Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2359/2024 20.12.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, iddiaçının etibarnamə üzrə nümayəndəsi X3 və cavabdeh Məmmədova (Qasımova) Tünzalə Yaşar qızının iştirakları ilə, İddiaçı cavabdeh Məmmədova (Qasımova) Tünzalə Yaşar qızına qarşı alimentin təyin edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Məmmədova (Qasımova) Tünzalə Yaşar qızına qarşı alimentin təyin edilməsi tələbinə dair məhkəmədə iddia qaldıraraq, Cavabdeh uşaqları X6 və X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 235 manat, cəmi 670 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 22 may 2007-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar və birgə yaşadıqları müddətdə xx.xx.2009-cu il tarixdə X10, xx.xx.2013-cü il tarixdə X7 adlı iki nəfər uşaqları olmuşdur. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuşdur. Həmçinin hər iki uşağın onun yanında saxlanılması qət edilmişdir. Cavabdeh uşaqların saxlanması üçün heç bir maddi köməklik etmir. Əvəllər imkanı olduğuna görə aliment tələb etməmişdir. Lakin hazırda uşaqları saxlamaq üçün çətinlik çəkir. Ona görə də cavabdehdən hər ay sabit pul məbləğində hə bir uşaq üçün 235 manat, cəmi 670 manat aliment tutulub ona ödənilməlidir. Odur ki, Cavabdeh uşaqları X6 və X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 235 manat, cəmi 670 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh uşaqları X6 və X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 235 manat, cəmi 470 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclası zamanı verdiyi izahatında bildirdi ki, iddianın təmin edilməsini xahiş edir. İddiaçı etibarnamə üzrə nümayəndəsi X8 məhkəmə iclası zamanı izahatında bildirdi ki, o, dəfələrlə uşaqları aparıb təhvil verib lakin cavabdeh imtina etmişdir. İddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, hazırda uşağı tələb etmək üçün ərizə ilə mediatora müraciət etmişdir. O, uşaqlarını tələb edir. O, heç bir yerdə işləmir. İddiaçının da tələb etdiyi məbləğdə aliment ödəməyə imkanı yoxdur. İddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə X2 arasında bağlanmış nikah Xətai rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli qətnaməsinə əsasən pozularaq nikaha xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamələrin notariat qaydada təsdiq edilmiş surətlərindən görünür ki, xx.xx.2009-cu il tarixdə doğulmuş X10 və xx.xx.2013-cu il təvəllüdlü X7 adlı uşaqların atası İddiaçı və anası X5r. İşdə olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5173/2022 saylı xx.xx.2022ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə cavabdeh X9 arasında Bakı şəhəri Xətai rayon VVADQ şöbəsində 22 may 2007-ci il tarixdə 641 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra 07 aprel 2009-cu il təvəllüdlü X10 və 10 avqust 2013-cü il təvəllüdlü X7 ataları-cavabdeh İddiaçı yanında saxlanılmaqla onun himayəsinə verilməsi qət edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər xx.xx.2007-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar, onların birgə nikahlarından xx.xx.2009-cu il tarixdə doğulmuş X10 və xx.xx.2013-cu il təvəllüdlü X7 adlı uşaqları doğulmuşdur. Tərəflər aralarında olan narazılığa görə məhkəmə qaydasında boşanmışlar və ayrıldıqdan sonra azyaşlı uşaqlar iddiaçının yanında qalmışdır. Cavabdeh uşaqların saxlanmasında iddiaçıya maddi yardım göstərmir, nə də onlar arasında uşaqların saxlanması üçün alimentin ödənilməsi barədə saziş bağlanmamışdır. Ona görə də iddiaçı sabit pul məbləğində aliment tələb edir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəlləsinin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəlləsinin 78.1-ci və 78.2-ci maddələrinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında göstərmişdir ki, “1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.” Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə əsasən hamiləliyi dövründə və ümumi uşaqların doğulduğu üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Məhkəmə, tərəflərin ailə və maddi vəziyyətini, uşaqların mənafeyini, iddiaçının heç bir yerdə işləməməsini nəzərə alaraq, qanunvericiliyin qeyd edilən müddəalarına əsasən hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 150 manat, cəmi 300 manat sabit pul məbləğində aliment cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Lakin cavabdehdən iddiaçının tələb etdiyi miqdarda aliment tutulması üçün cavabdehin kifayət qədər gəlirə malik olmasını sübut edən hər hansı fakt aşkar edilməmişdir. Ona görə də iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət edildiyindən aliment həmin tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2–ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 233.4–cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 216–220, 235 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2009-cu il tarixdə doğulmuş X10 və xx.xx.2013-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Məmmədova (Qasımova) Tünzalə Yaşar qızından hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat, cəmi 300 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. İddia qalan hissədə təmin ediməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-2359/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2359/2024
20.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver