Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2327/2025 19.01.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair məhkəmədə iddia qaldıraraq, müəyyən olunmuş alimentin miqdarı azadılaraq Cavabdeh ilə birgə ailə münasibətlərindən doğulmuş 21 noyabr 2014-cü il təvəllüdlü Həvva adlı uşağın saxlanılması üçün nəzərdə tutulmuş aliment azaldılaraq hər ay 150 manat olması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onun Cavabdeh ilə heç vaxt rəsmi nikahları olmamışdır. Lakin onların münasibətlərindən 21 noyabr 2014-cü il təvəllüdlü Həvva adlı övladı olmuşdur. Lakin bir müddət sonra cavabdehlə münasibətləri pozuldu. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2605/2018 saylı, 08 noyabr 2018-ci il tarixli qətnaməsinə əsasən ondan hər ay 130 manat alimentin tutulub Cavabdeh verilməsi qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 8(051)-321/2025 saylı, 29 iyul 2025-ci il tarixli qərardadına əsasən isə təyin olunmuş alimentin miqdarı indeksasiya olunaraq bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 1 misli miqdarında müəyyən olunmuşdur. Bildirir ki, o, hazırkı vaxta kimi sözügedən alimenti normal qaydada ödəmiş və heç vaxt qərəzli hərəkət etməmişdir. Lakin hazırda Ali Məhkəmənin qərarı üzrə müəyyən olunmuş alimentin indeksasiyası kimi bir anlayış çıxarılmışdır. Belə ki, bu qərar məhkəmələrdə hər il baş verən əsassız iddiaların sayının azaldılmasına yönəlmiş bir addımdır. Belə ki, illər üzrə minimum əməkhaqqı nəzərə alınmaqla artımlar olduqca alimentin indeksasiyası nəzərdə tutulmuşdur. Bununla da, hər il iddia verilməsinə ehtiyac olmuyacağı qərara alınmışdır. Ali Məhkəmənin mövqeyi həmin qərarda yazılmış və tam aydındır. Lakin hazırda onun kimi bəzi şəxslərə gözlənilmədən uşaqlar üçün nəzərdə tutulmuş minimum əməkhaqqının və uşaqlar üçün yaşayış minimumunun 2 mislinə yaxın olan alimentin hesablanması baş vermişdir. Sözügedən məsələ qətnamənin icrası qaydasında baxıldığı üçün alimentin azaldılması ən ağlabatan və qanuni tədbirdir. Ona aliment təyin olunarkən, yəni 2018-ci il üçün uşaqlar üçün yaşayış minimumu 154 manat olmuşdur. Ona isə həmin il üçün nəzərdə tutulmuş uşaqlar üçün yaşayış minimumundan daha az, yəni 130 manat aliment təyin olunmuşdur. Bundan sonrakı dövrlərdə alimenti müntəzəm ödəyib. Lakin hazırda onun daimi iş yeri var, himayəsində qulluğa ehtiyacı olan azyaşlı xx.xx.2015-ci il təvəllüdlü Zəhra və xx.xx.2017-ci il təvəllüdlü Kənan adlı uşaqları var. O, hərbiçi işləyir və əməkhaqqından tutulmalar olmadan 766 manat təşkil edir. Lakin təyin olunmuş aliment 400 manat təşkil edir. Onun ikinci işlə məşğul olmağı mümkün deyil və əməkhaqqından başqa gəliri də yoxdur. O öz ailəsindən olan iki uşağına görə də aliment verir və bu cür alimentin təyin olunması digər iki uşağa da mənfi təsir göstərəcək. Onun özünün də dolanışı və sağ qalmağı üçün müəyyən məbləğ lazımdır. Bundan əlavə himayəsində iki azyaşlı uşağı var və onlara da aliment təyin olunmuşdur. Onun üç övladı var və bir yerdən əməkhaqqı ala bilir. Sözügedən hərbi xidmətdir ki, bu cür işdə işləyən şəxs ikinci bir işlə məşğul ola bilmir. Əməkhaqqından əlavə qazancı yoxdur. Onun başqa gəlirinin olmaması və əsas nikahdan olan iki azyaşlı övladına baxmağı səbəbindən alimenti ödəməkdə çətinlik çəkir. O özünü saymasa hər uşağa 400 manat aliment hesablansa, o zaman bu məbləğ 1200 manat edər. Ona görə elə bir aliment təyin olunmalıdır ki, sözügedən məbləğ ödənilə bilsin. Qanunvericilikdə də göstərildiyi kimi tərəflərin maddi vəziyyətində dəyişiklik olması nəzərə alınaraq alimentin miqdarında dəyişiklik oluna bilməsi nəzərdə tutulmuşdur. Onun maddi vəziyyətində çox mənfi dəyişikliklər olmuş, əlavə iki övladı da var və onların da qayğıya ehtiyacı var. Bu səbəbdən də alimenti ödəməyə, hətta yaşamağa belə maddi imkanı yoxdur. Bütün bunlar nəzərə alınmalıdır. Dövlət rüsumu Mediasiyaya tam şəkildə ödənilməsi səbəbindən qəbzi iş materiallarına əlavə etmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək bildirdi ki, aliment məbləği indeksasiya olunaraq 400 manat müəyyən edilmişdir. Hərbiçi işləyir. Başqa nikahdan bir qız və bir oğlu da var və onlara, ümumilikdə, 300 manat aliment ödəyir. Odur ki, iddia tələbinin təmin edilərək aliment məbləğinin azaldılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram göndərərək təyin olunmuş aliment məbləğinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Azərbaycan Respublikasının Ailə Məcəlləsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2–ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əməkhaqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əməkhaqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikasının Qanunu “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. «Uşaq hüquqları haqqında» Konvensiya 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumunun məbləği uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2016–cı il 28 mart tarixli, 8–2/2016 №–li Qərarının 8.14–cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarixli 15 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 1.2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında 8.4-cü bəndə 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilərək göstərilmişdir ki, 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əməkhaqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əməkhaqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əməkhaqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Həmin Qərarın 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əməkhaqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əməkhaqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əməkhaqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Həmin Qərarın 8.4-3-cü bəndinə əsasən alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əməkhaqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əməkhaqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. X7 1.2.3-cü bəndinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında 8.11-ci bəndə 8.11-1-ci yarımbənd əlavə edilərək göstərilmişdir ki, 8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 233.4–cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İşdə olan Mingəçevir 1 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixli, MŞM/MT031/2025-00537 saylı “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, Cavabdeh mediasiya prosesində iştirak etməməsi səbəbindən razılıq əldə etmək mümkün olmamışdır. İşdə olan xx.xx.2025-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Nəcəfov X1 şəhəri, X10 küçəsi, ev 12, mənzil 10 ünvanında qeydiyyatdadır. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 8(051)-321/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, ərizə təmin edilmiş, xx.xx.2014-cü il təvəllüdlü Həvva adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Şəki Apellyasiya Məhkəməsinin 2(107)-2605/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təyin edilmiş 130 manat məbləğində alimentin miqdarı, həmin təqvim ili üzrə müəyyən edilmiş minimum əməkhaqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 1 misli həddində indeksasiya edilməsi və xx.xx.2025-ci il tarixdən başlayaraq borclu İddiaçı sabit pul məbləğində aliment alınıb tələbkar Cavabdeh verilməsi qərara alınmışdır. İşdə olan Naftalan Şəhər Məhkəməsinin 2(052)-65/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, 02 aprel 2025-ci il tarixdən başlayaraq 11 mart 2015-ci il təvəllüdlü X2 və 17 yanvar 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün İddiaçı X5 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0.38 misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən verilmiş sorğunun nəticəsindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə münasibətlərindən xx.xx.2014-cü il təvəllüdlü X6 adlı uşaq doğulmuşdur. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflərin birgə münasibətlərindən 21 noyabr 2014-cü il tarixdə X6 adlı uşaq doğulmuşdur. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-2605/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən İddiaçı 21 noyabr 2014-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 130 manat alimentin tutulub Cavabdeh verilməsi qət edilmişdir. Bundan sonra Cavabdeh həmin qətnamə ilə İddiaçı tutulan alimentin indeksasiya edilməsini xahiş etmiş, Mingəçevir Şəhər Məhkəməsinin 8(051)-321/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, 21 noyabr 2014-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Şəki Apellyasiya Məhkəməsinin 2(107)-2605/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təyin edilmiş bir uşağa görə 130 (bir yüz otuz) manat məbləğində tutulan alimentin, həmin təqvim ili üzrə müəyyən edilmiş minimum əməkhaqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 1 misli həddində indeksasiya edilməsi qərara alınmış və xx.xx.2025-ci il tarixdən başlayaraq cavabdeh İddiaçı sabit pul məbləğində alimentin alınıb ərizəçi Cavabdeh verilməsinə başlanılmışdır. Cavabdeh himayəsində 21 noyabr 2014-cü il tarixdə doğulmuş X6 adlı uşağı saxlanılmışdır. İddiaçının daimi iş yeri var, digər nikahından dünyaya gələn xx.xx.2015-ci il təvəllüdlü Zəhra və xx.xx.2017-ci il təvəllüdlü Kənan adlı uşaqları var və onlara da aliment ödəyir. Hazırda iddiaçı alimentin miqdarının azaldılmasına dair iddia irəli sürmüşdür. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, Ailə Məcəlləsinin 112.1–ci maddəsi alimentin miqdarının artırılmasını (azaldılmasını) tərəflərin maddi və ya ailə vəziyyətində dəyişikliyin baş verməsi ilə bağladığından, hazırkı iddia tələbi üzrə alimentin miqdarının azaldılması üçün qanunda nəzərdə tutulmuş əsaslar mövcuddur. İş materiallarının əlaqəli təhlili məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, alimentin miqdarının dəyişdirilib yaşayış minimumu həddi daxilində sabit pul məbləğində müəyyən edilməsi tərəflərin real vəziyyətinə uyğun gəlir. Nəzərə alınsa ki, 2025–ci il üçün yaşayış minimumunun məbləği uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmiş, azyaşlı uşağın saxlanması üçün Şəki Apellyasiya Məhkəməsinin 2(107)-2605/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təyin edilmiş bir uşağa görə 130 (bir yüz otuz) manat məbləğində tutulan alimentin, həmin təqvim ili üzrə müəyyən edilmiş minumum əməkhaqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay, bir uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 1 misli həddində indeksasiya edilməsi iddiaçının ailə, maddi və əmlak vəziyyətinə, eləcə də yuxarıda sadalanan qanunvericilik normalarının tələblərinə uyğun deyildir. Bu da onu deməyə əsas verir ki, aliment məbləğinin dəyişdirilməsi ilə bağlı iddia tələbi Ailə Məcəlləsinin 112.1–ci maddəsində göstərilən əsasları ehtiva edir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, hər iki tərəfin maddi və ailə vəziyyəti, 21 noyabr 2014-cü il tarixdə doğulmuş X3 üstün mənafeyi və cavabdehin himayəsində yaşaması, habelə digər hallar nəzərə alındıqda, aydın şəkildə görünür ki, hazırda uşaq üçün müəyyən edilmiş alimentin miqdarı, onun üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə çoxdur. Belə ki, 2025-ci il üzrə minimum əməkhaqqı məbləğinin 1 misli (400 x 1 = 400 manat) həddində sabit pul məbləği nəzərdə tutulur. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının aylıq əməkhaqqının məbləği 762 manat təşkil edir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, müəyyən edilmiş alimentin məbləğinin azaldılması üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1–ci maddəsində nəzərdə tutulmuş əsaslar vardır. Həmçinin nəzərə alınmalıdır ki, uşağı saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərin hər biri tərəfindən ödənilməlidir. Valideyn heç bir halda (hətta başqası ilə evləndikdə belə) uşağın normal maddi təminatını ödəmək vəzifəsindən azad edilmir və qanuna görə uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki tərəflərin maddi vəziyyəti və diqqətəlayiq olan digər hallarla müqayisədə uşağın mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Bundan başqa məhkəmə hesab edir ki, alimentin miqdarının azaldılaraq hər ay sonrakı artımlar nəzərə alınmaqla, 2025-ci il üzrə minimum əməkhaqqı məbləğinin 0.50 misli (400 x 0.50 = 200 manat) həddində sabit pul məbləğində müəyyən edilməsi uşağın mənafeyinə uyğundur. Məhkəmə hesab edir ki, iddiaçıdan hər ay sonrakı artımlar nəzərə alınmaqla, 2025-ci il üzrə minimum əməkhaqqı məbləğinin 0.50 misli (400 x 0.50 = 200 manat) həddində sabit pul məbləğində alimentin tutulması uşağın qanuni mənafelərinə uyğun gəlir, habelə iddiaçını əlverişsiz vəziyyətə salmır. Məhkəmə, həmçinin hesab edir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin miqdarı iddiaçının tələb etdiyi məbləğdə deyil, işin müəyyən olunmuş hallarına əsasən uşağın mənafeyinə və digər diqqətəlayiq hallara uyğun olaraq azaldılmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 216–220 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 21 noyabr 2014-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin 8(051)-321/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə indeksasiya edilmiş alimentin miqdarı dəyişdirilərək, hər təqvim ili üzrə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0.50 misli həddində sabit pul məbləğində müəyyən edilsin və İddiaçı alınıb Cavabdeh verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Mingəçevir Şəhər Məhkəməsinin hakimi Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-2327/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2327/2025
19.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver