Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-241/2024 10.01.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi İddaçı: İddiaçı Cavabdeh: Cavabdeh Üçüncü şəxs: X4 iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair məhkəmədə iddia qaldıraraq, Cavabdeh ilə birgə nikahdan doğulmuş xx.xx.2019- cu il təvəllüdlü X8 və xx.xx.2022-ci il təvəllüdlü X1 üçün cavabdeh ümumi qazancının üçdə bir (1/3) hissəsində hər ay aliment tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o cavabdeh Yüsifov Pərviz ilham oğlu ilə 07 mart 2017-ci ildə rəsmi nikaha daxil olub ailə qurmuşdur. Nikahları Bərdə rayon Qeydiyyat şöbəsində qeydə alınmışdır. Birgə nikahdan onların iki övladı doğulmuşdur: xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2022-ci il təvəllüdlü X5. Nikaha daxil olub birgə yaşadığı müddətdə aralarında yaxşı münasibətlər olmuşdur. Lakin son zamanlar, uşaqların saxlanılması zəminində aralarında tez-tez mübahisələr baş verir. Belə ki, cavabdeh uşaqların saxlanılması üçün ailəsinə pul vermir, uşaqlara qayğı göstərmir, uşaqlara pal-paltar almır və onları qida məhsulları ilə təmin etmir və s. Bunun səbəbini cavabdeh belə izah edir ki, Mingəçevir şəhər məhkəməsinin 08 avqust 2016-cı tarixli 2(105)-2902/2016 saylı qətnaməsinə əsasən birinci nikahdan olan 2 övladı üçün qazancının (pensiya və əmək haqqı) 1/3 hissəsini sabiq həyat yoldaşı X6 ödəyir. Pulların qalan hissəsini isə özünün müalicəsinə, valideynlərinin saxlanılmasına və şəxsi istehlak təbləblərinin ödənilməsinə sərf edir. Uşaqların dolandırılması zəminində yaranan mübahisələrə görə münasibətimiz kəskin pozulmuşdur, ailə dağılmaq ərəfəsidədir. Ona görə, cavabdehdən məcburi qaydada aliment tutulması barədə məhkəməyə müraciət etmək məcburuyyətində qalmışdır. Odur ki, iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etdi və göstərdi ki, o iddiaçı ilə 07 mart 2017-ci ildə rəsmi nikaha daxil olub ailə qurmuşdur. Nikahları Bərdə rayon Qeydiyyat şöbəsində qeydə alınmışdır. Birgə nikahdan onların iki övladı doğulmuşdur: xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2022-ci il təvəllüdlü X5. Son vaxtlar aralarında soyuq münasibət yaranmışdır, buna səbəb ailəsinə, uşaqlarına yetərincə qayğı, diqqət göstərə bilməməsidir. Bunun səbəbini belə izah edir ki, Mingəçevir şəhər məhkəməsinin 08 avqust 2016-cı tarixli 2(105)-2902/2016 saylı qətnaməsinə əsasən birinci nikahdan olan 2 övladı üçün qazancının (pensiya və əmək haqqı) 1/3 hissəsini sabiq həyat yoldaşı X6 ödəyir. Pulların qalan hissəsini isə özünün müalicəsinə, valideynlərinin saxlanılmasına və şəxsi istehlak təbləblərinin ödənilməsinə sərf edir. Uşaqların dolandırılması zəminində yaranan mübahisələrə görə münasibətimiz kəskin pozulmuşdur, ailə dağılmaq ərəfəsidədir. Odur ki, məhkəmədən izahatında göstərilənləri nəzərə almaqla, iddianın təmin edilməsi haqqında qətnamə çıxrılmasını xahiş edir. Üçüncü şəxs: X9 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, Mingəçevir Şəhər Məhkəməsinin 08 avqust 2016-cı il tarixli. 2(051)- 2902/2016 saylı qətnaməsinə əsasən 24 oktyabr 2007-ci il təvəllüdlü oğlu X11 və 17 avqust 2009-cu il təvəllüdlü oğlum X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay aylıq qazancının və digər gəlirlərinin 1/3 hissəsi qədər alimentin tutulub ona ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş və Mingəçevir şəhər İcra və Probasiya şöbəsində icra işi açılmışdır. Buna baxmayaraq Mingəçevir Şəhər Məhkəməsinin 08 avqust 2016-cı il tarixli, 2(051 )-2902/2016 saylı qətnaməsi hazırki vaxtadək lazımi qaydada icra edilmir. Belə ki, borclu Cavabdeh keçmiş hərbiçidir və hazırda Bərdə şəhər məktəblərinin birində hərbi hazırlıq müəllimi işləyir. Eyni zamanda da Cavabdeh keçmiş hərbiçi olduğu üçün yüksək məbləğdə təqaüd alır. Buna baxmayaraq azyaşlı uşaqlarının yetkinlik yaşma çatana kimi saxlamaları üçün aliment Cavabdeh təqaüdünə və əmək haqqısına lazımi qaydada yönəldilməmişdir. O, dəfələrlə bu barədə Mingəçevir şəhər İcra və probasiya şöbəsinin icra məmuruna müraciət edərək alimentin ödənilməsini Cavabdeh təqaüdünə yönləndirilməsini xahiş etmişdir. Yalnız bu yaxınlarda icra məmuru alimenti borclu Cavabdeh təqaüdünə yönləndirımişdir. O, Mingəçevir kərində yaşayır. Maddi vəziyyəti olduqca ağırdır. O, uşaqlarını saxlamaqda çox çətinlik çəkir. Uşaqlarını valideynlərinin köməkliyi isə saxlayır. Onu da qeyd edir ki, İddiaçı Cavabdeh 2-ci ailəsidir. Hazırda onlar bir yerdə yaşayırlar. İddiaçı hazırda aliment tələbi ilə məhkəməyə müraciət etməsi əslində ona ödənilən alimentin məbləğinin aşağı salınmasına yönəlmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə münasibətindən xx.xx.2019- cu il təvəllüdlü X8 və xx.xx.2022-ci il təvəllüdlü X5 adlı uşaqları doğulmuşdur. İşdə olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər aylıq aliment ödənişinin təyin edilməsi mübahisəsi üzrə ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər 07 mart 2017-ci ildə rəsmi nikaha daxil olub ailə qurmuşdur. Nikahları Bərdə rayon Qeydiyyat şöbəsində qeydə alınmışdır. Birgə nikahdan onların xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2022-ci il təvəllüdlü X5 adlı uşaqları doğulmuşdur. Tərəflər aralarında olan narazılığa görə faktiki olaraq ayrılmışlar və ayrıldıqdan sonra azyaşlı uşaqlar iddiaçının yanında qalmışdır. İddiaçı cavabdehin uşaqlara baxmamsına görə alimet tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Ailə Məcəlləsinin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Məhkəmədə müəyyən edildi ki, Mingəçevir Şəhər Məhkəməsinin 08 avqust 2016-cı il tarixli. 2(051)- 2902/2016 saylı qətnaməsinə əsasən 24 oktyabr 2007-ci il təvəllüdlü oğlu X11 və 17 avqust 2009-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay aylıq qazancının və digər gəlirlərinin 1/3 hissəsi qədər alimentin tutulub X6 ödənilməsi qət edilmişdir. Hazırki halda iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay uşaq üçün aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi məbləğində alimentin tutulması yuxarıda göstərilən normanın tələbinə zidd olar. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin dörd uşağı olduğundan cavabdehdən tutula biləcək aliment miqdarı qazancın (başqa gəlirlərin) yarısı həcmində ola bilər və uşaqlardan ikisi üçün Mingəçevir Şəhər Məhkəməsinin 08 avqust 2016-cı il tarixli. 2(051)- 2902/2016 saylı qətnaməsi ilə cavabdehdən aliment tutulduğundan, hazırki iş üzrə xx.xx.2019- cu il təvəllüdlü X8 və xx.xx.2022-ci il təvəllüdlü X1 üçün cavabdehdən tutula biləcək aliment miqdarı cavabdehin qazancın (başqa gəlirlərin) yarısının ½ hissəsini, başqa sözlə qazancın (başqa gəlirlərin) 1/4 hissəsini təşkil etməlidir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehdən birinci nikahdan olan 2 övladı üçün qazancının (pensiya və əmək haqqı) 1/3 hissəsi və xx.xx.2019- cu il təvəllüdlü X8 və xx.xx.2022-ci il təvəllüdlü X1 üçün gəlirinin 1/4 hissəsi tutulduğu halda, nəticədə cavabdehin gəlirindən tutulan son məbləğ cavabdehin gəlirinin 1/2 hissəsindən artıq olduğu halda, həmin məsələ cavabdehdən X11 və X2 üçün X6 verilən alimentin azaldılması barədə məhkəmədə iddia qaldırılması vasitəsilə həll edilə bilər. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1–ci maddəsinə əsasən uşağın maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Həmin Məcəllənin 76.1 və 76.1.1-ci maddələrində göstərilmişdir ki, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 3 və daha artıq uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin yarısı miqdarında aliment tutulur. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, azyaşlı uşaqların mənafelərini və iddiaçının himayəsində yaşamasını, habelə digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay aylıq qazancının və başqa gəlirlərinin yarısı məbləğində alimentin ½ hissəsi miqdarında alınması azyaşlı uşaqların qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1–ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2–ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 216–220, 235 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixdən başlayaraq, xx.xx.2019- cu il təvəllüdlü X8 və xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh aylıq qazancının (başqa gəlirlərin) yarısının 1/2 hissəsi, yəni qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment tutulub İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-241/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-241/2024
10.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver