege Hospital” tərəfindən verilmiş epikrizdən görünür ki, xx.xx.1987-ci il tarixdə doğulmuş İddiaçı qeyri-stabil stenekordiya, arterial hipertenziya İİİ mərhələdə olma diaqnozu qoyulmuş, bundan əlavə 100% anteqrat axınla ürəyinə stent qoyulmuşdur. İşdə olan xx.xx.2026-cı il tarixli Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumatlara əsasən, Cavabdeh Müzəffər qızı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində əyirici, operator vəzifəsində çalışır və 480 manat məbləğində əmək haqqı alır. İşdə olan “nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı ilə X6 arasında olan nikah 15 dekabr 2021-ci il tarixdə 1 saylı Bakı “Asan Xidmət” X3 bağlanmış və 3006 № ilə qeyd edilmişdir. İşdə olan “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə doğulmuş X2 atası İddiaçı, anası X5r. Məhkəmənin gəldiyi nəticə: Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1–ci maddəsinə əsasən uşağın maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Həmin Məcəllənin 76.1 və 76.1.1-ci maddələrində göstərilmişdir ki, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2–ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumunun məbləği uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2016–cı il 28 mart tarixli, 8–2/2016 №–li Qərarının 8.14–cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Həmin Qərarın 8.4-1-ci maddəsinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 233.4–cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsindən müəyyən etmişdir ki, tərəflərin birgə nikahından xx.xx.2013-cü il təvəllüdlü X4 adlı uşaqları doğulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1088/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə uşağın saxlanması üçün 130 manat məbləğində aliment təyin edilmişdir. Cavabdeh Kərimli X1 Şəhər Məhkəməsinə müraciət edərək, qeyd olunan aliment məbləğinin indeksasiya olunmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(051)-316/2025 saylı qərardadına əsasən xx.xx.2013-cü il təvəllüdlü X4 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1088/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təyin edilmiş 130 manat məbləğində alimentin miqdarı, həmin təqvim ili üzrə müəyyən edilmiş minimum əmək haqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1 misli həddində indeksasiya edilməsi və xx.xx.2025-ci il tarixdən başlayaraq borclu İddiaçı sabit pul məbləğində aliment alınıb tələbkar Cavabdeh Müzəffər qızına verilməsi qərara alınmışdır. İddiaçı hazırda özünün səhhətində problem olduğunu və himayəsində ikinci nikahından azyaşlı uşağının olduğunu bildirmişdir. Əgər o, Ramal adlı uşağına hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1 misli həddində aliment ödəsə, ailəsinə baxa bilməyəcəyinə və maddi vəziyyətinin aşağı olmasına istinad edərək indeksasiya olunmuş alimentin məbləğinin (mislinin) azaldılmasına dair iddia irəli sürmüşdür. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, Ailə Məcəlləsinin 112.1–ci maddəsi alimentin miqdarının artırılmasını (azaldılmasını) tərəflərin maddi və ya ailə vəziyyətində dəyişikliyin baş verməsi ilə bağladığından, hazırkı iddia tələbi üzrə alimentin miqdarının azaldılması üçün qanunda nəzərdə tutulmuş əsaslar mövcuddur. İş materiallarının əlaqəli təhlili məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, alimentin miqdarının dəyişdirilib yaşayış minimumu həddi daxilində sabit pul məbləğində müəyyən edilməsi tərəflərin real vəziyyətinə uyğun gəlir. Nəzərə alsaq ki, 2025-ci il üçün yaşayış minimumunun məbləği uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmiş, uşaqların saxlanması üçün Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1088/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təyin edilmiş bir uşağa görə 130 manat məbləğində tutulan alimentin, həmin təqvim ili üzrə müəyyən edilmiş minimum əmək haqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1 misli həddində indeksasiya edilməsi iddiaçının ailə, maddi və əmlak vəziyyətinə, eləcə də yuxarıda sadalanan qanunvericilik normalarının tələblərinə uyğun deyildir. Bu da onu deməyə əsas verir ki, aliment məbləğinin dəyişdirilməsi ilə bağlı iddia tələbi Ailə Məcəlləsinin 112.1–ci maddəsində göstərilən əsasları ehtiva edir. Məhkəmə hesab edir ki, iddiaçıdan hər ay sonrakı artımlar nəzərə alınmaqla, 2025-ci il üzrə minimum əmək haqqı məbləğinin 0,55 misli (400 x 0,55 = 220 manat) həddində sabit pul məbləğində alimentin tutulması uşağın qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Ona görə uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün aliment miqdarının iddiaçının tələb etdiyi məbləğdə müəyyən olunması işin müəyyən olunmuş hallarına əsasən uşağın mənafeyinə və digər diqqətəlayiq hallara uyğun hesab etmək olar. Belə ki, cavabdeh ürək nahiyəsindən tibbi əməliyyat keçirmiş və bu hal onun əmək qabiliyyətinin və maddi vəziyyətinin aşağı düşməsinə səbəb olmuşdur, həmçinin ikinci dəfə ailə qurmuş və həmin nikahdan da bir azyaşlı uşağı vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 216–220 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2013-cü il təvəllüdlü X4 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(051)-316/2025 saylı qərardadı ilə indeksasiya edilmiş alimentin miqdarı dəyişdirilərək, hər təqvim ili üzrə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində müəyyən edilsin və İddiaçı alınıb Cavabdeh Müzəffər qızına verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Tural Hüseynli
Məhkəmə qərarları › İş №2(051)-2300/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2300/2025
19.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver