Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2585/2023 21.12.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi Məhkəmə iclas katibi X2, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: (İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı (ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 220 manat məbləğdə alimentin və uşaq 3 yaşına çatana kimi özünə 150 manat Cavabdeh tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. (İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh (İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı nikahın pozulması tələbinə dair məhkəməyə ərizə ilə müraciət edərək, onunla İddiaçı arasında xx.xx.2021-ci il tarixdə bağlanmış və 316 nömrə ilə Mingəçevir Regional “Asan xidmətinin ” Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmış nikahın vaxt verilmədən pozulmasını xahiş etmişdir. Məhkəmə iclasında (İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, xx.xx.2021-ci il tarixdə ildə Cavabdeh ilə nikah bağlayıb, ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2022-ci il təvəllüdlü X7 doğulmuşdur. Ailə münasibətlərinin ilk dövrlərində hər şey qaydasında olsa da, hazırda xasiyyətləri uyğun gəlmədiyinə görə faktiki ayrı yaşayırlar. Cavabdeh uşaqla maraqlanmır, birgə nikahdan doğulmuş övladı onun himayəsində qalır, uşaq ürək qüsuru ilə dünyaya gəlmişdir, müntəzəm olaraq müalicə alır, əməliyyata hazırlaşır. Odur ki, qeyd olunanları nəzərə alaraq, məhkəmədən birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment və xx.xx.2022-ci il təvəllüdlü X3 3 yaşına çatanadək saxlanması üçün özünə hər ay 150 manat Cavabdeh tutulub ödənilməsi barədə qətnamə qəbul ediməsini xahiş etdi. Məhkəmə iclasında (ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, Cavabdeh İddiaçı ilə xx.xx.2021-ci il tarixdə bağlanmış və 316 nömrə ilə Mingəçevir Regional “Asan xidmətinin ” Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmışdır. Birgə nikahdan xx.xx.2022-ci il təvəllüdlü X7 övladları doğulmuşdur. Bir müddət ailə münasibətləri normal olmuş, lakin sonra aralarında müəyyən problemlər yaranmışdır və hazırda faktiki ayrı yaşayırlar. Birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X3 İddiaçı Ayaz qızının yanında qalmasına etirazı yoxdur. Alimentin ödənilməsi tələbi ilə qismən razıdır. Belə ki, onun daimi iş yeri yoxdur. Bakı şəhərində gündəlik işəmuzd taksi fəaliyyəti ilə məşğul olur, orada kirayədə yaşayır, qazancı gündəlik xərclərini ödəməyə birtəhər çatır, özü də ürək qüsurludur, ağır işlərdə işləyə bilmir. Bununla belə aliment ödəməyin borcu olduğunu nəzərə alaraq birgə nikahdan doğulan xx.xx.2022-ci il təvəllüdlü X1 üçün hər ay 150 manat sabit pul məbləğində aliment, iddiaçının özünə isə 50 manat aliment ödəyə bilər. İddiaçı (cavabdeh) Cavabdeh ilə cavabdeh (iddiaçı) İddiaçı Ayaz qızı arasında xx.xx.2021ci il tarixdə bağlanmış və 316 nömrə ilə Mingəçevir Regional “Asan xidmətinin ” Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmış nikahın vaxt verilmədən pozulması barədə qətnamə qəbul ediməsini xahiş etdi. Məhkəmə tərəfin və nümayəndənin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ilkin iddia qismən təmin, qarşılıqlı iddia təmin edilməlidir. İş materiallarında olan X8 Xidmət Mərkəzi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 430134 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən Cavabdeh ilə X9 arasında xx.xx.2021-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 316 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Xəlilov, arvada Xəlilova soyadı verilmişdir; X8 Xidmət Mərkəzi tərəfindən xx.xx.2022-ci tarixdə verilmiş AZ-İV seriyalı, 806527 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Yasamal rayonunda doğulmuşdur, atası - Cavabdeh, anası-İddiaçıdır; xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. xx.xx.2023-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Xəlilova X5 şəhəri N.Rəfibəyli küçəsi ev 6-A, mənzil 15 ünvanında qeydiyyatdadır. xx.xx.2023-cü il tarixli “LİV BONA DEA” Hospital tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.2022-ci il təvəllüdlü X7 anadangəlmə ürək qüsuru diaqnozu ilə xəstədir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzinə əsasən Cavabdeh qarşılıqlı iddia ərizəsinin verilməsi üçün 50,40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatından, mülki işin materiallarından müəyyən olundu ki, tərəflər xx.xx.2021-ci ildə nikaha daxil olmuş, onların birgə nikahından xx.xx.2022-ci il təvəllüdlü X7 doğulmuşdur. Sonradan tərəflərin münasibətləri pisləşmiş, faktiki olaraq birgə yaşamırlar, onların arasında ər-arvad münasibətlərinə son qoyulmuşdur. Hər iki tərəf nikahın pozulmasını xahiş edir. İlkin iddia üzrə cavabdeh uşağın anasının yanında qalmasına etiraz etmir. Tərəflər arasında mübahisəli məqam aliment tutulması ilə bağlıdır. Belə ki, ilkin iddia üzrə iddiaçı uşağa yetkinlik yaşına çatana kimi 220 manat aliment , özünə 150 manat alimentin cavabdehdən tutulub ona ödənilməsini, ilkin iddia üzrə cavabdeh isə 150 manat uşağa, 50 manat iddiaçıya aliment ödəməyə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 20.1. maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. 22.2.1-ci maddəsinə əsasən məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını müəyyən edir. 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 84.1. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, Ailə Məcəlləsinin 78.1-ci maddəsi valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir: aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa; aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa; aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa; alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. Alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə tərəflərin nikahın pozulmasına qarşılıqlı razılığın olmasını nəzərə alaraq, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.2-ci maddəsinə əsasən tərəflərə barışıq üçün 3 ay müddət müəyyən etməmişdir. Belə olan halda məhkəmə iddia tələbinin nikahın pozulması hissəsində təmin olunmasını əsaslı və qanuni hesab edir. Məhkəmə hesab edir ki, iddiaçının və cavabdehin birgə nikahdan olan uşağın mənafeyini nəzərə alınaraq, xx.xx.2022-ci il təvəllüdlü X3 anası İddiaçı yanında saxlanılması məqsədəmüvafiqdir. Həmçinin alimentin tutulması ilə bağlı hissəsində isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Tərəfin və nümayəndənin izahatı, iş materialı ilə müəyyən olunur ki, cavabdehin rəsmi iş yeri yoxdur, qeyri-müntəzəm gəlirli fəaliyyətlə məşğuldur, özü də ürək qüsurludur, ağır işlərdə işləyə bilmir, o, birgə nikah dövründə uşağın xərclərini qarşılamışdır, iddiaçı heç bir yerdə işləmir, uşağa qulluq edir, uşaq ürək qüsuru ilə dünyaya gəlmişdir, müntəzəm olaraq həkim müayinəsindən keçməli, əməliyyat olunmalıdır. Belə olan halda məhkəmə işin hallarını və uşağın mənafeyini nəzərə alaraq, hesab edir ki, ilkin iddia qismən təmin edilməli, yəni İddiaçı himayəsində olan birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 180 manat sabit pul məbləğində aliment və xx.xx.2022-ci il təvəllüdlü X4 3 yaşına çatanadək saxlanması üçün əlavə xərc kimi hər ay 70 manat pulun Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Alimentin tutulması iddia ərizəsi məhkəməyə daxil olduğu tarixdən-xx.xx.2023-cü il tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu və mediasiya xərci tələb olunmadığından tərəflərə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İlkin iddia qismən təmin edilsin. 16 oktyabr 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutulsun. 16 oktyabr 2022-ci il təvəllüdlü X3 3 (üç) yaşına çatanadək Cavabdeh hər ay 70 (yetmiş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Aliment məbləği xx.xx.2023-cü il tarixdən hesablansın. Qarşılıqlı iddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdə bağlanmış və 316 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulsun. 16 oktyabr 2022-ci il təvəllüdlü X7 anası İddiaçı himayəsində saxlanılsın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №2(051)-2585/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2585/2023
21.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver