Məhkəmə qərarları › İş №2(051)-2520/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2520/2023

19.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2520/2023 19.12.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ X12 Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi İddiaçı Elrus qızının, Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı X1 cavabdeh X3 qarşı nikahın pozulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair məhkəmədə iddia qaldıraraq, Cavabdeh xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 220 manat və uşağın 3 yaşına çatana qədər 150 manat məbləğində alimentin və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödədiyi 50 manat məbləğində pul onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, cavabdeh X7 ilə 06 iyul 2022ci il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə ailə həyatı qurmuşlar. Birgə nikahdan xx.xx.2023-cü il təvəllüdlü Melisa adlı uşaqları doğulmuşdur. Cavabdeh onu evdən qovmuşdur. Cavabdeh hamiləliyinin son aylarında və övladı dünyaya gəldikdən sonra da ailəsi ilə maraqlanmamışdır. Maddi cəhətdən heç bir yardım göstərməmişdir. O, uşağı ilə birlikdə valideynlərinin yanında yaşayır. Uşağa baxdığı üçün heç bir yerdə işləyə bilmir. Uşağın tələbatını ödəməkdə maddi çətinlik çəkir. Odur ki, iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qismən qəbul edərək izahatında göstərdi ki, cavabdeh, iddiaçı ilə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur və birgə nikahdan Melisa adlı uşaqları doğulmuşdur. Tərəflər artıq uzun müddətdir ki, ayrı yaşayırlar. Hesab edir ki, aliment tələblərində hər iki tərəf eyni məsuliyyət daşıyır. Ona görə də uşağı saxlamaq həmdə ananın borcudur. Cavabdeh heç bir yerdə işləmir. İddiaçının tələb etdiyi məbləğdə aliment ödəməyə cavabdehin maddi imkanı yoxdur. O, yalnız 120 manat aliment ödəyə bilər. Cavabdeh tələb edilən alimenti ödəmək iqtidarında deyildir. İddianı qismən qəbul edir, uşaqların saxlanılması üçün hər ay 120 manat aliment ödəməsinə maddi imkanı çatdığını bildirmək istəyir. Odur ki, iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan, qismən təmin edilməlidir. Belə ki, işdə olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X8 arasında 06 iyul 2022-ci il tarixdə Mingəçevir regional ASAN xidmət mərkəzinin Qeydiyyat Şöbəsində rəsmi nikah bağlanmış və həmin nikah 553 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Nikah bağlandıqdan sonra arvada “Hacıməmmədova” soyadı verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2023-cü il təvəllüdlü X6 adlı uşaqları doğulmuşdur. İşdə olan Azərbaycan Respublikasının ƏƏSM Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X5 haqqında arayışdan görünür ki, Cavabdeh X15 Məşğulluq filialında iş axtaran statusundadır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər 06 iyul 2022-ci il tarixdə rəsmi nikah bağlamaqla evlənmişlər, onların birgə nikahlarından 13 avqust 2023-cü il təvəllüdlü Melisa adlı uşaqları doğulmuşdur. Tərəflər aralarında olan narazılığa görə faktiki olaraq ayrılmışlar və ayrıldıqdan sonra azyaşlı uşaqlar iddiaçının yanında qalmışdır. Leyla adlı uşağın doğulduğu gündən 3 il müddət keçməmişdir. Cavabdeh uşağın saxlanmasında iddiaçıya maddi yardım göstərmir, nə də onlar arasında uşaqların saxlanması üçün alimentin ödənilməsi barədə saziş bağlanmamışdır. Ona görə də iddiaçı sabit pul məbləğində aliment və Melisa adlı uşağın 3 yaşına çatanadək saxlanması üçün vəsait tələb edir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə tələbin alimentlə bağlı hissəsini araşdıraraq belə nəticəyə gəlir ki, iddiaçının aliment və əlavə xərc tələbi haqlı olsa da, onun tələb etdiyi miqdarda alimentin alınması və əlavə xərc tələbi cavabdehin real maddi və əmlak vəziyyəti ilə uzlaşmır. Ona görə də iddia həmin hissədə qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəlləsinin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəlləsinin 78.1-ci və 78.2-ci maddələrinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında göstərmişdir ki, “1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.” Həmin Məcəllənin 84.2.2-ci maddəsinə əsasən hamiləliyi dövründə və ümumi uşaqların doğulduğu üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Məhkəmə, tərəflərin ailə və maddi vəziyyətini, uşaqların mənafeyini, iddiaçının heç bir yerdə işləməməsini nəzərə alaraq, qanunvericiliyin qeyd edilən müddəalarına əsasən hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 160 manat sabit pul məbləğində aliment tutulmalı, eyni zamanda cavabdehdən Melisa adlı uşaq üç yaşına çatana qədər hər ay 40 manat sabit məbləğində aliment cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət edildiyindən aliment həmin tarixdən tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı tərəfindən cavabdehin əlavə gəlirlərə malik olması barədə sübutlar məhkəmə təqdim edilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2–ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə, həmçinin mediasiya xərcinin ödənilməsi ilə bağlı qeyd edir ki, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixdə, saat 10:00-da keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İşdə olan qəbzlə ilə təsdiq edildiyi kimi iddiaçı mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Ona görə də ilkin 50 manat məbləğində pul cavabdehdən tutulub iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 233.4–cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 216–220, 235 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. 12 oktyabr 2023-cü il tarixdən başlayaraq, xx.xx.2023-cü il təvəllüdlü X6 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment, xx.xx.2023-cü il təvəllüdlü X4 adlı uşaq 3 yaşına çatanadək baxılması üçün hər ay 40 (qırx) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Həmçinin mediasiya xərci üçün ödənilmiş 50 manat mediasiya xərcinin tutulub iddiaçıya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar