Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2327/2023 14.12.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi İddiaçı: İddiaçı Cavabdeh nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment borcunu ödəməkdən azad etmə tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı aliment borcunu ödəməkdən azad etmə tələbinə dair məhkəmədə iddia qaldıraraq, onun həbsdə olduğu müddətdə yaranmış 2520 manat aliment borcunu ödəməkdən azad olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, Cavabdeh ilə 18 noyabr 2014-cü il tarixdə rəsmi nigaha daxil olaraq ailə qurmuşdur. Birgə nigahlarından xx.xx.2015-ci il təvəllüdlü Zəhra və xx.xx.2016-ci il təvəllüdlü Sabir adlı iki övladı vardır. Cavabdehin iddia tələbinə əsasən aralarındakı nikah Mingəçevir Şəhər Məhkəməsinin 2(051 )-1325/20216 saylı iş üzrə 17 oktyabr 2021 -ci il tarixli qətnaməsinə əsasən pozulmuş və iddiaçının xeyrinə uşaqlar yetkinlik yaşına çatanadək iki uşaq üçün hər ay 140 manat olmaqla, ondan aliment tutulması qət edilmişdir. Müəyyən səbəblərdən alimenti vaxtı-vaxtında ödəyə bilməmiş və tələbkara 3055 manat aliment borcu yaranmışdır. Həmin borcun müəyyən məbləği, yəni 2520 manatı üzürlü səbəbdən yaranmış, 535 manatı isə tələbkara ödənilmişdir. Belə ki, boşanmadan təxminən 3 ay sonra Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. O, həmin müddətdə AR ƏN Penitensiar Xidmətin İxtisaslaşmış müalicə müəssisəsində xx.xx.2022-ci il tarixdən cəza müddətini çəkmiş və 19 iyul 2023-cü il tarixdə cəza sonunun bitməsi ilə azad olunmuşdur. Hələlik heç bir yerdə işə düzələ bilməmişdir. Başqa heç bir gəlir yeri və qazancı yoxdur. Anasının yanında və onun maddi himayəsi altında yaşayır. Qeyd etdiyi kimi, o, heç bir yerdə işləmir. İşə götürənlər məhkumluğu ilə bağlı onun işə götürülməyinə etiraz edir, beləliklə işləmək və yaşamaq hüququ məhdudlaşdırırlar. Hazırda maddi təminatı çox aşağı səviyyədədir. Xəstə və ahıl yaşlı anası ilə birlikdə qalır. Həbsdə olarkən götürdüyü ağciyəri ilə bağlı müalicə və müayinələri davam etdirməlidir. Səhhəti getdikcə ağırlaşmağa doğru gedir. Tələb edilən aliment borcunun ödənilməsi onun maddi imkanları xaricindədir.. Əlavə gəlir gətirəsi əmlakı və iş sahələri yoxdur. Odur ki, onun həbsdə olduğu müddətdə yaranmış 2520 manat aliment borcunu ödəməkdən azad olunması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbi ilə razıdır, iddiaçının həbsdə olduğu müddətdə yaranmış 2520 manat aliment borcunun silinməsinə etiraz etmir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(051)–1325 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış rəsmi nikah qeydinin pozulması, uşaqların Cavabdeh yanında qalmaları və həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay hər uşağa 70 manat olmaqla, cəmi 140 manat məbləğində alimentin alınıb Cavabdeh verilməsi qət edilmişdir. İşdə olan AR ƏN Penitensiar Xidmətin İxtisaslaşmış müalicə müəssisəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən cəza müddətini çəkmiş və 19 iyul 2023-cü il tarixdə cəza sonunun bitməsi ilə azad olunmuşdur. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər 2014-cü ildə ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü Zəhra və xx.xx.2016-ci il təvəllüdlü Sabir adlı uşaqları doğulmuşdur. Tərəflər ailə münasibətlərinin pozulması zəmnində ayrılmışlar və məhkəmə qaydasında boşanmışlar. Həmçinin, həmin qətnamə ilə xx.xx.2015-ci il təvəllüdlü Zəhra və xx.xx.2016-ci il təvəllüdlü Sabir adlı uşaqların Cavabdeh yanında qalmaları və həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay hər uşağa 70 manat olmaqla, cəmi 140 manat məbləğində alimentin alınıb Cavabdeh verilməsi qət edilmişdir. Eləcə də, AR ƏN Penitensiar Xidmətin İxtisaslaşmış müalicə müəssisəsində xx.xx.2022-ci il tarixdən cəza müddətini çəkmiş və 19 iyul 2023-cü il tarixdə cəza sonunun bitməsi ilə azad olunmuşdur. Məhkəmə iş materiallarını hərtərəfli və obyektiv araşdırdıqdan sonra hesab edir ki, iddianın təmin edilməsi üçün əsaslar mövcuddur. Belə ki, iş materiallarından da görününür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(051)–1325 saylı qətnaməsi ilə İddiaçı hər ay hər uşağa 70 manat olmaqla, cəmi 140 manat məbləğində alimentin alınıb Cavabdeh verilməsi qət edildikdən sonra iddiaçı Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Cəza çəkdiyi müddət ərzində işləməmiş və heç bir qazanc əldə etməmişdir və bu səbəbdən də iddiaçının 2520 manat aliment borcu yaranmışdır. Hal-hzarırda iddiaçı həmin borcun ödməkdən azad edilməsini xahiş edir. Cavabdeh isə iddiaçının həmin borcu ödəməkdən azad olunmasını razı olduğunu bildirir. Odur ki, məhkəmsə hesab edir ki, iddiaçının madldi vəziyyətini və aliment alan Cavabdeh razılığını nəzərə alaraq İddiaçı cəza çəkdiyi müddət ərzində yığılmış 2520 manat alimet borcunu ödəməkdən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.1-ci maddəsinə əsasən Aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Cavabdehin nümayəndəsi iddiaçı tərəfindən irəli sürülmüş eiraf etmişdir. Məhkəmə cavabdehin iddianı etiraf etməsini qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edərək təsdiq edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinin tələbinə görə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 216–220, 235 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı həbsdə olduğu müddətdə yaranmış 2520 manat aliment borcunu ödəməkdən azad azad edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-2327/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2327/2023
14.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver