Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-253/2025 11.02.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Qurbanova Xanım Bəxtiyar qızının katibliyi ilə İddiaçı və Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə , İddiaçı Cavabdeh qarşı “uşağın kənar xidmət haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı “uşağın kənar xidmət haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək xx.xx.2006-cı il təvəllüdlü X6 Uşağın kənar xidməti haqqının (təhsil haqqının və digər xərclər) ödənilməsi üçün ödədiyi 1550.00 manatın təhsil haqqının yarısının 775.00 manat, ödədiyi yataqxana haqqının 400 manatın yarısı 200.00 manatın alınıb ona verilməsinə və hər il 2025-ci il sentyabr ayından başlayaraq 2026-ci ilin sentyabrı, 2027-ci ilin sentyabr ayı 775.00 manat təhsil haqqı, 2024-2025-ci il tədris ili üçün yataqxanada qalma haqqı 200.00 manat, hər il 2025-ci il sentyabr ayından başlayaraq, 2026-ci ilin sentyabrı, 2027-ci il ilin sentyabr ayı 400.00 manatın və ödədiyi mediasiya xərcinin 60 (altmış) manatının alınıb ona verilməsinə dair barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2007-ci ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2006-cı il təvəllüdlü X8 dünyaya gəlmişdir. Aralarındakı nikah rəsmi qayda da pozulmuşdur. Boşanmadan sonra birgə nikahdan doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X8 onun yanında qalması qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-319/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh xx.xx.2006-ci il təvəllüdlü X7 yetkinlik yaşma çatanadək saxlanması üçün hər ay 50 (əlli) manat sabit pul məbləğində alimentin alınıb ona verilməsini təmin etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051 )-l322/2023 saylı, xx.xx.2023-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimentin alınıb ona verilməsini təmin etmişdir. X3 2024-cü ildə Azərbaycan Texnologiya Universitetinin (Gəncə şəhəri), Biznesin idarə edilməsi fakültəsinə daxil olmuşdur. Cavabdeh övladımızın təhsilində heç bir köməklik göstərmir. 2024-2025-ci il tədris ili üçün 1550 (min beş yüz əlli) manat təhsil haqqı ödəmişdir. Bundan sonra 3 il hər il 1550 manat olmaqla cəmi 4650.00 manatdır. Yataqxanada qalmaq xərci illik 800 manatdır. Onun 400 manatını ödəmişdir. Qalan hər 3 il üçün hər il 800 manat olmaqla cəmi 3 ilə 2400.00 manat və bu il tədris ili üçün qalıq 400 manat cəmi 3200.00 manatdır. İddiaçı Məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəmə təqdim etdiyi etirazında göstərmişdir ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirir ki, cavabdehlə birgə nikahlarından doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X8 2024-cü ildə Gəncə şəhərində fəaliyyət göstərən Azərbaycan Texnologiya Universitetinə qəbul olmuş, təhsil pulludur, təhsil haqqı 2024/2025-ci tədris ili üçün 1550 manat təşkil etməklə növbəti 3 il üçün tədris haqqı 4650 manat, eləcə də yataqxanada yaşadığına görə illik yataqxana xərci 800 manat olmaqla 4 il üçün 3200 manat təşkil edir. Odur ki, həmin xərclərin, yəni 2024/2025-ci tədris ili üçün ödədiyi 1550 manat təhsil haqqının yarısını təşkil edən 775 manat pulun və yataqxana üçün ödədiyi 400 manatın yarısını təşkil edən 200 manat pulun alınıb ona verilməsi və hər il 2025-ci ilin sentyabr ayından başlayaraq, 2026-2027-ci ilin sentyabr ayları 775 manat təhsil haqqının, 2024- 2025-ci tədris ili üçün yataqxana haqqı 200 manatın, hər il 2025-ci ilin sentyabr ayından başlayaraq 2026-2027-ci ilin sentyabr ayları 400 manat pulun və mediasiya xərci 60 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Hesab edir ki, İddiaçı iddia tələbi aşağıdakılara əsasən əsassız və qanunsuzdur, Belə ki, İddiaçı ilə Cavabdeh 2005-ci ildə faktiki ailə qurmuş və xx.xx.2007-ci ildə nikahlarını rəsmiləşdirmişdir. Birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü Nəsimi adlı övladları anadan olmuşdur. Aralarında olan nikah xx.xx.2011-ci il tarixdə ləğv edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(051 )-319/2010 saylı qətnaməsi ilə xx.xx.2006-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 50 (əlli) manat sabit pul məbləğində alimentin, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(051)-1713/2015 saylı qətnaməsi ilə hər ay 80 (səksən) manat sabit pul məbləğində alimentin və Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)- 1322/2023 saylı qətnaməsi ilə hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimentin Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə qətnamələri ilə müəyyən edilmiş aliment məbləği iddiaçıya ödənilmiş və aliment borcu yoxdur. İddiaçının oğlu X8 xx.xx.2024-cü ildə yetkinlik yaşına çatmışdır. Odur ki, hesab edir ki, yuxarıda sadaladığı əsaslara görə iddiaçının tələbi əsassızdır və rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, iddiaçının və cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkilinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İşdə olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah pozulmuşdur. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixdə 182 nömrə ilə qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Texnologiya Universiteti tərəfindən verilmiş 105 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X8 Azərbaycan Texnologiya Universitetinin “İqtisadiyyat və İdarəetmə” fakültəsinin əyani təhsil alma forması üzrə “Biznesin İdarə edilməsi” ixtisasının İ kurs 3114a2 qrup tələbəsidir. İşdə olan Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Şahbazova X4 şəhəri, Fazil Əzimov küçəsi ev 33, mənzil 23 ünvanda qeydiyyatdadır. İşdə olan Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, X1 şəhəri, Fazil Əzimov küçəsi ev 33, mənzil 23 ünvanda qeydiyyatdadır. İşdə olan ünvan 2 2010-cu il tarixli qətnaməsindən görünür ki, 06 sentyabr 2006-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh 50 manat sabit pul məbləğində aliment 22 fevral 2010-cu il tarixdən başlayaraq hər ay tutularaq iddiaçı X2 xeyrinə verilməsi qət edilmişdir. İşdə olan Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1322/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2006-cı il tarixdə doğulmuş Hüseyn adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləği həddində aliment müəyyən edilsin və Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2006-cı il tarixdə X8 doğulmuşdur. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 80.1-ci maddəsinə əsasən (Əmək qabiliyyəti olmayan yetkinlik yaşma çatmış övladların aliment almaq hüququ) əsasən valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşma çatmış övladlarını saxlamağa borcludurlar. 80.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşma çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, «Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun. Ailə Məcəlləsinin 81.1-ci maddəsində qeyd olunan “göstərilən kənar xidmət”, “və digər hallarda” müddəaları bir-birindən fərqlənir. Belə ki, “və digər hallarda” müddəası maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmət ilə bağlı olduğu halda, “göstərilən kənar xidmət” müddəası isə birbaşa tibbi xidməti deyil, həmin şəxslərə göstərilmiş və ya gələcəkdə göstərilməsi nəzərdə tutulan əlavə xidmətlərə görə (maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladın müalicə müəssisəsinə aparılıb-gətirilməsi üçün nəqliyyat xərcləri, kənar şəxslərin köməyinə ehtiyacı olan şəxslərə qulluq göstərilməsi ilə əlaqədar xidmətçiyə ödənilən xərclər və s.) çəkilən xərclərdir. Göründüyü kimi, valideyn uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Orta təhsil başa çatdıqdan sonra isə təhsil müəssisəsini və təhsilin formasını uşaqlar özləri seçirlər. Yəni orta təhsil bitdikdən sonra uşağın təhsil müəssisəsini və təhsilin formasını seçməsinə valideynin müdaxiləsi qanunla nəzərdə tutulmamışdır. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır.» Göründüyü kimi, valideynin əlavə xərcə cəlb edilməsi o zaman baş verə bilər ki, bu əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlərlə bağlı olsun (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.). Təhsil üçün çəkilən xərclər Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən valideynlərin məhkəmə tərəfindən ödənilməsinə cəlb oluna bildiyi əlavə xərclərə aid edilmir və bu normaya istinadən əlavə xərc kimi təhsil üçün çəkilmiş xərcin digər valideyndən tələb edilməsi əsassızdır. Məhkəmə, həmçinin mediasiya xərcinin ödənilməsi ilə bağlı qeyd edir ki, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh xx.xx.2024-cü il tarixdə, saat 15:00-da keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İşdə olan qəbzlə ilə təsdiq edildiyi kimi iddiaçı mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Lakin məhkəmə hesab edir ki, iddia rədd edildiyindən mediasiya xərci də cavabdehdən iddiaçının xeyrinə tutula bilməz. AR MPM-nin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə yekunda belə hesab edir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq məhkəmə, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “uşağın kənar xidmət haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-253/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-253/2025
11.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver