Məhkəmə qərarları › İş №2(051)-296/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-296/2021

12.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-296/2021 12.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzər Həmid qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı: İddiaçı cavabdeh: Cavabdeh qarşı «aliment tələbinə dair» mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh xx xxxx 2018-ci il təvəllüdlü Ayxan, xx xxxxxxxx 2020-ci il təvəllüdlü Zeynəb adlı uşaqlarının saxlanması üçün ərizə verdiyi vaxtdan hesablanmaqla hər ay hər uşağa 200 manat sabit pul məbləğində alimentin tutulması, həmçinin xx xxxxxxxx 2020-ci il təvəllüdlü oğlu Zeynəbin 3 yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, iddiaya öz münasibətini bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını və mübahisənin mahiyyəti üzrə həll edilməsini mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək, iddianı qismən qəbul etdiyini, iki uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün ayda cəmi 160 manat miqdarında aliment ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını və mübahisənin mahiyyəti üzrə həll edilməsini mümkün hesab etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil qızı məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, tərəflər 2017-ci ildə rəsmi nikah bağlamaqla ailə qurmuşlar, birgə nikahdan xx xxxx 2018-ci ildə Ayxan, xx xxxxxxxx 2020-ci ildə Zeynəb adlı övladları doğulmuşdur. Birgə yaşadıqları müddət ərzində cavabdehin ailəsi, uşaqları ilə maraqlanmaması cəbəbindən ailə münasibətləri pozulmuş, faktiki olaraq ayrılmışlar. İddiaçı işləmir, uşaqların maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkir, anası və qohumlarının köməyi ilə uşaqlarına baxır. Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğuldur, yülsək gəlir əldə edir. Buna baxmayaraq, cavabdeh uşaqlarına maddi kömək göstərmir. Ona görə də Cavabdeh xx xxxx 2018-ci il təvəllüdlü Ağazadə Ayxan Elçin oğlunun və xx xxxxxxxx 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, hər uşağa 200 manat sabit pul məbləğində alimentin tutulması, həmçinin xx xxxxxxxx 2020-ci il təvəllüdlü Zeynəbin 3 yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutulub iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx xxxx 2018-ci il təvəllüdlü Ağazadə Ayxan Elçin oğlunun və xx xxxxxxxx 2020-ci X1 valideynləri Cavabdeh və İddiaçıdır. İşə əlavə olunmuş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Fərəcova Qönçə Şəfi qızı arasında nikah xx xxxxxx 2017-ci il tarixdə Mingəçevir şəhər Nikah Evində 206 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvad Ağayeva soyadını götürmüşdür. Məhkəmə, iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkilini dinləyib, təqdim olunmuş sənədləri araşdırıb, müqayisəli şəkildə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlər üçün analoji vəzifə Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə də müəyyən olunmuşdur. Həmin Məcəllənin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. İddiaçının ərizəsi ilə müəyyən olunur ki, hazırda cavabdehdən ayrı yaşayır və azyaşlı uşaqları iddiaçının yanındadır. İddiçı işləmir, uşaqlara baxmaqda çətinlik çəkir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə əsasən, sabit pul məbləğinin miqdarı tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq hüquqları haqqında» qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Ailə Məcəlləsinin 84.2.1-ci maddəsinə görə hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində arvad, zəruri vəsaiti olan ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 86-cı maddəsinə görə aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Məhkəmə uşaqların maddi tələbat səviyyəsini, tərəflərin maddi və ailə vəziyyətini, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə alaraq uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün iddia qismən təmin olunmaqla, iki uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, hər uşağa 140 (bir yüz qırx) manat miqdarında aliment müəyyən edilməsini, xx xxxxxxxx 2020-ci il təvəllüdlü Zeynəb adlı uşağın üç yaşına çatana kimi saxlanması üçün ayda 60 (altmış) manat miqdarında aliment tutulmasını məqsədəuyğun sayır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, iddiaçı xx xxxxxx 2020-ci il tarixdə aliment tutulması ilə bağlı məhkəməyə müraciət etdiyinə görə qətnamədə alimentin iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan tutulub ödənilməsi göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən qətnamə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 112.1.3 və 119.1-ci maddəsinə əsasən cavabdehdən 30 manat dövlət rüsumu alınıb dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qə t e t d i: İddia tələbi qismən təmin edilsin. Şəki rayonu, Kiçik Dəhnə kəndində qeydiyyatda olmaqla, ünvan 1 mənzil 7 ünvanda yaşayan Cavabdeh xx xxxx 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 140 (bir yüz qırx) manat və xx xxxxxxxx 2020-ci il təvəllüdlü Ağazadə Zeynəb Elçin qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment hər ay tutulub, ünvan 2 mənzil 7 ünvanda yaşayan İddiaçı verilsin. xx xxxxxxxx 2020-ci il təvəllüdlü X1 3 yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 60 (altmış) manat pul alınıb İddiaçı verilsin. Qətnamə dərhal icra edilsin. Alimentin tutulmasına xx xxxxxx 2020-ci ildən başlansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına şikayət verilə bilər. HAKİM Hüseyn Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar