Məhkəmə qərarları › İş №2(051)-2546/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-2546/2023

17.10.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-2546/2023 17.10.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Cəbrayılzadə Elza Vaqif qızı, İddiaçı cavabdehlər Cavabdeh1 və Əmək və Əhalinin Sosial Müfafisəi Nazirliyi yanında X1 Xidməti Mərkəzi aran Regional Şöbəsinin rəisi M.Bayramova qarşı 5700 manat əmək haqqının və 10000 manat borcun ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri yazılı icraat qaydasında araşdırıb M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı cavabdehlər Cavabdeh1 və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Mərkəzi aran Regional Şöbəsinin rəisi M.Bayramova qarşı 5700 manat əmək haqqının və 10000 manat borcun ödənilməsi tələbinə dair ərizə ilə müraciət edərək mülki işə mahiyyəti üzrə baxılıb qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddiaçı bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb irəli sürərək cavabdehlər Cavabdeh1 və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Mərkəzi Aran Regional Şöbəsinin rəisi M.Bayramova qarşı 5700 manat əmək haqqının və 10000 manat borcun alınıb ona verilməsini tələb etmişdir. Məhkəmə ilk öncə onu qeyd edir ki, iddiaçının, Cavabdeh1 tələb etdiyi 5700 manat pul məbləği əmək mübahisəsi hesab olunduğu halda, iddiaçının, Cavabdeh1 tələb etdiyi 10000 manat pul məbləği isə mülki mübahisədir. Belə olduğu halda işlərə ayrı-ayrı icraatlarda baxılmalıdır. Həmçinin iddia ərizəsinə baxış keçirilərkən müəyyən edilmişdir ki, iddiaçı məhkəməyə iddia ilə müraciət edərkən qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunu da ödəməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçı yuxarıda müəyyən edilən halları və nöqsanları aradan qaldırdıqdan sonra, məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-in 152.1.7-ci maddəsində göstərilmişdir ki, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Halbuki, Azərbaycan Respublikası MPM-in 108.1.1-ci maddəsində göstərilmişdir ki, məhkəməyə iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsində göstərilmişdir ki, məhkəməyə verilən iddia ərizələrinin verilməsi zamanı dövlət rüsumu tutulur. Ümumlikdə məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268ci maddələrini rəhbər tutaraq QƏRARAALDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Mərkəzi Aran Regional Şöbəsinin rəisi M.Bayramova qarşı 5700 manat əmək haqqının və 10000 manat borcun ödənilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar